Sahib Məmmədov



Yüklə 481.29 Kb.
Pdf просмотр
səhifə1/3
tarix07.12.2016
ölçüsü481.29 Kb.
  1   2   3

 

 

 



Sahib Məmmədov 

 

 



                                   

 

 

CƏZA ÇƏKMƏ  MÜƏSSİSƏLƏRİNDƏ ƏMƏYİN TƏŞKİLİ VƏ CƏZASINA   BAŞA 

VURMUŞ ŞƏXSLƏRİN ƏMƏK BAZARINA ÇIXIŞI 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

                                                   BAKI-2011 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


 

 

 



 

 

 



 

 

 



 

 

                                                            MÜNDƏRİCAT 



 

XÜLASƏ 

 

GİRİŞ 

 

ÖLKƏNİN PENİTENSİAR SİSTEMİNDƏ ƏMƏYİN TƏŞKİLİNİN VƏZİYYƏTİ 

Penitensiar müəssisələrdə məhkumların əməyə cəlb edilməsinin qanunvericilik əsasları 

Penitensiar müəssisələrdə iş yerlərinin imkanları və vəziyyəti 

Əməyə cəlb etmə göstəriciləri 

Məhkumların əməyə cəlb edilməsinə dair beynəlxalq standartlar 

 

CƏZASINI BAŞA VURMAQDA OLAN ŞƏXSLƏRİN AZAD OLUNDUQDAN SONRA 



ƏMƏYƏ ÇIXIŞININ TƏMİN OLUNMASI İSTİQAMƏTİNDƏ FƏALİYYƏTLƏR 

Məhkumların təhsili 

 

MƏHKUMLARIN VƏ CƏZASINI BAŞA VURMUŞ ŞƏXSLƏRİN  ƏMƏYƏ CƏLB 

EDİLMƏSİNİN PROBLEMLƏRİ 

 

PROBLEMLƏRİN HƏLLİNƏ YÖNƏLƏN TƏDBİRLƏR VƏ SİYASƏT 



 

TÖVSİYYƏLƏR 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 



 

XÜLASƏ 

  

Azadlıqdan məhrum etmə yerlərində saxlanılan və cəzasını başa vuran şəxslərin əməyə cəlb 

edilməsi, onların peşə vərdişlərinin   və artırılması aktual problem olaraq qalmaqdadır. 

Xüsusən də Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində saxlanılan məhkumların əmək 

qabiliyyətli hissəsinin əməyə və peşə təhsilinə cəlb edilməsi ilə bağlı müxtəlif dövlət 

proqramlarında və onların icrası ilə bağlı həyata keçirilən tədbirlər planınında müxtəlif 

fəaliyyətlərin nəzərdə tutulmasına baxmayaraq problemin həlli istiqamətində ciddi irəlləyişlərə 

nail olunmamışdır. 

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində və Əmək Məcəlləsində məhkumların 

əməyə cəlb olunmasının hüquqi əsas və qaydaları müəyyən edilmişdir və bu hüquqi əsaslar 

beynəlxalq standartlara cavab verir.  

Təqdim olunan bu tədqiqat materialında məhkumların və cəzasını başa vuran şəxslərin əməyə və 

təhsilə cəlb olunmasının hüquqi əsasları təhlil edilmişdir.  

Eyni zamanda tədqiqatda məhkumların əməyə cəlb olunması ilə bağlı problemlərin səbəbləri

əməyə və təhsilə cəlb olunma ilə bağlı praktikada mövcud olan problemlər də araşdırılmışdır. 

Məhkumların əməyindən istifadəyə əngəl yaradan normaların təkmilləşdirilməsi, həmçinin 

praktikada mövcud olan problemlərin aradan qaldırılması üçün siyasət variantları təklif edilmiş 

və tövsiyyələr verilmişdir. 

Sənəd Ölkənin cəza sistemində həyata keçirilən hüquqi islahatlara dəstək vermək, eləcə də 

cəzasını başa vurmuş insanların resosializasiya və reinteqrasiya problemlərinin həllinə yadım 

etmək məqsədi ilə hazırlanmışdır. 

Sənəddə Dövlət satınalmalarına dair qanuna əlavə və dəyişikliklərin edilməsi də təklif 

edilmişdir. Bu dəyişikliklərin edilməsi Cəza çəkmə Müəssisələrinin dövlət satınalmalarında 

iştirakına şərait yarada bilər ki, bu da məhkumların faydalı əməyə cəlb edilməsində, onların 

məşğulluğunun təmin edilməsində, peşə vərdişlərinin saxlanılmasında və artırılmasında müsbət 

rol oynaya bilər.  

 

 

 

GİRİŞ 

 

Sovetlər birliyinin mövcud olduğu dövrdə məhkumların əməyindən geniş istifadə olunurdu. O 



zaman cəza çəkmə müəssisələri də İslah Əmək Müəssisələri adlanırdı və əməyə cəlb etmə islah 

prosesinin ən vacib elementlərindən hesab edilirdi. Halbuki həmin dövrdə məhkumların əməyə 

cəlb edilməsinin əsas məqsədi ucuz işçi qüvvəsindən istifadə etməklə xalq təsərrüfatının mühüm 

hissələrinin inkişafı təmin edilirdi. Sovet cəza sistemi məhkumların əməyindən səmərəli istifadə 

edərək  iri tikintilər, o cümlədən nəqliyyat və digər kommunikasiyaya aid tikintilərdə 

məhkumların əməyinin tətbiqi ciddi iqtisadi vəzifələrin həyata keçirilməsinə  şərait yaradırdı. 

Sovetlər Birliynin süqutu mövcud sistemin dağılmasına gətirib çıxardı.  

Postsovet ölklərində hökm sürən kütləvi işsizlik penitensiar müəssisələrdən də yan keçməmişdir. 

Odur ki, bu ölkələrdə, o cümlədən Azərbaycanda məhbusların  əməyə  cəlb edilməsi ciddi 

problem olaraq qalmışdır. Halbuki məhbusların əməyə cəlb olunması həm bu insanların ictimai 

faydalı əməklə məşğul olmalarına və beləliklə də islah olunmalarına və həm də işləməklərinin 

müqabilində qazanc əldə etmələrinə imkan verərdi. Qaydalarda məhbusların əməyə cəlb edilməsi 

vacib aspekt kimi ortaya qoyulmuşdur. Qaydalara görə  «  əgər həkimin rəyinə  əsasən 

məhbusların fiziki və psixoloji sağlamlığı imkan verirsə, onda onlar əməyə  cəlb edilə 

bilərlər» Penitensiar müəssisələrdə məhbusların əməyindən istifadə edərkən cəmiyyətdə olduğu 


kimi  əmək standartlarına ciddi surətdə  əməl olunmalı,  əməyin mühafizəsi və  təhlükəsizlik 

texnikası qaydalarına əməl olunmalıdır.  

Hazırda mövcud olan şərait məhkum əməyindən geniş istifadəyə şərait yaratmır. Bazar 

iqtisadiyyatının inkişafı, özəl sektorun yaranması fonunda  məhkum əməyindən istifadə o qədər 

də cəlbedici görünmür. Hazırda cəza çəkmə müəssisələri adlanan keçmiş islah əmək 

müəssisələrinin istehsalat sahələri demək olar ki, istifadə olunmur. Onlardan bir hissəsi artıq ləğv 

edilmişdir.  Rəsmi statistikaya görə Azərbaycanda hazırda məhkumların 29,9 faizinin əməyə cəlb 

olunur ki, onlardan da yalnız  5,7 faizi istehsalat sahələrində çalışır. 

 Eyni zamanda hazırda əməyə cəlb edilmiş məhkumlar da özlərini və azadlıqda olan ailə 

üzvlərini sosial cəhətdən müdafiə edə bilmirlər. 

Bununla belə cəza çəkən şəxslərin əmək fəaliyyətini həyata keçirməsinin olduqca müsbət 

nəticələri vardır. Əmək fəaliyyəti  ilk növbədə əmək stajının və sığorta stajının artmasına, sosial 

sığorta fonduna vəsaitin toplanmasına, beləliklə də gələcək sığorta hadisələri zamanı və 

pensiyaya çıxarkən sosial baxımdan qismən təminatın olmasına gətirir. Ən əsası isə məhkumun 

əməyə olan münasibəti dəyişmir və onun peşə vərdişi və peşə qabiliyyəti nəinki qalır, hətta 

inkişaf edir. 

Azərbaycanın cəzaçəkmə sistemində məhkumların əməyə cəlb edilməsi üçün zəruri 

qanunvericilik bazası yaradılmışdır. İndi qarşıda duran əsas vəzifə məhkumların hər birinin peşə 

qabiliyyətinə və bacarığına uyğun olaraq onların işlə təmin olunmasıdır. İşlə təmin olunma 

göstəricilərinin artırılması üçün zəruri olan müəssisələrdə iş yerlərinin və istehsalat sahələrinin 

yaradılması ilə bitmir. Bu kompleks şəkildə həll edilməlidir. Burada əsas məsələlərdən biri də 

məhkumların peşə vərdişlərinin artırılması, peşə təhsilinin təşkilindən ibarətdir. Hər bir məhkum 

cəza çəkərkən əməyə cəlb olunursa və ya hər hansı ixtisas üzrə təhsil alırsa, deməli o həm də 

cəmiyyətə qayıdış üçün hazırlaşır. Belə halda onun üçün reinteqrasiya və resosializasiya prosesi 

daha asan olacaqdır. Dövlət cəza çəkən və cəzasını başa vuran insanların əməyə cəlb edilməsi ilə 

bağlı son illərdə bir sıra tədbirlər həyata keçirməkdədir.



 

Cəzaların İcrası Məcəlləsində müvafiq əlavə 

və dəyişikliklər edilmiş, “

Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial 

adaptasiyası haqqında” Qanun qəbul edilmişdir. 

Azərbaycan Respublikası Prezidentinin  15 sentyabr 2008-ci il tarixli 3043 saylı sərəncamı ilə 

təsdiq olunmuş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması 

və davamlı inkişaf Dövlət Proqramı”  (YADİDP)və Dövlət proqramının icrası məqsədi ilə 

qəbul olunmuş  «2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması 



və davamlı inkişaf Dovlət Proqramı»nın həyata kecirilməsi uzrə Tədbirlər Planıda (TP) 

(2008-2010-cu illər) 

Azadlıqdan məhrumetmə yerlərində saxlanılan şəxslərin və cəzasını başa vurmuş şəxslərin 

məşğulluğunun təmin olunması prioritet  məqsədlərdən biri kimi qoyulmuşdur. 

Dövlət Proqramının YADİDP və səmərəli idarəetmə adlanan 7.3. bölməsində məhkəmə hüquq 

islahatları yarımbaşlığında göstərilir ki, “Məhkumların cəmiyyətə yenidən inteqrasiya və 



adaptasiya olunması istiqamətində onların azadlığa buraxıldıqdan sonra əmək bazarının 

tələblərinə cavab verən peşələrə yiyələnməsi məqsədilə cəzacəkmə muəssisələrində istehsal 

sahələrinin yaradılması davam etdiriləcək, eləcə də həmin şəxslərin cəmiyyətə yenidən 

inteqrasiyası prosesinə yardım etmək məqsədilə əhali arasında maarifləndirmə 

gucləndiriləcəkdir”. Tədbirlər Planınının (TP) 4.1.3.5.2. bəndində isə  “Məhkumların azadlığa 

buraxıldıqdan sonra əmək bazarının tələblərinə cavab verən peşələrə yiyələnməsinin təmin 

edilməsi” bir vəzifə kimi qarşıya qoyulmuşdur.  

 

 



ÖLKƏNİN PENİTENSİAR SİSTEMİNDƏ ƏMƏYİN TƏŞKİLİNİN VƏZİYYƏTİ 

 

Penitensiar müəssisələrdə məhkumların əməyə cəlb edilməsinin qanunvericilik əsasları 

 

Məhkumların  əməyi Cəzaların  İcrası  və  Əmək Məcəllələri ilə  tənzim olunur. Cəzaların  İcrası 



məcəlləsinin 12-ci fəsli  “Müəyyən müddətə azadlıqdan məhrum etmə  və ömürlük azadlıqdan 

məhrum etmə növündə  cəzalara məhkum olunmuş  şəxslərin  əməyi, ilk peşə-ixtisas təhsili və 

peşə hazırlığı” adlanır. Məcəllənin 95.1. maddəsində göstərilir ki, “Hər bir məhkum cəzaçəkmə 



müəssisəsinin müdiriyyəti tərəfindən müəyyən edilmiş yerdə və işlərdə əmək fəaliyyəti ilə məşğul 

olmalıdır. Cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumların cinsini, yaşını, əmək qabiliyyətini, 

sağlamlığını, imkan daxilində ixtisaslarını nəzərə alaraq, onları faydalı əməyə cəlb etməlidirlər. 

Məhkumlar bir qayda olaraq cəzaçəkmə müəssisələrinin istehsalat sahələrində, bu müəssisələrin 

normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət işlərində, habelə 

cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən olunmuş qaydada 

mühafizə  və  təcrid olunmaqla əməyə  cəlb olunurlar. Məhkumlar cəzaçəkmə müəssisəsində 

müdiriyyətin icazəsi ilə fərdi əməklə məşğul ola bilərlər. Cəzaçəkmə müəssisələrində təsərrüfat 

və  məişət işlərinə  cəlb edilmiş  məhkumların sayı müəssisədə  cəza çəkməsi nəzərdə tutulan 

məhkumların sayının on faizindən çox ola bilməz. Məhkumların  əməyindən istifadə edilməsinə 

icazə verilməyən işlərin siyahısı  cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə 

müəyyən edilir”.

1

  



Məhkumlar üçün nəzərdə tutulan əmək normaları  və qaydaları ayrı-ayrı istisnaları  çıxmaqla 

Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirilir. Məcəllənin 96.1. maddəsinə görə

 



Məhkumların iş vaxtının müddəti, əməyin mühafizəsi və istehsalat sanitariyası qaydaları əmək 



qanunvericiliyinə uyğun olaraq müəyyən edilir”

2

 Bununla belə Penitensiar sistemin 

xüsusiyyətləri bəzi məhdudiyyətlər mövcuddur. 

Məsələn, Cəzaların İcrası məcəlləsinin 95.6. maddəsinə görə 



Məhkumlara əmək mübahisələrinin 

həlli üçün əmək fəaliyyətini dayandırmaq və tətil etmək qadağan edilir. Üzrsüz səbəbdən əməkdən imtina 

edilməsi və ya əmək fəaliyyətinin dayandırılması cəzanın icrası qaydalarının pozulması sayılır və 

məhkuma tənbeh tədbirlərinin tətbiq edilməsinə və ya onların maddi məsuliyyətə cəlb olunmasına səbəb 

olur



3

Cəzaların İcrası Məcəlləsinin 97.1. maddəsinə görə “Məhkumlar əmək qanunvericiliyinə uyğun 



olaraq əməyin ödənilməsi hüququna malikdirlər”

4

Yuxarıda qeyd olunduğu kimi Cəza çəkmə Müəssisələrində    əmək münasibətlərinin 

tənzimlənməsi Cəzaların  İcrası  Məcəlləsinnin tələblərinə    əməl edilməklə  Əmək Məcəlləsinə 

uyğun tətbiq edilir. Məhkumlar  əmək fəaliyyəti zamanı istehsalat zədələnməsi və ya peşə 

xəstəliyinə tutulduqda sağlamlıqlarına dəymiş  zərərə görə qanunvericilikdə  nəzərdə tutulmuş 

qaydada kompensasiya alırlar. 

Bununla belə Əmək Məcəlləsinin 17-ci maddəsinin 2-ci hissəsinə görə “Hərbi və ya fövqəladə 

vəziyyətlə əlaqədar müvafiq qanunvericilik əsasında, habelə qanuni qüvvəyə minmiş məhkəmə 

hökmlərinin icrası zamanı müvafiq dövlət orqanlarının nəzarəti altında yerinə yetirilən işlərdə 

məcburi əməyə yol verilir”

5

. Bu müddəanın Əmək Məcəlləsinə daxil edilməsi bir sıra 

mübahisələr doğurur. Bu barədə aşağıda daha geniş bəhs olunacaqdır. 

Ölkənin müvafiq qanunvericiliyi məhkumların əməyə cəlb edilməsinin  hüquqi  əsasları 

yaradılmışdır. Bu əsaslar ayrı-ayrı istisnalarla ölkənin tərəfdar çıxdığı müvafiq beynəlxalq 

normalara uyğundur. 

 

                                                 



1

 Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi.Mənbə: 

http://e-

qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1

2

 Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Mənbə: 



http://e-

qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1

3

 Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Mənbə: 



http://e-

qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1

 

4

 Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi. Mənbə: 



http://e-

qanun.gov.az/print.php?internal=view&target=1&docid=15&doctype=1

5

 Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 17. 



Penitensiar müəssisələrdə iş yerlərinin imkanları və vəziyyəti 

 

Hazırda Penitensiar Xidmətin Cəza çəkmə müəssisələrində mövcud olan istehsalat sahələri 

keçmiş Sovet İttifaqı dövründən qalmış istehsalat sahələridir. Bu sahələrdə mövcud olan istehsal 

avadanlıqlarının əksəriyyəti fiziki və mənəvi baxımdan aşınmışdır. Eyni zamanda istehsalat 

sexləri və istehsalat üçün nəzərdə tutulan digər otaqlar və sahələrin də texniki xarakteristikası 

müsbət deyildir. Binaların bir çoxu köhnəlmiş, dam örtükləri, isitmə və soyutma sistemləri, 

ventilyasiya qurğuları sıradan çıxmışdır.  

Bir neçə Cəza Çəkmə Müəssisəsində kiçik istehsal üçün nəzərdə tutulan (əsasən mebel , plastik 

pəncərə və qapı istehsalı üçün) yeni avadanlıqlar alınmışdır. Penitensiar Xidmətin 5 saylı cəza 

çəkmə müəssisəsində üzüm dirəklərinin istehsalı üçün yeni istehsal sahəsi yaradılmışdır. 

Cəza Çəkmə Müəssisələrində  istehsalat sahələrinin və istehsal avadanlıqlarının 

yenilənməməsinin əsas səbəbləri istehsalın zəif olması ilə bağlıdır. 



 

Əməyə cəlb etmə göstəriciləri 

 

Məhkumların əməyə cəlb etmə  göstəriciləri yuxarıda qeyd olunduğu kimi olduqca aşağı 



göstəricilərdir. Məhkumlar bir qayda olaraq cəzaçəkmə müəssisələrinin istehsalat, həmçinin bu 

müəssisələrin normal fəaliyyətinin təmin olunması üçün nəzərdə tutulmuş təsərrüfat və məişət 

işlərində, habelə cəzaçəkmə müəssisələrindən kənar digər istehsalat obyektlərində müəyyən 

olunmuş qaydada mühafizə və təcrid olunmaqla əməyə cəlb olunurlar.  Daxili nizam qaydalarına 

görə Cəzaçəkmə müəssisələrində təsərrüfat və məişət işlərinə cəlb edilmiş məhkumların sayı 

müəssisədə cəza çəkməsi nəzərdə tutulan məhkumların sayının on faizindən çox olmamalıdır. 

 

 

Rəsmi statistikaya görə  hazırda məhkumların 29,9 faizinin əməyə cəlb olunduğu bildirilir. Lakin 



bu rəqəm həqiqəti əks etdirmir. Belə ki, digər rəsmi statistikaya görə hazırda məhkumların yalnız  

5,7 faizi istehsalat sahəsində çalışır. İstehsalat sahəsində çalışan məhkumlar isə ilk növbədə 

özlərinin normal şəraitdə saxlanması üçün lazım olan geyim, yataq və məişət əşyalarının, habelə 

verilmiş sifarişlərə əsasən tikiş, dəmir məmulatları, mebel, dəmir-beton dirəklər və müxtəlif 

suvenirlər istehsal edirlər. 

 Məhkumlardan 6,23 faizi isə təsərrüfat və məişət xidməti işlərində əməyə cəlb olunublar.  

 

 

Məhkumların əməyə cəlb edilməsinə dair beynəlxalq standartlar 



 

Ölkənin tərəfdar çıxdığı və ya qəbul etdiyi müvafiq beynəlxalq normalar da azadlıqdan məhrum 

etmə yerlərində saxlanılanların əməyə cəlb edilməsini müsbət hal hesab edir. 

Birləşmiş Millətlər təşkilatının “Məhkumlarla minimal standart davranış qaydaları” 

məhkumların əməyə cəlb edilməsi ilə bağlı aşağıdakı standartları özündə ehtiva edir: 

•  Məhbusların əməyi onlara əzab verməməlidir; 

•  Bütün məhbuslar həkimin təsdiq etdiyi fiziki və psixi qabiliyyətlərinə müvafiq olaraq 

işləməyə borcludur; 

•  Məhbuslara normal iş gününü dolduran faydalı iş tapşırılmalıdır; 

•  Məhbusların təmin edildikləri iş, mümkün qədər, onlara azad edildikdən sonra layiqli əməklə 

məşğul olmaq üçün  ixtisaslarını artırmağa, yaxud ixtisas əldə etməyə imkan verməlidir; 

•  Faydalı peşələri onlardan bəhrələnməyi bacaran məhbuslara, xüsusən yeniyetmələrə 

öyrətmək lazımdır. 

•  Məhbuslar peşənin düzgün seçilməsinə və idərənin tələblərinə və müəssisədəki intizama 

uyğundursa, özlərinin görmək istədikləri işi yerinə yetirmək imkanına malik olmalıdır

6



                                                 

6

 Azadlıqdan məhrumetmə yerlərinin monitorinqi: QHT-lər üçün vəsait. İşgəncələrin Qarşısının alınması üzrə 



Assosasiya, Demokratik təsisatlar və İnsan Hüquqları Bürosu.   

 

1.Azadlıqdan məhrum etmə yerlərində əməyin təşkili və metodları, məhbusları azad əməyin 

normal şərtlərinə uyğunlaşdırmaq üçün, cəmiyyətdəki analoji əməyə tətbiq edilən kimi olmalıdır. 

Beləliklə, bu əmək qüvvədə olan norma və texniki tələblərə uyğun olmalı və istehsal prosesinin 

idarə edilməsinin müasir metodları çərçivəsində həyata keçirilməlidir.  

2. Baxmayaraq ki, məhbusların əməkdən maliyyə gəliri əldə etmək istəkləri keyfiyyətin 

səviyyəsinin  artması və yaxşılaşdırılmasına, həmçinin peşə hazırlığının məqsədyönlülüyünə 

müsbət təsir edə bilər, bununla belə məhbusların maraqları və onlara islahedici təsirlər bu 

məqsədlərə tabe etdirməməlidir

7



Beynəlxalq standartlara görə həbsdə saxlanılan şəxslər icbari işlərə cəlb edilə bilməzlər. Əməyə 

cəlb etmə könüllü olmalıdır. 

Avropa Şurası Nazirlər Komitəsi 12 fevral 1987-ci il tarixli 404-cü iclasında R (87) 3 №-li 

tövsiyyəsi ilə  təsdiq etdiyi «Avropa Penitensiar Qaydaları»nda əmək fəaliyyəti ilə bağlı 

aşağıdakı tələbləri qoymuşdur:  

 

•  Həbs yerlərində əməyə daxili rejimin müsbət elementi kimi baxılmalı və ondan heç vaxt 



cəza kimi istifadə edilməməlidir. 

•  Penitensiar müəssisənin müdiriyyəti faydalı əmək üçün kifayət qədər şərait yaratmağa 

çalışmalıdır. 

•  Məhbuslara təklif olunan işin xarakteri onlara azadlığa çıxdıqdan sonra yaşamaq üçün 

qazanc əldə etmək qabiliyyətini saxlamağa və yaxşılaşdırmağa imkan yaratmalıdır. 

•  13-cü Qaydaya uyğun olaraq iş təqdim edilərkən cinsi əlamətə görə ayrı-seçkiliyə yol 

verilə bilməz. 

•  Məhbuslara, xüsusilə gənc məhbuslara səmərə verə bilən və ixtisas hazırlığı elementlərini 

nəzərdə tutan iş təqdim olunmalıdır. 

•  İmkan daxilində müvafiq ixtisas seçimi, daxili qaydanın və intizamın tələbləri nəzərə 

alınmaqla, məhbuslar iştirak etmək istədikləri fəaliyyət növünü seçə bilərlər. 

•  Məhbusları normal həyata hazırlamaq məqsədilə islah müəssisələrində əməyin təşkili və 

üsulları cəmiyyətdə olan fəaliyyətin təşkili və üsullarına maksimal uyğun olmalıdır. 

•  Penitensiar müəssisələrdə məhbusların əməyindən maliyyə gəliri alınması standartlara 

uyğunlaşdırılma, habelə peşə hazırlığının keyfiyyətinin yüksəlməsi və səmərəliliyi 

nöqteyi-nəzərindən faydalı olsa da, məhbusların mənafeləri bu məqsədə tabe 

edilməməlidir. 

•  Məhbuslara iş penitensiar müəssisənin müdiriyyəti tərəfindən, ya müstəqil və yaxud 

xüsusi podradtçı ilə birgə, penitensiar müəssisənin ərazisində və yaxud onun 

hüdudlarından kənarda təqdim olunur. 

•  İstənilən halda məhbuslar öz əməklərinə görə ədalətli əmək haqqı almalıdırlar. 

•  Məhbuslar əmək haqqının bir hissəsini şəxsi istifadə üçün icazə verilmiş əşyalar əldə 

etmək və bir hissəsini ailələrinə ayırmaq imkanına malik olmalıdırlar. 

•  Məhbusları, azad edilərkən onlara verilmək məqsədilə əmək haqqının bir hissəsini qənaət 

etməyə həvəsləndirmək lazımdır. 

•  Məhbusların sağlamlıqlarının qorunması və əməyin təhlükəsizliyi tədbirləri azadlıqda 

olan işçilər barədə tətbiq edilən tədbirlərdən sərt olmamalıdır. 

•  Məhbuslara, ixtisas xəstəlikləri də daxil olmaqla, istehsalatda xəsarət almaqla əlaqədar 

ödəmələr üçün azadlıqda olan işçilərə tətbiq edilən ödənişlərdən az olmayan vəsait 

nəzərdə tutulmalıdır. 

                                                                                                                                                             

İnsan Hüquqları üzrə təlim və tədqiqat İctimai Birliyi tərəfindən tərcümə edilmişdir. Bakı-2006 

7

 Azadlıqdan məhrumetmə yerlərinin monitorinqi: QHT-lər üçün vəsait. İşgəncələrin Qarşısının alınması üzrə 



Assosasiya, Demokratik təsisatlar və İnsan Hüquqları Bürosu.   

İnsan Hüquqları üzrə təlim və tədqiqat İctimai Birliyi tərəfindən tərcümə edilmişdir. Bakı-2006 

 


•  Məhbusların maksimal iş günü və iş həftəsi azad işçilərin muzdla işə qəbulunu 

müəyyənləşdirən yerli normalara və ənənələrə uyğun olmalıdır. 

•  İmkan daxilində işləyən məhbuslar milli sosial təminat sisteminə daxil edilməlidirlər.  

 

•  Məhbusların həftədə ən azı bir istirahət günü, təhsil və digər məşğuliyyət üçün kifayət 



qədər vaxtı olmalıdır

8



 

Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikasının  Cəzaların İcrası məcəlləsi əməyə cəlb 

etmə ilə bağlı BMT və Avropanın minimal standartlarının tələblərini nəzərə almışdır.  Bununla 

belə BMT-nin Azərbaycan Rеspublikasının BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar üzrə 

Komitəsinə  təqdim  еtdiyi ikinci dövrü hеsabatla bağlı Komitənin 8-26 noyabr 2004-cü il 

tariхində  kеçirdiyi 33-cü sеssiyada  qəbul  еtdiyi «Iqtisadi, sosial və  mədəni hüquqlar üzrə 





Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə