İşgüzar üslubun leksik xüsusiyyətlərindən danışarkən onu da qeyd etməliyik ki, bütövlükdə bu üslubda, eləcə də onun yarımüslublarında – sahələrində dilimizdə mövcud olan bəzi standartlar, ştamp şəkli almış ifadə və 3 formalar tez-tez işlədilir. Məsələn, qərar vermək, təqdim etmək, tələb etmək, imza etmək, təmin etmək, qəbul etmək, məruzə etmək, lehinə (əleyhinə) səs vermək, tədbir görmək, müzakirə etmək, irəli sürmək, həyata keçirmək, yerinə yetirmək, cəlb etmək, istifadə etmək, təltif etmək,təsis etmək,nəzərdə tutmaq, məsuliyyət daşımaq, qüvvəyə minmək, qüvvədən düşmək, qadağan etmək, nəzərinə çatdırmaq, xəbərdarlıq etmək və s. Bu qrup hazır ifadələrin işgüzar üslubda işlənilməsi sənədlərin dilinin aydın olmasını, asan başa düşülməsini bir növ təmin edir. Yeri gəlmişkən onu da qeyd edək ki, işgüzar üslubda müəyyən sabit söz birləşmələrindən (məsələn, tədbir görmək, qüvvəyə minmək, qüvvədən düşmək, məsuliyyət daşımaq və s.) savayı, frazeoloji birləşmələrdən, məcazlardan, bədii ifadə vasitələrindən, bədii müqayisələrdən, epitetlərdən, təkrarlardan, bir qayda olaraq, istifadə olunmur. Bu da onu bədii üslubdan fərqləndirən əsas amillərdən biridir.
İşgüzar üslubun qrammatik xüsusiyyətləri
İşgüzar üsluba aid mövcud
yazılarda indiyə qədər, adətən, onun leksik və sintaktik xüsusiyyətlərindən bəhs
olunmuşdur. Müşahidələr göstərir ki, ədəbi dilin başqa üslubları kimi, işgüzar
üslubda da bəzi morfoloji xüsusiyyətlər bu üslubun səciyyələnməsində və
formalaşmasında az əhəmiyyət kəsb etmir.
İşgüzar üslubun Morfoloji xüsusiyyətlər
İşgüzar üslubda isimlərin və fellərin işlənilməsinin
bəzi cəhətləri diqqəti cəlb edir. İdarə adları bildirən sadə və mürəkkəb isimlər,
vəzifə adları bildirən ümumi isimlər, bu vəzifə (direktor, müəllim, rektor, hakim,
professor, nazir, müşavir) və şəxs adlarının, soyadların tez-tez işlənilməsinin
vacibliyi işgüzar üslubun morfoloji əlamətlərindən biridir.
1. Həsənov H. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı, 1999
Ədəbiyyat
2. Əliyev K. Nitq mədəniyyəti və üslubiyyatın əsasları. Bakı,2001