Rus fortepiano məktəbinin görkəmli nümayəndələri. Anton Rubinşteyn



Yüklə 55,59 Kb.
səhifə6/14
tarix02.01.2022
ölçüsü55,59 Kb.
#38336
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   14
Rus fortepiano məktəbi pianoçular və müəllimlər

Leonid Nikolayev (1872-1942)

Leonid Nikolayev, görkəmli pianoçu, müəllim, bəstəkar, bir çox mükafatların sahibi, RSFSRin xalq artisti.

Leonid Nikolayev Kiyev musiqi kollecində fortepiano dərslərini Vladimir Puxalskoydan, musiqi nəzəriyyəsi dərslərini isə Evgeniya Ribadan almışdır. 1897ci ildə Moskva Konservatoriyasına daxil olmuşdur. 1900cu ildə konservatoriyanı fortepiano fənni üzrə V.Safanovanın sinfini, bəstəkarlıq fənni üzrə Sergey Taneyevin sinfini bitirmişdir.
Pianoçu kimi ilk dəfə Moskvada 1900cu ildə Rus musiqi sevənlərin dərnəyində çıxış etmişdir. Özü də bu dərnəyin fəal nümayəndəsi idi. Leonid Nikolayev bir çox musiqi sərgilərində, müasir musiqi gecələrində iştirak edirdi. Bir neçə müddət repetitor kimi fəaliyyət göstərdikdən sonra, o musiqi bəstələməyə başlamışdır. Onun bəstələdiyi musiqilər həmin dövrdə populyarlıq qazandı. Nikolayevin dəsti xəttində Çaykovskiy ilə oxşarlıq hiss olunsa da, onun fərdi çalarları da aşkar nəzərə çarpırdı.
1909-cu idlən Leonid Nikolayev Peterburq konservatoriyasında fortepiano və bəstəkarlıq fənnləri üzdə dərs deməyə başlamışdır. 1912ci ildə professor adına layiq görülmüşdür. 1942ci ildə o və konservatoriyanın bir çox müəllimləri Daşkəndə göndərilmişdir. Nikolayev elə orada da tif xəstəliyindən vəfat etmişdir.

Leonid Nikolayevin ifaçılıq manerası dəqiqlik, texnika, məzmun genişliyi və məntiq ilə seçilirdi.

Leonid Nikolayevin repertuarında bir çox bəstəkarların əsərləri var idi. Bethovendən, Raxmaninov, S.S.Prokofyev, N.K.Metner və s.

Leonid Nikolayev – rus realizmının davamçısıdır. Onun əsərləri, fortepiano skripka və violonçel üçün sonatalar, Variasiyalar, Tarantella, iki fortepiano üçün suita, romanslar və s. Leonid Nikolayev Bukstexuda və Paxelbela məxsus orqan işlərini transkipsiya etmişdir.
Leonid Nikolayev bir müəllim kimi böyük şöhrət qazanmışdır. Onun tələbələri arasında Vladimir Sofrinskiy, Dmitriy Şostakoviç , Mariya Yudina, Pavel Serebyakov, Natan Perelman, Aleksandr Kreyn , Valerian Boqdanov , Vladimir Deşevov və başqaları.
1950-ci ildə S.İ.Savşinskiyin “Leonid Nikolayev” adlı kitabı işıq üzü görür. Bu kitabda Savşinskiy Leonid Nikolayevin həyat yolundan, yaradıcılığından və ən əsası müəllimlik prinsiplərindən bəhs etmişdir. Leonid Nikolayevin pianzim haqqında 2 məqaləsi “Sovet musiqi məktəbinn yolu” və “ İfaçılıq haqqında bir iki söz” məqalələri işıq üzü görmüşdür. Bəzi məqalələri isə əl yazma şəklində qalmışdır, və onlar Leninqrad konservatoriyasında qorunub saxlanılır.
Kitabın müəllifi Nikolayevın tələbələri ilə məşğul olmasından yazır ki, o yalnız nəyi necə ifa etməyi nümayiş etməkdən əlavə izah edirdi ki, hansı səbəbə görə belə ifa etmək lazımdır. Onun dərsləri haqqında danışanda Şavskinskiy qeyd edirdi ki, Nikolayevin əsas məqsədi alətdə düzgün səslənməni eşitmək idi. Nikolayev Rubinşteyn kimi tələbədən ədəbi məzmunu deyil, əsərin modulasiya planını, melodik və harmonik yanaşmalarını, əsərin analiz edərək frazirovkaları , dinamik işarələri tələb edirdi. Nikolayev dərslərində xüsusi yeri frazirovkalara, düzgün intonasiyaya verirdi. Qeyd edirdi ki, hər musiqi fikrini intonasiya cəhətdən axtarmalıyıq.
Bundan əlavə Nikolayev ifaçılıq texnikasına da xüsusi diqqət ayırırdı. Pianoçudan barmaq və biləyin bir növ zərbə ilə toxunuşun tələb edirdi. Bu pianoçuda ifa zamanı əlləri atmamağı və hər bir barmağı lazım olan nota dərin toxunuşla ifasını yaradırdı. Eyni zamanda Nikolayev zərbə ilə barmaqların alətə toxunuşu zamanı heç bir artıq səsin gəlməməsini tələb edirdi. Belə məşqlər “sərbərst əllər” əldə etməyə imkan yaradırdı. Nikolayev qeyd edirdi ki “pianoçunun əlləri parça kimi boş yüngül, və ya taxta kimi bərk olmamalıdır” .

Nikolayev qeyd edirdi ki, texnikanın inkişafı üçün qamma, arpedcio, akkordların ifası mütləqdir. Lakın qammaları ifa edərkən mexaniki tərzdə deyil, bədii obraz şəklində ifa etmək lazımdır. Qamma və başqa passajların məşqləri zamanı ağır tempdə, əllləri sıxmadan ,və dinamik işarələri edərək öyrənməni məsləhət görürdü. Dinamik işarələr hər hansı passaja obrazlılıq bəxş edirdi.

Leonid Nikolayevin tələblərindən biri də əllərin düzgün quruluşu haqqında idi. Bilək və barmaqlar lazım olan nota üstdən yanaşmalıdır, yandan deyil. Nikolayev deyird ki, “Pianoçunun əllərinn quruluşunu vokalistin səsi kimi düzgün qoymaq lazımdır”

Nikolayevin əsas məqsədi tələbələrinə bir növ qulaqlarını açıb düzgün ifanı, hər bir səsi eşidərək, hər bir incəliyi hiss edərək fortepianoda ifanı öyrətmək idi.


Yüklə 55,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin