Sanitariya-epidemioloji salamatliq haqqinda azərbaycan respublikasinin qanunu I fəSİL



Yüklə 122.41 Kb.
Pdf просмотр
tarix21.01.2017
ölçüsü122.41 Kb.

www.stomatoloq.az

SANİTARİYA-EPİDEMİOLOJİ SALAMATLIQ HAQQINDA 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

I FƏSİL 

ÜMUMİ MÜDDƏALAR 

Maddə 1. Əhalinin sanitariya-epidemioloji salamatlığı və onun təmin edilməsinin əsaslan

1. Əhalinin sanitariya-epidemioloji salamatlığı ictimai sağlamlığın və insanların yaşayış mühitinin 

elə bir halıdır ki, bu mühitin amilləri insan orqanizminə təhlükəli və zərərli təsir göstərmir və 

insanın həyat fəaliyyəti üçün əlverişli şərait vardır. 

2. Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı aşağıdakıların vasitəsilə 

təmin olunur: 

 əhalinin sağlamlığını möhkəmlətməyə, xəstəliklərin profilaktikasına, insanların yaşayış 

mühitini və həyat fəaliyyəti şəraitini sağlamlaşdırmağa dair dövlət, regional və yerli 

proqramların yerinə yetirilməsi;

 dövlət orqanları və ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı 

olmayaraq müəssisələr, təşkilatlar və idarələr, vəzifəli şəxslər və vətəndaşlar tərəfindən 

fəaliyyətlərinin tərkib hissəsi kimi sanitariya qaydalarına və normalarına, gigiyena 

normativlərinə əməl edilməsini; 

 əhali arasında sağlam həyat tərzinin, yüksək sanitariya mədəniyyətinin yaranmasına 

yönəldilmiş gigiyena təlim-tərbiyəsi işlərinin görülməsi;

 əhalinin sağlamlıq vəziyyəti, gigiyena və epidemiologiya şəraiti, profilaktika, sanitariya-

gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər barəsində əhaliyə geniş məlumat 

verilməsi; dövlət və idarə sanitariya nəzarəti, istehsalat nəzarəti və ictimai nəzarət 

sistemi. 

Maddə 2. Azərbaycan Respublikasının sanitariya qanun-vericiliyi və onun əsas vəzifələri

1. Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi «Əhalinin sağlamlığının qorunması 

haqqında» Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, əhalinin sanitariya-

epidemioloji salamatlığı məsələləri barəsində Azərbaycan Respublikasının digər qanunvericilik 

aktlarından ibarətdir. 

2. Azərbaycan Respublikasının sanitariya qanunvericiliyi Azərbaycan Respublikası ərazisində 

adamların sağlamlığının qorunmasında və möhkəmləndirilməsində, cismən və ruhən inkişafında, 

fəal uzunömürlüyündə vətəndaşların və cəmiyyətin hüquq və mənafelərini həyata keçirməyin 

zəruri şərti kimi əhalinin sanitariya-epidemioloji salamatlığı sahəsində ictimai münasibətləri 

tənzimləyir. 

3. Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin əsas vəzifələri aşağıdakılardır: 

 dövlət orqanlarının, ictimai birliklərin, tabeliyindən və mülkiyyət formasından asılı 

olmayaraq müəssisələrin, təşkilat-ların, idarələrin, vəzifəli şəxslərin və vətəndaşların bu 

sahədə hüquq və vəzifələri sisteminin müəyyən edilməsi;

 insanların sağlamlığım ətraf mühit amillərinin mənfi təsirindən qorumaq və 

möhkəmləndirmək məqsədilə onların sanitariya-epidemioloji salamatlığının təmin 

edilməsi;

 sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, eləcədə 

sanitariya-gigiyena və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət sisteminin 

yaradılması;

 gigiyena tənzimlənməsi və epidemioloji tənzimləmə qayda-sının müəyyənləşdirilməsi, 

sanitariya normalarının və qayda-larının hazırlanması;

 əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən iqtisadi mexanizmin 

yaradılması; 


 sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini pozmağa görə məsuliyyət 

dərəcələrinin müəyyən edilməsi;

 vətəndaşların salamatlığının qorunması hüququnu təmin etməyə yönəldilən 

qanunvericilik, hüquqi və təşkilati tədbirlər kompleksinin yaradılması.

Maddə 3. Sanitariya normaları və qaydaları, gigiyena normativləri

Sanitariya normalan və qaydaları, gigiyena normativləri ətraf mühit amillərinin insan üçün təhlükəsizliyi 

və ya zərərsizliyi meyarlarını və insanın həyat və fəaliyyəti üçün əlverişli şərait yaradılması tələblərini 

müəyyən edən normativ aktlardır. Azərbaycan Respublikası ərazisində respublikanın sanitariya normaları

və qaydaları, gigiyena normativləri qüvvədədir. 

Lazım gəldikdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin müəyyən etdiyi qayda əsasında Naxçıvan 

Muxtar Respublikasının, şəhərlərin və rayonların ərazisində müvəqqəti yerli sanitariya qaydaları tətbiq 

edilə bilər. Bütün dövlət orqanları, ictimai birliklər, tabeliyindən və mülkiyyət formasından asılı 

olmayaraq müəssisələr, idarələr, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar sanitariya normalarına və 

qaydalarına, gigiyena normativlərinə hökmən əməl etməlidirlər. 

Respublika və yerli sanitariya qaydalarının və normalarının, gigiyena normativlərinin hazırlanması, 

təsdiq, nəşr edilməsi, qüvvəyə minməsi və dəyişdirilməsi qaydasını, habelə beynəlxalq sanitariya 

qaydalarının və normalarının, gigiyena normativlərinin Azərbaycan Respublikası ərazisində qüvvədə 

olması qaydasını Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi müəyyən edir, sanitariya 

normalan və qaydaları, gigiyena normativləri sərbəst yayılmalıdır. 

Maddə 4. Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində Azərbaycan 



Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının, Naxçıvan Muxtar Respublikası ali 

və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının, Azərbaycan Respublikası şəhərlərinin və 

rayonlarının yerli hakimiyyət orqanlarının səlahiyyəti 

1. Azərbaycan Respublikası ali dövlət hakimiyyəti və idarəetmə orqanlarının səlahiyyətinə 

aşağıdakılar aiddir:

 Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığı məsələlərinə dair 

respublika qanunlarının, digər normativ aktların hazırlanması və qəbul edilməsi; 

 əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində məqsədyönlü 

respublika kompleks proqramlarının hazırlanması və qəbul olunması, onların 

maliyyələşdirilməsi və həyata keçirilməsinə nəzarət edilməsi; 

 dövlət orqanları tərəfindən sanitariya qanunvericiliyinə əməl olunmasına nəzarət 

edilməsi;

 Azərbaycan Respublikasının ərazisində əhalinin sanitariya-epidemioloji salamatlığının 

təmin olunması sahəsində vahid dövlət siyasətinin müəyyənləşdirilməsi və həyata 

keçirilməsi, dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin sisteminin 

və hüquqi statusunun müəyyən edilməsi;

 Azərbaycan Respublikasının ərazisində əhali arasında yoluxucu və qeyri-yoluxucu 

kütləvi xəstəliklərin, zəhərlənmələrin yayılmasının qarşısını almağa və ləğv edilməsinə 

yönəldilmiş xüsusi təhsil, hərəkət, daşıma və əmək rejimi şərtlərinin qoyulması və ləğv 

edilməsi; 

 insanların həyatı və sağlamlığı üçün təhlükəli olan ərazidə əhalinin yaşamasının, kənd 

təsərrüfatı işlərinin, digər təsərrüfat işlərinin qadağan edilməsi; 

 sanitariya qanunvericiliyinə əməl olunmaması nəticəsində dəymiş zərərin hesablanması 

və ödənilməsi qaydasının müəyyənləşdirilməsi; 

 əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində elmi 

tədqiqatların istiqamətləndirilməsi, əlaqələndiril-məsi və maliyyələşdirilməsi.

2. Öz ali və yerli dövlət hakimiyyəti və idarəetmə orqanlarının simasında Naxçıvan Muxtar 

Respublikasının, Azərbaycan Respublikası şəhərlərinin və rayonlarının səlahiyyətinə aşağıdakılar 

daxildir: 

 öz inzibati ərazisində əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunması sahəsində 

normativ hüquq aktlarının qəbul olunması və dövlət idarəetməsinin həyata keçirilməsi; 

 müəssisələrin, təşkilatların, idarələrin və vətəndaşların kompleks gigiyena tədbirlərini və 

epidemiya əleyhinə tədbirləri həyata keçirməsi sahəsində fəaliyyətin əlaqələndirilməsi;


 əhalinin sanitariya-epidemioloji salamatlığının təmin olunmasına dair regional və yerli 

proqramların hazırlanması və təsdiqi, onların yerinə yetirilməsinə nəzarət, habelə bu məsələlərə 

dair dövlət proqramlarının həyata keçirilməsinin təşkili;

 əhali arasında yoluxucu xəstəlik epidemiyalarının, qeyri-yoluxucu kütləvi xəstəliklərin və 

zəhərlənmələrin qarşısının alınmasında və ləğvində operativ tədbirlərin təşkili, habelə müvafiq 

ərazidə karantinin və ya məhdudlaşdırıcı tədbirlərin tətbiqinə və ləğvinə dair qərarların qəbul 

edilməsi.

II FƏSİL 

AZƏRBAYCAN RESPUBLİKASI ƏhALİSİNİN SANİTARİYA-EPİDEMİOLOJİ SALAMATLIĞININ 

TƏMİN EDİLMƏSİNDƏ VƏTƏNDAŞLARIN, DÖVLƏT ORQANLARININ, İCTİMAİ 

BİRLİKLƏRİN, MÜƏSSİSƏLƏRİN, TƏŞKİLATLARIN VƏ İDARƏLƏRİN HÜQUQLARI 

Maddə 5. Azərbaycan Respublikası vətəndaşlarının əlverişli ətraf mühitdə yaşamaq hüququ

Azərbaycan Respublikasının vətəndaşları indiki və gələcək nəsillərin səhhətinə mənfi təsir göstərməyən 

və onların sanitariya-epidemioloji salamatlığını təmin edən əlverişli ətraf mühitdə yaşamaq hüququna 

malikdirlər. Azərbaycan Respublikası vətəndaşlarının bu hüququ, habelə onunla bağlı olan və bu 

Qanunun 6-cı və 8-ci maddələrində nəzərdə tutulan hüquqları Azərbaycan Respublikasının ərazisinə 

gəlmiş xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə, bu Qanunun 6-cı maddəsində nəzərdə tutulan 

hüquqları isə . Azərbaycan Respublikasının ərazisində daimi yaşayan xarici vətəndaşlara və vətəndaşlığı 

olmayan şəxslərə də şamil edilir. Vətəndaşların 5-8-ci maddələrdə göstərilən hüquqlarının həyata 

keçirilməsi qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunur. 

Maddə 6. Azərbaycan Respublikası vətəndaşlarının məlumat almaq hüququ

Azərbaycan Respublikası vətəndaşları xəstələnmə dərəcəsi, epidemioloji vəziyyət və radiasiya şəraiti, 

ətraf mühitin vəziyyəti və bunların insan sağlamlığına təsiri, aparılmış gigiyena ekspertizalarının, digər 

xüsusi ekspertizaların nəticələri, dövlət orqanlarının və vəzifəli şəxslərin qəbul etdiyi, həyata keçirilməsi 

əhalinin sağlamlığına və ətraf mühitə təsirlə bağlı olan qərarlar haqqında tam, düzgün və pulsuz məlumat 

almaq hüququna malikdirlər, 

Maddə 7. Həyata keçirilməsi sağlamlığa və ətraf mühitə təsirlə bağlı olan qərarların 



hazırlanmasında Azərbaycan Respublikası vətəndaşlarının iştirak etmək hüququ

Azərbaycan Respublikasının vətəndaşları təşkilatlar və vəzifəli şəxslər tərəfindən istər təkbaşına, istərsə 

də kollegial qəbul olunan, həyata keçirilməsi əhalinin sağlamlığına və ətraf mühitə təsirlə bağlı olan 

qərarların hazırlanmasına və icrasına nəzarətdə iştirak etmək hüququna malikdirlər. 

Maddə 8. Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığına dəyən zərərin əvəzinin ödənilməsi 

hüququ 

Azərbaycan Respublikasının vətəndaşları ətraf mühitin kimyəvi, fiziki, bioloji və digər amillərinin, habelə 

qida məhsullarının təsiri nəticəsində sağlamlığa dəyən zərərin əvəzinin qüvvədə olan qanunvericiliyə 

müvafiq surətdə tamamilə ödənilməsi hüququna malikdirlər. Zərərin əvəzinin ödənilməsi barədə 

mübahisələri qanunla müəyyən edilmiş qaydada baxılır. 

Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının məhkəmə vasitəsilə müdafiəsi 

Dövlət idarəetmə orqanlarının və vəzifəli şəxslərin, vətəndaşların bu Qanunun 5-8-ci maddələrində 

nəzərdə tutulmuş hüquqlarına toxunan qərarlarından və hərəkətlərindən vətəndaşlar Azərbaycan 

Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq bilavasitə ali dövlət idarəetmə orqanlarına və ya 

məhkəməyə şikayət edə bilərlər. 

Maddə 10. Dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların və idarələrin 

hüquqları

Dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların və idarələrin aşağıdakı hüquqları 

vardır: 

 sanitariya-epidemioloji vəziyyət və ətraf mühitin vəziyyəti, əhalinin xəstələnmə dərəcəsi, 

qüvvədə olan sanitariya normaları və qaydaları, gigiyena normativləri haqqında məlumat almaq;


 Azərbaycan Respublikası əhalisinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsinə dair 

proqramların hazırlanmasın-da iştirak etmək.



III FƏSİL

SANİTARİYA-EPİDEMİOLOJİ SALAMATLIĞIN TƏMİN EDİLMƏSİ SAHƏSİNDƏ DÖVLƏT 

ORQANLARININ, İCTİMAİ BİRLİKLƏRİN, MÜƏSSİSƏLƏRİN, TƏŞKİLATLARIN, 

İDARƏLƏRİN, VƏZİFƏLİ ŞƏXSLƏRİN VƏ VƏTƏNDAŞLARIN VƏZİFƏLƏRİ 

Maddə 11. Dövlət orqanlarının, ictimai birliklərin, müəssisələrin, təşkilatların, idarələrin, vəzifəli 

şəxslərin və vətəndaşların vəzifələri

1. Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, vəzifəli şəxslər və vətəndaşlar 

təsdiq edilmiş sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli: 

 sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə, xəstələnmə hallarının qarşısının 

alınmasına və azaldılmasına, ətraf mühitin sağlamlaşdırılmasına yönəldilən sanitariya-

gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər görməli; 

 dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin tələblərinə əməl etməli; 

 dövlət sanitariya nəzarətini həyata keçirən orqanlara və idarələrə sanitariya-epidemioloji 

vəziyyət. radiasiya şəraiti və qəzalar haqqında dəqiq və dolğun məlumat verməlidirlər. 

Bu vəzifələr Azərbaycan Respublikasının ərazisində daimi yaxud müvəqqəti yaşayan xarici vətəndaşlara 

və vətəndaşlığı olmayan şəxslərə də aiddir. 

2. Yerli idarəetmə orqanları və nazirliklər öz ərazilərində və tabeliklərində olan müəssisələrin, 

təşkilatların, idarələrin, kooperativlərin və vətəndaşların sanitariya qanunvericiliyinə əməl 

etmələrinə cavabdehdirlər. 

Maddə 12. Vətəndaşların sağlamlığının qorunması, əlverişli ətraf mühitdə yaşaması və məlumat 

alması hüquqlarının təmin edilməsi sahəsində vəzifələr

Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar və idarələr: 

 əhalinin sağlamlığını qorumaq və möhkəmləndirmək, ətraf mühitin insana mənfi təsirinin 

qarşısının alınmasına kömək etmək üçün mümkün olan bütün tədbirləri görməli;

 Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən dövlət, xidmət, yaxud kommersiya 

sirri daşıyan hallar istisna olmaqla, bu Qanunun 6-cı maddəsinə müvafiq surətdə vətəndaş-ların 

tələbi ilə onlara tam və dəqiq məlumat verməli; 

 həyata keçirilməsi əhalinin sağlamlığına və ya ətraf mühitə mənfi təsirlə bağlı olan qərarların 

hazırlanmasında, qəbul olunmasında və icrasına nəzarətdə vətəndaşların iştirakı üçün şərait 

yaratmalı; 

 sağlam həyat tərzini formalaşdırmaq üçün şəraiti təmin etməli, o cümlədən bədən tərbiyəsi-idman 

müəssisələrinin, sağlamlaşdırma komplekslərinin, sağlamlıq mərkəzlərinin, turist və idman 

bazalarının, sanatoriya-profilaktoriyaların və əhalinin istirahəti, sağlamlığının 

möhkəmləndirilməsi ilə məşğul olan digər müəssisələrin səmərəli işləməsindən ötrü müasir 

maddi-texniki baza yaratmalı;

 sağlam həyat tərzini formalaşdırmaq məqsədilə əhali arasında gigiyena biliklərini təbliğ etməli, 

gigiyena təlim-tərbiyəsi işlərini yerinə yetirməlidirlər. 

Sağlam həyat tərzinin təbliği, o cümlədən kütləvi informasiya vasitələri ilə təbliği dövlət və digər 

maliyyələşdirmə mənbələri hesabına həyata keçirməlidir. 

Maddə 13. Normativ-texniki sənədləri hazırlanmasının vəzifələri

Normativ-texniki sənədləri hazırlayan dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar; idarələr 

və vətəndaşlar: 

 immunoloji-bioloji və dərman preparatlarının bütün növləri haqqında normativ-texniki sənədləri 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin təsdiqinə verməli; 

 yeni növ xammal, materiallar, maddələr, məmulat və digər xalq təsərrüfatı məhsulları tətbiq 

edilənədək əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsinə yönəldilən 

normativlər üzrə əsaslandırılmış təklifləri hazırlayıb Azərbaycan Respublikası Səhiyyə 

Nazirliyinin təsdiqinə verməli; 



 maddələrin, materialların xassələrini, texnologiyaların təhlükəsizliyini hərtərəfli qiymətləndirmək 

üçün dövlət sanitariya nəzarəti orqanlarına və idarələrinə lazımi məlumat verməlidirlər. 

Maddə 14. Layihələşdirmə və tikinti dövründə vəzifələr

Tikinti üçün torpaq sahəsi ayrılarkən, müəssisələr, onların buraxılış kompleksləri, binaları və qurğuları 

layihələşdirilərkən, yerləşdirilərkən, tikilərkən, yenidən qurularkən, modernləş-dirilərkən, yeni texnika ilə 

təchiz edilərkən, yaşayış məntəqələri, kurortlar, sənaye və kənd təsərrüfatı obyektləri, su təchizatı, 

kanalizasiya, çirkab sulan təmizləmə sistemləri və hidrotexniki qurğular perspektiv üçün tikilərkən və 

yerləşdirilərkən, nəqliyyat vasitələri, texnoloji proseslər, məmulat, avadanlıq, alətlər və s. hazırlanarkən 

dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar əhalinin sanitariya-

epidemioloji salamatlığının təmin olunmasına yönəldilən sanitariya normalarına və qaydalarına, gigiyena 

normativlərinə əməl etməlidirlər. Torpaq sahələrinin ayrılması, tikinti, yenidənqurma, modernləşdirmə, 

yeni texnika ilə təchizetmə layihələrinin dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri ilə 

razılaşdırılması qaydası Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilər. 

Maddə 15. Obyektlərin istismara qəbul edilməsi dövründə vəzifələr

Dövlət və işçi qəbul komissiyalarının sədrləri və üzvləri, o cümlədən dövlət sanitariya-epidemioloji 

orqanlarının və idarələrinin nümayəndələri tikintisi başa çatdırılmış, yenidən qurulmuş, genişləndirilmiş 

obyektləri yalnız sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin tələblərinə əməl 

olunduqda istismara qəbul etməlidirlər. 

Maddə 16. Otaqların, binaların, qurğuların, avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin 

saxlanılması və istismarı sahəsində vəzifələr 

İctimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar istehsalat və sanitariya-məişət 

otaqlarının, iş yerlərinin, ictimai binaların, komplekslərin və qurğuların, yaşayış evlərinin, texnoloji və 

başqa avadanlığın, ərazinin, nəqliyyat vasitələrinin sanitariya normalarına və qaydalarına, gigiyena 

normativlərinə, tikinti standartlarına, normalarına və qaydalarına, bu sahəyə aid digər sənədlərin 

tələblərinə müvafiq surətdə saxlanılmasını və istismar olunmasını təmin etməlidirlər.

Maddə 17. Kimyəvi maddələrin, bioloji vasitələrin və materialların tətbiqi, istifadəsi, 

zərərsizləşdirilməsi və basdırılması sahəsində vəzifələr

İctimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar:

 kimyəvi maddələr, bioloji vasitələr və materiallar tətbiq, istifadə edilərkən, zərərsizləşdirilərkən 

və basdırılarkən sanitariya-epidemioloji salamatlığı və təhlükəsizliyi təmin etmək tələblərini 

nəzərdə tutan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə, standartlara və 

digər sənədlərə əməl etməli; 

 kimyəvi maddələri, bioloji vasitələri, materialları, mineral gübrələri, boy maddələrini və 

bitkiqoruyucu bioloji vasitələri, polimer və plastik kütlələri, ətriyyat-kosmetika məhsullarını, 

digər kimyəvi və bioloji vasitələri yalnız toksikoloji-gigiyena rəyi verildikdən, gigiyena 

normativləri müəyyən olunduqdan sonra, immunoloji-bioloji preparatları və dərman vasitələrini 

isə müəyyənləşdirilmiş qaydada və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi ilə 

tətbiq etməlidirlər. 

Maddə 18. Radiasiya təhlükəsizliyini təmin etmək sahəsində vəzifələr

Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr, və vətəndaşlar radioaktiv maddələrlə 

və digər ionlaşdırıcı şüalanma mənbələri ilə işləyərkən radiasiya təhlükəsizliyi normalarına və sanitariya 

qaydalarına, habelə radioaktiv maddələrin və digər ionlaşdırıcı şüalanma mənbələrinin çıxarılması, 

alınması, hazırlanması, istifadə olunması, emalı, daşınması, saxlanılması, işlədilməsi və basdırılması 

zamanı radiasiya təhlükəsizliyini təmin etmək barəsində digər normativ sənədlərdə göstərilmiş tələblərə 

əməl etməlidirlər. Radiasiya təhlükəsizliyi normaları və radioaktiv maddələrlə, digər ionlaşdırıcı 

şüalanma mənbələri ilə işin sanitariya qaydaları tələblərinin pozulduğu bütün hallar hökmən dövlət 

sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin iştirakı ilə xüsusi müzakirə edilməlidir. 

Maddə 19. Mənzil sahəsinə sakinlərin köçürülməsi və yaşaması sahəsində vəzifələr

Yaşayış üçün mənzil sahəsi verən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və 

vətəndaşlar sakinləri mənzil sahəsinə köçürərkən qüvvədə olan sanitariya tələblərini yerinə 

yetirməlidirlər. 


Maddə 20. Ərzaq xammalının və qida məhsullarının istehsalı, daşınması, saxlanılması və satışı 

zamanı vəzifələr 

İctimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətən-daşlar:

 ərzaq xammalının və qida məhsullarının istehsalı, daşınması, saxlanılması və satışı zamanı tibbi-

bioloji tələblərə, sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməli; 

 qida məhsullarına yeni əlavələri, xüsusi qatılan bioloji fəal maddələri, yeni istehsal 

texnologiyalarmı, istehsal xammalmı və qida məhsullarmı, habelə ərzaq xammalı və qida 

məhsulları ilə təmasda olan qabları, polimer və başqa materialları yalnız toksikoloji-gigiyena rəyi 

verildikdən sonra və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin icazəsi ilə 

müəyyənləşdirilmiş qaydada tətbiq etməlidirlər. 

Maddə 21. Təsərrüfat-içməli su təchizatına və əhalinin mədəni-məişət məqsədilə sudan istifadə 



etdiyi yerlərə olan sanitariya tələblərinə əməl etmək sahəsində vəzifələr

Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar mərkəzləşdirilmiş 

təsərrüfat-içməli su təchizatı sistemləri ilə verilən suyun keyfiyyətinin gigiyena tələblərinə və dövlət 

standartlarına uyğun gəlməsini, mərkəzləşdirilməmiş su təchizatı zamanı, habelə sututarlarda və dənizin 

sahilboyu zolağında, əhalinin mədəni-məişət məqsədləri üçün istifadə etdiyi yerlərdə isə müvafiq 

sanitariya normalarının və qaydalarının tələblərinə uyğun gəlməsini təmin etməlidirlər. Mərkəzləşdirilmiş 

təsərrüfat-içməli su kəmərləri və onların mənbələri üçün suyun lazımi keyfiyyətini təmin edən xüsusi 

rejimli sanitariya mühafizə zonaları müəyyən edilməlidir. Su kəmərlərinin və onları təchiz edən 

mənbələrin sanitariya mühafizə zonalarının təyin edilməsi qaydası, habelə bu zonaların sanitariya rejimi 

Azərbaycan Respublikasının qanun-vericiliyi ilə müəyyən olunur. 

Maddə 22. Xaricdən satın alınan məhsulun göndərilməsi, satışı və istifadəsi zamanı vəzifələr

Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar xaricdən satın aldıqları 

xammalı, materialları, maddələri, məmulatı və digər məhsulları, onların istehsalı texnologiyalarını 

göndərərkən, saxlayarkən, satarkən və istifadə edərkən Azərbaycan Respublikasında qüvvədə olan 

sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etməlidirlər. 

Maddə 23. Uşaqların və yeniyetmələrin tərbiyəsi, təhsili və istehsalat təcrübəsi şərtlərinə əməl 



edilməsi sahəsində vəzifələr

Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar məktəbəqədər uşaq 

tərbiyə müəssisələrində, orta məktəblərdə və texniki peşə məktəblərində, digər idarə və müəssisələrdə 

uşaqların və yeniyetmələrin təhsili və tərbiyəsi, istehsalat təcrübəsi şərtlərini, onların iaşəsi, sanitariya 

məişət təminatı, əmək və istirahət şəraiti üzrə sanitariya qanunvericiliyinin tələblərini tənzimləyən 

sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əmə! olunmasını təmin etməlidirlər. 

Maddə 24. Tibbi müayinələrdən keçmək vəzifəsi

Əhalinin sağlamlığını qorumaq, yoluxucu və parazitar xəstəliklərin yayılmasına yol verməmək, peşə 

xəstəliklərinin və zəhərlənmələrin, bədbəxt hadisələrin qarşısını almaq, əməyin təhlükəsizliyini təmin 

etmək məqsədilə müəssisələrin, təşkilatların, idarələrin işçiləri və vətəndaşlar işə qəbul olunmazdan əvvəl 

və vaxtaşırı tibbi müayinədən keçməlidirlər. Zərərli maddələrin, mənfi amillərin və müvafiq işlərin 

siyahısını, tibbi müayinələrin keçirilməsi qaydasını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 

müəyyən edir. Müəssisələrin, təşkilatların və idarələrin rəhbərləri və digər vəzifəli, şəxsləri tibbi 

müayinədən keçməyən, yaxud sağlamlıq vəziyyətinə görə yararsız hesab edilən şəxslərin işə 

buraxılmaması və işçilərin vaxtaşaşırı tibbi müayinədən vaxtında keçməsi üçün məsuliyyət daşıyalar. 

Maddə 25. Xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq sahəsində vəzifələr

Dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, 

peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan 

xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə 

onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu və parazitar 

xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almağa yönəldilən profilaktik peyvəndlər 

vurulmasının və digər tədbirlər görülməsinin qaydasını Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi 

müəyyən edir. Yoluxucu, parazitar, kütləvi qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması 

təhlükəsi yarandıqda Azərbaycan Respublikasının hökuməti, baş dövlət sanitariya həkimləri özlərinin 



səlahiyyətləri daxilində müvafiq ərazilərdə və ya obyektlərdə müəyyən olunmuş qaydada xüsusi əmək, 

təhsil, hərəkət, daşıma şəraiti və rejimləri tətbiq edir, lazım gəldikdə isə belə xəstəliklərin əmələ 

gəlməsinin, yayılmasının qarşısını almağa və onları ləğv etməyə yönəldilən zərərsizləşdirmə

dezinfeksiya, dezinseksiya, deratizasiya və dezaktivasiya işləri görürlər. Yoluxucu və parazitar xəstəlik 

mənbələrində karantin - təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş 

şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini Azərbaycan Respublikasının hökuməti, 

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi müəyyən edir.

Maddə 26. Elmi tədqiqat idarələrinin və təşkilatlarının xüsusi ekspertizalar keçirmək sahəsində 



vəzifələri

Elmi tədqiqat idarələri, ali məktəblər, digər təşkilatlar və idarələr elmi-texniki tərəqqinin müasir 

səviyyəsini nəzərə almaqla özlərinin səlahiyyəti daxilində əhalinin və ayrı-ayrı vətəndaşların sağlamlıq və 

xəstələnmə vəziyyətini, layihə sənədlərini, texniki və başqa sənədləri, xammalı, materialları, maddələri, 

məmulatı və digər xalq təsərrüfatı məhsullarını, onların istehsalı texnologiyasını və tibbi immunoloji-

bioloji preparatları sanitariya-gigiyena, tibbi, bioloji, texniki, sosioloji, statistika ekspertizalarından və 

digər növ xüsusi ekspertizalardan keçirməlidirlər. Bu ekspertizalar dövlət sanitariya-epidemioloji xidməti 

orqanlarının və idarələrinin göndərişləri üzrə müqavilə əsasında və ya başqa əsasda keçirilir. Elmi 

tədqiqat idarələri, ali məktəblər, digər təşkilatlar və idarələr ekspertizaların düzgün keçirilməsi üçün 

məsuliyyət daşıyırlar. 



IV FƏSİL 

AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT SANİTARİYA NƏZARƏTİNİN TƏŞKİLİ 

Maddə 27. Azərbaycan Respublikası dövlət sanitariya epidemioloji xidmətinin vəzifələri

Azərbaycan Respublikasının dövlət sanitariya-epidemioloji xidməti əhalinin sağlamlığını qorumaq və 

möhkəmləndirmək, sağlam həyat tərzi formalaşdırmaq və xəstəliklərin profilaktikasını təmin etmək 

məqsədilə ətraf mühitin zərərli amillərinin əhalinin sağlamlığına təsirinin qarşısının alınmasına, aşkara 

çıxarılıb ləğv olunmasına yönəldilmiş aşağıdakı vəzifələri yerinə yetirir: 

 dövlət sanitariya nəzarəti və epidemioloji tədqiqatlar aparılması; 

 ətraf mühit amillərinin əhalinin sağlamlığına təsirinin uçotu, statistikası və sosial-gigiyena 

monitorinqi;

 əhalinin sanitariya-epidemioloji salamatlığını təmin edən proqramların hazırlanması, onların 

həyata keçirilməsinə təşkilati-metodik rəhbərlik və nəzarət edilməsi;

 əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, yoluxucu, parazitar xəstəliklərin və 

qida zəhərlənmələrinin profilaktikası və ləğvi sahəsində, habelə ekstremal vəziyyətlər yarandıqda 

sanitariya-gigiyena tədbirlərinin, epidemiya əleyhinə tədbirlərin təşkili və həyata kecirilməsi;

 ətraf mühitin zərərli amillərin gigiyena baxımından normalaşdırılması və tənzimlənməsi; 

 sağlam həyat tərzini formalaşdırmaq, əhalinin sanitariya mədəniyyətini yüksəltmək üçün gigiyena 

biliklərinin təbliğ edil-məsi;

 Azərbaycan Respublikası ərazisinin karantin infeksiyaları gətirilməsindən və yayılmasından, 

sağlamlıq üçün təhlükəli ərzaq məhsulları və istehlak əşyaları idxalından sanitariya mühafizəsi;

 dövriyyədə olan dərman vasitələri barəsində müəyyən olunmuş sanitariya-gigiyena tələblərinə 

əməl olunmasına nəzarətin həyata keçirilməsi. 

Maddə 28. Dövlət sanitariya nəzarəti

Dövlət sanitariya nəzarəti əhalinin sanitariya-epidemioloji salamatlığını, əlverişli ətraf mühiti təmin edən 

və əhalinin sağlamlığını qoruyub möhkəmləndirmək, adamların fəal ömrünü uzatmaq məqsədi güdən 

sanitariya-gigiyena tədbirləri və epidemiya əleyhinə tədbirlər kompleksinin dövlət orqanları, ictimai 

birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar tərəfindən yerinə yetirilməsi prosesində dövlət 

sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin elə bir fəaliyyətidir ki, bu fəaliyyət sanitariya 

qanunvericiliyinin, insanın sağlamlığının qorunması sahəsində beynəlxalq və dövlət standartlarının 

tələblərinin yerinə yetirilməsini təmin etməyə, sanitariya qaydaları və normaları, gigiyena normativləri 

pozuntularının qarşısını almağa, bunları vaxtında aşkara çıxarıb ləğv etməyə, təqsirli şəxsləri məsuliyyətə 

cəlb etməyə yönəldilmişdir. 

Maddə 29. İdarə sanitariya nəzarəti


Azərbaycan Respublikası müdafiə, milli təhlükəsizlik və daxili işlər nazirliklərinin obyektlərində, habelə 

dəmiryol nəqliyyatında sanitariya-epidemioloji salamatlığın təmin edilməsinə idarə sanitariya nəzarətini 

bu nazirliklərin xüsusi sanitariya xidmətləri həyata keçirir. Bu xidmətlərin fəaliyyəti Azərbaycan 

Respublikasının sanitariya qanunvericiliyinə zidd olmamalıdır. 

Maddə 30. İstehsalat nəzarəti

İstehsal prosesində sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsinə, ətraf 

mühitin çirklənməsinin qarşısını almaq və sağlamlaşdırmaq məqsədi güdən tədbirlərin görülməsinə, 

insanların əmək, məişət, istirahət, təhsil və tərbiyə şəraitinə, istehsal olunan məhsulun gigiyena 

göstəricilərinə istehsalat nəzarətini təmin etmək vəzifəsi müəssisələrin, təşkilatların, idarələrin 

rəhbərlərinə və fərdi əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlara həvalə edilir. İstehsalat nəzarətinin 

həyata keçirilməsi üçün məsul orqanlar və şəxslər attestasiyadan keçməli, müəyyənləşdirilmiş mütərəqqi 

tədqiq üsullarım işdə tətbiq etməlidirlər. 

Maddə 31. İctimai sanitariya nəzarəti

İctimai birliklər, əmək kollektivləri və vətəndaşlar öz nizam-namələrinə və onların fəaliyyətini 

tənzimləyən digər normativ aktlara uyğun olaraq sanitariya qanunvericiliyinə əməl edil-məsinə, 

sanitariya-gigiyena tədbirlərinin və epidemiya əleyhinə tədbirlərin görülməsinə nəzarət edirlər. İctimai 

nəzarətin həyata keçirilməsi qaydası və təminatları Azərbaycan Respublikasının qanunvericiliyi ilə 

müəyyən edilir. 

Maddə 32. Dövlət və idarə sanitariya nəzarəti, istehsalat nəzarəti və ictimai nəzarət həyata 

keçirilərkən qarşılıqlı əlaqə 

Bu Qanunun 29-31-ci maddələrinə uyğun olaraq idarə sanitariya nəzarətini, istehsalat nəzarətini və 

ictimai nəzarəti təmin edən nazirliklərin və baş idarələrin xüsusi xidmətləri, müəssisələr, təşkilatlar, 

idarələr və vətəndaşlar Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin orqanları və 

idarələri ilə qarşılıqlı əlaqə şəraitində fəaliyyət göstərirlər.

V FƏSİL 

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT SANİTARİYA-EPİDEMİOLOJİ XİDMƏTİ 

Maddə 33. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin təşkili

1. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin 

vahid sisteminə aşağıdakılar daxildir: 

 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanitariya-Epidemioloji Nəzarəti Baş 

İdarəsi; 

 Respublika Gigiyena və Epidemiologiya Mərkəzi; Naxçıvan Muxtar Respublikası, şəhər 

və rayon, habelə hava və su nəqliyyatı gigiyena və epidemiologiya mərkəzləri; 

 gigiyena və epidemiologiya profilli elmi tədqiqat idarələri; 

 gigiyena və epidemiologiya profilli respublika, şəhər və rayon ixtisaslaşdırılmış 

mərkəzləri;

 taun əleyhinə idarələr; 

 digər sanitariya-profilaktika idarələri.

2. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanlarına və idarələrinə 

rəhbərlik etmək müvafiq surətdə Azərbaycan Respublikasının baş dövlət sanitariya həkiminə və 

onun müavinlərinə, Naxçıvan Muxtar Respublikası, şəhər və rayon, habelə hava və su nəqliyyatı 

baş dövlət sanitariya həkimlərinə və onların müavinlərinə həvalə olunur. 

3. Dövlət sanitariya nəzarətini həyata keçirən şəxslər aşağıdakı qaydada vəzifəyə təyin edilir və 

vəzifədən azad olunurlar: 

 Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimini Azərbaycan Respublikası səhiyyə 

nazirinin müavinini Azərbaycan Respublikası səhiyyə nazirinin təqdimatı üzrə Azərbaycan 

Respublikasının Prezidenti vəzifəyə təyin edir və vəzifədən azad edir; 

 Naxçıvan Muxtar Respublikasının baş dövlət sanitariya həkimini Azərbaycan Respublikasının 

Səhiyyə Nazirliyi ilə razılaşdırıldıqdan sonra Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 

vəzifəyə təyin edir və vəzifədən azad edir;



 şəhər, rayon baş dövlət sanitariya həkimlərini yerli icra hakimiyyəti orqanları ilə 

razılaşdırıldıqdan sonra Azərbaycan Respublikasının səhiyyə naziri vəzifəyə təyin edir və 

vəzifədən azad edir;

 idarə sanitariya nəzarəti üzrə baş sanitariya həkimləri və onların müavinləri respublika baş dövlət 

sanitariya həkimi ilə razılaşdırıldıqdan sonra vəzifəyə təyin edilir və vəzifədən azad olunurlar.

4. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin müəyyənləşdirilməsi və 

maddi-texniki təminatı respublika büdcəsi və müəyyənləşdirilmiş qaydada daxil olan 

büdcədənkənar vəsait hesabına həyata keçirilir. Fövqəladə vəziyyətlərdə yoluxucu və digər 

kütləvi xəstəlikləri və zəhərlənmələri ləğv etmək və onların yayılmasının qarşısını almaq üçün 

sanitariya-gigiyena tədbirlərinə və epidemiya əleyhinə tədbirlərə çəkilən xərcləri 

maliyyələşdirmək məqsədilə Respublika Gigiyena və Epidemiologiya Mərkəzi yanında xüsusi 

fond yaradılır.

Maddə 34. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin 

hüquqları

1. Azərbaycan Respublikasının baş dövlət sanitariya həkimi, Naxçıvan Muxtar Respublikası, şəhər 

və rayon, hava və su nəqliyyatı baş dövlət sanitariya həkimləri və onların müavinləri aşağıdakı 

hüquqlara malikdirlər: 

1) Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin yerinə yetirilməsini, sanitariya-gigiyena 

tədbirləri və epidemiya əleyhinə tədbirlər görülməsini, qüvvədə olan sanitariya normalarına və 

qaydalarına, gigiyena normativlərinə əməl edilməsini yoxlamaq məqsədilə tabeliyindən və 

mülkiyyət formasından asılı olmayaraq müəssisələrə, təşkilatlara və idarələrə maneəsiz 

gedib(müəyyən edilmiş nümunəli xidmət vəsiqəsini göstərməklə) yoxlama aparmaq, 

vətəndaşların yaşayış şəraitini, fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin iş şəraitini 

yoxlamaq və sanitariya normaları və qaydaları, gigiyena normativləri pozuntularını aradan 

qaldırmağı onlardan tələb etmək; 

2) zəruri hallarda elmi tədqiqat idarələrinə, laboratoriyalarına, ali məktəblərə, digər müəssisələrə 

xüsusi ekspertizalar və məsləhətləşmələr keçirməyi tapşırmaq; 

3) layihələşdirmə və tikinti işlərini, habelə tikintisi, yenidən qurulması başa çatdırılmış obyektlərin 

və onların buraxılış komplekslərinin istismara verilməsini, işləyən müəssisələrin, təşkilatların, 

ayrı-ayrı istehsal sexlərinin, sahələrinin, otaqlarının, binalarının, qurğularının, avadanlığının, 

nəqliyyat vasitələrinin istismarını, eləcə də ayrı-ayn iş və istehsal fəaliyyəti növlərinin yerinə 

yetirilməsinin, xalq təsərrüfatı məhsullarının istehsalına başlanmasını və tətbiqini, ərzaq 

xammalının və qida məhsullarının istehsalını, saxlanmasını, daşınmasını və satılmasını, içməli su 

mənbələrindən və təsərrüfat, mədəni-sağlamlaşdırma məqsədləri üçün su mənbələrindən istifadə 

olunmasını zəruri tədbirlər görülənədək və sanitariya normalarının və qaydalarının, gigiyena 

normativlərinin mövcud pozuntuları aradan qaldırılanadək dayandırmaq, bu normalara və 

qaydalara, normativlərə əməl etmək mümkün olmadıqda isə həmin işlərə xitam vermək; 

4) sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə uyğun gəlməyən torpaq sahəsinin 

seçilməsinə, yaşayış, ictimai, istehsal obyektlərinin və digər xalq təsərrüfatı obyektlərinin 

tikilməsinə, yenidən qurulmasına və genişləndirilməsinə dair ay ilə qabağı sənədləri və layihə 

sənədlərini razılaşdırılmaq üçün qəbul etməmək; 

5) yaşayış məntəqələrinin planlaşdırılması, tikintisi layihələri və xalq təsərrüfatı obyektlərinin 

yerləşdirilməsinə dair perspektiv planların layihələri barəsində, tikinti üçün torpaq sahələri 

verilməsi, əhalinin sudan istifadə yerlərinin və şərtlərinin müəyyənləşdirilməsi, çirkab suların 

axıdılması, zəhərli kimyəvi, radioaktiv və başqa maddələrin işlədilməsi və basdırılması qaydası 

barəsində, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması layihələri barəsində 

dövlət orqanlarına, ictimai birliklərə, müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara qüvvədə 

olan sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əsaslanmaqla hazırlanan, 

hökmən yerinə yetirilməli olan rəyləri müəyyən edilmiş qaydada vermək; 

6) yeni növ xammal, materiallar, maddələr, məmulat, digər xalq təsərrüfatı məhsulları, onların 

istehsalı texnologiyaları, ərzaq xammalı və qida məhsulları standartlarının və texniki şərtlərinin 

layihələrinə baxıb rəy vermək; 

7) sənaye, ictimai və yaşayış binalarının, komplekslərinin, kənd təsərrüfatı müəssisələrinin və 

qurğularının, digər müəssisələrin və qurğuların qüvvədə olan sanitariya normalarına və 

qaydalarına, gigiyena normativlərinə uyğun olub-olmaması barədə rəy vermək;



8) çalışdıqları istehsalatın və ya gördükləri işin xüsusiyyətləri ilə əlaqədar olaraq yoluxucu və 

parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxslərin, habelə sanitariya normalarını və 

qaydalarım, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxslərin işdən kənar 

edilməsini, yoluxucu və parazitar xəstəliklərə tutulan, ətrafdakılar üçün təhlükə yaradan şəxslərin 

xəstəxanaya yerləşdirilməsini, epidemiya əleyhinə və profilaktika tədbirləri görülməsini ictimai 

birliklərin, müəssisələrin, təşkilatların, idarələrin rəhbərlərindən, vəzifəli şəxslərdən və 

vətəndaşlardan tələb etmək;

9) obyektlərin sanitariya vəziyyətini aydınlaşdırmaq və sağlamlıq vəziyyətinin epidemioloji 

analizini keçirmək üçün zəruri olan ayrı-ayrı sənədləri, məlumatı və izahatı vəzifəli şəxslərdən və 

vətəndaşlardan tələb etmək; 

10) laboratoriya analizinin və gigiyena ekspertizasının keçirilməsi üçün qida məhsullarını, məmulatı, 

əşyaları və materialları götürmək, habelə bilavasitə nəzarət obyektlərində zəruri laboratoriya 

tədqiqatları və alətlər vasitəsilə tədqiqatlar (ölçmələr) aparmaq; 

11) epidemioloji göstəricilər əsasında əhaliyə və ya vətəndaşların ayrı-ayrı qruplarına profilaktik 

peyvəndlər vurmaq haqqında, profilaktika məqsədilə və yoluxucu xəstəlik mənbələrində, habelə 

bu xəstəliklərin əmələ gəlməsi üçün şərait olan binalarda və ərazidə dezinfeksiya, dezinseksiya, 

deratizasiya və dezaktivasiya aparmaq haqqında qərar qəbul etmək; 

12) Azərbaycan Respublikası sanitariya qanunvericiliyinin, sanitariya normalarının və qaydalarının, 

gigiyena normativlərinin pozulması faktları barədə materiallara baxılması üçün vəzifəli şəxsləri

və vətəndaşlar dövlət sanitariya-epidemioloji xidməti idarələrinə çağırmaq; 

13) vəzifəli şəxslərin və vətəndaşların sanitariya sahəsində hüquq pozuntuları barəsində işlərə 

baxmaq, inzibati tənbeh etmək, cinayət işlərinin qaldırılması üçün materialları istintaq 

orqanlarına vermək, inzibati təsir tədbirləri görülməsinə dair idarəetmə orqanlarına təkliflər 

vermək və görülmüş iş barəsində onlardan məlumat tələb etmək; 

14) əhalinin kütləvi xəstələnməsi və zəhərlənməsi zamanı sanitariya-gigiyena tədbirlərinin, 

epidemiya əleyhinə və digər tibbi tədbirlərin görülməsi üçün müalicə-profilaktika və sanitariya-

profilaktika müəssisələrinin çəkdikləri xərclərin ödənilməsi barədə tələblər irəli sürmək. 

2. Naxçıvan Muxtar Respublikasının, şəhərlərin və rayonların baş dövlət sanitariya həkimləri 

müəyyənləşdirilmiş qaydada müvəqqəti yerli sanitariya qaydalarını təsdiq, nəşr və tətbiq etmək 

hüququna da malikdirlər.

3. Bu maddənin 1, 9, 10, və 11-ci bəndlərində nəzərdə tutulmuş hüquqlar Azərbaycan Respublikası 

dövlət sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin mütəxəssislərinə də şamil 

edilir.

Maddə 35. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və 



mütəxəssislərinin vəzifələri və məsuliyyəti 

1. Özlərinin səlahiyyəti daxilində dövlət sanitariya nəzarətini həyata keçirən Azərbaycan 

Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin baş dövlət sanitariya həkimləri, digər 

vəzifəli şəxsləri və mütəxəssisləri: 

 sanitariya sahəsində hüquq pozuntularının qarşısını almaq, onları aşkara çıxarmaq və ləğv 

etmək üçün verilmiş səlahiyyətdən vaxtında və tam istifadə etməli;

 əhalinin sağlamlığının qorunması və möhkəmləndirilməsi, onun sanitariya-epidemioloji 

salamatlığının təmin edilməsi sahəsində özlərinin fəaliyyətini vətəndaşların və 

cəmiyyətin hüquq və mənafelərinin müdafiəsi işində marağı olan dövlət hakimiyyəti və 

idarəetmə orqanları, ictimai birliklər ilə əlaqələndirməli;

 əhaliyə sanitariya qanunvericiliyinin yerinə yetirilməsi və sanitariya mədəniyyətinin 

artırılması məsələlərində kömək etməli; onlara bəlli ola bilən məlumat barəsində dövlət, 

xidmət və kommersiya sirrini qorumalıdırlar. 

2. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidmətinin vəzifəli şəxsləri və 

mütəxəssisləri öz vəzifələrini lazımınca yerinə yetirməməyə, vəzifələrindən sui-istifadə etməyə 

görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət 

daşıyırlar. 

Maddə 36. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və 



mütəxəssislərinin hərəkətlərindən şikayət edilməsi

Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti baş dövlət sanitariya həkimlərinin, digər 

vəzifəli şəxslərinin və mütəxəssislərinin hərəkətlərindən bir ay müddətində tabelik üzrə yuxarı vəzifəli 


baş dövlət sanitariya həkiminə şikayət etmək olar. Şikayətlərə alındığı vaxtdan 30 gün keçənədək baxılır 

və onların barəsində qərar qəbul edilir. Qəbul edilən qərardan nara-zılıq olduqda vəzifəli şəxslərin və 

mütəxəssislərin hərəkətlərindən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş 

qaydada məhkəməyə şikayət edilə bilər. Şikayət edilməsi şikayət olunan hərəkəti dayandırmır.

Maddə 37. Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti vəzifəli şəxslərinin və 

mütəxəssislərinin hüquqi vəziyyəti və sosial müdafiəsi

Dövlət sanitariya nəzarətini həyata keçirən baş dövlət sanitariya həkimləri, digər vəzifəli şəxslər dövlət 

idarəetmə orqan-larının nümayəndələridir və dövlət tərəfindən müdafiə olunurlar. Onlar öz 

fəaliyyətlərində müstəqildirlər və yalnız Azərbaycan Respublikasının qüvvədə olan sanitariya 

qanunvericiliyini əsas tuturlar. Dövlət sanitariya nəzarətini həyata keçirən vəzifəli şəxslərin və 

mütəxəssislərin öz peşə vəzifələrini yerinə yetirmələrinə mane olmaq üçün onlara hər hansı şəkildə təsir 

göstərmək, yaxud onların fəaliyyətinə qarışmaq qadağandır. Belə hərəkətlərə yol verən vəzifəli şəxslər və 

vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləş-dirilmiş qaydada məsuliyyət 

daşıyırlar. 

VI FƏSİL 

AZƏRBAYCAN RESPUBLİKASININ SANİTARİYA QANUNVERİCİLİYİNİ POZMAĞA GÖRƏ 

MƏSULİYYƏT 

Maddə 38. Sanitariya sahəsində hüquq pozuntuları və onları törətməyə görə məsuliyyətin növləri

Azərbaycan Respublikasının sanitariya qanunvericiliyinə, o cümlədən qüvvədə olan sanitariya 

normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməməsi, epidemiya əleyhinə tədbirlərin 

görülməməsi, Azərbaycan Respublikası dövlət sanitariya-epidemioloji xidməti orqanları və idarələri 

vəzifəli şəxslərinin rəylərinin, qərarlarının və göstərişlərinin yerinə yetirilməməsi ilə əlaqədar 

vətəndaşların hüquqlarına və cəmiyyətin mənafeyinə toxunan qeyri-hüquqi, təqsirli hərəkət sanitariya 

sahəsində hüquq pozuntusu sayılır. Sanitariya sahəsində hüquq pozuntularına yol vermiş vəzifəli şəxslər 

və vətəndaşlar inzibati, cinayət və mülki-hüquq məsuliyyətinə cəlb edilə bilərlər. Azərbaycan 

Respublikası ərazisində olan xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər Azərbaycan 

Respublikasının sanitariya qanunvericiliyini pozmağa görə Azərbaycan Respublikasının vətəndaşları ilə 

eyni məsuliyyət daşıyırlar. 

Maddə 39. Sanitariya qanunvericiliyini pozmağa görə məsuliyyət

Aşağıda göstərilənlərdə təqsiri olan vəzifəli şəxslər və vətən-daşlar Azərbaycan Respublikasının 

qanunvericiliyinə uyğun olaraq inzibati, cinayət və mülki-hüquq məsuliyyəti daşıyırlar: 

 qida məhsullarının, əhalinin mədəni-məişət məqsədləri üçün istifadə etdiyi açıq və yeraltı su 

təchizatı mənbələrinin, sututarların və dənizin sahilboyu zolağının, torpağın, atmosfer hava-sının, 

iş zonası havasının kimyəvi, fiziki, bioloji və başqa şəkildə çirkləndirilməsi;

 əhalinin sağlamlığının qorunmasını, sanitariya-epidemioloji salamatlığını və radiasiya 

təhlükəsizliyini təmin etməyə yönəldilmiş normalara və qaydalara, normativlərə əməl etmədən 

normativ-texniki sənədlərin hazırlanması, habelə, bu normalara və qaydalara, normativlərə zidd 

olan sənədlərdən istifadə edil-məsi;

 gigiyena ekspertizası və dövlət nəzarəti olmadan yeni növ xammala, materiallara, maddələrə, 

məmulata, digər xalq təsərrüfatı məhsullarına, onların istehsalı texnologiyasına, ərzaq xammalına, 

qida məhsullarına dair normativ-texniki sənəd layihələrinin hazırlanması; 

 sanitariya-epidemioloji salamatlığı təmin etməyə yönəldilmiş normalara və qaydalara, 

normativlərə əməl etmədən, dövlət sanitariya nəzarətini həyata keçirən orqanlar və idarələr ilə 

razılaşdırmadan müəssisələrin, onların buraxılış komplekslərinin, binalarının, qurğularının 

layihələşdirilməsi, tikilməsi, yenidən qurulması, təkmilləşdirilməsi, yeni texnika ilə təchiz 

olunması, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı obyektlərinin, su təchizatı, 

kanalizasiya, çirkab sulan təmizləmə sistemlərinin və hidrotexniki qurğuların perspektiv tikintisi 

və yerləşdirilməsi, nəqliyyat vasitələrinin, texnoloji proseslərin və avadanlığın yerləşdirilməsi; 

 dövlət sanitariya nəzarətini həyata keçirən orqanlar və idarələr ilə razılaşdırılmadan torpaq 

sahəsinin ayrılması və torpaq sahəsindən yeni tikinti, obyektlərin yenidən qurulması və ya 

genişləndirilməsi üçün istifadə edilməsi; 


 dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin icazəsi olmadan obyektlərin 

qəbul edilməsi və istismara verilməsi; 

 sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl etmədən, toksikoloji-

gigiyena rəyi almadan yeni növ xammalın, materialların, maddələrin, digər xalq təsərrüfatı 

məhsullarının, onların istehsalı texnologiyalarının, ərzaq xammalının, qida məhsullarının, 

immunoloji-bioloji tibb preparatlarının istehsalı və tətbiqi; 

 ərzaq xammalının və qida məhsullarının keyfiyyətinə verilən tələblərə əməl edilməməsi, habelə 

onların tərkibində müəyyən edilmiş gigiyena normativlərindən artıq radionuklidlər, zəhərli, 

insanların həyatı və sağlamlığı üçün təhlükəli olan bioloji, kimyəvi maddələr, digər maddələr və 

birləşmələr olması; 

 ərzaq xammalının və qida məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı 

sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin pozulması, dövlət sanitariya 

nəzarətini həyata keçirən orqanların və idarələrin icazəsi olmadan və Azərbaycan Respublikasının 

Səhiyyə Nazirliyi ilə razılaşdırılmadan yeməli kənd təsərrüfatı bitkiləri və heyvanlar üçün boy 

maddələrinin, bitkiqoruyucu kimyəvi və bioloji vasitələrin ərzaq xammalı, qida məhsulları və 

dərman vasitələri ilə təmasda olan qabların, polimer və başqa materialların, heyvan yeminə 

əlavələrin tətbiqi;

 xarici texnologiyaların, materialların, xammalın və məhsulların göndərilməsi, satışı və istifadəsi 

zamanı sanitariya norma-larının və qaydalarının, gigiyena normativlərinin pozulması;

 mərkəzləşdirilmiş təsərrüfat-içməli su təchizatı sistemləri ilə verilən suyun keyfiyyətinin gigiyena 

tələblərinə, beynəlxalq və dövlət standartlarına uyğunluğunun təmin edilməməsi;

 mərkəzləşdirilməmiş su təchizatında, sututarlarda və dənizin sahilboyu zolağında əhalinin 

mədəni-məişət məqsədləri ilə sudan istifadə etdiyi yerlərdə suyun keyfiyyətinin müvafiq 

sanitariya normalarına və tələblərinə uyğunluğunun təmin edilməməsi;

 yaşayış məntəqələrinin və ərazilərinin saxlanılmasına sənaye, o cümlədən radioaktiv və zəhərli 

maddələrin, kənd təsərrüfatı və təsərrüfat-məişət tullantılarının yığılmasına, saxlanılmasına, 

daşınmasına və istifadə olunmasına dair sanitariya qaydalarının pozulması;

 atmosfer havasının qorunması sahəsində sanitariya normalarının və qaydalarının, gigiyena 

normativlərinin pozulması; 

 uşaq tərbiyə və yeniyetmə müəssisələrində, texniki peşə məktəblərində, habelə müəssisələrdə 

təlim-tərbiyə, istehsalat təcrübəsi şəraitini, sanitariya-gigiyena və epidemiya əleyhinə rejimləri, 

radiasiya təhlükəsizliyi və müvafiq sanitariya qaydaları tələblərini, uşaqların və yeniyetmələrin 

əmək, iaşə və istirahət, sanitariya-məişət təminatı şəraitini tənzimləyən normalara və qaydalara, 

normativlərə əməl edilməməsi; 

 səhiyyə idarələrində və başqa idarələrdə sanitariya-gigiyena və epidemiya əleyhinə rejimlərə 

əməl edilməməsi;

 radioaktiv maddələrlə və digər ionlaşdırıcı şüalanma mənbələri ilə işləyərkən, habelə radioaktiv 

tullantıları basdırarkən sanitariya normalarının və qaydalarının pozulması; 

 yoluxucu, parazitar xəstəliklərin yayılması qarşısını almaq və onları ləğv etmək üçün tədbirlərin 

görülməməsi;

 dövlət sanitariya-epidemioloji xidməti orqanlarının və idarələrinin göndərişləri üzrə sanitariya-

gigiyena, tibbi, bioloji, texniki, sosioloji, statistik və digər xüsusi ekspertizalar aparılmasından 

əsassız imtina edilməsi;

 tibbi müayinədən keçməyən, yaxud səhhətinə görə yararsız hesab edilən şəxslərin işə 

buraxılması;

 işçilərin ayrı-ayrı kateqoriyaların məcburi tibbi müayinələrdən keçməməsi, yaxud müayinədən 

keçmə müddətlərini pozması; dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin 

məcburi rəylərinin, qərarlarının və göstərişlərinin yeri-nə yetirilməməsi;

 obyektdə sanitariya-gigiyena şəraitinin və epidemioloji vəziyyəti müəyyənləşdirmək üçün lazımi 

materialları və məlumatı verməkdən imtina olunması; 

 dövlət sanitariya nəzarətini həyata keçirən orqanların və idarələrin bağladıqları obyektlərdə, 

istehsal xətlərində və sahələrində plombun qırılması, yaxud orada işin yenidən başlanması; 

 qəzalar, sanitariya-epidemioloji şərait və əhalinin sağlamlıq vəziyyəti haqqında məlumatın 

qəsdən gizlədilməsi və ya təhrif edilməsi.



Maddə 40. Əhalinin əmək, məişət və istirahət şəraitinə mənfi təsirlərin ləğv edilməsi ilə əlaqədar 

xərclərin ödənilməsi

Sanitariya qanunvericiliyinin pozulmasında təqsiri olan bütün müəssisələr, idarələr, təşkilatlar, ictimai 

birliklər və vətəndaşlar zərərçəkənlərin sağlamlığının pozulması ilə əlaqədar maddi zərəri, onların 

müalicəsinə və sağlamlığının bərpa edilməsinə, müalicə-profilaktika, sanitariya-gigiyena tədbirlərinin, 

epidemiya əleyhinə tədbirlərin görülməsinə çəkilən xərcləri ödəməlidirlər. İctimai birliklərin, 

müəssisələrin, təşkilatların və idarələrin zərəri ödəməklə əlaqədar xərc çəkməsində təqsiri olan vəzifəli 

şəxslər və digər işçilər müəyyənləşdirilmiş qaydada maddi məsuliyyət daşıyırlar.

VII FƏSİL 

BEYNƏLXALQ MÜQAVİLƏLƏR 

Maddə 41. Beynəlxalq müqavilələr

Azərbaycan Respublikasının digər dövlətlərlə bağladığı beynəlxalq müqavilədə Azərbaycan 

Respublikasının sanitariya qanunvericiliyində müəyyənləşdirilmiş qaydalardan fərqli qaydalar nəzərdə 

tutulmuşdursa, həmin qaydalar əhalinin sağlamlığı və ətraf mühit üçün təhlükə yaratmayan həddə qədər 

tətbiq edilir.

Əbülfəz ELÇİBƏY 

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 10 noyabr 1992-ci il





Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə