Referat elmi rəhbər: p e. n.,dosent Quliyev Novruz b akı 2021 MÜNDƏRİcat giRİŞ



Yüklə 58,06 Kb.
səhifə9/14
tarix02.01.2022
ölçüsü58,06 Kb.
#43891
növüReferat
1   ...   6   7   8   9   10   11   12   13   14
Refarat Xəyal Əhmədli

Dissertasiya işinin 2-ci fəslində Azərbaycanda mehmanxana fəaliyyətinin inkişafinda beynəlxalq təcrübənin rolu məsələləri təhlil edilmişdir. Bu fəsildə Azərbaycanda mehmanxanaların fəaliyyətinin müasir vəziyyəti, fəaliyyətinin tənzimlənməsində dövləti rolu və xarici təcrübə araşdırılmışdır.

1999-cu ildə qəbul edilən qanun 2017-ci ildə qüvvədən düşmüş hesab edilmişdir. Turizm haqqında “Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 13 iyun tarixli Qanununun tətbiqi haqqında AR-nın Prezidenti sərəncam imzalamışdır.Yeni təsdiq edilmiş qanunun qəbulu ilə turizm sənayesi münasibətlərinin tənzimlənməsi üçün normativ-hüquqi baza yaradılacaq, turizmdə vahid dövlət siyasəti müəyyənləşdiriləcək, bölgələr üzrə brendləşmə yaranacaq, regionda mövcud olan tarixi mədəniyyət abidələrinin qorunması güclənəcək, yerli sakinlərin yaşayış səviyyəsinin yaxşılaşmasına imkan yaranacaq. Kiçik və orta sahibkarlığın dəstəklənməsinə imkan artacaq, bölgədə əl işləri sənətkarlığına maraq artacaq, turizmdə xidmətlərin təhlüksəsizliyi təmin olunacaqdır.

Bu qanuna əsasən turizm sahəsinin inkişaf etdirilməsi məqsədi ilə turizm fondları yaradıla bilər. Turizm fondları turizm sahəsində sahibkarlılığın güzəştli şərtlərlə maliyyələşdirilməsini həyata keçirir. Hər bir turizm fondunun himayə şurası həmin fondun daxili qaydalarını, o cümlədən maliyyə vəsaitlərinin ayrılması qaydalarını qəbul edir.

Ölkəmizdə turizm sənayesinə paralel olaraq otel biznesi inkişaf edir. Mehmanxanalar turizm sənayesinin vacib bir hissəsidir. Hər il yeni otellər açılır, brend otellər Azərbaycan bazarına daxil olur.Mehmanxana sənayesinin formalaşmasında əsas amil ölkəyə turistlərin gəlişi və yerləşməsidir. Hər il ölkəyə girib çıxan turist sayı arasında kəskin fərqlər var və aşağıdakı cədvəldə bu açıq şəkildə görünür:




Yüklə 58,06 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   14




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin