Şamaxi soyqirimi (1918 –ci IL) baki 2011



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix06.09.2017
ölçüsü4,93 Mb.
#29120
1   2   3   4

18
ki yerdəyişməsi nəticəsində Şimali Azərbaycanda, keçmiş İrəvan 
xanlığının ərazisi də nəzərə alınmaqla onların sayı 24 dəfə artmış 
və 1916-cı ildə 1.211.145 nəfər olmuşdur. (11) 
Rus tədqiqatçısı N. N. Şavrovun yazdığına görə  ХХ  əsrin 
əvvəlinədək Zaqafqaziyada yaşayan 1 mln. 300 min ermənidən bir 
milyon nəfərdən çoхu diyarın yerli sakinlərinə mənsub deyildilər 
və Rusiya tərəfi ndən burada məskunlaşdırılmışlardır. (12) 
Şamaxıda müxtəlif dövrlərdə, konkret olaraq 1191-ci, 1667-
ci, 1856-cı, 1859-cu, 1861-ci, 1872-ci və 1902-ci illərdə baş vermiş 
zəlzələlər xeyli insan itkisinə və dağıntıya səbəb olmuşdu. 1902-
ci ildə baş verən güclü zəlzələ  nəticəsində 2000 nəfər ölmüş, 16 
min nəfər evsiz-eşiksiz qalmış, 4000 ev, 6 məscid uçmuş  və ba-
zar yanmışdı. Çar hökumətinin yerli müsəlman əhaliyə düşmən 
münasibəti bu dövrdə də özünü büruzə vermişdi. Zəlzələdən sağ 
çıxmış 16 min şamaxılıya cəmi üç həkim, bir tibb bacısı yardım 
göslərirdi. Hökumətdən heç bir kömək görməyən  şamaxılılar 
özləri xilasetmə işlərinə başlamış və hətt a zəlzələdən 9 gün sonra 
xarabalıqlar altından 12 yaşlı şamaxılı Ümmi Müslüm qızını çıxa-
raraq xilas etmişlər. (13) 
 Çar xəfi yyə idarəsinin təhriki ilə 1905-1906-cı illərdə Bakıda (6-9 
fevral 1905) və digər bölgələrdə ermənilər tərəfi ndən müsəlman 
qırğınları törədilsə  də, bu zaman Şamaхıda ciddi qarşıdur-
ma qeydə alınmamışdı. Lakin buna baxmayaraq Şamaxıda olan 
ermənilər Tifl is, Qazax, Gəncə, Şuşa və Cəbrayılda müsəlmanları 
qıran cinayətkarlara hər cür maddi köməklik göstərmişlər.
Rusiyanın Osmanlı  İmperiyasındakı konsulu V.Mayevski 
həmin illərin qanlı hadisələri haqqında yazmışdı: “Bu dövrdə 
(1904-1906-cı illərdə) rus hakimiyyətinin zəifl əməsi, bəzi hallar-
da isə onun əsla olmaması hər yerdə müşahidə olunurdu...Bizim 
cənubi–şərqi Qafqazın başına gəlmiş  bəlalar həm “hakimiyyətin 
cinayətkar fəaliyyətsizliyi” nəticəsində, həm də çaxnaşmala-

19
rın  əsas xadimləri olan “Daşnaksütyun”un cinayətkar fəaliyyəti 
nəticəsində baş verə bilərdi.” (14) 
Çar Rusiyasının Azərbaycanda yeritdiyi “parçala-hökmran-
lıq et” siyasəti ermənilərlə müsəlmanlar arasında nifaq salmaqla 
yanaşı, müsəlmanlar arasında da düşmənçiliyi qızışdırmaqdan 
ibarət idi. Bunun üçün Tifl isdə 1847–ci il dekabr ayının 13-də 
şiə  məktəbi, 1849-cu il yanvarın 15-də isə sünnü məktəbi açıl-
mışdır. Xalq arasında “Əli”  şkolası, “Ömər”  şkolası adlanan bu 
məktəblər  şəbəkəsi tezliklə daha da genişləndirilərək  Şamaxı, 
Quba,  Şəki və başqa  şəhərlərdə  də təşkil olunmuşdur. Çarizmin 
bu bədnam siyasətinə etiraz olaraq Ü. Hacıbəyov 1907–ci ildə 
“İrşad” qəzetində yazırdı: “Rusiya hökuməti... əvvəlcə bizim gö-
zümüzü yumdu ondan sonra başlayıb, şeyxülislam təyini, müft i 
nəsbi, “Ömər”  şkolası küşadı,“Əli”  şkolası  təsisi,  şiə zakonouçi-
teli, sünnü zakonouçiteli təyini ilə  bərabər, sair fəsadlarla bizim 
aramızda əvvəlcədən qazılmış olan şiə və sünnü quyusunu daha 
gen və daha dərin... qazıb, rahat və arxayın oturdu” (15) 
Çarizmin azərbaycanlılara inamsızlıq göstərərək onları ordu-
ya çağırmaması da müstəmləkə siyasətinin tərkib hissəsi idi ki, 
bu da azərbaycanlıların silahdan istifadə edə bilməməsinə, təşkil 
olunan milli qırğınlar zamanı onların tamamilə müdafi əsiz qal-
masına səbəb olurdu. Bununla bağlı M.Ə.Rəsulzadə yazırdı: “Çar-
lığın Azərbaycan türklərinə endirdiyi böyük zərbələrdən biri, 
onu  əsgərlik hikmətindən miəf tutmasıydı. Bu surətdə  fi trətin 
cəngavər bulunan bura türklərinə  əsgərlik haqqını unutdurmaq 
və bu surətlə onları Rusiya imperializmi zərərsiz bir hala qoymaq 
istəmişdi” (16).
Məhz rus çarizminin və sovet Rusiyasının yeritdiyi imperiya 
siyasətinin, millətlər və dinlər arasında nifaq salmaq, onları bir-
birinə qırdırmaq siyasətinin nəticəsi olaraq 1918-ci ildə ermənilər 
tərəfi ndən azərbaycanlılara qarşı növbəti dəhşətli cinayətlər 

20
törədilmişdir.
1917-ci il oktyabrın 22-də Bakı Sovetinə  və 1917-ci il noyab-
rın 26-28-də  Cənubi Qafqazda Müəssislər Məclisinə keçirilən 
seçkilərin nəticələri bolşeviklərin bu ərazidə çox zəif ictimai ba-
zaya malik olduğunu subut etmişdi. Hətt a yalan vədlərlə Bakıda 
hakimiyyəti ələ keçirmiş bolşeviklər 1918–ci ilin mart hadisələrinə 
qədər  şəhərdəki vəziyyətə tam nəzarət edə bilmirdilər. Onlar 
şəhər dumasının və milli şuraların fəaliyyətini dayandıra, milli 
qoşun hissələrini tərkisilah edə, burjuaziyanın müqavimətini qıra 
bilməmişdilər. Bakı Soveti şəhərdə real hakimiyyətə nail olmaq 
məqsədilə özü üçün təhlükə hesab etdiyi və seçkilərdə uduzduğu 
“Müsavat” partiyasını  sıradan çıxarmağı qarşısına məqsəd qoy-
muşdu. Bunun üçün isə bu təşkilatı dəstəkləyən müsəlman əhaliyə 
qarşı təzyiqləri artırır və bu siyasətdə ermənilərdən istifadə edirdi.
1918–ci ilin yanvar–mart aylarında erməni millətçi partiyala-
rı müsəlman  əhaliyə qarşı düşmənçiliyi artırmaq üçün müxtəlif 
təxribat və  şantaj kampaniyasını gücləndirirdilər. S. Şaumyanın 
rəhbərlik etdiyi Bakı Soveti isə sovet orqanlarında ermənilərə 
yüksək vəzifələr verməklə onlara yaxından köməklik göstərirdi. 
1918-ci ilin aprelində təşkil olunmuş Bakı Kommunasının baş-
çısı S. Şaumyan nəinki Azərbaycan xalqının öz müqəddəratını 
təyin etmək hüququnu, hətt a “Azərbaycan” sözünü belə qəbul et-
mirdi. Əmiryanın redaktoru olduğu “Bakinski raboçi” qəzeti bu 
sözü məsxərəyə qoymaqdan belə çəkinmirdi. (17) 
Qafqaz cəbhəsinin ləğv edilməsindən sonra öz evlərinə geri qa-
yıdan rus hərbi hissələrinin əsgərləri öz silah və sursatlarını çox 
ucuz qiymətə ermənilərə satırdılar. Bu zaman Rusiyada aclıq və 
səfalət hökm sürdüyündən hərbçilərin əksəriyyəti Rusiyaya qayıt-
maqdansa Bakıda qalmağa üstünlük verirdilər. Mart soyqırımına 
bir həft ə qalmış erməni millətçi partiyası olan “Daşnaksütyun” 
Bakıda hakimiyyəti  ələ keçirməyin zəruri olduğunu elan etmiş-

21
di. Belə  vəziyyətdə müsəlman  əhali Bakı, Gəncə  və  Lənkəranda 
özünümüdafi ə dəstələri yaratmağa başlasalar da bu işlər çox ləng 
aparılırdı.
Antanta dövlətlərinin bu şəraitdən erməni hərbi birləşmələrindən 
öz məqsədləri üçün istifadə etmək cəhdləri və bununla da yer-
li  əhalinin faciələrinə biganə münasibətləri vəziyyəti daha da 
ağırlaşdırırdı. Böyük Britaniya Xarici İşlər Nazirliyinin 4 yanvar 
1918–ci il tarixli gizli məlumatı ingilislərin Cənubi Qafqazdakı 
maraqlarını özündə  əks etdirirdi. Bu sənəddə Türkiyə  əleyhinə 
təbliğata xüsusi yer verilirdi. Cənab P. Koksun məruzəsində deyi-
lirdi: “Qafqaz müsəlmanları arasında təbliğatın sxemi sadədir. Biz 
elə etməliyik ki, Ərəbistan kralı Qafqaza nüfuzlu bir nümayəndə 
heyəti göndərərək oradakı və Krımdakı müsəlmanlardan ərəblərin 
müqəddəs yerləri türk işğalçılarından azad etmələri üçün dəstək 
alsınlar. Bundan başqa onları müharibəni davam etdirməyə  və 
Qafqaz cəbhəsində maksimum sayda türk əsgəri saxlamağa 
həvəsləndirmək lazımdır.” (18) 
Münaqişə dövründə  qırğının qarşısını almaq məqsədilə 
ruhanilərin  əldə etdiyi razılaşmaya erməni silahlıları belə cavab 
vermişdi: “Müsəlman ruhaniləri erməni ruhaniləri ilə barışa bilər, 
lakin erməni xalqı müsəlmanlarla müharibə istəyir və bu işdə onu 
İngiltərə müdafi ə edəcək.” (19) 
Rusiya imperiyasının dağılmasından sonra erməni 
siyasətçilərinin ingilispərəst təbliğat aparması müsəlmanlar ara-
sında ingilislərə münasibətin dəyişməsinə səbəb olmuşdu. Onlar 
Cənubi Qafqaz Seyminə müraciət edərək  İngiltərə höküməti ilə 
danışıqları dayandırmağı tələb etmiş və ingilis hərbi hissələrinin 
Qafqaza gəlməsinin əleyhinə olduqlarını bildirmişlər. 
Kapitan Noel Azərbaycanda ingilislərə münasibətin pisləşməsi 
ilə əlaqədar 1918–ci ilin 22 yanvarında yazırdı: “Mən 6 həft ə əvvəl 
burada olanda Azərbaycan icmasının rəhbərləri özlərini bizlə əsil 

22
dost kimi aparırdılar. İndi, mən Bakıya qayıtdıqdan sonra onların 
münasibətlərinin dəyişərək şübhəli və pis gizlədilən düşmənçiliklə 
əvəz olunduğunu aşkara çixardım. Bu aşağıdakılarla izah oluna 
bilər:
1. Bizim erməni maraqlarına üstünlük verməyimizlə bağlı ya-
yılmış ümumi rəylə.
2. Faktlar sübut edir ki, ermənilər bu rəyi gücləndirir və sərbəst 
şəkildə onunla alver edirlər.
3. Erməni milli alayının yaradılmasının prioritet hesab edilməsi. 
Mən belə hesab edirəm ki, bu “biz erməniləri müdafi ə edir, 
müsəlmanlara etibar etmirik” kimi rus baş qərargahının baxışları 
ilə üst–üstə düşür. Mənim fi kirimcə bu siyasət səhvdir və çox gü-
man ki, fəlakətə aparacaq. (20) 
Öz məqsədlərinə çatmaq üçün daim hiyləgər siyasət yeridən 
daşnaklar 1918–ci ilin mart–aprelində Antanta qüvvələri uzaqda 
olduğuna görə öz istəklərinə bolşeviklərin əli ilə çatmağa üstün-
lük verdilər.

23
1917-ci ildə baş verən fevral burjua inqilabından sonra yaranmış 
şərait “xalqlar həbsxanası” olan Rusiyanın müstəmləkələrində, 
o cümlədən Azərbaycanda milli şüurun inkişafına müsbət təsir 
göstərmişdir. Bolşeviklərin 1917-ci il oktyabr çevrilişindən sonra 
bəyan etdikləri “millətlərin öz müqəddəratını təyin etmək hüqu-
qu” millətlərin müstəqil dövlətlər yaratmaq arzularının reallaş-
dırılmasında onlara müəyyən ümidlər vermişdir. Lakin oktyabr 
çevrilişindən dərhal sonra bolşeviklərin sözləri ilə  əməlləri ara-
sında olan ziddiyyətlər müstəqilliyə can atan millətləri faciələrlə 
üz-üzə qoydu. Bolşeviklər neft   və digər sərvətlərlə  zəngin olan 
Azərbaycanın müstəqilliyinin qarşısını almaq üçün yerli əhaliyə 
qarşı soyqırım siyasəti həyata keçirməyə başladılar. Kommu-
nist rəhbərlər tərəfi ndən 1918- ci ilin mart qırğını və 1990-cı il 20 
yanvar faciəsi dövründə  səsləndirilən “bizə azərbaycanlılar de-
yil, Azərbaycan lazımdır” sözləri bu siyasətin mahiyyətini açıb 
göstərir. Hazırda bir milyondan artıq azərbaycanlının öz vətənində 
qaçqına çevrilməsi, Dağlıq Qarabağ münaqişəsi zəminində 
törədilən Xocalı soyqırımı, Qaradağlı, Ağdaban və digər faciələr, 
Azərbaycan  ərazisinin 20%-nin işğal altında olmasının da əsas 
səbəbi məhz bu siyasətin müasir dövrdə davam etdirilməsidir.
1918–ci il mart qırğınlarının  əsas səbəbləri haqqında  əvvəllər 
Bakıda yaşamış, sonralar Almaniyaya mühacirət etmiş, kadet 
partiyasının üzvü B.Baykov öz xatirələrində belə yazmışdı: “Çar 
Rusiyasının bütün neft ini  Bakı verirdi. Neft in  əksəriyyəti Vol-
qa çayı vasitəsilə Rusiya şəhərlərinə daşınırdı.Volqada buzların 
1918–ci ildə Şamaxıda ermənilərin 
törətdiyi cinayətlər

24
əriməsilə ticarət gəmilərinin fəaliyyəti martın ortalarında başla-
nırdı. Bolşeviklərin təxirəsalınmaz vəzifəsi Bakını tezliklə  işğal 
etmək idi.” (21) 
S.Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin əksinqilabi 
elementlərlə mübarizə şüarı altında 1918-ci ilin martından başla-
yaraq bütün Bakı quberniyasında yaşayan azərbaycanlılara qarşı 
həyata keçirdiyi genosiddə ermənilər fəal rol oynamışlar.
S.Şaumyanın göstərişi ilə Stepan Lalayev yerli əhaliyə qarşı 
palanlaşdırılan cinayətlərə hazırlıq məqsədilə 1917-ci ilin sonu 
1918-ci ilin əvvələrindən başlayaraq gizli surətdə  Şamaxıda ya-
şayan ermənilərə silah, sursat paylamışdır. Bu dövrdə müxtəlif 
cəbhələrdən 7.000 erməni əsgəri Bakıya gətirilmişdi ki, onlar Bakı 
Sovetinin hərbi qüvvələrinin tərkibinə daxil edilmişdi. Bu məsələ 
barədə erməni alimi Q. Avetisyan qeyd edir ki, “Bakıda 25 alay, 
18 min döyüşçüdən ibarət Qızıl Ordunun dörd briqadası var idi. 
Qızıl Ordu döyüşçülərinin də 70 faizi erməni idi“. (22) 
  İstintaq Komissiyası  tərəfi ndən hazırlanan sənədə görə  hələ 
yanvar ayında Bakı Soveti tərəfi ndən 15 maşın silah, mart ayı-
nın ortalarında isə 60 maşın silah və 2000 erməni əsgəri Şamaxıya 
göndərilmişdi.
Yelizavetpol (Gəncə) Müsəlman Milli Şurasının sədri 
Хasməmmədov 1918–ci il martın 28-də Seymin və Cənubi Qafqaz 
hökumətinin sədrinə göndərdiyi teleqramında yazırdı ki, martın 
18-də bolşeviklər tərəfi ndən Bakıdan 2000 yaхşı silahlanmış top və 
pulemyota malik olan əsgər dəstəsi Şamaхı qəzası istiqamətində 
yola salınmışdır. Dəstə yol boyu 15-dən çoх müsəlman kəndini 
məhv edərək,  Şamaхı  şəhərini darmadağın etmişdir. Minlərlə 
müsəlman, o cümlədən qadın və uşaqlar qılıncdan keçirilmişdir. 
Faciəni təsvir etmək olmur. Təhqir və zorakılıqlar həddini aşmış-

25
dır. Təcili hökumətin köməyi lazımdır. (23) 
Azərbaycan nümayəndələrinin tələbi ilə Cənubi Qafqaz Seymi 
Bakı Sovetinə qarşı 100 min manat pul, piyada qoşun və süvari 
hissələri, iki təyyarə, zirehli qatar, çoхlu silah və sursat ayırmışdı. 
1918-ci il aprelin əvvəllərində knyaz Maqalovun komandanlığı ilə 
2 minə yaхın silahlı dəstə Tifl is və Gəncə tərəfdən irəliləyərək, Ha-
cıqabul stansiyasını tutmuşdu. Eyni zamanda şimaldan, Dağıstan 
tərəfdən, Bakı istiqamətində  Nəcməddin Qotsinskinin qüvvələri 
hücuma keçmişdi (24) 
Lakin bütün bunlara baxmayaraq azərbaycanlılara qarşı erməni 
qırğınlarının qarşısını almaq mümkün olmamışdı.
Şamaxı soyqırımının baş verdiyi dəqiq tarixlər çox təəssüf ki, 
əksər kitab və  məqalələrdə konkret göstərilməyib. Bəzi kitab və 
məqalələrdə hadisələrin 1918–ci il martın 18-də, bəzilərində 1918–
ci ilin aprel ayında, bəzilərində 3-16 apreldə baş verdiyi qeyd olu-
nur. Mövcud mənbələri müqayisəli təhlil etməklə cinayətlərin baş 
verdiyi günləri müəyyən etmək mümkündür. Araşdırmalar  Şa-
maxı soyqırımının qısa fasilələrlə bir neçə mərhələdə, Bakı və Qu-
badakı qırğınlardan əvvəl baş verdiyini təsdiq edir (mötərizənin 
içərisində yazılan tarixlər yeni təqvimlədir–müəllif) : 
I mərhələ-martın  əvvələri–15 (27) mart 1918–ci il (400 erməni 
əsgərinin Kürdəmirdən Şamaxıya doğru irəlləməsi ilə başlayıb, 15 
(27) martda dini rəhbərlərin razılaşması ilə müvəqqəti dayandırı-
lıb.) 
II mərhələ-18 (30) mart-28 mart (09 aprel) 1918-ci il. (1918–ci 
il martın 18- də (30) başlayıb və martın 28-də (aprelin 9-da) İ. Zi-
yadxanovun dəstəsinin Şamaxını azad etməsi ilə müvəqqəti qar-
şısı alınıb.) 
III mərhələ-6 aprel (18 aprel) –20 iyul (01 avqust) 1918–ci il. (İ. 

26
Ziyadxanovun dəstəsinin  Şamaxını  tərk etməsindən, martın 31–
dən 6 gün sonra Şamaxının yenidən ermənilər tərəfi ndən tutul-
ması ilə, yəni 1918–ci il aprelin 6-dan (18) başlayıb və Türkiyənin 
Qafqaz İslam Ordusu ilə birlikdə milli ordunun iyulun 20-də (av-
qustun 1-də) Şamaxını azad etməsinə qədər davam edib. 
Faciələr Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, XI rus or-
dusu tərəfi ndən 29 aprel 1920–ci ildə Şamaxının yenidən işğalı ilə 
davam etmişdir. Nəzərə almaq lazımdır ki, təkcə 1920-ci ilin ya-
zından 1921-ci ilin əvvəllərinədək Azərbaycanda 40 mindən artıq 
insan siyasi repressiyaya məruz qalmış, heç bir günahı olmadan 
güllələnmişdir. (25) Repressiyalar sonrakı illərdə də davam etmiş-
dir. Akademik Z. Bünyadov “Qırmızı terror” kitabında yazır:“ 
1936-1937-ci illərdə təxminən 70-80 min azərbaycanlı ziyalı məhv 
edilmişdir.” (26) 
Şamaxıda ermənilər tərəfi ndən dinc əhaliyə qarşı cinayətlər, 
1918-ci il martın əvvələrində rus–türk cəbhəsindən geri qayıdan 
400 nəfər erməni  əsgərinin Kürdəmirdən  Şamaxıya gəlməsi ilə 
başlamışdı. Onların məqsədlərindən xəbərsiz olan Bakı Müsəlman 
Komitəsi  Şamaxı  şəhər rəhbəri Teymur bəy Xudaverdiyevə 
məlumat verərək  Şamaxıya qayıdan erməni  əsgərlərinə yardım 
göstərməyi xahiş etmişdi. Buna görə  də  Şamaxı  rəhbərliyi onla-
rı qarşılamaq üçün Ağsuya nümayəndə heyəti göndərmişdi. La-
kin nümayəndə heyəti yolda olarkən xəbər tutmuşdu ki, həmin 
erməni dəstəsi bir neçə hissəyə bölünərək müdafi ə  cəhətdən  ən 
zəif yaşayış  məntəqələri olan Bico və  Ləngəbiz kəndlərinə hü-
cum etmişlər. Atışma nəticəsində bir neçə müsəlman və erməni 
ölmüşdür. Bu hadisədən daha da azğınlaşan ermənilər dərhal 
Bakı erməni komitəsinə məlumat vermişlər. Onlar da yerli əhalini 
tamamilə  məhv etmək üçün az müddət  ərzində müxtəlif silah-

27
larla təhciz edilmiş 3 min ermənini Şamaxıya göndərmişlər. Bun-
dan xəbər tutan Müsəlman  İcraiyyə Komitəsinin yerli şöbəsi 
Şamaxı  əyalət rəisi Hacıcamalbəyovu,  əyalət qazisi Abdulxalıq 
Əfəndi  Əfəndiyevi və erməni yepiskopunu onlarla danışıqla-
ra göndərmişdi. Nümayəndə heyəti onlardan geri qayıtmalarını 
xahiş etdikdə, erməni quldur dəstəsinin başçısı cavabında bildir-
mişdi ki, “biz bura qayıtmaq üçün deyil, Şamaxını yerlə-yeksan 
etməyə, müsəlman əhalini tamamilə qırmağa gəlmişik”. 
Bundan sonra nümayəndə heyəti  Şamaxıya qayıdaraq 
vəziyyətdən çıxış yolları axtarmağa başlamışlar. Ertəsi gün erməni 
yepiskopu Baqrat və molokanların nümayəndəsi Karabanov 
Müsəlman İcraiyyə Komitəsinin Şamaxı şöbəsinə gələrək Xaç və 
İncil qarşısında azərbaycanlılarla sülh və qardaşlıq şəraitində ya-
şayacaqlarına və heç vaxt onlara qarşı silahlı çıxış etməyəcəklərinə 
and içərək söz vermişlər. Səhəri günü 18 mart 1918-ci il tarixdə 
səhər saat 6-00 da ermənilər Şamaxını mühasirəyə alaraq 10 top-
dan, yüzlərlə pulemyotlardan və digər silahlardan şəhəri atəşə 
tutmuşlar. Bundan sonra şəhərin bir neçə  məhəlləsində yanğın-
lar başlamışdı. Həmin gün axşam müdafi əsiz qalan şəhər əhalisi 
təslim olmağa məcbur olmuşdu. Bundan sonra ermənilər dinc 
əhaliyə qarşı  dəhşətli soyğunçuluq və  qırğınlar törətməyə baş-
lamışlar.  Şamaxıya daxil olan erməni yaraqlıları  şəhəri yenidən 
talan etmişlər.  Şəhərdə az-çox salamat qalmış tikililər yandırıl-
mış, şəhər yaxınlığında olan qəbristanlıqlar təhqir edilmişdi. Şa-
maxıda ermənilər törətdikləri qətlləri xüsusi qəddarlıqla həyata 
keçirmişlər. Belə ki, qətl edilənlərin qolları, qıçları, burunları, qu-
laqları kəsilmiş, gözləri çıxarılmış, qarınları yırtılmış, yandırılmış, 
çox böyük əziyyətlərlə öldürülmüşlər.
Şamaхı hadisələri ilə bağlı “Azərbaycan” qəzetinin 1918–ci 

28
il 19 saylı buraxılışında gedən bir yazıda qeyd olunmuşdu ki, 
S.Lalayevin  Şamaхı müsəlmanlarına tutduğu divan bizim bu 
müharibə dövründə üzləşdiyimiz bütün dəhşətləri geridə qoyur.
Şamaxıda qırğına rəhbərlik edən S. Lalayevin qəddarlığı o 
həddə çatmışdır ki, bu hətt a onun silahdaşları olan Т. Əmirov və 
İ. Boqomolovun da narazılığına səbəb olmuşdu.
İ. Boqomolovun A. Caparidzenin adına göndərdiyi müraciətdə 
deyilirdi: “Bir daha sizdən xahiş edirəm ki, cəllad Lalayevi həbs 
edəsiniz. O, çoxlu sayda qadın və  uşaq öldürmüş, evləri qarət 
etmişdir. Əmirov onu, həbs etmək istədikdə, qaçıb gizlənmişdir. 
Hamı  təsdiq edir ki, o, məscidi yandırmış  və orada çoxlu qadın 
qətlə yetirmişdi.” Lakin bu müraciətə A. Caparidzedən heç bir ca-
vabı olmamışdır. Çünki o, S. Lalayevi himayə edən S. Şaumyanın 
onun həbsi ilə bağlı hərbi–istintaq komissiyasının sədri Kojemya-
koya etdiyi etirazdan xəbərdar idi. (27) 
Şamaxıda baş verən cinayətlərin daha qəddarlıqla həyata 
keçirilməsində rus və erməni millətçilərinin anti–türk, anti-
müsəlman siyasəti ilə yanaşı, S.Lalayevin şəxsi intiqam hissi, yerli 
əhaliyə bəslədiyi kin–küdurətin də müəyyən təsiri olmuşdur. O, 
1905–1906–cı illərdə baş vermiş erməni–müsəlman qırğınları za-
manı öldürülmüş atasının və əmisinin intiqamını şamaxılılardan 
almaq üçün dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətmişdi. 
Lakin faktlar sübut edir ki, 1905–1906–cı illərdə onun atası  və 
əmisi öz cinayətkar əməllərinin qurbanı olmuşlar. Bakı Mixaylov 
xəstəxanasının sənədlərinə görə, 1905-ci ilin 6 fevralında erməni 
milyonçuları Balabek Lalayevin, Artyom Babayantsın, İsay Ter Osi-
povun və başqa maqnatların havadarlığı ilə terror qrupu 18 ada-
mı öldürmüş və 33 nəfəri yaralamışdır. Onların 34-ü azərbaycanlı, 
6-cı rus, qalanları başqa millətlərin nümayəndələridir. Həmin 

29
cinayətkar qrup ertəsi gün 100-dək dinc vətəndaşı öldürmüş  və 
yaralamışdı. (28) 
Şamaxıda ermənilərin törətdikləri vəhşiliklər o qədər dəhşətli 
olmuşdu ki, hətt a  nə  qədər çalışsalar da o dövrdəki bolşevik 
mətbuatı da bu faciəyə öz münasibətini gizlədə bilməmişdi. La-
kin onlar müsəlman  əhaliyə qarşı edilən bu vəhşiliklərə “dinc 
əhaliyə qarşı da bəzi haqsızlıqlar törədildi” kimi loyal münasibət 
bəsləməklə kifayətlənmişlər.
S.Lalayev və T.Əmirovun rəhbərliyi ilə təkcə Şamaxı şəhərində 
bir neçə gündə minlərlə müsəlman qətlə yetirilmişdir. O dövrdə 
Şamaxının adlı-sanlı  şəxsiyyətlərindən olan Molla Cəfərqulu 
Axund,  şəhər hakimi Teymur bəy Xudaverdov, birinci dövlət 
dumasına  Şamaxıdan deputat seçilmiş  Məmməd  Əliyev, Molla 
Hacı Məhyəddin Əfəndi, Hacıbaba Abbasov, Əşrəf Hacıyev, Hacı 
Əbdül Xəlil  Əhmədov, Ağa  Əhməd  Əhmədov, Hacı  Qəni Zey-
nal, Hacı  Əbdül Hüseyn Zeynalov, Hacı  İsrafi l Məmmədov, Mir 
İbrahim Seyidov, Hacı İbrahim Salamov, Hacı Əbdül-Qasım Qa-
sımov,  Əyyubağa Veysov, Zeynəb xanım Veysova, Əliabbas bəy 
İbrahimbəyov,  Ələkbər Qədirbəyov,  Əbdürəhim ağa Ağalarov, 
Zəkəriyyə  Əfəndi Mehdi Xəlil oğlu, Ziyəddin Abdullayev, Hacı 
Molla Həsən Zeynalov, Mahmud Hacıağa oğlu və bir çox başqala-
rı da öldürülənlərin arasında idi.
Şamaxıda bu dövrdə ermənilər tərəfi ndən 13 məhəllə məscidi 
və məşhur müqəddəs ocaq-Cənubi Qafqazda və Yaxın Şərqdə ən 
qədim müsəlman məbədlərindən olan, 743-cü ildə inşa edilmiş 
Cümə məscidi də yandırılmışdı. Bu məscid müsəlmanlara həm bir 
qibləgah, həm də qədim abidə kimi əziz idi. Çoxlu sayda qadın və 
uşaq həyatlarını xilas etmək üçün bu məscidə pənah gətirmişdi. 
Onlar belə hesab edirdilər ki, əhali arasında böyük nüfuza malik 

30
olan Molla Cəfərqulu Axundun da içərisində olduğu allah evinə 
ermənilər toxunmağa cürət etməzlər. Lakin erməni quldurları 
məscidə daxil olan kimi Axundun gözlərini çıxarmış, dilini, qu-
lağını, burnunu kəsmiş, diri–diri dərisini soyaraq güllələmişdilər. 
Bundan sonra dinc əhalini məscidə yığaraq yandırmışlar. (29) 
Şamaxıda 1918–ci ilin mart–aprel aylarında öldürülənlərin sayı 
haqqında müxtəlif məlumatlar mövcuddur. Bəzi məlumatlarda 
öldürülənlərin sayı 7 min, bəzilərində 8 minə qədər, bəzilərində 
8–12, bəzilərində isə 40 minə qədər olduğu göstərilir. 1920–ci ildə 
mühacir ədəbiyyatında öldürülənlərin sayı bir mənbədə 12 minə 
qədər, digər bir mənbədə isə 17 min nəfər olduğu göstərilir. (30) 
Azərbaycan Хalq Cümhuriyyəti hökuməti tərəfi ndən Fövqəladə 
İstintaq Komissiyası 1918–ci ilin mart–aprel aylarında  Şamaxı 
qəzasının azərbaycanlılar yaşayan 58 kəndinə ermənilərin hücu-
mu zamanı ölənlərin sayının aşağıdakı kimi olduğunu müəyyən 
etmişdir: 

Kəndin adı
 Ölənlərin sayı
Yaralı
Kişi
Qadın
Uşaq
 
1
Cəyirli
40
20
15
 4
 2
Ərəbqədim
200
100
78
 Yox
 
3
Cəmcəmli
15
5
 6
 Yox
 
4
Mırtı
4
 
1
 
-
 5
Talış -Məlik
11
4
 1
 -
 6
Mirikənd
8
9
 2
 Yox
 7
Şərədil
10
5
 5
 Yox
 
8
Quşçu
192
115
25
 Yox
 9
Şıxməzid
10
5
3
 Yox
 10
Yuxarı Çağan 1
-
-
 
-
 11
Ağabəyli
7
3
4
 Yox
 12
Qaravəlli 40
50
30
 
Yox

31
 13
Barbar Navahı 15
10
5
Yox
 14
Gorus -Çaparlı
10
15
10
 1
 15
Kürdəmir
25
-
-
 -
 16
 Qonaqkənd
25
5
4  
Yox
 17
Ovculu
5
10
12
 Yox
 18
Bağırlı 80
150
140
 
Yox
 19
Təkəli
360
412
150
 Yox
 20
 Hacılı
40
60
30
 Yox
 21
Dilman
300
235
50
 Yox
 22
Kalva
250
150
100
 2
 23
Xatman
60
40
20
 Yox
 24
 Suraxanı 11
3
6
 
Yox
 25
Xəsiqara
46
20
16
 Yox
 26
Tirğan 300
40
20
 
Yox
 27
Talışnuru
20
5
-
 -
 28
 Sərdakar
8
12
8
 Yox
 29
 Zərqəva
40
4
5
 Yox
 30
Xankəndi
12
8
-
 Yox
 31
Təbiyə
12
3
2
 Yox
 32
Makahı
6
1
1
 
Yox
 33
Tağlabiyan
7
22
7
 Yox
 34
 Girdivan
10
5
7
 Yox
 35
Kələrağ
1
-
-
 
-
 36
Bizlən
50
30
20
 
Yox
 37
Müci
150
50
25
 Yox
 38
Qıraltan
30
20
21
 Yox
 39
Pir qaraçuxa
4
3
5
 Yox
 40
Sulut
38
1
4
 -
 41
Zeyvə
30
20
32
 Yox
 42
Nuran
30
50
37
 Yox
 43
Nüydi
40
7
10
 Yox
 44
Qəşəd
50
40
27
 
Yox
 45
Sündi
250
-
-
 -

32
 46
Şıxlar
4
-
-
 -
 47
Bəlkə
16
-
-
 -
 48
Ağsu
200
-
-
 -
 49
Qəməli
9
18
16
 -
 50
Məlik çobanı
10
-
-
 -
 51
Çuxanlı
52
-
-
 -
 52
Qurbançı
93
-
 -
 -
 53
Mərəzə
300
-
-
 -
 54
Nabır
60
-
-
 
-
 55
Qaradüzlü
8
-
-
 -
 56
Ərəbşahverdi
22
-
-
 -
57
Çaylı Vahidbəyli
5
-
-
 -
 58
Şıxzərli
?
-
-
 -
Cəmi
3632
1771
956
 7
Lakin ekspertlərin arxivdəki aktlarda olan rəqəmlər üzrə he-
sablamalarına görə Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 
nəfər azərbaycanlını qətlə yetirmişlər ki, onlardan da 4190 nəfəri 
kişi, 2560 nəfəri qadın və 1277 nəfəri uşaq olmuşdur. Hesabla-
malara görə bu kəndlərə  dəyən ümumi maddi zərər o dövrün 
qiymətləri ilə 339,5 milyon manat olmuşdur. Digər mənbədə isə 
Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 
qadın və 965 uşağı qətlə yetirdiyi bildirilir. (31) 
Bu dövrdə Şamaxı qəzasında 120 kənd olmuşdur ki, bunlardan 
da 86-sı erməni təcavüzünə  məruz qalmışdı. Göründüyü kimi, 
komissiya öz işini dayandırdığından, soyqırıma məruz qalmış 
digər 33 kənd haqqında məlumat toplamaq mümkün olmamışdı. 
Şamaxı qəzası üzrə təcavüzə məruz qalmış kəndlər hazırda Şama-
xı, Qobustan, Kürdəmir, Ağsu,  İsmayıllı rayonlarının  ərazisində 
yerləşir.
Ermənilərin 1918–ci ildə Şamaxı qəzasında cinayət törətdikləri 
86 kənd aşağıdakılardır:

33
Qəbristan nahiyəsi (Qobustan) (19 kənd) -Mərəzəli,  Şıxlar, 
Çuxanlı, Sündi, Mərzəndiyə, Nabur, Təklə-Hacı  Məmməd Hü-
seyn, Yekəxana Talıb, Qurbançı, Ərəbşahverdi, Ərəbşalbaş, Cəm-
cəmli, Sıxzərli, Qaracüzlü, Təsi, Təklə-Mirzəbaba, Bəklə, Çəyirli, 
Ərəbqədim.
Mədrəsə nahiyəsi (41 kənd) –Güyzi, Çaylı, Mirikənd, Muğan-
lı, Mırtı, Talış-Məlik-Umud, Şərədil, Qaravəlli-Vahid bəy, Məlcək, 
Xınıslı, Ağabəyli, Avtahi, Bico, Alpout, Osmanbəyli, Ləngəbiz, 
Qəşəd, Keçidinməz, Çarhan, Nüydü, Boyat, Adnalı, Kürdəmic, 
Qonaqkənd, Həmyəli, Cabanı, Çaylı-Baxış  bəy, Avaxıl, Yuxarı 
Çağan, Dədəgünəş, Aşağı Çağan,  Əngəxaran, Gəgəli, Cavanşir
Ağsu, Şeyməzid, Gorus- Çaparlı, Bortor-Navahı, Bağırlı, Ovçulu, 
Göylər. 
Qoşun nahiyəsi (26 kənd) -Nügədi, Nuran, Zeyla, Pur Qara-
Çuxa, Suraxanı, Kiçatan, Koleybugut, Şabian, Maçahi, Tağlabiyan, 
Kelerarac, Koyurdivan, Pir Əbdül-Qasım, Bizlyan, Müdji, Gaci-
man, Dilman, Kelva (Nevla), Hatman, Hosa-dara, Sulut, Tircan, 
Talış-Nuri, Hon-kend, Sardagar, Zargava. (32) 
1918–ci ildə ermənilər tərəfi ndə qırğınlar törədilmiş kəndlərin 
bir hissəsi hazırda İsmayıllı rayonu ərazisinə düşür. Bunu www.
ismayilli.aztelekom.org saytına qoyulmuş aşağıdakı məlumat da 
təsdiq edir:
İsmayıllı rayonu üzrə
1918-ci il soyqırımının qurbanları
s/s
Kəndlərin adı
Cəmi
Kişilər
Qadınlar
Uşaqlar
1
Tircan
360
300
40
20
2
Mücü
225
150
50
25
3
Bizlan
100
50
30
20
4
Qıçatan
71
30
20
21

34
5
Sulut
43
38
1
4
6
Zeyvə
82
30
20
32
7
Tağlabyan
36
7
22
7
8
Kürdüvan
22
10
5
7
9
Zərnava
49
40
4
5
10
Xankəndi
20
12
8
0
11
Sərdahar
28
26
1
1
12
Maçaxı
8
-
-
-
13
Kürtmaşı
68
-
-
-
14
Diyallı
36
-
-
-
15
Talıstan
24
-
-
-
Şamaxıda 1918–ci ilin mart–aprel aylarında öldürülənlərin sa-
yının dəqiqləşdirilməsi ilə bağlı ötən  əsrin 90-cı illərindən bəri 
Şamaxının yerli tədqiqatçıları da ciddi araşdırmalar aparmış-
lar. Onların tədqiqatı  nəticəsində (yüz nəfərə yaxın  şahiddən 
toplanan xatirə  və  məlumatlar) müəyyən edilmişdir ki, erməni 
cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və 
A.Əmiryan qardaşlarının rəhbərliyi və yerli havadarlarının işti-
rakı ilə  Şamaxı  şəhərində  təqribən, 14-16 min, onun 40 kənd və 
obalarında (bugünkü Şamaxı və Qobustan rayonları ərazisindəki 
kəndlər) 6-8 min nəfəri qətlə yetirmişlər.  Şamaxı  şəhəri, onun 
kənd və obalarından didərgin, qaçqın düşənlərin sayı isə 18 min 
nəfərdən çox olmuşdur. Mənbələrdə bu qırğın zamanı  Şamaxı 
qəzasında 58 kəndin yerlə-yeksan edildiyi, yandırıldığı haqqın-
da məlumat verilir. Həmin siyahıya faciə törədilmiş  bəzi kənd 
və obaların adı düşməmişdir. Həmin kənd və obaları da siyahıya 
daxil edəndə  məlum olur ki, 1918-ci il soyqırımı zamanı  Şama-
xı  qəzasının 90-a yaxın, rayonun isə 40-dan artıq kənd və obası 

35
faciəyə məruz qalmışdır. (33) 
Ermənilərin  Şamaxı  şəhəri ilə yanaşı, kəndlərdə törətdikləri 
vəhşiliklərə misal olaraq Əngəxaran kəndində baş verənləri 
göstərmək olar.
 Ermənilər martın 18-də sübh çağı Şamaxının 3-4 verstliyində 
olan Əngəxaran kəndinə də qəfi l hücum etmişdilər. Əngəxarana 
soxulan düşmənlər kəndi mühasirəyə alaraq oradakı  əhalini qı-
rır, kəndi qarət edir, yandırır və sağ qalan əhalini isə əsir alırdılar. 
Əsir alınmış Əngəxaran sakinlərinin uşaqları azərbaycanlı kəndi 
olan Məlhəmə aparılıb orada saxlanılır. 88 kişini isə Çuxuryur-
da aparırlar. Kəndə çatmamış onlar əsirləri bağda saxlayaraq bir 
neçə nəfərini güllələyirlər. Qalan 76 nəfəri isə əsir kimi Mədrəsə 
kəndində yerləşən erməni qərargahının sərəncamına göndərirlər. 
Yolda iki nəfəri də güllələyirlər. Mədrəsə  kəndinə  cəmi 74 nəfər 
sağ azərbaycanlı  gəlib çıxır. Gəncədən gələn  İ.Ziyadxanovun si-
lahlı  dəstəsi  Şamaxıya girdikdə  əngəxaranlılar qohumlarının 
taleyindən xəbər tutmaq üçün Mədrəsə  kəndinə gedirlər. Onlar 
kəndin kənarında  əngəxaranlı  əsirlərin hamısının öldürüldüyü-
nü və meyitlərinin eybəcər hala salındığını görürlər. Meyitlərin 
qulaqları, burunları,  əlləri və ayaqları  kəsilmiş, bir çox ölülərin 
döşlərində yanıq izləri aşkar edilmişdir. Bu da sübut edirdi ki, 
hələ sağ ikən ermənilər onların sinələri üzərində od qalamışlar. 
Bundan başqa dağıdılmış  kənddən qaçıb canını qurtara bilmiş 
Əngəxaran sakinlərinin çoxu aclıqdan, soyuqdan və  xəstəlikdən 
tələf olmuşlar. 
Əngəxaranda ermənilərin törətdikləri vəhşiliklərlə  əlaqədar 
təhqiqat materiallarında həmkəndlilərinin və 
şahidlərin 
ifadələrinə görə tərtib edilmiş siyahılarda bu kənddən ermənilərin 
böyük işgəncələrlə qətlə yetirdiyi 237 nəfərin adı var. (34) 

36
Şamaxı şəhərinin sakini Mövsüm bəy Sadıqbəyov Azərbaycan 
hökuməti yanında təşkil edilmiş Fövqəladə  İstintaq Komissiya-
sı tərəfi ndən dindirilərkən bildirmişdir ki, mən hələ Kürdəmirdə 
olduğum vaxt eşitdim ki, ermənilər Mədrəsəyə yanvar ayı-
nın  əvvəllərindən başlayaraq on iki, yaxud on altı araba silah 
gətirmişlər.
Bu hadisənin  şahidi olan Şamaxı sakini Məhiyyəddin  Əfəndi 
oğlu isə bu barədə belə ifadə vermişdir: “Ermənilər Şamaxını top 
atəşinə tutduqdan sonra əhali küçəyə qaçdı... Bir neçə saatdan 
sonra ermənilər şəhərə basqın edib, evləri yandırmağa və adam-
ları güllələməyə başladılar. Bu qırğına Qavril, Qaraoğlanov, poçt-
teleqraf idarəsinin rəisi Gülbəndov, Qaramanov, dəllək Samvel, 
dəllək Ovanes, Stepan Lalayev, mədrəsəli Sidrak və bir çox başqa-
ları rəhbərlik edirdilər.
Bu qırğından birtəhər canlarını qurtarıb qaçan azərbaycanlılar 
Kürdəmirdə, Gəncədə özlərinə  sığınacaq tapmaqla Şamaxıda 
erməni əsirliyində qalmış müsəlmanları xilas etmək üçün müxtəlif 
qurumlara müraciətlər etmişlər. Bundan sonra martın 28-də İsma-
yıl xan Ziyadxanov kiçik bir dəstə ilə  Şamaxıya daxil olmuşdu. 
Ermənilər silahlı toqquşmadan ehtiyat edərək Qozluçay kəndinə 
çəkilərək, burada qüvvə toplamağa başlamışlar. 
İsmayıl xan Qozluçay kəndində toplaşmış ermənilərin təslim ol-
masını tələb edərək iki gün gözləmişdi. Bundan sonra ermənilərə 
əlavə kömək gəldiyindən onlar təslim olmaqdan imtina etmişlər. 
İ. Ziyadxanovun dəstəsi qüvvələr nisbəti qeyri-bərabər olduğun-
dan geri çəkilməyə  və elə  həmin gün axşamüstü  Şamaxını  tərk 
etməyə məcbur olmuşdu. Bundan altı gün sonra yenidən Şamaxı-
ya daxil olan ermənilər əvvəlki vəhşiliklərini davam etdirmişlər.
Bu hadisənin  şahidi olan S.Əfəndiyev qeyd edir ki, Şamaxı-

37
da meyid əlindən tərpənmək mümkün deyildi. Hər addımbaşı 
müsəlmanların vəhşicəsinə öldürülmüş meyidlərini görürdüm. 
Bir yerdə gördüyüm dəhşətli mənzərə heç vaxt yadımdan çıx-
mayacaq.  İki nəfər insanın-öldürülmüş kişi və qadın meyidləri 
üzərində yarıya bölünmuş 3-4 yaşlı uşaq meyidi qoyulmuşdu. (35) 
Şamaxıda  əhalinin sayının müqayisəli təhlili çar və bolşevik 
Rusiyasının apardığı anti–müsəlman siyasətinin acı  nəticələrini 
üzə  çıxarmağa imkan verir. Əgər 1811-ci ildə  Şamaxı xanlığı 
ərazisində 24 min ailə, 1918-ci ildə Şamaxı qəzasında 15 min əhali 
yaşayırdısa, 1921-ci ildə əhalinin sayı 1700 nəfərə enmişdi ki, bu 
da faciələrin necə böyük miqyasda aparıldığını bir daha sübut 
edir. (36) 
Şamaxı  qırğınından salamat qalan qaçqınlar Göyçay qəza 
mərkəzinə üz tutmuşdular. Lakin qırğından xilas olub, aclığa, so-
yuğa, hər cür ağır məhrumiyyətə dözən şamaxılılar Qarasu deyilən 
bataqlığın suyundan içdiklərinə görə yoluxucu xəstəliklərə yolu-
xaraq, kütləvi şəkildə qırılmışlar. Azərbaycanın görkəmli şairi Ab-
bas Səhhət də Şamaxıdakı qırğından yaxa qurtarmasına baxmaya-
raq, həmin ildə aclıq və soyuqdan xəstələnərək Gəncədə vəfat et-
mişdi.
Şamaxı  və Bakının düşməndən azad edilməsi beynəlxalq 
güclərin Rusiya ilə Azərbaycan və Türkiyənin  əleyhinə giz-
li sövdələşmələr apardığı, Antanta və Üçlər İtt ifaqı rəhbərlərinin 
düşmənə dəstək verdiyi çox gərgin bir dövrə təsadüf edirdi. 
Bakı Soveti süqut etdikdən sonra 1918-ci il avqustun 1-də  İn-
gilis konsulu Mak Donelin iştirakı ilə  Rəyasət Heyətinin sədri- 
A.Arakelyan olmaqla Bakıda eser-daşnak-menşeviklərdən ibarət 
Sentrokaspi diktaturası yaradılmışdı. Həmin qurumun dəvəti ilə 4 
və 18 avqustda polkovnik Stokson və general Denstervil başda ol-

38
maqla 1500 nəfərlik Britaniya ordusunun Bakıya gəlməsi, Almani-
yanın sovet Rusiyası ilə 27 avqust 1918–ci il tarixdə Berlində Brest 
müqaviləsinə  əlavə sazişin imzalaması bunu sübut edir. Həmin 
müqavilənin Qafqazla əlaqədar IV hissəsində  aşağıdakı  şərtlər 
irəli sürülmüşdü: 
1) Rusiya almanların müstəqil Gürcüstanı tanıması ilə razılaşa-
caqlar; 
2) Almaniya Gürcüstan ərazisindən kənarda və Türkiyənin 
Brest–Litovsk müqaviləsi ilə müəyyənləşdirilmiş  sərhədlərində 
üçüncü bir dövlətə hərbi yardım etməyəcəkdi; 
3) Almaniya hər hansı bir üçüncü dövlətin  Şamaхı  və Bakı 
qəzalarının sərhədlərini keçəcəyi təqdirdə ölçü götürəcəkdi; 
4) Rusiya Almaniyaya ya Bakıdan çıхarılan neft in dörddə bir 
hissəsini, ya da хüsusi aylıq faiz göndərəcəkdi. (37) 
Lakin bütün bu çətinliklərə baxmayaraq 1918–ci ilin 6 iyun–20 
iyul tarixlərində Ucar, Müsüslü, Kürdəmir, Göyçay, Qaraməryəm, 
Ağsu isqiamətlərində gedən qanlı döyüşlərdən sonra Şamaxı 
düşməndən azad olunmuşdu. İyulun 19-da güclü yağış yağmasına 
baxmayaraq Qafqaz İslam Ordusunun 13–cü piyada taqımı hücu-
ma keçərək 20 iyul səhər saat 6–00 da Göylər, Çuxanlı, Məlik Ço-
banlı, Mərəz kəndlərini azad etdikdən sonra Şamaxını düşməndən 
təmizləmişlər. Çuxanlı və Məlik Çobanlı kəndlərində düşmənin 1 
topu, 2 pulemyotu, 1 yük və 1 zirehli avtomobili qənimət olaraq 
ələ keçirilmişdi.  Əsirlərin arasında 1 zabit və 4 əsgər olmaqla 5 
ingilis hərbiçisinin olması sübut edir ki, hələ Sentrokaspi diktatu-
rası qurulmamışdan və ingilislər Bakıya gəlməmişdən əvvəl ingi-
lis hərbiçiləri Qafqaz İslam Ordusuna qarşı döyüşlərdə bolşevik–
erməni qüvvələrinə gizli şəkildə hərbi yardımlar etmişlər. (38) 
 1918–ci ilin avqust–sentyabr aylarında qardaş Türkiyənin Qaf-

39
qaz  İslam Ordusunun Azərbaycan hərbi qüvvələri ilə birlikdə 
Bakıya yaxınlaşmasından təşvişə düşən bolşevik komissarlar və 
Sentrokaspi diktaturasının rəhbərləri qaçarkən Bakı bankından 
özlərinə  məxsus olmayan milyonlarla manat pul götürsələr də, 
əhalidən qarət etdikləri səkkiz qutu və iki torbada olan ziynət 
əşyalarını aparmağa macal tapmamışlar. Bunları müsadirə edən 
Azərbaycan Hökuməti ciddi ehiyac içində olmasına baxmayaraq 
1918–ci ildə quldurların əhalidən qarət etdiyi bu zinət əşyalarını 
sahiblərinə qaytarmaq üçün komissiya təşkil etmişdir. (39) 
Bakı azad olunduqdan sonra 1918–ci il sentyabrın 17–də 
Azərbaycan hökuməti əhaliyə müraciət etmişdi. Hökumətin baş-
çısı F. Xoyski muraciətlə bağlı demişdi: “Burada müsəlmanlar qı-
rılmış, namusuna, canına təcavüz edilmiş,  əlindən ixtiyarı qo-
parılmış,… üç gün davadan sonra şəhər alınmış, əhali və qoşun 
şəhərə acıqlı girmiş idi… hökumət üç gündən sonra Bakıya girdi. 
O vaxtadək nə olmuşsa da hökümət gəldikdən sonra Azərbaycan 
hökuməti adından Bakıya və onun ətrafı  əhalisinə  məlumatla 
müraciət etdi. Bu məlumatda millətindən, dilindən, asılı olma-
yaraq Azərbaycanda yaşayan bütün vətəndaşların bərabər hü-
quqa malik olduğu, onların həyatı,  əmlakı  və hüquqlarının qo-
runacağı, ictimai qayda-qanunu pozanların müharibə qaydası ilə 
cəzalandırılacağı göstərilirdi.” (40) 
 Hökumətin bu müraciəti Azərbaycan Xalq Cümhuriyyətinin 
bolşevik- daşnak rejimindən fərqli olaraq sivil, hüquqi dövlət ol-
duğunu bir daha sübut edir.
N.Nərimanov  Şamaxı  qırğını haqqında yazırdı: “Şamaxıdan 
qayıdandan sonra... M.Əzizbəyov göz yaşı içində  şahidi olduğu 
faciəni mənə danışdı. T. Əmirovun və S.Lalayevin əvvəllər Bakı-
da olan silahlı dəstələri yaşına və cinsinə məhəl qoymadan bütün 

40
azərbaycanlıları öldürdülər; onlar hələ dünyada görünməmiş bir 
cinayət törətdilər, uşaqları süngü və  qılıncdan keçirir, adamları 
məscidə toplayıb kerosin töküb yadırırdılar. Mənim üçün aydın 
oldu ki, Bakıda Sovet hakimiyyəti daşnaklardan, asılıdır. Bu da 
aydındır ki, erməni bandaları  tərəfi ndən azərbaycanlı  əhaliyə 
edilən bu qədər zülmdən sonra Azərbaycan proletariatının Sovet 
hakimiyyətindən üz döndərməyə öz burjuaziyasının hamiliyi al-
tına keçərək, ondan və Türkiyədən kömək gözləməyə haqqı var 
idi”. (41) 
Azərbaycan  Хalq Cümhuriyyəti dövründə (may 1918–aprel 
1920) 1919 və 1920-ci il martın 31-i Milli Matəm günü kimi qeyd edi-
lib. Bu dövrdə nəşr olunan “Azərbaycan” qəzetinin səhifələrində 
azərbaycanlılara qarşı ermənilərin törətdikləri vəhşiliklərə aid çox-
lu sayda tükürpədici faktlar yazılmışdı. Həmin dəhşətli günlərin 
şahidi olmuş alman A.Y.Kluqe 1918–ci il hadisələri haqqında ya-
zırdı ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxu-
laraq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik 
edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 
azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yır-
tılmış, cinsiyyət orqanları doğranmışdır. Ermənilər uşaqlara acı-
madıqları kimi, yaşlılara da rəhm etməmişdilər. M.Ə.Rəsulzadə 
A.Y.Kluqeyə istinadən yazırdı: “Kluqenin, digər  əcnəbilərin o 
günlərin xatirəsi olmaq üzrə almış olduqları  və bu gün əllərdə 
mövcud olan fotolar çox faciəli mənzərələri əks etdirir. Bir yığın 
qızlı-erkəkli cocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu 
məsum yavruları gəmirir... Çılpaq bir qadın yerə sərilmiş, ölmüş... 
bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir...”
 Bu kimi faktların yer aldığı M.Ə.Rəsulzadənin redaktorluğu ilə 
Münhen şəhərində nəşr olunan “İstiqlal” qəzetinin 1933-cü il 1 ap-

41
rel tarixli 31-ci sayı demək olar, bütünlüklə 1918-ci il qırğınlarının 
15 illiyinə həsr edilmişdi. (42) 
M.  Ə. Rəsulzadə  Şamaxı faciəsi barədə yazırdı: “Əski  Şirvan-
şahların bu qədim paytaхtı bir həmlədə atəşə verilib məşhur 
tariхi cameyə varıncaya qədər yaхıldı... Şamaхının düçar olduğu 
təcavüzə Lənkəran, Salyan, Quba, Nəvahi və Kürdəmir kimi qəza, 
şəhər və  qəsəbələr dəхi məruz qaldı. Bu təcavüzlər  əsnasında 
yaхılan хanimanların, qıyılan ərz və namusların, kəsilən qarı qo-
caların, yağmaya gedən mal və  məvaşinin təsviri qeyri-qabili–
təsəvvür bir faciə təşkil edir. (43) 
Mart hadisələrinin ildönümündə “Azərbaycan” qəzetinin 31 
mart 1919–cu il tarixli sayında Fövqəladə  İstintaq Komissiya-
sının sədri  Ələkbər bəy Xasməmmədovun ağır vəziyyətdə olan 
şamaxılılara kömək üçün Azərbaycan xalqına müraciəti çap 
olunmuşdu. Müraciətdə deyilirdi: “Bu bədbəxtlər ağlagəlməz 
ehtiyac içindədirlər. Onlar o dərəcədə  mərhumiyyətlərə düçar 
olmuşlar ki, hətt a  kömək istəmək gücündə  də deyillər. Lakin 
kənardan kömək olmazsa onları qarşısı alınmaz fəlakət gözləyir.
Əsasən taxıl  əkinçiliyi ilə  məşğul olan əhali işlək mal–qaradan, 
əmək alətlərindən və  səpin üçün toxumdan məhrum olmuşlar. 
Elə kəndlər var ki, bir dənə inəyi, bir dənə toyuğu belə yoxdur... 
Aclıq və soyuqdan əmələ gələn xəstəliklər hər gün onlarla insanı 
məhv edir. Şübhəsiz, proqramında xalqın rifahının yaxşılaşdırıl-
masını əsas götürən bizim hökumətimiz daha çox ziyan çəkmiş, 
bədbəxtliyə düçar olmuş  Şamaxı  qəzasının  əhalisinə kömək 
edəcək. Lakin bu kömək hər bir vətəndaşı, xüsusilə  də  hər bir 
müsəlmanı ölüm təhlükəsi ilə üzləşmiş tarixi ənənəsi olan Şirvan 
əhalisinə kömək əlini uzatmaq kimi mənəvi borcdan və vətəndaş 
öhdəliklərindən azad etmir. Müsəlman vətəndaşlar, Şirvanın ölüm 

42
təhlükəsi altında olan əhalisini xilas edin!”
Bu müraciətdən sonra vəziyyətin ağır olmasına baxmayaraq, 
hökumətlə yanaşı Azərbaycanın müxtəlif bölgələrinin  Şamaxı 
əhalisinə diqqət və qayğısı artmışdı.
Əlamətdar hal ondan ibarətdir ki, 1918–ci il hadisələri 
bədii  ədəbiyyatda da öz əksini tapmışdır. Üzeyir Hacıbəyov, 
Məhəmməd Hadi, Mirzə Bala Məhəmmədzadə, İbrahim Xəlil və 
digər sənətkarlar bu mövzuda müxtəlif  əsərlər yazmışdılar. Bu 
əsərlər içərisində Cəfər Cabbarlının şamaxılı iki gəncin faciəsindən 
bəhs edən “Əhməd və Qumru” hekayəsi diqqəti özünə cəlb edir. 
Hekayə  şamaxılı iki gəncin-Əhməd və Qumrunun saf və ülvi 
məhəbbətindən, mart faciəsinin bu günahsız  şəxslərə  gətirdiyi 
müsibətlərdən bəhs edir. Əsərdə valideynləri erməni quldurla-
rı  tərəfi ndən qətlə yetirilmiş, evləri dağıdılmış  Əhməd və Qum-
ru “Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarla-
rı matəmlərə bürünmüş”, “əti tökülmüş baş skeletinə  bənzəyən 
möhtəşəm”  İsmailiyyə binasının önündə dilənçi vəziyyətində 
qarşılaşırlar. Faciə  və  məhrumiyyətlərin məngənəsində tanın-
maz hala düşmüş, “Yaralıyam,  şikəstəm,  Şamaxı  əsiriyəm”,-
yalvarışlarından bir-birini çətinliklə tanıyan iki sevgili görüşlərinə 
sevinsələr də, bir-birini qucaqlamırlar, daha doğrusu, qucaqlaya 
bilmirlər. Çünki erməni vəhşilər onların qollarını kəsmişdilər. (44) 
Fövqəladə  İstintaq Komissiyası  Şamaxı  şəhərində törədilən 
cinayətlərdə  əslən  Şamaxıdan olub Bakı  şəhərində yaşayan Ste-
pan Lalayevin, Şamaxı şəhərinin sakinləri Qavril Karaoğlanovun, 
Arşak Gülbəndiyanın, Mixail Arzumanovun, Karapet Karamano-
vun, Armenak Martirosyantsın, Aleksandr Xaçaturovun, Mixail 
Xaçaturovun və başqalarının, cəmi 31 nəfərin  Şamaxı  qırğınları-
nın başlıca caniləri olduqlarını faktlarla sübut etmişdi. 

43
Komissiyanın  Şamaxı  şəhəri və ona qonşu olan kəndlərdə 
ermənilər tərəfi ndən törədilən soyqırım hadisələri haqqında topla-
dığı 7 cild, 925 səhifədən ibarət araşdırma materialları ermənilərin 
cinayətlərinin ifşasında mühüm əhəmiyyət kəsb edir.
Fövqəladə İstintaq Komissiyası Şamaxı ilə yanaşı Kürdəmir və 
Göyçay qəzasının Cəngi, Qaravəlli, Qarabucaq, Musafalı, Xəlil-
Qasımbəy,  Ərəb-Mehdibəyli kəndlərində, Sultanov və Sada-
lı malikanələrində ermənilərin törətdikləri vəhşilikləri də tədqiq 
etmişdir. Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ermənilər 
Kürdəmirdə 56 evi, 127 ayrıca malikanəni, 2 məscidi, “Quran”ın 
təfsirinə dair zəngin kitabxananı yandırmışlar. (45) 
Azərbaycan nümayəndə heyəti Paris sülh konfransında 
Fövqəladə İstintaq Komissiyasının materiallarının bir hissəsindən 
istifadə etmişdir. Bundan başqa Komissiyanın materiallarının bir 
qismi 1919–cu ildə,  İstanbulda 73 səhifəlik “Müsəlman  əhaliyə 
qarşı erməni vəhşiliyi haqqında sənədlər” məcmuəsində fransız 
dilində  nəşr olunmuşdur. Bütün bunlar baş vermiş cinayətlərin 
beynəlxalq aləmə çatdırmasında ilk cəhdlər olsa da o zaman üçün 
böyük əhəmiyyət kəsb edirdi.
 Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin 
rəhbəri  Ə. Topçubaşov ABŞ prezidenti V. Vilsona 28 may 1919- 
cu il tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə 
İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan 
sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ 
nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. 
1919-cu ilin yayında ABŞ  tərəfi ndən Bakıya göndərilən general 
Harbord hadisələr barədə obyektiv məlumatlar toplamaq üçün 
müxtəlif şəxslərlə görüşmüşdü. Ermənilərin nümayəndəsi yepis-
kop Baqrat riyakarlıq edərərək ermənilərin mart hadisələrində 

44
iştirakını inkar etməyə  cəhd etmişdir. Ümumiyyətlə, Bakıda 
fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə  İstintaq 
Komissiyasının normal işinə müxtəlif manelər törətməklə yanaşı 
təzyiq kampaniyaları da təşkil etmişlər. Lakin bütün çətinliklərə 
baxmayaraq, komissiya qısa müddətdə çox böyük işlər görə bil-
mişdi.
Fövqəladə  İstintaq Komissiyasının fəaliyyət göstərdiyi il ya-
rım ərzində müxtəlif siyasi və millətçi partiyaların bayrağı altında 
fəaliyyət göstərən ermənilər tərəfi ndən Cənubi Qafqaz ərazisində 
müsəlman  əhaliyə qarşı törədilmiş cinayətlər barədə 35 cildlik, 
3500 cəhifəlik materiallar toplanmışdı. Bunların  əsasında 128 
məruzə hazırlanmış  və 194 nəfər barədə cinayət işi qaldırılmış, 
bundan  əlavə minlərlə cinayətkarın adları  dəqiqləşdirilmişdi. 
Komissiya həmçinin Parisdəki Azərbaycan nümayəndə heyətinə 
göndərmək üçün 95 foto şəkildən ibarət 6 cildlik əlavə material və 
80 diapozitiv hazırlamışdı.
 Lakin təəssüf ki, Azərbaycanın müstəqilliyinin de-fakto ta-
nınmasından (11 yanvar 1920–ci il) dərhal sonra qərb ölkələrinin 
təzyiqi ilə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 2 fev-
ral 1920–ci il tarixdə  qəbul etdiyi aministiya haqqında qanun 
1918–ci il soyqırım hadisəsi ilə bağlı  məsuliyyətə  cəlb olunmuş 
cinayətkarların cəzalandırılmasının qarşısını aldı. Qanunun 2-ci 
maddəsi ilə “milli düşmənçilik zəminində baş vermiş cinayətlərə 
görə məsulyyətə cəlb olunanlar” təqibdən və cəzadan azad olu-
nur, 10-cu maddəyə görə isə Fövqəladə  İstintaq Komissiyası-
nın araşdırması  nəticəsində qaldırılmış bütün cinayət işlərinə 
həmişəlik xitam verilirdi. Fövqəladə İstintaq Komissiyası çox bö-
yük çətinliklər bahasına cinayətkarların çüzi hissəsi, 194 nəfərinə 
cinayət işi qaldırsa da, amnistiya qanununun qəbulundan son-

45
ra onların hamısı  sərbəst buraxılmışdı. Pul kompensasiyası ilə 
zaminə buraxılmışların hətt a pulları da geri qaytarılmışdı. Lakin 
Şamaxıda qanlı cinayətlərə başçılıq etmiş Stepan Lalayev cəzadan 
qurtara bilməmiş, öz əcəli ilə olsa da həbsxana divarları arasında 
ölmüşdü. (46) 
Şamaxı soyqırımı ilə bağlı faktlar beynəlxalq aləmdə terrorizmə 
qarşı mübarizə aparıldığı hazırki vaxtda mühüm aktuallıq kəsb 
edir. Buna görə də bu faktlar obyektiv şəkildə yenidən araşdırıl-
malı  və  Şamaxı soyqırımı ilə bağlı  həqiqətlər beynəlxalq aləmə 
çatdırılmalıdır.
 

46
Hazırda 1918–ci il soyqırımının tədqiqi və beynəlxalq aləmə 
çatdırılması sahəsində mühüm işlər görülməkdədir. Bəzi erməni 
və rus müəllifl ərinin öz yazılarında (47) azərbaycanlılara qar-
şı törədilmiş 1918–ci il soyqırım hadisələrini saxtalaşdırmağa, 
beynəlxalq ictimaiyyəti çaşdırmağa cəhdlər etməsi bu işin daim 
diqqət mərkəzində saxlanılmasını zəruri edir. Rus müəllifl əri ta-
rixi saxtalaşdırmaq üçün, Kiyev Rus dövlətinin knyazı ilə Şama-
xı hökmdarının qızı arsında məhəbbətdəb bəhs edən, uydurma 
“Üç pəhləvan və Şamaxı çariçası” kimi cizgi fi lmləri çəkməkdən 
belə  çəkinmirlər. Təəssüfl əndirici hal ondan ibarətdir ki, 1918–
ci il hadisələrinə dövlət səviyyəsində siyasi qiymət verildikdən 
sonra belə özünü kommunist adlandıran bəzi üzdəniraq  şəxslər 
1918–1920–ci illərdə düşmənə xidmət göstərmiş  sələfl ərinin 
səhvlərini təkrar etməklə düşmənin dəyirmanına su tökməkdə 
davam edirlər. Onlar “1917-ci il və Azərbaycan” adlı kitab yaz-
maqla, www.kommunist.az veb saytına müxtəlif saxta materiallar 
qoymaqla ictimai rəyi çaşdırmağa çalışırlar. Bu şəxslər 1918–ci il 
hadisələri ilə bağlı sovet dövründə yazılan saxta fi kirləri yenidən 
gündəmə  gətirməyə, minlərlə dinc azərbaycanlını  qətlə yetirmiş 
cinayətkarları müdafi ə etməyə uğursuz cəhdlər edirlər. Onlar bu-
nunla mənsub olduqları xalqa xəyanət ediklərinin fərqinə belə 
varmırlar. 
Beynəlxalq aləmdə bu cür cəhdlərin olması 1918–ci il hadisələri 
ilə bağlı araşdırma işlərinin daha da genişləndirilməsini zəruri 
edir. 
Son illərin tədqiqatları nəticəsində bu sahədə yeni faktların or-
taya çıxması cinayətkarların ifşasında mühüm əhəmiyyətə malik-
dir. Bu cür yeni faktlara misal olaraq Quba şəhərində 2007-ci ildə 
Nəticə

47
şəhər stadionunda tikinti işləri aparılarkən təsadüfən 1918–ci ilə 
aid kütləvi məzarlığın aşkara çıxarılmasını göstərmək olar. Şamaxı 
ərazisində də bu cür kütləvi məzarlıqların olması etimalı böyük-
dür. Zəngin tarixə malik Şamaxı ərazisində əsasən sovet dövründə 
arxeoloji qazıntılar aparılmış, bu qazıntıların istiqaməti fərqli ol-
duğundan və 1918–ci il soyqırımına aid faktların toplanması kom-
munust rejiminin siyasəti ilə ziddiyyət təşkil etdiyindən o dövrə 
aid mənbələrdə belə  məzarlıqların olması haqqında məlumata 
rast gəlinmir. Buna görə  də 1918–ci il erməni vəhşiliklərinə aid 
yeni tarixi faktlar əldə etmək üçün müasir dövrdə keçmiş Şamaxı 
qəzası ərazisində arxeoloji qazıntıların genişləndirilməsinə ciddi 
ehtiyac var. Bəzi mülahizələrə görə, 1918-ci ildə erməni yaraqlıları 
tərəfi ndən qətlə yetirilmiş Şamaxı sakinləri Kələxana və Süleyman 
dərələrində dəfn edilib, gələcəkdə bu ərazilərdə arxeoloji qazıntı-
lar zamanı yeni kütləvi məzarlıqların tapılması istisna deyil.
Müasir dövr tədqiqatları sübut edir ki, 1918–ci il qırğınların-
da ermənilər müsəlman  əhali ilə yanaşı, yəhudilərə, almanlara 
və digər milli azlıqlara qarşı da cinayətlər törətmişlər. Bu dövrdə 
ermənilər tərəfi ndən 3 minə  qədər yəhudinin həyatına son qo-
yulub. Quba Rayon İcra Hakimiyyətinin Qırmızı qəsəbə inzibati 
ərazi vahidliyi üzrə nümayəndəsi yəhudi İsakov Pisax Davidoviç 
1918-ci ildə ermənilərin Azərbaycanın müxtəlif bölgələrində qır-
ğınlar və talanlar törədərkən qətlə yetirdikləri dağ yəhudilərindən 
104 nəfərinin, o cümlədən Qırmızı qəsəbə sakinləri olan 18 nəfər 
yəhudinin siyahısını prokurorluğa təqdim edib. O zaman erməni 
Amazaspın rəhbərliyi ilə  qətlə yetirilən yəhudilər  Şimi dərəsinə 
atılmışlar. (48) 
1918-ci ildə Qafqaz bölgəsində olan alman qüvvələrinin baş 
komandanı baron Qres Kremsenştaynın “Mənim Qafqaz missi-
yam” adlı kitabındakı xatirələrindən məlum olur ki, 1918-ci ilin 
dekabrında ermənilər Borçalıdakı Yekaterinfeld kəndi ərazisində 

48
400-dək dinc alman əhalini də heç bir səbəb olmadan öldürüb və 
kəndin qırağındakı quyuda basdırıblar. (49) 
Hazırda Respublikanın  əksər yaşayış  məntəqələrində, 
o cümlədən  Şamaxıda 1918–ci il soyqırım abidələrinin qo-
yulması  və bu sahədə  təbliğat işlərinin aparılması müsbət 
qiymətləndirilməlidir. Türkiyənin nüfuzlu “A” telekanalı 1918-
ci ilin mart günlərində bolşevik-erməni qoşun birləşmələrinin 
Azərbaycanda həyata keçirdiyi soyqırımına dair 3 bölümdən 
ibarət fi lmin çəkilişinə başlaması da görülən müsbət işlərdəndir. 
(50) Lakin bu sahədə  işlərin daha da gücləndirilməsinə ehtiyac 
var.
Tədqiqatlar sübut edir ki, 1918–ci ildə Azərbaycanın demək 
olar ki, əksər bölgələrində ermənilər qırğınlar törətmişlər. Bun-
ların bir hissəsi araşdırılsa da bir çoxu hələ də öyrənilməmişdir. 
Buna görə də gələcəkdə Bakı, Şamaxı, Quba, Zəngəzur, Qarabağ, 
Naxçıvanla yanaşı Kürdəmir, Göyçay, Hacıqabul, Salyan, Neft ça-
la kimi nisbətən az tədqiq olunmuş və ümumiyyətlə tədqiq olun-
mamış  ərazilərdə ermənilərin törətdiyi cinayətlərin araşdırılma-
sına ciddi ehtiyac var. Soyqırıma məruz qalan, lakin tədqiq olun-
mayan ərazilərə misal olaraq Neft çala rayonunun Tataraməhəllə, 
Uzunbabalı, Qaramanlı, Xıllı, Bankə  və s. kəndlərini göstərmək 
olar. (51) 
Sual oluna bilər ki, 1918–ci ildə Azərbaycanın müxtəlif 
bölgələrində nə qədər əhali soyqırımın qurbanı olmuşdur? Soyqı-
rıma məruz qalanların dəqiq sayı barədə məlumatlar varmı?
 Britaniya briqada generalı R. Qortonun 8 dekabr 1918-ci il Lon-
dona göndərdiyi sənəddə 20 min, R. Mustafazadənin kitabında 
20 min, A. Balayevin kitabında 30 min, Fövqəladə  İstintaq Ko-
missiyasının sənədlərində 30 min, Azərbaycan Respublikası Mil-
li Məclisinin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın 
1918–ci ildə soyqırıma məruz qaldığı göstərilir. (52) Lakin faktlar 

49
sübut edir ki, gələcəkdə tədqiqatlar davam etdirilməklə daha çox 
insanın soyqırıma məruz qaldığınıs üzə çıxarmaq olar.
Ermənilərin bütün dövrlərdə, o cümlədən 1918–ci ildə 
azərbaycanlılara qarşı törətdikləri cinayətlər yəhudilərə qar-
şı 1933–1945-ci illərdə törədilmiş Xolokost cinayəti ilə eyniyyət 
təşkil edir. Ukraynadakı Xolokost Tarixini Araşdırma Mərkəzinin 
direktoru Anatoli Podolski azərbaycanlıların məruz qaldığı 1918–
ci il soyqırımı haqqında demişdir: “Bu hadisələr ermənilərin  əli 
ilə zorla sovet hakimiyyəti qurularkən baş verib. Bu gün bu haqda 
həqiqətləri yazmaq lazımdır.” (53) 
Maykl Smit “İtirilmişlər haqqında xatirə  və Azərbaycan 
cəmiyyəti”  əsərində qeyd edir ki, Azərbaycanın təqvimində üç 
matəm tarixi–31 mart–azərbaycanlıların genosid günü, 26 fevral 
Xocalıda “Xolokost” günü və 20 yanvar–Qara yanvar qurbanları-
nın anım günü mövcuddur.
Bu faciələr əsasən tarixi unutqanlığın nəticəsində baş vermişdir. 
Tarixini unudan xalqın tarixi təkrar olunur. Əgər 70 il kommunist 
rejimi dövründə bilərəkdən saxta tarix vasitəsilə Azərbaycan xal-
qının yaddaşından 1918–ci il müsibətləri silinməsəydi, 1918–ci il 
mart qırğınlarında öldürülən minlərlə dinc sakinin dəfn olundu-
ğu yerdə S.M.Kirovun adına istirahət parkı salınmasaydı 1990–cı 
ilin 20 yanvar, 1992–ci ilin 26 fevral Xocalı faciəsi və digər faciələr 
baş verməzdi. 1918- ci ildə Bakı, Şamaxı, Quba və digər ərazilərdə 
məcburi köçkünə çevrilən insanların taleyinə biganə qalmasaydıq, 
bu gün 1 milyondan artıq qaçqın və məcburi köçkünün problemi 
ilə üz- üzə qalmazdıq. 
Gələcəkdə yeni faciələrin baş verməməsi və  təhlükələrin qar-
şısının vaxtında alınması üçün tarix obyektiv şəkildə  dərindən 
öyrənilməli və ondan ibrət götürülməlidir.

50
1. Azərbaycan tarixi. 3 cilddə, III c., Bakı: Elm, 1973, ş. 147
2. Bünyadov 
Z. 
Əfsanə  və  əfsanə yaradanlar. “Azərbaycan” 
qəzeti, 6 noyabr 1989-cu il; Bir qədər Bakı  və Bakı komissarları 
haqqında “Tarix” qəzeti 15 noyabr 1990, Bir daha uydurma 
26 rəqəmi haqqında “Tarix” qəzeti 10 aprel 1992; Azərbaycan 
xalqına qarşı 1918-ci il mart soyqırımı : 3 cilddə Sənədlər toplusu.I 
cild : “26 Bakı komissarları” nın  əsl tarixi Bakı: Çaşıoğlu, 2009.-
776s.; Zülfüqarlı M.P. 26-lar xalqımıza düşmən idilər. “Haray 
“qəz., 22 aprel 1992; M. Əzizbəyovun xalq əleyhinə  fəaliyyətinə 
aid yeni faktlar. “Ədalət” qəz. 06. 10. 2004; Tariximizin daha 
bir saxtalaşdırılmış  səhifəsi–Bakı Kommunası. “Salam”qəz. 
05.05.2007; 
3. Zülfüqarlı M. P. Sovet dövrünün heykəlləri. Caparidze 
Prokofi Aprasionoviç (təxəllüsü Alyoşa) (1880-1918). “Ədalət” 
qəzeti 03.11. 2004; Maştağada abidəsi ucaldılmış M. Məmmədyarov 
kimdir? “Ədalət” 02. 10. 2004; Sovet dövrünün hekəlləri. Qəzənfər 
Mahmud oğlu Musabəyov (1888 -1938) “Ədalət” 21. 10. 2004; Sovet 
dövrünün hekəlləri. Ruhulla Əli oğlu Axundov. “Ədalət” qəzeti 
11.11. 2004; Sovet dövrünün heykəlləri. Ayna Sultanova.“525-ci 
qəzet”16. 04. 2009; Məşədi Əzizbəyov..“525-ci qəzet” 24. 04. 2009 
və s.
4.  Əziz.Ə. “Azadlıq Naminə” Bakı 2000, s. 157-158; “Həftə 
içi” qəz. 28 iyul 2009.
5. Azərbaycan Respublıkası prezidenti Heydər  Əliyevin 
“Azərbaycanlıların soyqırımı haqqında” fərmanı. Azərbaycan 
qəzeti, 26 mart 1998-ci il.
6. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 
Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan 
İstifadə olunmuş ədəbiyyat

51
xalqına müraciəti. Azərbaycan qəzeti, 29 mart 2008-ci il
7. Axundzadə Seyid Ağa. Mart hadisəsi 1918 və yaxud Nuru 
Paşa tərəfindən Bakınin işğalı. Bakı 1919; İsmayılov R. Azərbaycan 
tarixi Bakı 1923; Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. 
Bakı: Elm, 1990; Величко В. Л. Кавказ. Русское дело и между-
племенные вопросы. Баку, 1990; Ordubadi M. S. Qanlı sənələr. 
Bakı 1991; Zeynaloğlu C. Müxtəsər Azərbaycan tarixi.Bakı, 1992; 
Baykara Hüseyn Azərbaycan istiqlal mübarizəsi tarixindən. 
Bakı 1992; Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı: 
Nicat, 1992; Nəvvab M. M. 1905-1906-cı illərdə erməni-müsəlman 
davası. Bakı, 1993; Наджафов Б. Лицо Врага история армянско-
го национализма в Закавказье в конце ХIХ–начале ХХ в. Часть 
первая. Баку: Элм, 1993; Часть вторая. Баку, Шарг-Гарб, 1994; 
V. Arzumanlı, V. Həbiboğlu, K. Muxtarov 1918-ci il qırğınları. 
Tarixi araşdırmalar. Bakı 1995; Məhərrəmov N. Daşnaksütyun 
və Azərbaycanın taleyi. Bakı: Azərbaycan, 1995, İsgəndərov A. 
1918-ci il mart qırğınının tarixşünaslığı. Bakı: Mütərcim, 1997, 
184 s.; Anar İsgəndərov Azərbaycanda türk-müsəlman soyqırımı 
probleminin tarixşünaslığı 1918-1920 Bakı“Adiloğlu” 2006; Му-
радзаде  М.  Мартовские  события.  Баку, 1996; Abdullayev Ə. 
Ermənistanın Azərbaycana qarşı təcavüzkarlıq siyasəti (XIX əsrin 
axırı-XX əsr). Bakı, Elm, 1998, 322 s.; А. Балаев. Азербайджанское 
национальное  движение  в 1917-1918 гг.  Баку, 1998; Балаев  А. 
Февральская  революция  и  национальные  окраины.  Мартов-
ские события 1918 г. в Азербайджане. Москва, 2008; Геноцид 
азербайджанцев в 1918-1920 гг. Документы и материалы. Баку, 
2001;  А.Халилов.  Геноцид  против  мусульманского  населения 
Закавказья  в  исторических  источниках.  Баку, 2000; Геноцид 
азербайджанцев в 1918-1920 гг. Документы и материалы. Баку, 
2001; Abışov V.Ş. Azərbaycanlıların soyqırımı. 1918-1920-ci illər. 
Bakı: Qartal, 2001; Azerbaycan Belgelerinde Ermeni sorusu (1918-

52
1920). Ankara: Başbakanlık Devlet Arşnvleti Genel Müdürlüğü, 
2001, 682 s.; Qəniyev S. H. 1918-ci il Şamaxı soyqırımı Bakı : Nurlar 
NPM, 2003; Рустамова-Тогиди Солмаз Али кызы. «Март 1918 г. 
Баку. Азербайджанские погромы в документах»Баку, 2009, 864 
стр; Рустамова-Тогиди Солмаз Али кызы.«Куба. Апрель-май 
1918 г. Мусульманские погромы в документах» Баку. 2010. 552 
стр.  Казымзаде  Ф.  Борьба  за  Закавказье (1917-1921). Литера-
турный Азербайджан, 1993, № 1-3, с. 29; Xaqani İsmayıl «Azəri 
soyqırımı» Bakı 2007; Eldar Əzizov Difai. XX əsrin  əvvəllərində 
erməni–azərbaycanlı münaqişəsinin ilkin tarixi şərtləri və 
səbəbləri. Bakı 2009; Paşayev A. Açılmamış səhifələrin izi ilə. Bakı: 
Azərbaycan nəşriyyatı, 2001.-536 s.; Paşayev A.Ə. XIX-XX əsrlərdə 
ermənilərin Azərbaycanlılara qarşı törətdikləri soyqırımları  və 
deportasiyalar: tarix elm. dok.... dis. avtoreferatı Bakı 2007; Казым-
заде Ф. Борьба за Закавказье (1917-1921). Литературный Азер-
байджан, 1993, №№ 1-3, с. 29; Rəsulzadə M. Ə. Unudulmaz faciə. 
“Azərbaycan” qəzeti, 31 mart 1919; Mart hadiseyi-ələmiyyəsinin 
müxtəsər tarixçəsi. “Azərbaycan” qəzeti, 31 mart 1919; Paşayev A. 
Şamaxıda erməni vəhşilikləri. “Xalq qəzeti” 30 mart 2010; Paşayev 
A.  İngilis jurnalist Skotland-Liddell erməni məkri haqqında. 
“Xalq qəzeti” 12 mart 2010; Müznib Ə. Bakıda millət qırğını. 
“Tarix” qəzeti № 1 1990; Həsənli C. 1918–ci ilin martı: vətəndaş 
müharibəsi, yoxsa türk–müsəlman soyqırımı? “Azadıq” qəzeti, 
31 mart 1994; Zülfüqarlı M.P. Bakının”Varfolemey” dəhşətləri. 
Millət qəz. 17 mart 2003; Mart qırğının ibrət dərsləri (1918-2005). 
“Ədalət” 24.03.05; Mirzəbəyli İ. 1918-ci il soyqırımı Şamaxıda daha 
qəddarlıqla icra edilmişdi. Xalq qəzeti. -31 mart 2005; Rzayeva 
R. 1918-ci il soyqırımının qanlı  səhifələri. Xalq qəzeti. -27 mart 
2007; Talışlı H. M. Lənkəranda 1918-ci il soyqırımı. “Respublika” 
qəz., 29 mart 2007; Məmmədov X. Bakıda 1918-ci ildə ermənilərin 
törətdikləri mart soyqırımı. Respublika.-31 mart 2007; İmanov V. 

53
Arxivlərdə azərbaycanlıların soyqırımını  təsdiq edən yetərincə 
sənəd var. Xalq qəzeti.-1 aprel 2007; 
8.  Денстервилль  (Генерал  майор).  Британский  империа-
лизм в Баку и Персии. 1917-1918. Воспоминания. (Пер.с англ. 
Руденко).  Тифлис:  Совет.  Кавказа, 1925, 281 с.;  Ka zim za deh 
F. The Struggle for Transjaujasus (1917-1921). New York, 1951; 
Swietijhovski  T.  Rus sia  and  Azer bai can:  Bor der land  in  Tran si-
tion, New York, 1955; Swietijhovski Ta deusz, Brian Col lins. His-
to ri jal Dij tio nary of Azer bai can. Lon don, 1999; Suny R. The Ba ku 
Com mu ne,  1917-1918.  Class  and  Na tio na lity in the Rus sian Re vo-
lu tion.  Prin je ton,  1972;  Alstadt  Andrey.  The  Azerbai ca ni  Turks: 
Power and İden tity un der Rus sian Ru le. Stan ford, 1992. Маккар-
ти Дж., Маккарти К. Тюрки и Армяне. Баку: Азернешр, 1996, 
158с.  Смит  М.  Память  об  утратах  и  азербайджанское  обще-
ство. 2000 və s.
9. Azərbaycan tarixi. Ən qədim zamanlardan XX əsrədək. Bakı 
1994, s.280
10. Azərbaycan tarixi. Uzaq keçmişdən 1870–ci ilə qədər. Bakı 
1996, s.213, 468, 474, 553-554
11.  Вердиева  Х.,  Гусейнзаде  Р. «Родословная»  армян  и  их 
миграция на Кавказ с Балкан., Баку, 2003 с.78
12. Шавров Н.Н. Новая угроза русскому делу в Закавказье: 
предстоящая
распродажа Мугани инородцам. Баку: Элм, 1990, s. 64
13. Xəlilli F. Şamaxı tarix–diyarşünaslıq muzeyi. Bakı–2009 s. 
135- 136
14. Маевский В.Ф. Армяно-татарская смута на Кавказе как 
один из фазисов армянского вопроса. Баку, 1993 с. с. 29.
15. Üzeyir Hacıbəyov. Seçilmiş  əsərləri.Bakı 1985, s.73, 615; 
“İrşad” qəzeti 7 mart 1907.
16. Rəsulzadə M.Ə. Çağdaş Azərbaycan tarixi. Bakı, Gənclik, 

54
1991, s. 2.
17. “Mart qırğını”. “Azərbaycan” qəzetinin xüsusi buraxılışı. 
№ 11, mart 1993.
18.  Азербайджанская  Демократическая  Республика.  Ар-
хивные документы Великобритании. Баку, 2008, s. 183.
19. Paşayev A. Açılmamış səhifələrin izi ilə.Bakı, 2001, s. 228
20.  Азербайджанская  Демократическая  Республика.  Ар-
хивные документы Великобритании. Баку, 2008, с.178.
21. İsgəndərov A. 1918-ci il mart qırğınının tarixşünaslığı. Bakı: 
Mütərcim, 1997, s.110-111.
22. “Коммунист” (Ереван), 26 августа 1989, №199.
23. «Известия  Кавк.  Краев.  Центра  Сов.  Рабоч.,  Солд.  и 
крест. Деп. И Тифл. Совета рабоч. и солд. Деп»., разные годы. 
№72, 1918; Abışov V.Ş. Azərbaycanlıların soyqırımı. 1918-1920-ci 
illər. Bakı: Qartal, 2001, s. 106.
24.  Токаржевский  Е.А.  Из  истории  иностранной  интер-
венции  и  гражданской  войны  в  Азербайджане.  Баку:  Изд-во 
Акад. наук Аз. ССР, 1957, с.55.
25. Qafqazda Sovet totalitarizmi (20-30 -cu illər). Elmi konfransın 
materialları. Xəzər Universiteti 6-7 noyabr 1998.Bakı,1998, s.18-20.
26. Bünyadov Z.M. “Qırmızı terror” Bakı 1993, s. 3
27. Газета «Азербайджан», 1918 года, 21 октября.
28. Сеидов  М. Г. Армянский Вандализм.-Новосибирск.–2010, 
c.100 (azərbaycan, rus və ingilis dillərində) 
29. Quliyev D.P. Tarix şahiddir ki. 1918-1920-ci illərin hadisələri 
bu günün gözü 151ilə: faktlar və  şərhlər. Həyat, Bakı, 1992, 22 
may, №100; ЦГАОР АзССР, ф. 261, on. 1, д. 105, л. 102-103.
30.Tariximizin faciəli səhifələri:soyqırım. (azərbaycan və ingilis 
dillərində) Azərbaycan Respublikası Milli Məclisinin nəşri. Bakı 
2000,s.21.
31. Bax: Рустамова-Тогиди Солмаз Али кызы. Куба. Апрель-

55
май 1918 г. Мусульманские погромы в документах. Баку, 2010, 
s. 64; Paşayev A. Açılmamış  səhifələrin izi ilə.Bakı, 2001, s.229; 
İsgəndərov A. 1918-1920-ci illər türk-müsəlman soyqırımları. 
“Azərbaycan”, 31.03.2009; Qəniyev S. H. 1918-ci il Şamaxı 
soyqırımı. Bakı, 2003, s.135-136; Данные архивных материалов о 
зверствах армян в Шемахинском уезде (1918 г.). ARDA, f. 1061, 
siy. 2, iş 85, 87, 100; iş. №3, f.1061, s..1; f. 1061, siy. 1, iş. 11, v.65
32. Bax: Azərbaycan Respublikası Prezidentinin İşlər 
İdarəsi Prezident kitabxanası. Azərbaycanlıların soyqırımı  və 
deportasiyası. Bakı 2010,s. 86-87; 
33. Bax: Qəniyev S. H. 1918-ci il Şamaxı soyqırımı. Bakı, 2003, 
s.67-68; www.shamaxi-mks.az
34. Paşayev A. Açılmamış  səhifələrin izi ilə.Bakı, 2001, s.229; 
(Bax: ARDA. f. 1061, siy. 1, iş 100, vər. 19-24).
35. Arzumanlı V., Həbiboğlu V., Muxtarov K. 1918-ci il 
qırğınları. Tarixi araşdırmalar. Bakı1995, s. 21-34.
36. “Новый Восток”, 1922, ч.3, с.184; F.Q.Köçərli. Qarabağ. Bakı, 
2002, s.128; Elçin Qaliboğlu “Ermənilər Azərbaycanın Güneyində 
də soydaşlarımıza qarşı soyqırımı törətmişdilər”. “Xalq Cəbhəsi” 
31 mart 2009 
37.  Горянин  А.,  Севастьянов  А.  Русскому  об  Азербайд-
жане  и  Азербайджанцам.  Москва, 2009, с.23; Abışov V. Ş. 
Azərbaycanlıların soyqırımı. 1918-1920-ci illər. Bakı: Qartal, 2001, 
s.128.
38. Süleymanov M. Qafqaz İslam Ordusu. Bakı 2000, s. 324, 
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi.2008, 
s. 333
39.  Рустамова-Тогиди C.Этого  забыть  нельзя. «Зерколо» 
газ.30 марта 2008
40. Zülfüqarlı M. P. Azərbaycanı kimlər idarə edib? (may 1918–
oktyabr 2003). Bakı 2006, s.28

56
41. “Odlar yurdu” qəzeti 8-9 aprel, 1990-cı il
42. İstiqlal qəz. (Münhen) 1 aprel 1933, № 31
43. Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: Elm, 1990, 
s. 37
44. Rüstəmli A. “Azərbaycanlıların soyqırımı bədii ədəbiyyatda 
(Mart, 1918) ”
Bizim Əsr qəz. 01 aprel 2003.
45. Абдулбагиева С. Мартовский геноцид1918 г. Бакинский 
рабочий газ. 30 марта 2010.
46.  Рустамова-Тогиди C. Этого  забыть  нельзя. «Зерколо» 
газ.30 марта 2008
47. Гончаров M. C. Армяне и молокане в Шемахинских со-
бытиях 18г.2009;  Смольников  Т.  Н.  Ответ  на  статью  «ЭТОГО 
ЗАБЫТЬ НЕЛЬЗЯ» д.и.н. Солмаз Рустамовой-Тогиди, опубли-
кованную в газете “Зеркало” 30 марта 2008. www.molakans.ru; 
Ишханян  Б. “Великие  ужасы  Баку.  Анкетное  исследование 
сентябрьских событий 1918г.”, изданно 1920г. на армянском и 
русском языках, Манасян A. Карабахский конфликт, Ереван, 
1998; Дадаян X. “Армяне и Баку. 1850-1920гг.” (Изд-во “Нора-
ванк”), 2006; Акопян А. “Татоязычные армяне” (историческо-
этнографическое  исследование),  диссертация  на  соискание 
ученной степени к.и.н., Ереван, 2002 (на арм.).
48. Kaspi qəz. 30.03.10; İlqar Səfərov. ANS PRESS. 22.04.2010 
49. Həftə içi qəz. 19 noyabr 2010.
50. Azəri soyqırımı...və Neftçala hadisələri.“31 Mart 
Azərbaycanlıların Soyqırımı günü” ilə əlaqədar tövsiyə-
bibloqrafik göstərici. Neftçala rayon mərkəzləşdirilmiş kitabxana 
sistemi. Metodika-Biblioqrafiya şöbəsi 2009
51. Azərbaycan qəz., 03 fevral 2010.
52. Tariximizin faciəli səhifələri:soyqırım. (azərbaycan və 
ingilis dillərində) Azərbaycan Respublikası Milli Məclisinin nəşri. 

57
Bakı 2000,10 -11, Гасанлы  Д.  Трагическая  весна.  Зеркало  газ. 
9 мая 2009 г.; Доклад генерала Р.Гортона о ситуации в Азер-
байджане. 08.12.1918 г.  Азербайджанская  Демократическая 
Республика.  Архивные  документы  Великобритании,  с.83; 
Р.Мустафазаде.  Две  республики.  Азербайджано-российские 
отношения  в 1918-1922 гг.  М., 2006. с.29;  А.Балаев.  Февраль-
ская революция и национальные окраины. Мартовские собы-
тия 1918 года в Азербайджане. М., 2008, с.47; См: Фонд Чрезвы-
чайной  следственной  комиссии  при  Министерстве  юстиции 
Азербайджанской  Демократической  Республики.//  ГААР, 
ф.1061;  Фонд  Азербайджанской  Демократической  Республи-
ки.// ГАППОД УДП АР, фонд 277
 53. APA -26 iyul 2010-cu il.


Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin