RedaksiYAŞurasi


TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR



Yüklə 10,22 Mb.
Pdf görüntüsü
səhifə5/22
tarix31.01.2017
ölçüsü10,22 Mb.
#7070
1   2   3   4   5   6   7   8   9   ...   22

27
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
– Qəbul imtahanlarına II ixtisas qrupu üzrə qatıldın. Bu, öz istəyinlə oldu?
– İqtisadçı olmaq istəyimi reallaşdırmaq üçün II qrupu seçdim. Düzdür, əvvəllər hüquqşünas
olmaq istəyirdim. Sonralar iqtisadiyyata marağım artdı, fikrimi dəyişdim. Atam, əmilərim
iqtisadçıdırlar. Bu istək mənə, bəlkə də onlardan keçib. Bacım da II qrupu seçib. Amma bu
qrupu seçməkdə bizə nə ailəmizin, nə də digər şəxslərin göstərişi, təzyiqi olmayıb. 
– Ali təhsil almaq üçün niyə məhz Türkiyə universitetini seçdin?
– Mən Qafqaz universitetinə, bacım isə “ADA” universitetinə qəbul olub. Sonra dövlət hesabı‐
na xaricdə təhsil almaq üçün müvafiq dövlət qurumlarına müraciət etdik. Onlar da
Türkiyənin Orta Doğu Texniki Universitetini məsləhət gördülər. Biz də oranı seçdik. Həmin
universitet dünyanın ən tanınmış və nüfuzlu ali təhsil ocaqlarından biridir. Hərtərəfli təhsil
almaq üçün hər cür şərait var. Çalışacağıq ki, oranın təhsil sisteminə uyğunlaşaq və oxuduğu‐
muz müddətdə universitetin savadlı tələbələrindən olaq. Dövlətimiz bizim yaxşı təhsil
almağımız üçün xeyli vəsait sərf edir. Biz də elə etməliyik ki, bu etimadı doğruldaq. Oradan
yaxşı mütəxəssis kimi qayıdaq və gələcəkdə bizə tapşırılacaq işləri layiqincə yerinə yetirək. 
Müsahibəni apardı: Emin Məmmədov
Әli Rauf oğlu İsgəndərov Xırdalan şəhəri, B.Cəfərov adına 3 saylı tam orta
məktəbin məzunudur. II ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal
toplayaraq “ADA” Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına
qəbul olub. Məktəbdə oxuyarkən dəfələrlə fənn olimpiadalarında iştirak
edib, rayon üzrə yüksək nəticələr göstərib. Kitabları həyatının ayrılmaz
hissəsi hesab edir və mütəmadi olaraq mütaliə ilə məşğul olur. Bundan
əlavə, idmana da vaxt ayırır, voleybol və basketbol oynamağı sevir. 
– Әli, seçiminlə bağlı fikirlərini bizimlə bölüşə bilərsən?
– Ali məktəbə hazırlaşarkən ən böyük arzum “ADA” Universitetinin “Beynəlxalq münasi‐
bətlər” ixtisasına qəbul olmaq idi. Әmin idim ki, bu universitetə və bu ixtisasa qəbul ola‐
cağam. Çünki məqsədim, özümə inamım var idi. Bunlar da mənə kömək oldu.
– Məktəb göstəricilərin, qiymətlərin necə olub?
– Məktəb təhsilinin də insan həyatında mühüm yeri vardır. Mən bütün siniflərdə əla
qiymətlərlə oxumuşam. Aşağı siniflərdə oxuyarkən əlaçı olmağın nə olduğunu və gələcək
üçün nə qədər əhəmiyyətli olduğunu bəlkə də başa düşmürdüm. Amma valideynlərimin
məsləhətləri və özümün də çalışqanlığım təhsil bünövrəmin möhkəm olmasına təsir etdi.
– 11 il səylə çalışdın və bu gün istədiyin nəticəni əldə etdin. Özündə zehni yorğunluq hiss
edirsən, yəni 11 ilin yorğunluğu hələ də qalıb?
– Oxumaq ən sevdiyim hobbimdir. Mən dərslərimi sevərək oxumuşam. Hansı fənni oxu‐
muşamsa, özümü o aləmdə hiss etmişəm. Heç bir fənni və ya mövzunu məcbur oxumamışam.
Ona görə də özümü heç vaxt yorğun hiss etməmişəm. Bəlkə də yorğunluq var, amma bu gün
əldə etdiyim biliklər mənim həyatımı işıqlandırır və o yorğunluq hissini yox edir. 
– Qeyd etdin ki, bütün fənlərə eyni dərəcədə maraq göstərmisən. Әn çox sevdiyin fənn hansı
olub?

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
28
– Bəli, bütün fənlər mənim üçün maraqlı idi. Amma coğrafiya fənnini xüsusi olaraq sevirdim,
böyük maraqla, sevgiylə oxuyurdum. Onun mövzuları, təbiətə bağlılığım, ətraf aləm haqqın‐
da düşüncələrim bu fənni mənə daha çox sevdirdi. 
– Elə abituriyentlərə rast gəlinir ki, ali məktəbə qəbul olmaq üçün imtahana hazırlıq
dövründə özlərini hər şeydən təcrid edirlər. Necə düşünürsən, bu, doğru üsuldur? Sən
dərslərindən əlavə nə ilə məşğul olurdun?
– İnsan hər bir işini planlı şəkildə həyata keçirməlidir. Mən gündəlik saatlarımı elə bölüşdür‐
müşdüm ki, həm dərslərimə, həm də istirahətə vaxtın qalırdı. Dərslərimlə paralel olaraq,
əlavə məşğuliyyətlərim də var idi. İdmanla məşğul olurdum, basketbol və voleybol koman‐
dalarının tərkibində məktəblərarası yarışlarda iştirak edirdim. Həmçinin, “Xəmsə” və “Nə?
Harada? Nə zaman?” kimi intellektual oyunlarda da iştirak edirdim. “Nə? Harada? Nə
zaman?” oyununda respublika üzrə üçüncü yeri qazanmışdım. Fənn olimpiadalarında da fəal
iştirakçı olmuş, rayon üzrə riyaziyyat fənnindən birinci yerə layiq görülmüşəm. Yüksək nəticə
əldə etmək, tələbə adı qazanmaq üçün yalnız oxumaqla kifayətlənmək olmaz, vaxtı düzgün
planlaşdırmaq, dincəlməyə də vaxt ayırmaq lazımdır. 
– Qazandığın bu uğurdan, səncə, kimlərə pay düşür? Kimlərə minnətdarlıq bildirmək istərdin?
– Әlbəttə, bu, təkcə mənim uğurum deyil. İlk növbədə, ailəmə, valideynlərimə təşəkkür
edirəm. Müəllimlərimə minnətdaram. Onların sayəsində zəhmət çəkdim, oxudum, bilmədik‐
lərimi öyrəndim. Qazandığım bu nailiyyətdə rolu olan bütün müəllimlərimə borcluyam və
onların inamını doğrultduğum üçün qürur hissi keçirirəm.
–Qəbul imtahanına hazırlaşan abituriyentlərə nə məsləhət verərdin?
– Vaxtlarından planlı şəkildə istifadə etsinlər. Biliklərini daha da dərinləşdirsinlər, dərs oxu‐
maqla yanaşı, dincəlməyə də vaxt ayırsınlar. İnanın ki, vaxtı düzgün böldükdə hər şey qay‐
dasında olur, yüksək bal toplamaq da mümkün olur. 
– Tələbəlik illərini necə təsəvvür edirsən, hansı yenilikləri gözləyirsən?
–İnsan çalışmalıdır ki, həyatının hər mərhələsi maraqlı və yaddaqalan olsun. Mən tələbəlik
illərimin maraqlı və uğurlu keçməsi üçün əlimdən gələni edəcəyəm. Tələbəlik illəri bizim bir
şəxsiyyət kimi formalaşmağımıza kömək edəcək. Bu illərdə təkcə təhsil almaqla kifayətlən‐
məyəcəyəm. İctimai yerlərdə də fəal olmağa çalışacağam. Artıq universitetin basketbol
komandasına yazılmaq haqqında qərar qəbul etmişəm. 
Müsahibəni apardı: Leyla Әkbərova 

29
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
İbrahim Әhməd oğlu Әhmədov Bakı şəhəri, 214 saylı tam orta məktəbin
məzunudur. II ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayaraq
“ADA” Universitetinin “Beynəlxalq münasibətlər” ixtisasına qəbul olub.
Riyaziyyat fənni üzrə Respublika fənn olimpiadasının qalibi olub. 
– II ixtisas qrupunu özün seçmisən, yoxsa valideynlərinin məsləhəti ilə?
– İxtisas qrupunu mən öz istəyimlə seçmişəm. Çünki hələ aşağı siniflərdə
oxuyanda riyaziyyat və coğrafiya fənlərini çox sevirdim. Tarix fənni ilə də
maraqlanırdım. Әslində, digər fənləri də yaxşı oxuyurdum. Ancaq
inanırdım ki, daha yaxşı bildiyim fənlərin daxil olduğu II ixtisas qrupunu seçsəm, gələcəkdə
uğur qazana bilərəm. Məsələn, kimya, fizika fənlərini də yaxşı oxuyurdum. Ancaq görürdüm
ki, müəyyən məsələləri yaxşı həll edə bilsəm də, əslində, bu fənləri tam qavramıram. Həmin
fənlərin daxil olduğu hər hansı ixtisas qrupunu seçsəydim, o qədər də uğurlu nəticə əldə edə
bilməzdim. Bunları nəzərə alaraq məhz II ixtisas qrupunu seçdim.
– Səncə, belə uğurlu nəticə əldə etmək üçün ibtidai sinifdən başlayaraq yaxşı oxumaq
lazımdır, yoxsa bir neçə il hazırlıq kifayət edər? 
– Bir neçə il yaxşı hazırlaşmaqla da hər hansı uğurlu nəticə əldə etmək olar. Daha yüksək
nəticə əldə etmək üçün ibtidai sinifdən başlayaraq yaxşı oxumaq lazımdır ki, yuxarı siniflərdə
çətinlik çəkməyəsən. Məsələn, mən ali məktəbə hazırlaşanda müəllim məktəbdə verilən
dərslərlə müqayisədə evə daha çox tapşırıq verirdi. Ancaq bu, mənə çətinlik yaratmırdı.
Çünki o mövzuları yaxşı bildiyimə görə, onları bir növ təkrar edirdim. Әgər aşağı siniflərdə
yaxşı oxumasaydım, təbii ki, çətinliklərlə üzləşərdim. Ona görə də, fikrimcə, daha yaxşı nəticə
əldə etmək üçün məhz aşağı siniflərdən yaxşı oxumaq lazımdır.
– Çox vaxt abituriyentlər yalnız öz seçdikləri ixtisas qrupuna daxil olan fənləri oxuyurlar.
Digər fənlərlə ya az maraqlanırlar, ya da heç maraqlanmırlar. Səncə, bu doğru yanaşmadır‐
mı? 
– Әslində, bütün fənləri yaxşı oxumaq lazımdır. Qeyd etdiyim kimi, mən II ixtisas qrupuna
hazırlaşsam da, fizika, kimya, biologiya, ədəbiyyat fənlərinə də maraq göstərirdim. Fikrimcə,
ancaq seçdiyin qrupa daxil olan fənləri yaxşı oxumaq, digər fənlərlə maraqlanmamaq düzgün
deyil. Çünki insan bilikli olmaqla yanaşı, zəngin dünyagörüşünə də malik olmalıdır. Təkcə öz
seçdiyin sahədən deyil, digər sahələrdən də müəyyən qədər məlumatlı olmalısan.
– Abituriyentlərin bir çoxu yüksək bal toplamağı bəxtlə əlaqələndirirlər. Bu nə dərəcədə
doğrudur? 
– Ola bilsin ki, bəxtin də müəyyən rolu var. Məsələn, bir tanışım sınaq imtahanında 700 bal
toplamışdı. Ancaq qəbul imtahanında iki sualı səhv yazmışdı, yəni gözündən yayınmışdı. Bax
bu cür səhvləri mən bəxtlə bağlayardım. Şəxsən mənim bəxtim gətirib ki, bu cür səhvləri
etməmişəm. Әsas odur ki, gərək qarşına məqsəd qoyasan və ona çatmaq üçün ciddi çalışasan,
əziyyət çəkəsən. Çəkdiyin əziyyətin nəticəsi yüksək bal olmaya da bilər. Heç bir halda hər şeyi
bəxtlə əlaqələndirmək doğru deyil. Ümumiyyətlə, yüksək nəticə əldə etməyi yaxşı oxumaqla
əlaqələndirirəm. Bunun üçün, qarşına məqsəd qoymalı, gələcək hədəfləri dəqiq müəyyən‐
ləşdirməli və bu istiqamətdə yorulmadan çalışmalısan.  
– Səndə ali təhsil almaq istəyi nə vaxtdan yaranıb? 
– Ali təhsil almağı hələ uşaqlıqdan arzulamışam. Aşağı siniflərdə oxuyanda bilirdim ki , əgər
yaxşı oxuya, gündəlik dərsləri öyrənə bilirəmsə, deməli, ali təhsil müəssisəsinə də daxil ola
bilərəm. Təbii ki, valideynlərim də bunu görür və mənə daim dəstək olurdular. Onu da etiraf

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
30
edim ki, valideynlərim məni heç vaxt dərs oxumağa məcbur etməyiblər. Әksinə, çox vaxt
deyirdilər ki, bir qədər az oxu, istirahət də elə. Çünki mən dərsdən əlavə gecə saatlarında
çoxlu bədii kitablar da oxuyurdum. Oxumağı çox sevirdim və inanardım ki, bu yolla getsəm,
gələcəkdə uğur qazana bilərəm. 
– Sən artıq bu yaşında yüksək bir zirvəni fəth etmisən. Arzu edərdim ki, gələcəkdə daha yeni
uğurlar qazanasan.
–  Gələcəkdə daha böyük uğurlara imza atmaq üçün var gücümlə çalışacağam . Çünki bu
uğuru mən heç kimin təsiri olmadan əldə etmişəm. Bir halda ki, bu işə başlamışam, deməli,
onu davam etdirməliyəm. Ümumiyyətlə, insan nə isə əldə edirsə, nəyəsə nail olursa , heç vaxt
bununla kifayətlənməməlidir. Daim çalışmaq lazımdır ki , yeni‐yeni uğurlar əldə edəsən. 700
bal toplamaq o demək deyil ki, mən artıq həyatda hər şeyə nail olmuşam. Məni qarşıda bun‐
dan da böyük sınaqlar gözləyir. Qarşıma məqsəd qoymuşam ki, universiteti əla qiymətlərlə
başa vurub təhsilimi daha yüksək səviyyələrdə davam etdirim. 
– Gələcək planların barədə nə deyə bilərsən?
Düzünü desəm, hələlik gələcək planlarımı qurmamışam. Sadəcə, qeyd etdiyim kimi, qarşı‐
ma müəyyən məqsədlər qoymuşam. Çünki hələ yenicə bakalavriat səviyyəsinə qəbul
olmuşam. Bir az bundan əvvəl abituriyent idim. Yeganə hədəfim və planım qəbul olmaq idi.
İndi isə yaxşı təhsil almaq, uğurlarımı davam etdirmək barədə düşünürəm. 
Müsahibəni apardı: Taleh Məmmədkərimov
Xəyalə Rəvan qızı Әfəndiyeva Qəbələ rayonu, Vəndam qəsəbə 3 saylı tam
orta məktəbin məzunudur. III ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal
toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının “Hüquqşünaslıq” ixtisasına qəbul olub. 
– Xəyalə, artıq “Hüquq” fakültəsinin tələbəsisən. Qazandığın bu müvəf‐
fəqiyyət sənin gələcək həyat yoluna bir işıq saçacaq, gələcək işlərinin
bünövrəsini təşkil edəcək. Uğurun böyükdür, sənin kimi gənclərlə hamımız
qürur duyuruq. 
– Bir gənc kimi mən də ölkəmizin inkişafı və çiçəklənməsi üçün əlimdən gələni edəcəyəm.
Hazırda yaşım və təcrübəm az olduğu üçün cəmiyyətimizə hələ ki, təhsil almaqla, biliklərimi
artırmaqla xidmət göstərə bilərəm. Gələcəkdə isə təcrübə toplayaraq dövlətimizin tanıdıl‐
ması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün səylə çalışacağam. 
–Bir az aydınlıq gətirə bilərsənmi, nəyə görə məhz bu ali təhsil ocağını seçmisən? İxtisas
seçiminə kimlərinsə təsiri olub? 
– Mən hələ qəbul imtahanına hazırlaşdığım illərdə ali məktəb seçimimi etmişdim. Qarşıma
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olmağı
məqsəd qoymuşdum. Qəbul olduğum akademiya ölkənin ən qabaqcıl təhsil ocaqlarından
biridir. Hüquqşünas olmaq isə mənim uşaqlıq arzumdur. Hüquqşünas peşəsi haqqında
uşaqlıq arzularım son illər daha da dəqiqləşdi. Ali məktəb və ixtisas seçimimi sərbəst
etmişəm, valideynlərim də mənim seçimimə hörmətlə yanaşıblar. 

31
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
– 700 bal toplayan həmyaşıdlarınla görüşəndə nə kimi hislər keçirdin?
– Bu görüşlər mənim üçün çox maraqlı oldu, hamımızın eyni nəticələri əldə etməyimiz elan
olunanda, yəqin ki, eyni hisləri – qürur hislərini yaşamışıq. Onları yaxından tanıyanda daha
çox fəxr etdim. Nə yaxşı ki, belə gənclərimiz var. 
– Necə düşünürsən, yaxşı hüquqşünas olmaq üçün nə etmək lazımdır?
– Ümumiyyətlə, bu, elə bir ixtisasdır ki, gərək, bütün insanlara həssaslıqla yanaşasan, kimin
haqlı, kimin haqsız olduğunu düzgün seçə biləsən, ədalətli qərar qəbul edəsən. Çalışacağam
ki, hər kəsə qarşı hümanist mövqe tutum, ehtiyacı olan hər kəsə yaxından kömək edim. Yaxşı
hüquqşünas olmaq, ümumiyyətlə, istənilən sahədə mütəxəssis olmaq üçün insan əlindən
gələni etməlidir. Yaşından və ya təcrübəsindən asılı olmayaraq daim oxumalı, öyrənməli,
təcrübə toplamalıdır. Xüsusilə, yaşadığımız internet əsrində, hər kəs müxtəlif saytlardan
məlumatlar toplamalı, müxtəlif dillərdə yazılmış məqalələri oxumalı, araşdırmalı və işində
onlara istinad etməyi bacarmalıdır. 
– Ali təhsil pilləsində özünü neçə bir tələbə kimi görürsən? 
–Ali məktəbdə özümü ixtisasımın sirlərinə dərindən bələd olmağa, biliklərimi daha da tək‐
milləşdirməyə, müxtəlif xarici dilləri öyrənməyə can atan bir tələbə kimi görürəm. Təhsil
almaqla yanaşı, akademiyanın ictimai həyatında, müxtəlif tədbir, konfrans və yarışlarda da
iştirak etməyi düşünürəm.
– Xəyalə, müasir gənclərdə bəyəndiyin və bəyənmədiyin xüsusiyyətlər hansılardır?
– Azərbaycan gənclərində ən çox bəyəndiyim keyfiyyət onların təhsilə meylliliyidir. Savadlı,
təhsilli gənclərimiz kifayət qədərdir. Bu, məni çox sevindirir. Ancaq gənclərimizin müəyyən
qismi internetə hədsiz dərəcədə aludə olur, vaxtlarının qədrini bilmədən sosial şəbəkələrdə
vaxt itkisinə yol verirlər. İnternetdən səmərəli istifadə etmək lazımdır. Müasir gənclərimizdə
bəyənmədiyim xüsusiyyət məhz budur. 
– Sən də gənclərin bir nümayəndəsisən. Maraqlıdır, səni xarakterizə edən əsas xüsusiyyətlər
hansılardır?
–Zarafatcıl, inadkar, səmimi, diqqətcil və humanistəm.
– Әsəbi və ya yorğun vaxtlarında nə ilə məşğul olursan?
– Yorğunluğumu və əsəbimi yalnız təmiz havada gəzməklə tənzimləyirəm. Hərdən isə musiqi
dinləmək və ya kitab oxumaqla buna nail oluram. 
– Gələcək planların haqqında nə deyə bilərsən?
– Yaxşı təhsil aldıqdan sonra ən böyük arzum dünya ölkələrini səyahət etməkdir. Çünki hər
ölkənin tarixi, mədəniyyəti, adət‐ənənəsi var. Müxtəlif ölkələrin fərqli xüsusiyyətlərini öyrən‐
mək mənim üçün çox maraqlıdır. Bundan əlavə, gələcəkdə hüquqlarını bilməyən insanlara
xüsusilə uşaqlara öz hüquqlarını öyrətməyi, bunun üçün xüsusi kurslar təşkil etməyi
düşünürəm.
Müsahibəni apardı: Leyla Әkbərova

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
32
Lalə Zəfər qızı Novruzova Saatlı rayonu 15 saylı tam orta məktəbin məzu ‐
nu 
dur. III ixtisas qrupu üzrə qəbul imtahanında 700 bal toplayaraq
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının “Hüquqşünaslıq” ixtisasına qəbul olub. Lalə fortepiano
şöbəsi üzrə musiqi təhsili də alıb, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə
olimpiadalarda dəfələrlə müvəffəqiyyət qazanıb. 
– Lalə, qazandığın bu müvəffəqiyyətin arxasında, sözsüz ki, müəyyən
motivlər durur, yaxud bu uğurun müəyyən sirləri var. 
– Әlbəttə. Әgər insan həyatda uğur qazanmaq istəyirsə, onun xüsusi bir məqsədi varsa, o
zaman çox çalışmalı, özünə inamlı olmalı, bütün bacarığını istəyinin gerçəkləşməsinə sərf
etməlidir. Bu halda o nəyəsə nail olacaq. 
– Uğur əldə etməyin başqa sirri varmı?
– Sadaladıqlarımdan əlavə, sağlam rəqabət də uğur əldə etməyə kömək edir. Mən elm və bilik
arxasınca gedən, savadlı gənclərlə bəhsə girməyi çox sevirəm. Rəqabətli mühit inkişaf üçün
lazım olan əsas şərtlərdən biridir. Amma hər gənc rəqabət hissinə malik olmur. Bəzən paxıl‐
lıq hissi ilə rəqabət hissini səhv salırlar. Elə gənclər var ki, təhsilə meyilli deyil, az oxuyur, vax‐
tını boş yerə sərf edir, amma oxuyan, uğur əldə edən gənclərə paxıllıqla yanaşır və bunu
rəqabət hesab edirlər. Bu, rəqabət deyil. Rəqabət üçün sağlam mübarizə lazımdır. Mən də çox
çalışan, sınaqlarda yüksək bal toplayan abituriyentlərlə bəhsə girdim. Qeyd edim ki, məhz bu
xüsusiyyət mənim 700 bal toplamağıma kömək etdi. 
–Yəqin ki, gələcək təhsilində də, həyatında da uğurların çox olacaq. Amma indiyə qədər əldə
etdiyin ən böyük uğur, məhz 700 bal toplamağın olub. Sən bunu qarşına məqsəd qoymuşdun?
– Mən hüquqşünas olmağı arzulayıram. Təbii ki, yüksək nəticə bu ixtisasa qəbul olmağa
yetərdi, amma mənim məqsədim ən yüksək bal toplamaq, Prezident təqaüdçüsü olmaq,
tələbə adını qazananlardan fərqlənmək idi. Bu da ancaq 700 bal toplamaqla ola bilərdi. 
– Deməli, xarakterinin bir cəhəti də üzə çıxdı: fərqlənmək. Səncə, bu, eqoizm deyil?
– Mən özümü sevən adamam. Məncə, hər bir normal adamda bu hiss var. Amma bu sevgi
ifrat dərəcədə olmamalıdır. Ona görə də buna eqoizm deməzdim. Sadəcə, insan öz yaşıd‐
larından və ya ətrafındakılardan fərqlənməyə cəhd etməlidir. Axı hamı eyni olsa, cəmiyyət də
maraqsız olar.
– Səncə, hüquqşünas qadın hansı xüsusiyyətləri ilə fərqlənməlidir? Ümumiyyətlə, gələcəkdə
özünü bir hüquqşünas kimi necə təsəvvür edirsən?
– Məncə, hüquqşünas qadın həm savadlı, həm də möhkəm iradəli olmalıdır, düzgün və
obyektiv mühakimə yürütməyi bacarmalı, ədalətli olmalıdır. Mən özümü məhz belə təsəvvür
edirəm. 
– Gələcək planların barədə nə deyə bilərsən?
– Mən gələcəkdə zəhmətimlə əldə edəcəyim gəlirlərdən xeyriyyəçilik məqsədilə istifadə
etmək istərdim. Ehtiyacı olan hər kəsə kömək etmək, onlara əl tutmaq, maddi və mənəvi
dayaq olmaq ən böyük arzumdur. Xaricdə təhsil almaq, gələcəkdə uğulu bir iş və xoşbəxt ailə
həyatı qurmaq da gələcək planlarıma daxildir. 
– Səncə, insanın xarakterində başlıca müsbət cəhətlər hansılardır?
– Güclü olmaq, çalışqanlıq, əzmkarlıq, rəqabətəqabillik və qarşısına qoyduğu məqsədə çat‐

33
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
maq bacarığı. Məncə, bunlar uğura aparan yolda insana kömək olan ən müsbət cəhətlərdir.
– Lalə, sənin eyni zamanda iki ixtisas seçmək şansın olsaydı, başqa hansı ixtisası seçərdin?
– Mən texniki ixtisaslardan birinə yiyələnmək istəyərdim. O sahələrdə də maraqlı ideyalar
irəli sürmək, hətta müəyyən kəşflər etmək olar. Tərcüməçilik sahəsi də məni cəlb edən
sahələrdəndir. 
– Kitablara münasibətin necədir? 
– Kitablar həyatımızın bəzəyidir. Әdiblərdən biri demişdir: ”Kitablar zamanın dalğaları
üzərində səyahət edən və öz qiymətli yükünü ehtiyatla nəsillərdən‐ nəsillərə yetirən fikir
gəmisidir”. Bu fikirlə tamamilə razıyam. Mən öz həyatımda kitabların yerini xüsusi qeyd
etmək istəyirəm. Hər sahənin, hər elmin dərinliklərini öyrənməyin, əlavə bilgilər əldə
etməyin, mütaliə dairəsini genişləndirməyin, dünyagörüşünü artırmağın insana böyük fay‐
dası var. 
– Artıq sənin üçün məktəb illəri geridə qaldı, həm də xoş xatirələrlə, böyük uğurlarla. Necə
düşünürsən, nə vaxtsa məktəb illərinə geri dönmək istəyin ola bilərmi?
– İnsan həyatının hər dövrü maraqlıdır. O, gələcəyə böyük arzularla, inamla addımlamalıdır.
Həyatın hər pilləsi özünü dərk edən insan qarşısında müəyyən məsuliyyət qoyur. Həyat pil‐
lələrini keçdikcə insan istər‐istəməz düşünür: həmin məsuliyyətin öhdəsindən gələ bildi, ya
yox. Daha sonra növbəti pilləyə doğru addımlayır. Həyat insana bir dəfə verilirsə, nəyə görə
hansısa pilləyə ikinci dəfə vaxt ayıraq? Xeyr, məktəb illərinə geri dönmək istəmərəm. Sizinlə
razıyam, məktəb illəri mənim üçün yaddaqalan, uğurlu oldu, gələcəkdə həmin illəri xoş
xatirələrlə yada salacağam. 
Müsahibəni apardı: Leyla Әkbərova
Kamran Hüseyn oğlu Abdulrəhimov Bakı Türk liseyinin (BDU‐nun
nəzdində, təsisçi Türkiyə Dəyanət Vəqfi) məzunudur. III ixtisas qrupu üzrə
qəbul imtahanında 700 bal toplayaraq Bakı Dövlət Universitetinin
“Hüquqşünaslıq” ixtisasına qəbul olub.
– Kamran, qəbul imtahanı ilə bağlı təəssüratlarını bizimlə bölüşə bilərsən?
– İmtahan günü həyəcanlı deyildim. Özümə əminliyim çox güclü idi.
Biliyimə güvəndiyimdən heç bir narahatçılıq hissim yox idi. 
– İştirak etdiyin sınaq imtahanlarında 700 bal toplaya bilmişdin?
– Xeyr. Hər sınaqda bir sualı da olsa, səhv cavablandırırdım. Ona görə də 700 bal toplaya
bilməmişdim. Bu, məni qəbul imtahanında 700 bal toplamaq üçün daha çox çalışmağa sövq
etdi. Bəlkə də sınaq imtahanında 700 bal toplasaydım məndə arxayınlıq hissi yarana bilər və
bu, qəbul imtahanında nəticəmə mənfi təsir göstərərdi. 
– Qəbul imtahanına hazırlaşarkən rejimini necə qururdun? Qəbul prosesi ilə bağlı məlumat‐
ları hansı mənbələrdən əldə edirdin?
– Qəbul imtahanına hazırlaşarkən bütün fənləri mənimsəməyə çalışırdım, məktəb dərslərimə

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
34
də ciddi yanaşırdım. Gündəlik vaxtımı fənlər üzrə bölüşdürmüşdüm. Hər şeyi sistemli şəkil ‐
də həyata keçirirdim. Düşünürəm ki, davamlı olaraq dərs oxumaq da düzgün deyil. Arada
fasilə etmək, zehni yorğunluqdan xilas olmağın yollarını tapmaq lazımdır. Qəbul prosesi ilə
bağlı daha çox TQDK‐nın rəsmi internet səhifəsindən məlumat toplayırdım. “Abituriyent”
jurnalının hər sayını mütəmadi olaraq izləyirdim. 
– Səncə, abituriyent hansı keyfiyyətlərə malik olmalıdır?
– Qarşısına məqsəd qoyan hər bir abituriyent özünəinamlı, məsuliyyətli, çalışqan olmalıdır.
Biliklərə dərindən yiyələnməyi və vaxtını dəyərləndirməyi bacarmalıdır. Rəqabət aparmaq
bacarığı da müvəffəqiyyətə kömək edir. 
– Nəyə görə Bakı Dövlət Universitetinin tələbəsi olmaq istədin?
– Bu, mənim arzum idi. Doğru seçim etdiyimə tam əminəm. BDU Azərbaycanda fəaliyyətə
başlamış ilk ali təhsil müəssisəsidir. Universitet böyük tarixi inkişaf yolu keçib, Azərbaycan
Xalq Cümhuriyyəti dövründən bu günə qədər öz varlığını qoruyub saxlayıb.
Azərbaycanımızın inkişafına öz töhfələrini verib, yüzlərlə alim, dövlət xadimi, dəyərli ziyalı
yetişdirib. Mən də burada oxumağı özümə şərəf sayaraq bu universitetin tələbəsi olmaq
qərarına gəldim. İndi bu, mənim üçün şirin bir reallığa çevrilib. 
– Nəyə görə məhz hüquqşünaslıq ixtisasını seçmisən? 
Düşünürəm ki, hüquqşünaslıq peşəsi çox çətin, eyni zamanda şərəfli peşədir. Oğlanlar üçün
isə daha münasib peşədir. Arzum yaxşı hüquqşünas olmaq, bu sahədə insanlara xidmət
etməkdir. Fikrimcə, hər bir hüquqşünas qanunun aliliyini əldə əsas tutaraq fəaliyyət göstər‐
məli, insanların hüquq və azadlıqlarını qorumağa çalışmalı, hər insana cinsindən, yaşından,
milli mənsubiyyətindən asılı olmayaraq humanist mövqedən yanaşmalı, haqq və ədalət
mövqeyindən çıxış edərək qərarlar qəbul etməlidir. 
– Gələcək planların?
– Bakalavr təhsilini başa vurduqdan sonra xarici ölkələrin birində magistr təhsili almağı
düşünürəm. Yiyələndiyim ixtisasın incəliklərinə bələd olmaq, bu sahədəki dünya
təcrübəsindən bəhrələnməklə qazanacağım bilik və təcrübəni Azərbaycanın hüquqi dövlət
quruculuğuna sərf etmək istəyirəm. Özümü müxtəlif konfrans və simpoziumların iştirakçısı
olan layiqli bir ziyalı, vəkil obrazında görürəm.
– Asudə vaxtlarında nə ilə məşğul olursan?
– Boş vaxtlarımda daha çox internetdən ictimai‐siyasi xəbərləri oxumağa üstünlük verirəm.
Ümumiyyətlə, gündəlik olaraq belə xəbərləri izləmək artıq məndə vərdişə çevrilib. Analitik‐
informasiya xarakterli və intellektual məzmunlu verilişlərə baxmağı da çox sevirəm. Bundan
başqa, boş vaxtlarımda idmanla məşğul oluram. 
Müsahibəni apardı: Leyla Әkbərova 

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin