S. S. R.İ. yaxud Sıravi Seyfullanın Rütbə İztirabları



Yüklə 96.03 Kb.
tarix26.06.2017
ölçüsü96.03 Kb.
Akif  ƏLİ

S.S.R.İ.


yaxud

Sıravi Seyfullanın Rütbə İztirabları


Sultanməcid Hacı Murtuzəli oğlu Qənizadənin

rus yazıçısı Myasniskidən iqtibas edərək qələmə

aldığı “Xor-xor” vodevilinin motivləri əsasında

yazılmış tamam başqa bir


MƏZHƏKƏLİ  MƏCLİS



Bakı – 1982

 

Məclis əhli:

RÜSTƏM BƏY

MƏRYƏM XANIM

SEYFULLA


MARQO

MAESTRO


BİR CÜT NARAHAT TAMAŞAÇI

BİR XEYLİ RAHAT TAMAŞAÇI

 

(Və bir də rütbəlilərin xeyir-duası.)

***


Xatırlatma:  Həddi-büluğa çatmamışların və həddini aşıb keçə

bilənlərin Məclisdə iştirakı məsləhət deyildir.



 

I  HİSSƏ.

Əvvəlinci gəliş.


(Rüstəm bəy, Məryəm xanım və Seyfulla obrazlarını oynayacaq aktyorlar öz-aralarında deyinə-deyinə gəlirlər.)

BİRİNCİ AKTYOR. Mənim əlim hər yerdən üzülmüşdü, ümidim tamam kəsilmişdi. Ancaq sən demə hələ haqq-ədalət, filan-beşməkan varıymış.

İKİNCİ AKTYOR. Yox, düzələn iş deyil. Ya gərək teatrdan o getsin, ya da bu biri. Üçüncü yol yoxdur.

ÜÇÜNCÜ AKTYOR. Əşi nə var ki yol da olsun? Adi bir dayandoldurum tüfəngi də tapılmır. Mən belə əsrarı qana bilmirəm…

(Onlar dövrə vurub əyləşmiş tamaşaçıları görüb dayanırlar.)

BİRİNCİ AKTYOR. Sss… Anşlaqdır ki? Daha bəsdi, məişət deyintilərini, aralıq söhbətlərini, iş-güc qeybətlərini qoyun bir kənara, bir az da sənət söhbəti eləyin, ayıbdı… (gülümsər) Əziz və hörmətli…

İKİNCİ AKTYOR. Ədalətli və qüdrətli…

ÜÇÜNCÜ AKTYOR. (pıçıltı ilə yoldaşlarına) Bəs mən nə deyim? Mənə söz saxlamadınız. Həmişə belədi, evdə, küçədə, bayırda növbə mənə çatanda hər şey quruyur… “Sürətli” deyim? Həmqafiyədir…

BİRİNCİ AKTYOR. (astadan) Yox-yox, “şöhrətli” de. Dəbdir.

ÜÇÜNCÜ AKTYOR. Onu özüm də bilirəm… (ucadan) Əziz və hörmətli, ədalətli və qüdrətli, şan və şöhrətli tamaşaçılar!

BİRİNCİ AKTYOR. Siz bizim məclisə xoş gəlib səfa gətiribsiniz.

İKİNCİ AKTYOR. Güman edirik ki, özünüzlə həm də təmiz ab-hava gətiribsiniz. Elədimi?

ÜÇÜNCÜ AKTYOR. Və bir də çoxlu-çoxlu… (söz tapmır, dayanır, astadan yoldaşlarına) ee… “halva” deyim? Həmqafiyədir.

BİRİNCİ AKTYOR. Onsuz da ağızlar şirin olmayacaq.

ÜÇÜNCÜ AKTYOR. Yenə mənə çatanda qurudu? Bəs mən nə deyim axı? “Dava-şava”, “prava”, “müqəvva”, “slava”, “cəfa”… Hansı gedər?

İKİNCİ AKTYOR. Denən “vəfa”.

ÜÇÜNCÜ AKTYOR. Hə, özüm bilirəm… (ucadan) Bəli, səfa, ab-hava və bir də sədaqət-vəfa gətiribsiniz, vəfalı dostlarım mənim… (yoldaşlarına) Bədahətən dedim ha…

BİRİNCİ AKTYOR. Bu gün biz sizə lap çoxdan eşitdiyiniz, bildiyiniz əhvalat haqqında lap təzə-tər bir məzhəkə göstərəcəyik. Bu məzhəkə əxlaqi eyhamlarla zəngin olmaqla yanaşı, həm də coşğun duyğularla, pak və pakizə hisslərlə, şerlə, mahnıyla, rəqslə zəngindir. Onçu da siz bizim tamaşadan aldığınız ləzzətin nəşəsi altında xeyli müddət xumarlanacaq və dünyanı unudacaqsınız…

ÜÇÜNCÜ AKTYOR. (öz-özünə) “Xumar-xumar baxmaq göz qaydasıdır…”

BİRİNCİ AKTYOR. Ayılandan sonra isə başlayacaqsınız dərin-dibsiz, əlçatmaz, ünyetməz, dibibilinməz, quşqonmaz əngin düşüncələrə dalmağa ki, ayə bu nə məzə idi belə?

ÜÇÜNCÜ AKTYOR. Gördüyünüz kimi, biz gizli iş görmürük.

BİRİNCİ AKTYOR. Dərin düşüncələrə dalmaq əzabına qatlaşıb orqanizminizə bir qadar sıxıntı-üzüntü bəxş edəndən sonra görəcəksiniz ki, əziz dostlar, qardaşlar, eloğlular, o tay-bu taylılar, sən deəm, ailə-küllü ərzin səkkizinci möcüzəsidir.

ÜÇÜNCÜ AKTYOR. Yeddisini tanımamış olmazsınız…

BİRİNCİ AKTYOR. Bəli, ailə həm də miniatür cəmiyyətdir…

ÜÇÜNCÜ AKTYOR. (kənara) Əslində, ailə – miniatür teatrdı: gəlməli, görməli, gülməli!

BİRİNCİ AKTYOR. Əzizlərim, ailə elə gözəl, elə yaraşıqlı, elə dözümlü bir binadır ki, onu gərək hər gün nəzarətdə saxlayasan, təmir edəsən, dağılıb tökülməyə qoymayasan. Bizim tamaşa da məhz bu cür möhkəm ailə səadəti, ailə həyatının füsunkar macəraları haqqındadır. Biz əyani surətdə ailəni necə dağıtmağın və necə, nə cür, niyə qorumağın yollarını göstərəcək, xoşbəxt ailə mücəssəməsi təşviq edəcəyik…

İKİNCİ AKTYOR. Bir dəqiqə dayan, dostum… Mən bilən sən düz demirsən. Bizim tamaşa bayağı ailə hoqqaları yox, pak, təmiz, ülvi məhəbbət həyəcanları haqqında rəvayətdir. Məhəbbət olmasa heç bir ailə-filan qorumaq olmaz. Ah, məhəbbət! Uca duyğuların ən ucası! Ülvi hisslərin ən ülvisi! Sevgi aləmi dənizlərin və okeanların, planetlərin və qalaktikaların arasında əlçatmaz, gözəgörünməz bir tənha adadır. Insanlar daim o uzaq yaşıl adaya can atır və oradaca ilişib qalırlar. Bugünkü bizim tamaşa sizə təlqin edəcəkdir: sevgini, məhəbbəti böyük bir məhəbbətlə sevin, dostlar! Sevgisiz ömür ümmandan damla, bir heç, puç timsalındadır. Ah, məhəbbət… Eşq… Duman… Qar… Çisgin… Fırtına… Burulğanlar… Hay-küy… Dava-dalaş… Ah!

ÜÇÜNCÜ AKTYOR. Bütün bu həngamələr öz yerində, amma bizim tamaşa tamam başqa mətləblər haqqındadır, camaat. Bunlara inanmayın. Bütün deyilənləri unudun və bilin ki, bizim məzhəkə hərbi xidmətdən, onun romantikasından, əyləncə və iztirablarından danışır. Bizim tamaşa deyir: ailə, eşq, məhəbbət, filan-beşməkan təmiz hava kimidir, olsa da yaşamaq olar, olmasa da. Əsas – hərbçilikdir, əsgərlikdir. Ondan heç kim qaça bilməz. Yer üzündə ikinci elə bir anlayış yoxdur ki, hərbi xidmət qədər vacib və mühüm olsun. Dünyanın bütün gözəl hissləri, incə duyğuları, nə bilim quşqonmaz-ünyetməz hissləri hərbi intizam qarşısında farağat durmalıdır. Başqa cür ola da bilməz bizdə. Smirno! Vəssalam.

(Tamaşaçılardan biri dözməyib yerindən qalxır)

 BİRİNCİ TAMAŞAÇI. Canım, qurtarın söhbəti, göstərin zəhrimarı, duraq gedək evimizə. Özümüz nəticəsini çıxararıq da!

ÜÇÜNCÜ AKTYOR. Pa, elə şey olar? Sizi özbaşına buraxmaq olar? Birdən səhv nəticə çıxartdınız, düz, bizə lazım olan nəticəni çıxara bilmədiniz, onda? Üz vurma, aşna, keçəl suya getməz.

İKİNCİ TAMAŞAÇI. Əşi, səhvsiz insan yoxdur, səhv insanın yaraşığıdır. Səhvimiz olsa dərhal düzəldərik. Məgər eşitməmisiniz ki, insanın qüvvəsinı inam olmalıdır? Inanın da! Yalnız inam olduqda biz xarüqələr yarada bilərik. Axı biz də insanıq! Insanın əlini, qolunu, belini, dilini, qıçını, ev-eşiyini, ailəsini, qab-qacağını, qapı-pəncərəsini, arzusunu, xəyalını, güzgüsünü, şüşəsini sındırmaq olar, inamın isə qətiyyən! Olmaz! Nəhayət bunu bilin birdəfəlik. Bizim axı bu mövzuda zəngin bir arxivimiz var!

BİRİNCİ TAMAŞAÇI. Ay yoldaş, indi də siz başladınız mühazirə oxumağa? Aman verin tamaşamıza baxaq çıxaq gedək da… Vacib işimiz var, vağzala qar yağıb axı… küçələrə duzlu su səpməliyik…

BİRİNCİ AKTYOR. Bu saat, darıxmayın, başlayırıq… (pərdənin arxasına tərəf) Maestro, zəhmət olmasa səhnəyə buyurun.

(Maestro gəlir, pianonun arxasına keçib çalmağa başlayır.

Hər üç aktyor xorla oxuyur.)

XOR.   Bu dünyada sevinc çoxdur, inam çoxdur, ümid çox,

Bu dünyada gələn gedər, bu dünyada qalan yox.

 

Yer fırlanır, ömür gedir, biz gedirik,



Son yataqda, son məqamda, lap son anda

Insan nədir, zaman nədir – dərk edirik,

Həyat-həyat deyə-deyə bu dünyanı tərk edirik.

Yer fırlanır, ömür gedir, biz gedirik….

 

Bu dünyaya gələn gedir, bu dünyada qalan yox,



Qalan – sevinc, bir də kədər: inan, burda yalan yox.

 

(Mahnı bitir. Aktyorlar səhnəni tərk edirlər.)



 

İkinci gəliş

Üçüncü gəliş

Dördüncü gəliş

İkinci Hissə - Beşinci gəliş

Altıncı gəliş

Yeddinci gəliş

Səkkizinci gəl

Doqquzuncu gəliş


: 2012
2012 -> Soalan: Kawasan Perdagangan Bebas asean (afta) yang dipersetujui oleh pertubuhan asean menjanjikan pelbagai kebaikan untuk kawasan asean. Namun, pelaksanaan perjanjian ekonomi juga mendatangkan pelbagai implikasi. Bincangan
2012 -> Asean free trade area pendahuluan
2012 -> Greetings on behalf of the Brothers of Pi Beta Sigma Fraternity, Inc., (Chapter)
2012 -> Umwitwarariko ku bijanye n’ukwandura imigera y’indwara ku bana bakiri bato Integuro y’icigwa
2012 -> Kateqoriya b təşkilatın adı Layihənin adı Keçiriləcəyi yer İstənilən büdcə
2012 -> Davamlılıq İndeksi üzrə hesabat vətəndaş cəmiyyətinin inkişafı məsələlərini əhatə edir
2012 -> E-netsiS. Net portal ürün Grubu
2012 -> 1. kokteyl yiyecekleri Kokteyl Partileri
2012 -> Bəxtiyar Tuncay AĞa məHƏMMƏD Şah qacar və ya taleyin qara ulduzu


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə