Referat n⁰1 Ad : Nuranə Soyad : Əhmədova Fakultə : Riyaziyyat (Sabah) Qrup : Ri201S



Yüklə 169,97 Kb.
səhifə2/3
tarix28.03.2023
ölçüsü169,97 Kb.
#90643
növüReferat
1   2   3
Alternativ enerji mənbələri

TƏDQİQAT OBYEKTİ: Alternativ enerji, Bərpaolunan enerji növləri, Alternativ enerji mənbələrinin sinifləşdirilməsi.
TƏDQİQATİN METODİKASI:
Son illərdə alternativ enerji sıx maraq və mübahisələrə səbəb oldu. İqlim Dəyişikliyi təhlükəsi və ortalama qlobal istiliyin ildən-ilə artmağa davam etməsi sayəsində bəşəriyyətin fosil yanacaqlara, kömürə və digər çirkləndirici metodlara olan etibarını azaldacaq enerji formaları tapmaq istəyi təbii olaraq daha da gücləndi.
Müəyyən qurğuların yardımı ilə sudan, küləkdən, günəşdən, bioloji tullantılardan, hətta dənizin dalğalarından alınan, heç bir tullantısı olmayan enerjiyə alternativ, yaxud bərpa oluna bilən enerji deyirlər.
Bərpaolunan ya da yaşıl enerji – insan varlığı miqyasında tükənməz enerjidir. O təbiətdə hər an təbii olaraq mövcud olan proseslərin insanların ehtiyacları üçün istifadə olunması ilə əldə olunur.

  • Külək enerjisi

  • Günəş enerjisi

  • Hidroenergetika

  • Geotermal energetika

Alternativ enerji mənbələrinin müqayisəli təhlili aşağıdakı kriteriyalara uyğun aparılır:

  • İstifadə etdiyi yanacağın və ya enerjinin növünə görə

  • İstehsal olunan enerjinin növünə görə

  • Texniki-iqtisadi göstəricilərinə görə

  • Ekoloji təmizliyə görə

Alternativ enerji mənbələri aşağıdakı enerji növlərini istehsal edə bilər

    • Elektrik enerjisi

    • İstilik enerjisi

    • Mexaniki enerji və i.a.

Alternativ enerji mənbələrinin gücləri aşağıdakılardır

    • Çox güclü – 250 kVt – a qədər

    • Kiçik güclü – 250…1000 kVt

    • Orta güclü – 1…5 MVt

    • Böyük güclü – 5 MVt –dan artıq

Ekoloji təmizliyə görə

    • Oksigen sərfi

    • Yanmaya sərf olunan havanın miqdarı

    • Tikinti sahəsi

Texniki – iqtisadi göstəriciləri

    • İl ərzində istifadə saatları

    • Dayanıqlığı

    • İnvestisiya qoyuluşu

    • Ödəmə müddəti

Günəş böyük enerji ehtiyatına malikdir. İl ərzində Günəş tərəfindən səpələ­nən enerji 3,48∙1030 kVt.saat təşkil edir. Yer səthinə il ərzində onun 7,5∙1017 kVt.­saatı çatır.
Günəş şüalanmasının atmosferin yuxarı qatlarına perpendikulyar düşən elektromaqnit enerjisi təxminən 1,35 kVt/m2 olur. Şüalanmanın əks olunması və udulması nəticəsində atmosferin orta en dairəsində Yerin 10 %-nə bu enerji çatır.
Günəş şüalanmasının əsas üstünlüyü – onun enerjisinin ətraf mühit üçün faydalı növlərə çevrilməsinin ziyanlı olmasıdır. Bununla belə, əgər termonüvə enerjisindən intensiv surətdə istifadə edilərsə, atmosferin həddən artıq qızma təhlükəsi mövcud olur.
Bir sıra hesablamalara görə bütün Yer kürəsində günəş enerjisinin şüalanması 5 %-dən çox olmamalıdır.
Dünyanın bir sıra inkişaf etmiş ölkələrində artıq müstəvi günəş kollektoru ilə binaların isidilməsi və isti su ilə təchiz edilməsi geniş yayılmışdır. Həmin ölkələrdə, hətta günəş və elektrik enerjiləri ilə paralel təchiz edilmiş evlər satılır.
Mövsümü olaraq günəş enerjisi evi isidir və hətta sərinləşdirir. Əgər böyük həcmli istilik akkumulyatorundan istifadə edilərsə, elektrik enerjisinə ehtiyac çox az olur. Günəş kollektorundan istilik daşıyıcısı mayenin aldığı enerjinin hesabatında, həmişə şüanın perpendikulyar düşməsi nəzərə alınməşdır. Bu texniki şərtə nəzəri cəhətdən nail olmaq üçün kollektor günəşə tərəf hərəkət etməlidir. Bu qızdırıcının enerji sistemi üçün bucaq altında yerləşdirilməsi he­sabat üçün kafi sayılır. Yerin Günəşdən aldığı 1%-ə yaxın günəş enerjisi atmosferdəki hava küt­ləsini hərə­kətə gətirir. Bu hadisə yerin müxtəlif hissələrində havanın müx­təlif temperaturlarla təməsda olduğu zaman baş verir. Bu bütövlükdə bütün dünyada enerji tələbatını 100 dəfə artırır. Yalnız bu enerjinin kiçik bir his­səsi təcrübədə istifadə olunur.
Bəşəriyyət öz inkişafının ilkin dövrlərində külək enerjisindən istifadə etməyi öyrənmişdir. Hələ 3000 il bundan əvvəl insan külək enerjisindən istifadə edərək uzaq məsafələrə üzmək üçün suya yelkən buraxmışdır. Bu gün enerjinin kulək mənbələri özünün 2 –ci həyatını yaşayır və günbəgün daha çox istifadə edilir.
Külək elektrik stansiyaları, adətən, qüllədən, kürəkli turbindən və elektrik genera­torundan ibarətdir. Maşın hissələri küləyin istiqamətindən asılı olaraq çevirilərək ya küləkdən, ya da elektrik mühərrikindən istifadə edir. Külək elektrik stansiyaları külə­yin istiqamətindən asılı olmayaraq vertikal oxla işləyə bilər
Odur ki, maşın zalı yer səthi səviyyəsində qurula bilər. Bu bir sıra üstünlüklərə imkan verir:

  • Ağır avadanlıqların sadə montaj olunması;

  • Generator, reduktor, qüllə yoxdur, yerdə xidmət sadədir;

  • Bununla belə, bu növ elektrik stansiyaları horizontal oxda olan elektoro­stan­siyalar kimi geniş yayılmışdır

Vertikal ox üzərində olan külək turbinləri yüksək və orta tezlikli küləklərin normal işləməsi üçün, onu firladaraq, xarici mənbələrin işə salma mexanizmini və onun kürəklərini küləkdən yığmış olduğu “yığma” anını prak­tiki olaraq yer səthində daha aşağı tezlikli külək zonasında, horizontal ox üzərində külək turbinlərində buna görə bu az enerji effektlidir.
Külək enerjisi isti külək iqlimi olan ölkələrdə geniş istifadə olunur ki, dayaz relyefdə başqa təbii elektrik enerjilərindən belə ki, neft, qaz, kömür və s., küləkdən istifadə edən belə qabaqcıl ölkələr arasına Almaniya, Daniya, İspaniya, ABŞ aiddir. Dünya lideri Almaniya sayılır ki, hansı ki, 90 – ci illərdə atom elektrik stansiyasının tikilişindən imtina etmiş və qısa za-man çərçivəsində 7000 MVt külək elektrik aqreqatları tikmişdir. Onların gücü 3000 MVt atom elektrik stansiyasının gücünə bərabərdir.
Alternativ yanacağın bir növü olaraq, bitki ya da heyvan məhsullarından istehsal edilir. Bioyanacağın daha yayılmış növləri bioetanol, biodizel və bioqazdır. Bioetanol əsasən qarğıdalı və şəkər qamışından düzəldilir. Braziliya, ABŞ, İsveçdə daha çox yayılmışdır. İşlədilməsi təmiz halında olmur, onu benzinlə qarışdırırlar. E-10 və E-85 adlanan çeşidləri vardır. E-10 çeşidində yanacaq qarışığında bioetanolun payı 10%, benzinin – 90% olur. Biodizel bitki yağlarının emal edilməsindən sonra əmələ gələr yanacaqdır. Bu bitkilər daha çox raps, soya, qarğıdalıdir. O da bioetanol kimi təmiz halda deyil, dizel yanacağı ilə qarışaraq istifadə edilir. Bu nisbət çesidli ola bilər, örnək üçün, B-20 markasının tərkibində 20% biodizel və 80% adi dizel vardır. 
Digər tərəfdən dünyada bioyanacağın alınmasında xüsusi torpaq ərazilərinin ayrılması ilə gedən tendensiya da müşahidə edilir. Son vaxtlarda bu proses alimlərdə narahatlıq doğurur. Araşdırmalara görə hazırlanma prosesi zamanı karbon atılmalarını nəzərə almaqla bitkilərdən alınan “yaşıl” yanacağın istifadəsi zamanı atmosferə atılan ümumi İEYQ-nin miqdarı ənənəvi yanacaqlardan ayrılan atılmalardan çoxdur. Bu onunla əlaqədardır ki, bioyanacağın alınması üçün təbiətdən ayrılan torpaq sahələrində artıq karbon dioksidinin udulması əvvəlki kimi deyil.
NƏTİCƏ:
Bir sözlə təbii ekosistemlərin (meşələrin, yaylaqların və s.) məhvi nəticəsində atmosferə İEYQ-nin atılmaları artır və bu onunla əlaqədardır ki, kultivasiyaya uğramış torpaqlarda adsorbsiya qabiliyyəti və karbon qazının udulması qat-qat azalır. Dünya miqyasında bioyanacağın istehsalı yeni-yeni torpaq sahələrini sıradan çıxaracaq, bu isə İEYQ-nin atılmalarının miqdarının artması ilə iqlim dəyişmələrinin sürətlənməsinə səbəb ola bilər. Qeyd etmək olar ki, bioyanacağın sənaye miqyasında istehsalı neftlə çirklənmiş və rekultivasiya olunmuş torpaqlarda daha məqsədə uyğun olardı. Belə nəticəyə qəlmək lazımdır ki, alternativ bioyanacaq yalnız təbiətə zədə vurmamaq şərti ilə ekoloji cəhətdən yararlı ola bilər.
Mütəxəssislər hesab edir ki, alternativ enerji mənbələrindən istifadə zamanı texniki vasitələrin quraşdırılması zamanı boş yerlərdən düzgün istifadə effektivliyi daha da artıra bilər. “Environmental Research Letters” jurnalında dərc edilmiş araşdırmaya əsasən, təhsil müəssisəsinin ərazisindəki alternativ enerjinin texniki vasitələrinin quraşdırılması üçün boş yerlərin düzgün istifadəsi nəticəsində məktəblərin elektrik enerjisinə olan tələbatının 75%-nin ödənməsi mümkündür.

Yüklə 169,97 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin