Sabit stenokardiya üzrə klinik protokol


Angiotenzin çevirici ferment inhibitorları



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə14/27
tarix04.01.2023
ölçüsü1,24 Mb.
#78405
1   ...   10   11   12   13   14   15   16   17   ...   27
14 Stabil Angina

 
Angiotenzin çevirici ferment inhibitorları
AÇF inhibitorları SS ilə birlikdə hipertoniya xəstəliyi, ŞD, ürək 
çatışmazlığı, asimptomatik SM disfunksiyası və keçirilmiş Mİ 
olduğu zaman göstərişdir (A)
1
. Yuxarıda sadalanan xəstəliklər 
olmadıqda SS zamanı faydası və əlavə təsirlərinin müqayisəsi 
aparılaraq, randomizə olunmuş 
tədqiqatlarda ürək-damar 
xəstəliklərinin mütləq riskini azaldan AÇF inhibitorları seçilməlidir.
Sabit koronar arteriya xəstəliyi olan pasiyentlərdə ürək 
çatışmazlığı yoxdursa, ramipril və perindopilin profilaktik məqsədlə 
istifadə olunur (A)
1
. Belə ki, perindopril 8 mq/sut dozada sübut 
olunmuş aşağı riskli ÜİX olan xəstələrə (B)
4
, ramipril 10 mq/sut 
dozada sübut olunmuş yüksək riskli ÜİX olan (B)
4
xəstələrə təyin 
olunur.
 
Beta-blokatorlar 
SS olan xəstələrin əksəriyyətinə birinci sıra preparat kimi daxili 
simpatomimetik aktivliyi olmayan BB təyin olunur (B)
1
. Beta-
blokatorlar Mİ keçirmiş xəstələrin sağqalma göstəricisini artırır (A)
1
və stenokardiya tutmalarının tezliyini və ağırlığını azaldır.
Keçirilmiş Mİ-dən sonra və ya ürək çatışmazlığı ilə birlikdə SS olan 
xəstələrdə (B)
1
beta-blokadanın proqnostik faydalarını göstərən 
sübutlar olduğundan, bəzi beta-blokatorlar (nebivolol, bisoprolol, 
metoprolol-suksinat, karvedilol) (B)
4
əks göstərişi olmayan xəstələrin 
antiişemik müalicəsində birinci sıra dərmanlar hesab olunur. 
Beta-1 blokatorların effektivliyinin qiymətləndirilməsi, dozasının 
maksimal terapevtik dozaya qədər titrlənməsi, uzunmüddətli təsirli 
preparatın təyininin məqsədəuyğunluğunun qiymətləndirilməsi 
tövsiyə olunur (A)
3

Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır. 



Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin