Şagirdlərin və heyətin qiymətləndirməsi standartları



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə5/9
tarix02.01.2022
ölçüsü0,54 Mb.
#2366
1   2   3   4   5   6   7   8   9
 

Dəqiqlik standartları 

 

Dəqiqlik standartları şagirdlərin inkişafı və halları haqqında toplanılan məlumatların düzgünlüyünü 



təmin edir. 

 



 

D1 – Düzgünlüyə yönəldilmə 

Şagirdin  psixoloji  qiymətləndirilməsinin  inkişafı  və  həyata  keçirilməsi  əldə  edilən 

məlumatların birmənalılığına yönəldilməlidir ki, şagird haqqında çıxarılan nəticələrin yanlış 

şərhi mümkün olmasın. 

 

D2 - Şagirdlər üçün müəyyənləşdirilmiş amillər 



Şagirdin  inkişafını  əks  etdirəcək  amillər  və  gözləntiləri  onlar  üçün  aydın  şəkildə 

müəyyənləşdirilməlidir ki, qiymətləndirmə nəticələri dəqiq və əhəmiyyətli olsun. 

 

D3 - Kontekst təhlili 



Şagirdin fəaliyyətinə təsir edə bilən müxtəlif mühit amilləri müəyyənləşdirilməli və nəzərə 

alınmalıdır ki, şagirdin inkişafı əsaslandırılmış şəkildə izah edilə bilsin. 

 

D4 - Sənədləşdirmiş prosedurlar 



Şagirdin  həm  planlaşdırılmış,  həm  də  hazırda  aparılan  qiymətləndirmə  prosedurları  yazılı 

sənədlərdə təsvir olunmalıdır ki, prosedurlar izah oluna və müdafiə edilə bilsin. 

 

D5 - Müdafiə oluna bilən nəticələr 




Əldə  edilən  qiymətləndirmə  nəticələri  o  səviyyədə  əsaslı  olmalıdır  ki,  onların  dəqiqliyi 

müdafiə edilə bilsin.  

 

D6 - Məlumatların etibarlılığı 



Prosedurlar  elə  müəyyənləşdirilib  yerinə  yetirilməlidir  ki,  əldə  edilən  məlumatlara  əsasən 

effektiv qərar vermək mümkün olsun. 

 

D7 - Qərəzsizliyin təmin edilməsi 



Prosedurlar təmin etməlidir ki, şagirdin psixoloji qiymətləndirilməsi qərəzsizdir və nəticələr 

ədalətlidir.  

 

D8 - Məlumatın emalı və keyfiyyətə nəzarət 



Şagirdlər haqqında toplanmış, emal edilmiş və çatdırılmış məlumat sistemli şəkildə nəzədən 

keçməli,  lazım  gəldikdə  düzəldilməli  və  məxfi  saxlanılmalıdır  ki,  üzərində  qurulan  təhlil 

dəqiq olsun. 

 



D9 - Məlumatın təhlili 

Şagirdin  qiymətləndirilməsi  üçün  toplanmış  məlumat  sistematik  şəkildə  təhlil  olunmalıdır 

ki, qiymətləndirmə məqsədləri səmərəli yerinə yetirilsin. 

 



D10 - Əsaslandırılmış nəticələr 

Şagirdin  nailiyyətləri  haqqında  qiymətləndirmə  nəticələri  aydın  şəkildə  əsaslandırılmalıdır 

ki, şagirdlər, valideynlər və başqaları onlara etimad göstərə bilsin. 

 



D11 – Qiymətləndirmənin qiymətləndirilməsi 

Qiymətləndirmə  prosedurları  vaxtaşırı  bu  və  ya  digər  müvafiq  standartlardan  istifadə 

edərək yoxlanılmalıdır ki, səhvlər aşkara çıxarılsın, dərhal düzəlişlər aparılsın və daha doğru 

qiymətləndirilmə prosedurları zamanla inkişaf etdirilsin. 

-.-.-.-.- 

 

 



 

Gördüyünüz  kimi,  bu  standartlar  qiymətləndiriləcək  şagirdlərin  psixoloji  rifahını 

qorumasına,  onların  hərtərəfli  inkişafının  təmin  edilməsinə  və  görüləcək  işin  yüksək  keyfiyyətini 

təmin edilməsinə yönəldilir.  Növbəti  icmal  eyni  yanaşmanın  heyətin  qiymətləndirilməsi  zamanı 

təmin  edir  –  ümumi  müddaalar  eyni  şəkildə  tərif  edildiyinə  baxmayaraq  xüsusi  bəndləri 

mühumdur. 

 

 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin