Şamaxi soyqirimi (1918 –ci IL) baki 2011



Yüklə 4,93 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix06.09.2017
ölçüsü4,93 Mb.
#29120
  1   2   3   4

 ŞAMAXI SOYQIRIMI
 (1918 –ci il) 
BAKI 2011

Kitabda 1918-ci ilin mart–aprel aylarında Şamaxıda erməni silahlıları 
tərəfi ndən törədilmiş soyqırımdan bəhs olunur. Bakı Sovetinin yardımı 
ilə ermənilərin bu cinayətləri törətməkdə əsas məqsədləri təbii sərvətlərlə 
zəngin olan Azərbaycan ərazisində, ilk növbədə Bakı və onun ətrafında 
etnik təmizləmə aparmaqla bu əraziləri Sovet Rusiyasına tabe etməkdən 
ibarət idi.
ISBN 978-9952-8135-3-9
470710000
036-2011
qrifl i nəşr
Redaksiya heyəti
Fuad Babayev
Təranə Babayeva
Şahin Camalov
Vəli Əlibəyov
Dəyanət Musayev
Ramiz Sevdimalıyev
Layihənin rəhbəri
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına 
Yardım Assosiasiyasının Prezidenti, Şamaxının 
Millət Vəkili Elxan Süleymanov
Müəllif Tarix 
elmləri üzrə fəlsəfə doktoru Məhərrəm 
Zülfüqarlı
Elmi redaktor
Tarix elmləri doktoru, professor Kərim Şükürov
© AVCİYA 2011

Ön söz........................................................................................
Giriş............................................................................................
Şamaxı soyqırımının tarixi kökləri........................................
1918–ci ildə Şamaxıda ermənilərin törətdiyi cinayətlər.....
Nəticə.........................................................................................
İstifadə olunmuş ədəbiyyat....................................................
Mündəricat 
7
10
16
23
46
50

7
90 ildən çoxdur ki, erməni diasporu beynəlxalq ictimaiyyətə 
birtərəfl i, çox vaxt yanlış və hətt a qəsdən təhrif edilmiş mənbələrdən 
məlumatlar verir. Bu gün bəzi ölkələrin parlamentləri və ictimaiyyəti 
1915-ci il hadisələrini erməni iddiaları əsasında “soyqırım” kimi ta-
nımış və ya tanımağa hazırlaşır. 
Təəssüf ki, Türkiyə 15 il əvvələ qədər bu sahədə səssiz qalmağa 
üstünlük verib, bu məsələnin zaman keçdikcə ermənilər tərəfi ndən 
gündəliyə gətirilməyəcəyini güman edib. Ancaq əksinə, erməni di-
asporu Amerika Birləşmiş Ştatlarında və bir çox başqa ölkələrdə bu 
məqsədlə sanki bir şirkət kimi təşkilatlanmış, minlərlə adam yaşa-
yışlarını təmin etmək üçün bunu özlərinə peşə seçmişdir. Erməni 
diasporu uydurma erməni soyqırımı iddialarını daima gündəmdə 
saxlayaraq bir tərəfdən dünyanın bir çox ölkələrində ermənilər ara-
sında öz mənsubiyyətlərini qorumaq məqsədini qarşısına qoyur, 
digər tərəfdən Türkiyədən kompensasiya tələbini və  hətt a torpaq 
iddialarını bir təzyiq vasitəsi kimi davam etdirmək istəyir.
Erməni diasporunun 90 ildən artıqdır, yazılı və elektron media-
da yaydığı birtərəfl i və tamamilə obyektivlikdən uzaq məlumatlar 
əlbətt ə ki, öz təsirini göstərib, yanlış  və  təhrif edilmiş iddialar 
tədricən bəzi ölkələrdə sanki yeganə həqiqət kimi qəbul edilməyə 
başlanıb.
Son illərdə Ermənistan və erməni diasporunun 1915-
ci il hadisələrini çox tez-tez ictimaiyyətin və  bəzi ölkələrin 
parlamentlərinin gündəliyinə gətirməsinin ən vacib səbəbi də bu-
dur ki, onlar 19 il əvvəl Rusiyanın ağır silahları ilə  işğal etdikləri 
Azərbaycan ərazilərini, bir milyona yaxın Azərbaycan qaçqınını və 
Dağlıq Qarabağ məsələsini beləliklə, diqqətdən kənarda saxlama-
ğa çalışırlar. Bu strategiya son dərəcə düşüncəli bir şəkildə diqqətlə 
Ön söz

8
həyata keçirilir.
Şübhəsiz ki, Ermənistan və erməni diasporu xüsusilə 1918-
ci ilin mart-aprel aylarında Azərbaycan türklərinə qarşı  həyata 
keçirdikləri qətliamları  və 1992-ci ildə darmadağın edilən Xocalı-
da əksəriyyəti qadın və uşaq olan 630 insanın qətlə yetirildiyini də 
gündəlikdən kənarda saxlamağa çalışır.
Beynəlxalq ictimaiyyət artıq həqiqətləri obyektiv mənbələrdən 
öyrənməlidir. Buna görə də Türkiyə ilə Azərbaycan bu məsələyə bö-
yük önəm verərək təhrif edilməmiş, dəyişdirilməmiş mənbələri və 
müxtəlif ölkələrdəki arxiv sənədlərini əsas dillərdə nəşr edərək dün-
ya ictimaiyyətinin obyektiv məlumatlar almasını təmin etməlidir.
Əgər Ermənistan və erməni diasporu bu günə qədər beynəlxalq 
ictimaiyyətə təqdim etdikləri məlumat və mənbələrin həqiqiliyinə 
belə inanırlarsa, Rusiya, Fransa, Almaniya, İngiltərə, ABŞ, Türkiyə, 
Ermənistan və Azərbaycandakı  sənədlərlə, mənbələrlə  və arxiv 
məlumatları ilə üzləşməkdən niyə  çəkinir? Niyə Türkiyənin bu 
mənbələrin türk, erməni və beynəlxalq tarixçi-mütəxəssislərdən 
ibarət komissiya tərəfi ndən araşdırılması ilə bağlı  təklifi ni  rədd 
edirlər?  Əgər Ermənistan və erməni diasporu ətrafl ı bir araş-
dırma nəticəsində  həqiqətlərin üzə  çıxmasından və beynəlxalq 
ictimaiyyətə bu günə  qədər qəsdən səhv məlumatların verilməsi 
faktının aşkara çıxmasından narahat deyilsə, Türkiyənin bu təklifi  
niyə qəbul edilmir?
Dünyanın bir çox yerlərində eyni regionda yaşayan və ya bir-
birinə qonşu olan ölkələrdə xalqlar uzun müddət müharibə etmiş, 
son dərəcə kədərli hadisələr baş vermişdir. Bunun ən bariz nümunəsi 
olaraq, Almaniya və Fransa arasında  İkinci Dünya müharibəsinə 
qədər yüz illər boyunca davam edən müharibələr və iki xalqın 
çəkdiyi ağlasığmaz əziyyətləri göstərmək olar. Almaniya və Fransa, 
1950-ci illərdən etibarən tarixin bu kədərli səhifələrindən dərs ala-
raq mehriban və  hətt a dostcasına qonşuluq münasibətləri yarada 

9
biliblər. Bunun ilk şərti isə hər iki tərəfi n də həqiqətləri olduğu kimi 
aşkara çıxarılması istəyi və gözəl qonşuluq münasibətlərinin qurul-
masında təkid etmələridir.
Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətlərinin 
yaranması və Qafqazda sülhün bərqərar edilməsi üçün Ermənistan 
ilk olaraq və qeyd-şərtsiz bir çox beynəlxalq qərarlara  əməl 
edərək, Azərbaycanın işğal etdiyi ərazilərini boşaltmalı, qaçqın-
lar öz evlərinə geri qayıtmalı  və Dağlıq Qarabağ münaqişəsinin 
sülh yolu ilə  həllinə “hə” deməlidir. Sülhün və yaxşı qonşuluq 
münasibətlərinin təmini bu ölkələrin xalqlarının xeyrinə olacaqdır. 
Ərazilərinin beşdə birinin işğalı və bir milyona yaxın insanın yur-
dundan-yuvasından didərgin düşməsi ilə Azərbaycanın barışaca-
ğını ümid etməyə heç bir ölkənin, o cümlədən Ermənistanın haqqı 
yoxdur.
Çar Rusiyası əsrlər boyunca müharibə vəziyyətində olduğu Os-
manlı İmperiyası ilə sərhəd bölgəsində öz nəzarəti altında xristian 
dininin hakim olduğu bufer zona yaratmaq məqsədilə Qərbi Qaf-
qazda erməni  əhalisinin artması üçün qədimdən bəri bir siyasət 
həyata keçirmişdir. Erməniləri bu ərazilərə köçürdərək  əhali ara-
sındakı tarazlığı ermənilərin lehinə  dəyişdirməyə çalışıblar. Bu 
gün həllini gözləyən Dağlıq Qarabağ münaqişəsi də bu siyasət 
nəticəsində yaranıb.
Məhz bu nəşr, xüsusilə 1918-ci ilin mart-aprel aylarında 
ermənilərin Azərbaycan türklərinə qarşı törətdikləri qətliamı aşka-
ra çıxarmaq və beləliklə də bu vacib tarixi hadisənin bütün çılpaqlı-
ğı ilə göstərilməsinə imkan vermək məqsədini daşıyır. 
Prof.Dr. Haqqı Kəskin
Almaniya Parlamentinin millət vəkili və Avropa Şurası 
Parlament Assambleyasının üzvü (2005-2009) 

10
Azərbaycan ərazisində çar Rusiyasının müstəmləkə siyasətinə 
uyğun olaraq ermənilərin Şimali Azərbaycana köçürülməsi və on-
ların  əli ilə zaman–zaman 1905-1906, 1918-1920, 1948-1953, 1988 
-1994 və digər illərdə yerli əhaliyə qarşı soyqırım siyasətinin həyata 
keçirilməsindən beynəlxalq ictimaiyyətin kifayət qədər məlumatı 
yoxdur. Erməni quldurlarının azərbaycanlılara qarşı törətdiyi 
çinayətlərin tədqiqi göstərir ki, bunlardan ən dəhşətliləri 1918–ci 
ilin mart–aprel aylarında Bakı, Şamaxı, Quba, İsmayıllı, Göyçay, 
Hacıqabul, Kürdəmir, Salyan, Lənkəran, Zəngəzur, Naxçıvan, 
Qarabağ, Ağstafa və s. ərazilərdə baş vermişdir. Bu cinayətləri 
planlı sürətdə 1918–ci ilin yanvarında rus–türk cəbhəsindən geri 
qayıdan və tərkibində çoxlu sayda ermənilər olan hərbi qüvvələr 
həyata keçirmişdir. S. Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin 
təhriki ilə yerli müsəlman əhaliyə qarşı həyata keçirilən bu soyqı-
rımın əsas məqsədi neft  və digər faydalı qazıntılarla zəngin olan 
Azərbaycanın, ilk növbədə isə Bakı və onun ətraf əhalisinin milli 
və dini tərkibini dəyişdirməklə bu əraziləri sovet Rusiyasına tabe 
etməkdən ibarət idi. 1918–ci il qırğınları həyata keçirildiyi dövrdə, 
konkret olaraq 1918–ci ilin aprelində Bakıdan Rusiyaya 94 min 
ton, may ayında 182 min ton, iyun ayında 466 min ton, iyul ayında 
isə 492 min ton neft  daşınmışdı. (1) 
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1918–ci il iyulun 
15-də müsəlman əhaliyə qarşı törədilmiş cinayətləri tədqiq etmək 
üçün  Ələkbər bəy Xasməmmədovun rəhbərliyi altında Gəncə 
Dairə Məhkəməsinin üzvləri İsmayıl bəy Şahmaliyev və Andrey 
Fomiç Novatski, həmin məhkəmənin prokuroru Nəsrəddin bəy 
Səfi kürdski, Nikolay Mixayloviç Mixaylov, V.Qudvillo və Mirzə 
Cavad Axundzadədən ibarət Fövqəladə  İstintaq Komissiyası 
yaratmışdı. Komissiyanın topladığı  sənədlər təsdiq etmişdi ki, 
Giriş

11
ermənilər Azərbaycan хalqına qarşı qabaqcadan hazırlanmış soy-
qırım siyasətini həyata keçirmişlər.
 BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 (III) 
saylı  qətnaməsi ilə  qəbul edilmiş Soyqırımı Cinayətinin Qarşısı-
nın Alınması  və  Cəzalandırılması Haqqında Konvensiyanın II 
maddəsində deyilir:
“genosid” (soyqırım–müəllif) dedikdə, hər hansı milli, etnik, 
irqi, yaxud dini qrupu tam və ya qismən məhv etmək məqsədilə 
törədilən aşağıdakı hərəkətlər başa düşülür:
a) hər cür qrupun üzvlərinin öldürülməsi;
b) bu cür qrupun üzvlərinə ağır bədən xəsarəti, yaxud əqli xətər 
yetirilməsi;
c) hər hansı qrup üçün qəsdən onun tam, yaxud qismən fi ziki 
məhvini nəzərdə tutan həyat şəraiti yaradılması;
d) bu cür qrupda doğumun qarşısını almağa yönəldilmiş 
tədbirlərin görülməsi;
e) uşaqların zorla bir insan qrupundan alınıb başqasına 
verilməsi.
1918–ci ildə ermənilərin azərbaycanlılara qarşı soyqı-
rım törətməsi faktı Fövqəladə  İstintaq Komissiyası  tərəfi ndən 
təsdiq edilməsinə baxmayaraq çox təəssüf ki, cinayətkarların 
cəzalandırılması mümkün olmamışdır. Buna 1920–ci ilin fevra-
lında qəbul edilmiş amnistiya haqqında qanun və Sovet Rusiyası 
tərəfi ndən Azərbaycanın 27 aprel 1920–ci il tarixdə işğal edilməsi 
imkan verməmişdi.
İşğaldan sonra problemin obyektiv tədqiqi əvəzinə Moskvanın 
göstərişi ilə Azərbaycan xalqına “dostu düşmən, düşməni dost” 
kimi təqdim edən “26 Bakı komissarı” kimi saxta tarixi əfsanələr 
uydurulmuşdu. (2) Sovet dövründə azərbaycanlılara qarşı 
törədilmiş cinayətlərin  əsas təşkilatçıları “xalq qəhrəmanları” 
kimi qələmə verilərək, onların şərəfi nə abidələr ucaldılmışdı. (3) 

12
Bununla yanaşı, 1918–ci ildə dinc əhalini erməni, bolşevik soyqı-
rımından xilas etmək uğrunda canlarından keçmiş Azərbaycan və 
türk əsgərlərini yaddaşlardan silmək üçün geniş kampaniya apa-
rılmış, hətt a onların məzarlarının bərpasına cəhd edən şəxslər cid-
di cəzalandırılmışdı. Məsələn,  Şamaxı-Mərəzə arasında Acıdərə 
deyilən yerdə 1918–ci il iyul döyüşlərində  şəhid olmuş türk za-
biti, mayor İzzət Əfəndinin tənha qəbrinə münasibət deyilənləri 
sübut edir. Baş daşını qoyduran Şamaxı  qəsəbəsi valisi 1928-ci 
ildə öldürülmüş, bu tənha məzar dağıdılmışdır. Sonrakı illərdə 
Məhəmməd və bir qədər sonra isə Babaxan Rzaxanov adlı Şamaxı 
sakinləri tərəfi ndən məzar bərpa edilmişdir. Məhz buna görə Ba-
baxan Rzaxanov 1964–cü ildə həbs olunmuşdur. Nəhayət, 1993–
ci ilin yazında qəbir təmir olunmuş, 2000-ci il mayın 10-da isə 
burada 1918-ci il Qafqaz hərəkatında  şəhid olan 1130 qəhrəman 
türk əsgərininin xatirəsinə abidə ucaldılmışdır. Xalq şairi Bəxtiyar 
Vahabzadə “Tənha məzar”, Qabil “Türkün qəbri” adlı  şeirlərini 
həmin məzarda uyuyan türk əsgərinə itt ihaf etmişlər. (4) 
Azərbaycan Respublikası 18 oktyabr 1991–ci il tarixdə dövlət 
müstəqilliyini bərpa etdikdən sonra yenidən problemin obyek-
tiv tədqiqi üçün şərait yaranmışdı. Ümummilli lider Heydər 
Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanının (26 
mart 1998-ci il) bu işdə müstəsna rolu vardır. Fərmanda deyilir: 
“Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qa-
rabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın 
başqa bölgələrində xüsusi qəddarlıqlarla həyata keçirilmişdir. Bu 
ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilmiş, kəndlər yan-
dırılmış, milli mədəniyyət abidələri dağıdılıb məhv edilmişdir... 
Bu hadisələrin yalnız birinə-1918-ci il mart qırğınına siyasi qiymət 
vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin 
varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər 
həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqı-

13
rım hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü 
kimi qəbul edir.” (5) 
Hazırda 1918–ci il hadisələri ilə bağlı araşdırmaları davam 
etdirmək üçün Azərbaycan Respublikasının Baş Prokurorlu-
ğu Fövqəladə  İstintaq Komissiyasının azərbaycanlılara qarşı 
ermənilər tərəfi ndən aparılan soyqırımı ilə bağlı Azərbaycan 
Respublikası Milli Arxiv İdarəsində saxlanılan 3 cilddən ibarət 
cinayət işinin materiallarını “Soyqırımı memorial kompleksi”nin 
işində istifadə olunması məqsədilə bu məsələlərin araşdırılması, 
geniş ictimaiyyətə və beynəlxalq aləmə çatdırılması üçün Heydər 
Əliyev Fonduna təqdim edib.
Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” 
layihəsi çərçivəsində Şamaxıda 1918–ci ildə ermənilər tərəfi ndən 
yandırılmış Cümə məscidinin yenidənqurulması da tarixi ədalətin 
bərpası sahəsində görülən müsbət işlərdəndir. Azərbaycan Res-
publikasının Prezidenti İlham Əliyevin digər tarixi abidələrlə ya-
naşı,  Şamaxının Cümə  məscidində aparılan bərpa işlərinə xüsu-
si diqqət verməsi tarixi ədalətin bərpasına göstərilən qayğının 
nümunəsidir. 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 31 Mart 
Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan xal-
qına müraciətində demişdir: “Sizi əmin edirəm ki, xalqımızın 
vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin si-
yasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o 
cümlədən, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasına, 
soyqırımı  həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq 
və düşmənçilik salanların ifşasına nail olacağıq.” (6) 
Müxtəlif ölkələrdə  fəaliyyət göstərən diaspor təşkilatları 
azərbaycalılara qarşı törədilmiş cinayətlər haqqında həqiqətlərin 
dünyaya çatdırılmasında səmərəli fəaliyyət göstərirlər. 
Azərbaycan və Türk Diaspor Təşkilatları Koordinasiya Şurası-

14
nın illik toplantısında (Almaniya, Berlin 27 mart 2008-ci il) qəbul 
edilmiş Bəyanatda deyilir: “1918-ci ilin mart ayında Azərbaycanın 
müxtəlif bölgələrində...erməni şovinist millətçiləri tərəfi ndən türk 
xalqlarına qarşı törədilmiş soyqırımı aktları ən ağır cinayətlərdən 
biri kimi tarixə düşmüşdür... Hadisələr zamanı Bakı, Şamaxı, Mu-
ğan, Quba və Lənkəranda 50 min azərbaycanlı xüsusi amansızlıq-
la qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuş-
dur. Təkcə Bakıda erməni terrorçuları  tərəfi ndən öldürülənlərin 
sayı 30 minə çatmışdır.  Şamaxı  qəzasında 58, Qubada 122, Qa-
rabağın dağlıq hissəsində 150, Zəngəzurda 115, İrəvan quberni-
yasında 211, Qars əyalətində isə 92 kənd tamamilə yerlə yeksan 
edilmişdir...1992-ci ilin fevralında erməni millətçiləri daha bir 
dəhşətli soyqırıma–Xocalı cinayətinə imza atmışlar. 
İnsan Hüquqları haqqında Ümumi Bəyannamə, İnsan Hüquq-
larının və Əsas Azadlıqlarının Müdafi əsi haqqında Avropa Kon-
vensiyası, BMT Baş Məclisinin 9 dekabr 1948-ci il tarixli 260 (III) 
saylı qətnaməsi ilə qəbul edilmiş Soyqırımı Cinayətinin Qarşısının 
Alınması  və  Cəzalandırılması haqqında Konvensiya, Beynəlxalq 
Cinayət Məhkəməsinin Statusu (mad.6) və digər beynəlxalq hü-
quqi aktlar 31 mart və Xocalı soyqırımlarının beynəlxalq cinayət 
kimi tanınması üçün əsas verən hüquqi sənədlərdir. 
Azərbaycan və Türk Diaspor Təşkilatlarının Koordinasiya Şu-
rası bir daha beynəlxalq ictimaiyyətə müraciət edərək, erməni 
millətçilərinin türk xalqlarına, xüsusilə  də azərbaycanlılara qar-
şı törətdikləri terror və soyqırımı aktlarını pisləməyə çağırır, 
beynəlxalq təşkilatları, dünya ölkələrini hadisələrə obyektiv 
qiymət verməyə dəvət edir.”
 Diaspor təşkilatlarının səmərəli fəaliyyəti nəticəsində 1 aprel 
2009-cu il tarixdə ABŞ–ın Nevada ştatı 31 mart tarixini 1918-ci ildə 
qətlə yetirilmiş günahsız azərbaycanlıların xatirə günü kimi tanı-
mışdır. Ştatın qubernatoru Cim Gibbons onun ofi sinə təqdim olun-

15
muş bütün sənədləri və tarixi dəlilləri diqqətlə öyrəndikdən sonra 
müvafi q qərar qəbul etmişdir. Sənəddə  həmçinin, Azərbaycanın 
ərazi bütövlüyünün tanınması və Dağlıq Qarabağın Azərbaycan 
Respublikasına mənsub olması da vurğulanır.
Azərbaycanın müxtəlif bölgələrində 1918–ci ildə ermənilərin 
törətdikləri cinayətlər haqqında bir sıra kitab və məqalələr yazıl-
mış, bəzi materiallar vebsaytlara qoyulmuşdur. (7) 
Bəzi Qərbi Avropa və ABŞ tarixçiləri də Azərbaycan tarixinin 
1918–1920–ci illərinə aid bir sıra samballı əsərlər yazmışlar. (8) 
 Bu sahədə görülmüş işləri təqdir etməklə yanaşı, qeyd etmək 
lazımdır ki, bunların yerli oxucularla birgə beynəlxalq ictimaiyyət, 
xüsusilə  də  qərb ölkələrinin vətəndaşlarına çatdırılması va-
cib vəzifələrdəndir. Məhz buna görə Azərbaycanda Vətəndaş 
Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) “Şamaxı 
soyqırımı (1918-ci il) ” adlı layihə çərçivəsində həqiqətlərin dün-
yaya çatdırılması üçün bir neçə dildə kitab nəşr edərək beynəlxalq 
aləmdə yaymağı məqsədəuyğun hesab etmişdir. 
AVCİYA artıq bu istiamətdə iki layihə “Xocalı soyqırımı” və 
“Qaradağlı facəsi” adlı layihələr həyata keçirib (bax: www.av-
ciya.az) Bu işlər Dağlıq Qarabağ probleminin ədalətli həllinə, 
Azərbaycan Respublikasının  ərazi bütövlüyünün bərpasına da 
yaxından köməklik göstərə bilər. Assosiasiya bu istiqamətdə işləri 
gələcəkdə də davam etdirməyi planlaşdırır.

16
Xaqani  Şirvani, Fələki  Şirvani,  İmadəddin Nəsimi, Hacı 
Zeynalabdin  Şirvani, Seyid Əzim  Şirvani, Mirzə  Ələkbər Sa-
bir, Məhəmməd Hadi, Abbas Səhhət və başqa  şəxsiyyətləri 
bəşəriyyətə bəxş etmiş Azərbaycanın qədim mədəniyyət mərkəzi 
olan  Şamaxı daim yadelli işğalçıların diqqət mərkəzində olmuş-
dur. Azərbaycanın müxtəlif bölgələrində, o cümlədən  Şamaxıda 
ermənilərin törətdiyi vəhşiliklərin arxasında Rusiyanın işğalçı, 
imperiya siyasətinin dayandığını tarixi faktlar sübut edir. 
Azərbaycan  ərazilərinə rusların IX yüzilliyin sonlarından 
etibarən başlayan işğalçı yürüşləri bu siyasətin başlanğıcını qoy-
muşdu. 914-cü ildə 500 gəmi ilə, hər birində 100 nəfər olmaqla 
Azərbaycanın Xəzər sahillərinə 50 mindən artıq rus gəlmişdi. Şir-
vanşah Əli ibn Heysəm təkcə quruda deyil, dənizdə də düşmənlə 
döyüşmüşdü. (9) 1032–1033–cü illərdə ruslar “Bərdə faciəsi”nin 
analoqu olan növbəti dağıdıcı basqınların birində  Şamaxını  ələ 
keçirərək on gün müddətində  şəhəri talan etmiş, 10.000-ə  qədər 
şirvanlını qılıncdan keçirmişlər. Bu faciədən 668 il sonra rus işğal-
larını davam etdirmək üçün I Pyotr Rusiyanın imperiya siyasətinə 
canla–başla xidmət etməyə hazır olan ermənilərdən istifadə 
etməyə başlamışdır. O “erməni işi”nin qızğın təbliğatçısı olan İsra-
il Orini 1701–ci ildə Şamaxıya göndərmiş, o burada müsəlmanlar 
əleyhinə apardığı  işi qurtardıqdan sonra, 1707–1711–ci illərdə 
yenidən Şamaxıya gələrək burada öz təbliğatını aparmışdı. Bun-
dan sonra I Pyotr 1721–ci il Şamaxı üsyanı zamanı rus tacirlərinin 
öldürülməsini bəhanə edərək Xəzəryanı bölgələrə 1722–ci ildə 
hücum etmiş, bu hücümda əsas hədəf kimi Şamaxını seçmiş-
di. O dövrdə Peterburqun diplomatiya danışıqlarında bu yürüş 
Şamaxı soyqırımının 
tarixi kökləri

17
rəsmi olaraq “Şamaxı yürüşü” adlanırdı. Rusiyanın qəsbkarlıq 
siyasətinin davamı olaraq V. Zubovun başçılığı ilə 1796–cı ildə 
Azərbaycan üzərinə hücuma keçən rus qoşunlarının tərkibində 
çoxlu sayda erməni var idi. Həmin ilin oktyabrında V. Zubov rus 
qoşunlarının qərargahını Yeni Şamaxıya köçürmüşdü. Lakin 1796–
cı ilin noyabrında II Yekatrinanın ölümü, I Pavelin hakimiyyətə 
gəlməsi və onun rus qoşunlarını Qafqazdan geri çağırması ilə iş-
ğallara 1801–ci ilə qədər fasilə verilmişdi. (10) 
Rus qoşunlarının 1803–cü ilin martında Car–Balakənə hü-
cümu, 1804–cü ilin 3 yanvarında Gəncənin işğalı ilə çarizmin 
Azərbaycanda işğalçı siyasəti yenidən genişlənməyə başladı. Çar 
Rusiyası 27 dekabr 1805-ci il tarixli müqavilə ilə Şamaxı xanlığı-
nı özündən asılı vəziyyətə saldı. Müqaviləyə görə Şamaxı xanlığı 
ildə 8000 çervon Rusiya xəzinəsinə bac verməli idi. 
1804–1813–cü illər birinci, 1826–1828–ci illər ikinci Rus–İran 
müharibələrindən sonra Şimali Azərbaycanın Rusiya tərəfi ndən 
işğalı, ermənilərin bu ərazilərə köçürülməsi ilə sonrakı faciələrin 
əsası qoyuldu.
II Rus-İran müharibəsinin sonunda bağlanmış Türkmənçay 
müqaviləsinə (10 fevral 1828) əsasən Rusiyanın imperiya 
siyasətinə uyğun olaraq ermənilər  İran və Türkiyədən  Şimali 
Azərbaycanın müxtəlif bölgələrinə, o cümlədən Şamaxıya da kö-
çürülmüşdür.  Şamaxının Mədrəsə, Sağiyan, Meysəri, Kələxana, 
Zarxı və s. kəndlərinə ermənilərin köçürülməsində əsas məqsəd 
onların köməkliyi ilə müsəlman  əhalini  əsarət altında saxlamaq 
idi. Bu siyasət  əsasında  Şamaxı  ərazisinə Rusiyanın mərkəzi ra-
yonlarından molokanlar da köçürülmüş və onlar burada 6 kənddə 
məskunlaşmışlar.
XIX  əsrin ilk illərində ermənilər ölkə sakinlərinin 9,37%-ni 
təşkil etdiyi halda, XX əsrin əvvəlində bu rəqəm 32,6%-ə çatmış-
dır. Təqribən 100 il ərzində, ilk növbədə ermənilərin mexani-

Yüklə 4,93 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin