"Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 18 mart tarixli 50 nömrəli qərarında dəyişikliklər edilməsi barədə



Yüklə 108,5 Kb.
səhifə4/5
tarix04.08.2023
ölçüsü108,5 Kb.
#138586
növüQaydalar
1   2   3   4   5
Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları

5. Rezidenturada hazırlığın təşkili
5.1. Rezidenturada hazırlığın təşkilinə nəzarət və metodik rəhbərlik Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir.
5.2. Rezidentlərə hazırlıq keçdikləri müəssisənin daxili intizam qaydaları şamil edilir.
5.3. Rezidentlərin iş rejimi, habelə növbətçilik qaydası müvafiq təhsil proqramı və əmək qanunvericiliyi ilə tənzimlənir.
5.4. Klinik bazada hazırlığın təşkilinə və rezidentlərin hazırlanmasının keyfiyyətinə, onların sərbəst praktiki fəaliyyətə yararlı olmasına klinik bazanın rəhbəri cavabdehdir.
5.5. Kurator rezidentə gündəlik rəhbərliyi həyata keçirməklə, onun nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsini, fərdi iş planını yerinə yetirməsini təşkil edir.
5.6. Sosial məzuniyyət, əmək qabiliyyətini müvəqqəti itirmə və hərbi xidmət üzrə çağırış halları istisna olmaqla rezidenturada təhsil fasiləsizdir. Bu müddətlər rezidenturada təhsil dövrünə aid edilmir.
5.7. Rezidenturada hazırlıq keçən şəxslərlə klinik baza tərəfindən hər təhsil ili müddətinə əmək müqaviləsi bağlanılır.
5.8. Rezidenturada təhsil dövrü həkimin ümumi və ixtisas üzrə əmək stajına daxil edilir və ona dövlət büdcəsinin vəsaiti hesabına ümumi həkim stajına və ixtisas dərəcəsinə uyğun olaraq əməkhaqqı ödənilir.
5.9. Rezidentin nəzəri biliklərə və peşə vərdişlərinə yiyələnməsinə, fərdi iş planlarının yerinə yetirilməsinə görə kuratorun vəzifə maaşına hər bir rezident hazırlığı üçün ayda 20 (iyirmi) manat əlavə haqq ödənilir. Bu vəsait rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə dövlət sifarişi ilə hər bir təhsilalana dövlət büdcəsindən ayrılan təhsil xərclərinin hesabına həyata keçirilir.
5.10. Rezidentlər Azərbaycan Respublikasının əmək qanunvericiliyinə müvafiq olaraq əmək məzuniyyəti hüququna malikdirlər.
5.11. Bu Qaydaların xüsusiyyətləri nəzərə alınmaqla, rezidentlə klinik baza arasında əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, müalicə-profilaktik işlərin həyata keçirilməsi ilə bağlı yaranan münasibətlər isə "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq tənzimlənir.
5.12. Rezidentlər təhsil aldıqları dövrdə baza ali tibb təhsili əsasında tutulmasına icazə verilən həkim vəzifələrində Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işləyə bilərlər.

Yüklə 108,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin