357
daxil olmuşdur. Bir sıra tədqiqatçılar Avropa mənşəli alınmala-
rın əsas səbəbini sırf texniki terminlərin yaradılması çətinliyi ilə
bağlayırlar. Məsələn, R.Cəfərov yazır: “Rus dili vasitəsilə Qərbi
Avropa mənşəli terminlərin alınıb işlədilməsi zərurətdən irəli
gələn bir haldır. Bu hər şeydən əvvəl texniki alətlərə, aparat və
cihazlara, texniki proseslərə Azərbaycan dilində müvafiq ad ve-
rilməsində qarşıya çıxan çətinliklərlə bağlıdır.
1
” Əlbəttə, texniki
sahələrdə terminalmanın başqa səbəblər də vardır. Lakin iqtisadi
sahədə terminalma ictimai dəyişikliklə bağlıdır. Cəmiyyətdə baş
verən dəyişmələr, yeniləşmələrlə bağlı olaraq həyatımıza daxil
olan yeni anlayışların yalnız dilin daxili imkanlarından istifadə
etməklə adlandırmaq qeyri-mümkündür. Buna görə də termino-
loji layın mühüm bir hissəsini alınma terminlər təşkil edir. Müs-
təqillik qazandıqdan sonra əvvəlki dövrlərdə terminalmada əsas
mənbələrdən olan rus dili əvəzinə Avropa dillərinin əsas rol oy-
naması müşahidə olunur. Bu təbii bir axındır.
Avropa mənşəli terminlər, əsasən, latın, fransız, alman, ital-
yan, yunan dillərinə məxsusdur. Burada kəmiyyətcə latın, ingilis
və fransız alınmaları daha çoxdur. Bunların mənimsənilməsində
aşağıdakı meyarlar əsas götürülməlidir:
1) Termindəki səs birləşmələrinin dildə qəbul olunmuş səs
birləşmələrinə uyğun gəlməsi;
2) Terminin morfoloji quruluşu və digər formal elementləri-
nin dildə qəbul olunmuş quruluşa uyğun gəlməsi, onunla hormo-
niya yaratması;
3) Terminin dildəki söz yaradıcılığı prosesində iştirak etməsi.
Onu da qeyd etmək lazımdır ki, latın alınmalarının əksəriy-
yəti birbaşa deyil, fransız dili vasitəsilə ingilis dilinə, rus dili va-
sitəsilə Azərbaycan dilinə keçmişdir. Məsələn,
Dostları ilə paylaş: