Referat tələbə: Əli Əliyev Elmi Rəhbər: Paşayeva Dilruba Bakı -2021 Plan Giriş



Yüklə 40,02 Kb.
səhifə2/9
tarix17.05.2022
ölçüsü40,02 Kb.
#58339
növüReferat
1   2   3   4   5   6   7   8   9
Əli Əliyev qrup 120 maliyyə sərbəst iş

Dövlət büdcəsi nədir ?

Dövlətin sosial-iqtisadi funksiyalarının həyata keçirilməsində dövlət büdcəsinin xüsusi rolu vardır. Dövlətin siyasi, iqtisadi, sosial və digər çoxşaxəli vəzifələrinin yerinə yetirilməsi yalnız dövlət büdcəsi vasitəsilə maliyyələşir. Büdcə anlayışı müxtəlif mənalarda işlədilir, dövlət, ailə, yerli, şəxsi və s. ümumiyyətlə, büdcə pul gəlirləri hesabına formalaşır. Büdcə müəyyən dövr ərzində dövlətin, müəssisə və təşkilatın, ailə və ayrı-ayrı şəxslərin pul gəlirləri və xərcləri balansıdır (planıdır). Yaradılan hər bir büdcənin öz həcmi, mənbələri, məqsədi və yerinə yetirdiyi funksiyası vardır. Bunlar içərisində formalaşma mənbələrinə, həcminə və xərc istiqamətlərinin səviyyəsinə görə dövlət büdcəsi mühüm əhəmiyyət kəsb edir. Dövlət büdcəsi öz maddi məzmununa görə dövlətin başlıca mərkəzləşmiş pul vəsaitləri fondudur. Yəni, dövlət büdcəsi müəyyən dövr ərzində (məsələn, bir il ərzində) ölkədə geniş təkrar istehsalı təmin etmək, insanların maddi və mənəvi tələbatlarını, dövlətin zəruri ehtiyaclarını ödəmək üçün yaranan mərkəzləşdirilmiş pul vəsaitləri fondudur. Dövlət büdcəsi dövlətin əsas maliyyə planıdır. Dövlət büdcəsinin geniş məzmunu onun yerinə yetirdiyi funksiyalarda öz əksini tapır. Onlara aşağıdakılar daxildir:

  • Ümumi milli məhsulun və milli gəlirin yenidən bölgüsünü həyata keçirir;

  • Ölkə miqyasında pul vəsaitləri toplanır və cəmiyyətin ən zəruri ehtiyaclarını ödəmək üçün istifadə olunur;

  • Iqtisadiyyatın dövlət tənzimlənməsinə və stimullaşdırılmasına xidmət edir;

  • Sosial siyasətli maliyyə təminatını yerinə yetirir;

  • Investisiya qoyuluşları üçün vəsait mənbəyi rolunu oynayır;

  • Mərkəzləşdirilmiş pul vəsaitləri fondunun yaranmasını təmin edir və istifadəsinə nəzarət edir.

Azərbaycanda keçid dövrü iqtisadiyyatı şəraitində dövlət büdcəsinin əsasən aşağıdakı istiqamətlərə yönəldilməsinə üstünlük verilir:

  • Iqtisadiyyatda əsaslı islahatların və struktur dəyişikliklərin maliyyələşdirilməsinə;

  • Uzunmüddətli proqram və proqnozların maliyyələşdirilməsinə;

  • Elmi-texniki və kadr potensialının maliyyələşməsinə;

  • Sosial-iqtisadi inkişafa;

  • Ölkənin müdafiə sisteminin möhkəmləndirilməsinə və s.

Dövlət büdcəsi öz təşkilati strukturuna görə Respublika dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsindən və yerli (bələdiyyə, şəhər, rayon) büdcəsindən ibarətdir. Həmin büdcələr öz hüquqlarına, maliyyələşmə mənbələrinə və istifadə mexanizmlərinə görə bir-birindən əsaslı surətdə fərqlənirlər. Göstərilən büdcələr birlikdə büdcə sistemi adlanır.

Respublika dövlət büdcəsi funksional quruluşuna görə gəlir (mədaxil) və xərc (məxaric) hissələrdən ibarətdir.

Respublika dövlət büdcəsinin gəlirləri dövlət və qeyri-dövlət bölməsində yaranır.

Dövlət büdcəsinin gəlirlərinə (mədaxilinə) aşağıdakılar daxildir: Fiziki şəxslərin gəlir vergisi; hüquqi şəxslərin mənfəət vergisi; torpaq vergisi; aksizlər; mədən vergisi; gömrük rüsumları; yol vergisi; birdəfəlik və dövlət rüsumları; dövlət əmlakının satışı və icarəsindən gəlirlər; vergi olmayan gəlirlər; xarici dövlətlərdən və beynəlxalq təşkilatlardan alınan kreditlər və qrantlar; pul-şey lotereyaları üzrə daxilolmalar; kreditlər üzrə faizlər; məqsədli büdcə fondlarının gəlirləri, neft fondlarından ayırmalar və s.




Yüklə 40,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin