www.vivo-book.com
32
yox idi və general açıldı: sözarası o məni qumar masası
arxasında görməyi arzulamadığını qeyd eləməyi lazım bildi.
Onun fikrincə, əgər mən təsadüfən həddən artıq uduzsam, bu
onu nüfuzdan salar, “əgər çox udsam belə, onda da nüfuzdan
düşəcəyəm, – vüqarla əlavə elədi. – Əlbəttə, sizin
hərəkətlərinizi yönəltmək hüququm yoxdu, amma özünüz
razılaşın ki…”
Burda, o, adəti üzrə fikrini yarımçıq qoydu. Mən quru
tərzdə ona dedim ki, çox az pulum var, buna görə də əgər
oynasam belə, həddən artıq gözəçarpacaq dərəcədə uduza
bilərəm. Yuxarı, öz otağıma gələndə Polinaya uduş
məbləğini verə bildim, ona dedim ki, gələn həftə artıq ondan
ötrü oynamayacağam.
– Niyə axı? – o, həyəcanla soruşdu.
– Ona görə ki, özümçün oynamaq istəyirəm, – ona
təəccüblə baxıb cavab verdim, – bu isə mane olur.
– Ruletkanın yeganə çıxış və nicat yolunuz olduğuna
belə qətiyyətlə əmin olmaqda davam eləyirsiniz? – o,
istehzayla soruşdu. Yenə çox ciddi tərzdə cavab verdim ki,
www.vivo-book.com
33
hə; mütləq udacağıma inamıma gələndəsə, qoy bu gülməli
olsun, razıyam, amma məni rahat buraxsınlar.
Polina Aleksandrovna təkid eləyirdi ki, bugünkü
uduşunu onunla mütləq yarı bölməliyəm və bundan sonra da
həmin
şərtlə oynamaq təklifi irəli sürüb səksən
fridrixsdörünü mənə verdi. Mən uduşun yarısından
qətiyyətlə və birdəfəlik boyun qaçırdım, elan elədim ki,
başqaları üçün bunu istəmədiyimə görə yox, mütləq
uduzacağım üçün oynaya bilmərəm.
– Amma bu nə qədər axmaq olsa da, mən özüm bir
ruletə ümid bəsləyirəm, – o, fikirli-fikirli dilləndi. – Elə
buna görə də mütləq mənimlə birgə yarıbayarıya oynamağa
davam eləməlisiniz və şübhəsiz ki, oynayacaqsınız. – Dərhal
da etirazlarımın davamına qulaq asmadan məndən aralandı.
III FƏSİL
|