RedaksiYAŞurasi



Yüklə 10,22 Mb.
Pdf görüntüsü
səhifə21/22
tarix31.01.2017
ölçüsü10,22 Mb.
#7070
1   ...   14   15   16   17   18   19   20   21   22

KƏRİMOVA ŞƏFA 
MİSİR QIZI
602.000 balla Azərbaycan Tibb
Universitetinin «Müalicə işi» 
ixtisasına qəbul olub.
Naxçıvan MR Şahbuz rayonu Aşağı
Qışlaq kənd tam orta məktəbinin
məzunudur.
RƏSULOVA NURANƏ
NEMAN QIZI
602.000 balla Azərbaycan Tibb
Universitetinin «Müalicə işi» ixtisası-
na qəbul olub.
Bakı şəhəri 214 saylı tam orta mək-
təbin məzunudur.
İBADOV ÜMİD 
ƏFSƏR OĞLU
601.000 balla Azərbaycan Tibb
Universitetinin «Müalicə işi» ixtisası-
na qəbul olub.
Masallı rayonu Hişkədərə kənd tam
orta məktəbinin məzunudur.
MİRZƏYEVA SANİYƏ 
NAZİM QIZI
601.000 balla Azərbaycan Tibb
Universitetinin «Tibbi profilaktika»
ixtisasına qəbul olub.
Şirvan şəhəri N.Quliyev adına 9 saylı
şəhər tam orta məktəbinin
məzunudur. 
ŞABANZADƏ MƏTANƏT
NƏSİMİ QIZI
601.000 balla Azərbaycan Tibb
Universitetinin «Tibbi profilaktika»
ixtisasına qəbul olub.
Qax rayonu Ləkit kənd tam orta 
məktəbinin məzunudur.
NOVRUZOVA NƏRGİZ
MÜBARİZ QIZI
600.000 balla Azərbaycan Tibb
Universitetinin «Müalicə işi» 
ixtisasına qəbul olub.
Sumqayıt şəhəri 23 saylı tam orta
məktəbin məzunudur.
NOVRUZOVA GÜNEL 
VİDADİ QIZI
600.000 balla Azərbaycan Tibb
Universitetinin «Müalicə işi» 
ixtisasına qəbul olub.
Gəncə şəhəri İ.Qayıbov adına 
1 saylı şəhər tam orta məktəbinin
məzunudur.
Materialı hazırladılar:
Aybəniz Axundova
Cavahirat Şirinova
Emin Әliyev

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
154
QӘBUL İMTAHANLARINDA YÜKSӘK NӘTİCӘ
GÖSTӘRMİŞ GӘNCLӘRLӘ ANKET SORĞUSUNUN
NӘTİCӘLӘRİ
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bakalavriat səviyyəsinə qəbul imtahanlarında 600‐dən
çox bal toplamış abituriyentlərlə anket sorğusu keçirmişdir. Məqsəd qəbul kampaniyasının
müxtəlif mərhələləri və tərəfləri ilə bağlı onların rəylərini öyrənmək, müəyyən təhlil və ümu‐
miləşdirmələr aparmaqla hasil olunan qənaətlərin müvafiq struktur qurumların sonrakı
fəaliyyətlərində nəzərə alınmasına və bütövlükdə biliyi qiymətləndirmə sisteminin təkmil‐
ləşdirilməsinə kömək etməkdir.
Sorğuda ümumilikdə 1495 nəfər abituriyent iştirak etmişdir. Onlardan 458 nəfəri I qrup, 283
nəfəri  II qrup, 461 nəfəri III qrup, 293 nəfəri isə IV ixtisas qrupunun abituriyentləridir. 
Sorğu anketində abituriyentlərin bioqrafik məlumatlarına dair bəndlərlə yanaşı, aşağıdakı
suallar və hər suala aid bir neçə cavab variantı təklif olunmuşdur:
Qəbula necə hazırlaşmısınız

müstəqil

repetitorla

hazırlıq kurslarında
İmtahan hazırlığınızın müddəti:

bir neçə ay

1 ilə qədər

il yarım

2 il

2 ildən çox
Repetitorların sayı:_______
Ali təhsil müəssisəsinə daxil olmaqda siz hansı amili rəhbər tutmusunuz (bir neçəsini
seçmək olar)?

ali təhsilin nüfuzu

hərbi çağırışdan rəsmi möhlət almaq

yüksək maaşlı iş tapmaq arzusu

öyrənmək həvəsi

nüfuzlu ixtisas əldə etmək

nə isə başqa bir şey
İxtisas seçiminizə kim və nə təsir etmişdir?

valideynlər 

ictimai rəy

müəllimlər

təsadüfi

dostlar 

heç kim

qohumlar 

başqa səbəb

televiziya 

cavab verməkdə çətinlik çəkirəm

«Abituriyent» jurnalı 

internet
Әgər yenidən qəbul olsaydınız, bu ixtisası seçərdinizmi?

bəli      

xeyr     

cavab verməkdə çətinlik çəkirəm
Son tədris ilində «Abituriyent» jurnalını oxumusunuzmu?

mütəmadi      

bəzi saylarını 

oxumamışam
Qəbul imtahanında yaradılan şərait sizi qane etdimi? 
Qəbul imtahanlarının gedişində neqativ hallarla rastlaşdınızmı?
İmtahan zalında nəzarətçilər imtahanı necə idarə edirdilər? Onların işini aşağıdakı
dairələrdən birini qaralamaqla 5 ballıq şkalada qiymətləndirin.

1







5
İmtahana düşən sualların məzmunu barədə nə deyə bilərsiniz?

proqram materiallarını əhatə edirdi 

proqram materiallarını əhatə etmirdi
Açıq tipli test tapşırıqlarına münasibətiniz?

digər fənlər üzrə test blokuna da salınsın (səbəbini göstərin)

digər fənlər üzrə test blokuna salınmasın (səbəbini göstərin)

digər cavab

155
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
İmtahan suallarının çətinlik dərəcəsi barədə fikriniz:

çətin idi

çətin deyildi

sualların çətinlik dərəcəsini artırmaq lazımdır

sualların çətinlik dərəcəsini azaltmaq lazımdır
İmtahan vaxtı barədə nə deyə bilərsiniz?

ayrılan vaxt çox idi 

ayrılan vaxt kifayət idi 

ayrılan vaxt az idi
İmtahan suallarının sayı barədə rəyiniz?

çox idi 

kifayət qədər idi 

az idi
Gələcək abituriyentlərə qəbula hazırlaşmaqla bağlı məsləhət və tövsiyələriniz: 
Әlavə demək istədiyiniz fikirlər, arzular, təkliflər:
Yüksək ballı abituriyentlərin yuxarıda qoyulan anket suallarına
cavablarının statistik təhlilinə diqqət yetirək
“Qəbula necə hazırlaşmısınız?” sualına cavablardan məlum olub ki, rəyi soruşulanların
əksəriyyəti 1097 nəfər (73,38 %) imtahana repetitorla, 290 nəfər (19,4 %) hazırlıq kurslarında,
102 (6,82%) nəfəri isə müstəqil şəkildə hazırlaşmışdır.  8 nəfər bu suala cavab verməmişdir.
Abituriyentlərin bir qismi hazırlığın bir neçə formasından istifadə etdiyini,  yəni ya müstəqil
şəkildə və repetitorla, ya da müstəqil şəkildə və hazırlıq kurslarında hazırlaşdığını
bildirmişdir. 
“İmtahan hazırlığınızın müddəti” barədə suala sorğuda iştirak edən abituriyentlərin yarıdan
çoxu (900 nəfər – 60,2 %) qəbula “2 il” müddətində hazırlaşdığını göstərmişdir. Digər vari‐
antlar üzrə cavabların paylanması belə olmuşdur: 246 nəfər (16,5%) “1 ilə qədər”,  172 nəfər
(11,5%) “2 ildən artıq”, 144 nəfər (9,6%)  “İl yarım”,  17 nəfər (1,14%) “bir neçə ay”. 16 nəfər
suala cavab verməmişdir. Qəbula hazırlıq müddətindəki bu müxtəliflik, bir sıra səbəblərlə
bağlıdır. Abituriyentlərin çoxu hazırlıq müddətini öz fiziki, psixoloji, zehni imkanlarına,
qabiliyyət və potensialına, eləcə də ailələrinin maddi vəziyyətinə uyğun olaraq müəyyən‐
ləşdirdiyini, başqa sözlə, bunun konkret amillərlə əlaqəli olduğunu qeyd ediblər.
“Ali təhsil müəssisəsinə daxil olmaqda siz hansı amili rəhbər tutmusunuz (bir neçəsini seçmək
olar)?” sualının şərtinə əsasən abituriyentlər bir neçə cavab variantını seçə bilərdilər. Odur ki,
bu suala cavablar müxtəlif kombinasiyalarda  olmuşdur. Məsələn, bəzi seçim kombi‐
nasiyalarında üç cavab variantı –  “Ali təhsilin nüfuzu”, “Yüksək maaşlı iş tapmaq arzusu” və
“Öyrənmək həvəsi“ variantları qeyd edilmişdir. Digər cavab kombinasiyalarında “Yüksək
maaşlı iş tapmaq arzusu” və “Öyrənmək həvəsi“ amillərinə üstünlük verilmişdir.
Abituriyent lərin xeyli hissəsi isə dörd cavab variantından ibarət kombinasiyanı seçmişdir:
“Ali təhsilin nüfuzu”, “Yüksək maaşlı iş tapmaq arzusu”, ”Nüfuzlu ixtisas” və “Öyrənmək
həvəsi“. Statistik müqayisə göstərir ki, bu suala cavablarda “Nüfuzlu ixtisas əldə etmək
istəyi”nə üstünlük verilmiş və bu amil 936 dəfə qeyd edilmişdir. Cavablarda “Öyrənmək
həvəsi” amili 512 dəfə, “Ali təhsilin nüfuzu” amili 483 dəfə, “Yüksək maaşlı iş tapmaq arzusu”
amili  452 dəfə göstərilmişdir. Rəyi soruşulanlardan ali təhsil müəssisəsinə daxil olmaqda
“Hərbi çağırışdan rəsmi möhlət almaq” amilini əsas götürənlər də olmuşdur. Onlar (7 nəfər)
sorğu iştirakçılarının ümumi sayının 0,46%‐ni təşkil etmişdir. Sorğu iştirakçılarının “Nə isə
başqa bir şey” cavab variantını qeyd edənlər 77 nəfər olmuş (5,2%), 4 nəfər (0, 3%) isə bu suala
cavab verməmişdir.
Sorğu iştirakçıları “İxtisas seçiminizə kim və nə təsir etmişdir?” sualına da təklif olunan cavab
variantlarından iki, bəzən də daha artıq variantı, məsələn, “valideynlər və müəllimlər”,
“valideynlər və qohumlar”, “valideynlər və ictimai rəy”, “ictimai rəy və “Abituriyent” jur‐

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
156
nalı” və s. kombinasiyalı variantları qeyd etmişlər. Bu kombinasiyalardan  “İxtisas seçiminə
həm valideynlərin, həm də müəllimlərin təsiri” cavab kombinasiyası üstünlük təşkil etmişdir.
İxtisas seçiminə təsir edən amillərin anketlərdə qeydedilmə tezliyinə gəlincə, göstərmək
lazımdır ki, valideynlərin ixtisas seçiminə təsir etməsi 592 dəfə (39,6%), müəllimlərin təsiri 201
dəfə (13,44%) qeydə alınmışdır. 534 nəfər (35,7%) seçimini müstəqil surətdə etdiyini
bildirmişdir. 111 nəfər (7,42%) ixtisas seçimində ictimai rəyi nəzərə aldığını göstərmişdir. 66
nəfər (4,41%) ixtisası “Abituriyent” jurnalının müntəzəm olaraq dərc etdiyi materiallarla
tanışlığa istinadən seçdiyini qeyd etmişdir. Bu suala cavab verərkən sorğu iştirakçılarından 38
nəfər (2,54%) dostlarının, 59 nəfər (3,9%)  qohumlarının tövsiyələrinə əsaslandığını, 14 nəfər
(0,94 %)  televiziyanın, 25 nəfər (1,7%) internetin onlara təsir etdiyini qeydə almışdır. 17 nəfər
(1,13%) təhsil alacağı ixtisası təsadüfi seçdiyini göstərmişdir, 69 nəfər (4,61%) ixtisas seçiminə
“nə isə başqa səbəblər”in təsir etdiyini, 17 nəfər (1,13%) bu suala cavab verməkdə çətinlik
çəkdiyini bildirmişdir. 34 nəfər sualı cavabsız qoymuşdur.
“Әgər yenidən qəbul olsaydınız, bu ixtisası seçərdinizmi?” sualı əvvəlki sualla əlaqəlidir. Bu
suala verilmiş cavabların təklif olunan cavab variantları arasında paylanma nisbəti göstərir ki,
çox böyük əksəriyyət –  1163 nəfər (77,8%) öz ixtisas seçiminin düzgünlüyünə əmindir və
bunu “bəli” cavabını seçməklə təsdiqləmişdir. Suala “xeyr” cavabını verənlər (80 nəfər –
5,35%) və  “cavab verməkdə çətinlik çəkirəm” variantını qeyd edənlər də (134 nəfər – 9%)
olmuşdur. Bu cür hallar və cavablar müxtəlif səbəblərlə bağlıdır: məsələn, “İxtisas seçimi
ərizəsi”ndə 1‐ci yerdə göstərdiyi ixtisasa və ya ali məktəbə daxil olmamaq, ödənişli təhsil for‐
malı ixtisasa qəbul olmaq, yaxud ixtisas seçimi zamanı kənar təsir və müdaxilələrlə üzləşmək
və s. Rəyi soruşulanlardan 118 nəfəri (7,9%) isə sualı cavalandırmaqdan imtina etmişdir.
“Son tədris ilində «Abituriyent» jurnalını oxumusunuzmu?” sualına verilmiş cavablar da
maraq doğurur. Sorğu iştirakçılarının 347 nəfəri (23,2%) jurnalı mütəmadi oxuduğunu, 998
nəfəri  isə (66,8%) jurnalın bəzi saylarını izlədiyini bildirmişdir. Bütövlükdə isə rəyi soruşu‐
lanların 90%‐i “Aituriyent” jurnalının oxucuları olduğunu qeyd etmişdir. 1495 nəfər respo‐
dentdən yalnız  143 nəfəri (9,6%) jurnalı oxumadığını bildirmişdir. 7 nəfər   isə (0,46%)  suala
cavab verməmişdir. Cavablardan belə nəticə çıxır ki, “Abituriyent”  jurnalı gənclər arasında
kifayət qədər nüfuz və etibar qazanaraq, mötəbər və zəngin məlumat mənbəyi kimi onların
məlumatlanması və maariflənməsində  önəmli rol oynayır.
“Qəbul imtahanında yaradılan şərait sizi qane etdimi?” sualını cavablandıranlardan 1380
nəfər (92,3%) yaradılan şəraitdən razı qaldığını bildirmişdir. Yalnız 48 nəfər (3,21%) suala
“qane etmədi” cavabını vermişdir.  54 nəfər (3,61%) isə imtahandan qismən razı qaldığını
bildirmişdir. Onlardan bəziləri anketdə cavabları əsaslandırmaq üçün kifayət qədər yer ayrıl‐
masına baxmayaraq bundan yan keçmiş, öz rəylərinə hər hansı tutarlı səbəb göstərməmiş,
izah‐şərh verməmişlər. Bəziləri isə imtahandakı şəraitin onları qane etməməsini “otaqda
nəzarətçilərin imtahana zəif nəzarət etməsi”, “zalda artıq səs‐küy olması”, “başına gün düş ‐
məsi”, “küçədən səs gəlməsi” və s. kimi səbəblərlə izah etmişlər. Amma təəccüblüdür ki,
həmin abituriyentlər sonrakı əlaqəli sualı cavablandırarkən nəzarətçilərin işini yüksək qiymət ‐
ləndirmişlər. Abituriyentlərin 13 nəfəri ( 0,9%) sualı cavablandırmaqdan imtina etmişdir.
Demək olar ki, eyni mənzərə “Qəbul imtahanlarının gedişində neqativ hallarla rastlaşdınız ‐
mı?” sualını cavablandırmada da müşahidə olunub. Böyük əksəriyyət (1375 nəfər – 92%)
imtahanların gedişində neqativ hallarla rastlaşmadığını bildirmişdir. İmtahanda neqativ halla
rastlaşdığını  bildirənlər də olmuşdur (94 nəfər – 6,28%).  Lakin burada da bəzi abituriyentlər
öz mövqelərində ardıcıl olmamış, ziddiyyətli cavablar vermiş və yaxud neqativ halın nədən
ibarət olduğunu dəqiq və konkret göstərməmiş, cavablarını faktlarla əsaslandırmamışlar,
üstəlik də bu hal imtahan nəzarətçilərinə verilən qiymətlərdə  adekvat əksini tapmamışdır.
Respondentlərdən 26 nəfər (1,73%) suala cavab  verməmişdir.
Yuxarıda şərh edilən son iki sual (“Qəbul imtahanında yaradılan şərait sizi qane etdimi?”,
“Qəbul imtahanlarının gedişində neqativ hallarla rastlaşdınızmı?”) növbəti “İmtahan
zalın da nəzarətçilər imtahanı necə idarə edirdilər?” sualları məqsəd baxımından əlaqəlidirlər.

157
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
Abituriyentlərin bir qismi bu əlaqələrə fikir verməmiş və onların mövqelərindəki
qeyri‐ardıcıllıq, ziddiyyətli məqamlar da elə buradan irəli gəlmişdir. “İmtahan zalında
nəzarətçilər imtahanı necə idarə edirdilər?” sualına həmin abituriyentlərin verdiyi
qiymətləndirmə cavabları da  deyilənləri təsdiqləyir. Belə ki, rəyi soruşulan 1495 nəfərdən yal‐
nız 40‐ı (2,7%) nəzarətçilərin işini mənfi qiymətləndirmiş, 5 nəfər (0,33%) suala cavab ver‐
məmişdir. Deməli, faktiki olaraq 1495 nəfərdən  1345 nəfər (90%) imtahan nəzarətçilərinin
işinə müsbət qiymət  vermişdir. Qiymətlərdən 882‐i (59%) “əla”, 463‐ü (31%) “yaxşı” olmuş‐
dur. Qalan 105‐i (7,02%) “kafi” qiymət vermişdir. Nəzarətçilərin işinə mənfi qiymət verənlərin
qiymətləndirmə prinsiplərində də ziddiyyətli cəhətlər özünü göstərir. Məsələn, abituriyentlər
tərəfindən nəzarətçiyə irad tutulur, imtahanın gedişində neqativ hal olduğu qeyd edilir,
amma qiymətləndirmədə ona “kafi”, hətta “yaxşı” qiymət verilir. Yaxud da şəraitin qənaət‐
bəxş olduğunu, neqativ hallarla rastlaşmadığını, nəzarətçilərə heç bir əsaslı iradları
olmadığını bildirən bir neçə abituriyent onların işinə aşağı qiymət vermişdir. Bu mənada, veri ‐
lən ən aşağı qiymətlərin meyarını müəyyənləşdirmək və izah etmək çətinlik yaradır.
“İmtahana düşən sualların məzmunu barədə nə deyə bilərsiniz?” sorğusuna 1348 nəfər (90,16
%) müsbət cavab verərək sualların proqram materiallarını əhatə etdiyini qeyd etmişdir. Qalan
147 nəfərin ( 9,83 %) 26‐sı (1,73%) sualların proqramı əhatə etmədiyini bildirmiş, 108 (7,22 %)
nəfər qismən əhatə etdiyini qeyd etmiş, 13 nəfər (0,86 %) isə sualı cavabsız qoymuşdur.
Sorğuda abituriyentlərin açıq tipli test tapşırıqlarına münasibəti də öyrənilmişdir. Onların
518 nəfəri (34,64%) açıq tipli test tapşırıqlarına müsbət münasibət bildirmiş və fikirlərini  belə
əsaslandırmışlar ki, bu tipli testlər abituriyentlərin təfəkkürünü, düşüncə və mühakimə
qabiliyyətini  inkişaf etdirir, onları əzbərçilikdən uzaqlaşdırır, gənclərin biliklərini daha dəqiq
və düzgün qiymətləndirməyə imkan verir. Bu fikirdə olan abituriyentlər açıq tipli test
tapşırıqlarının digər fənlər üzrə də test blokuna salınmasını məqbul saymışlar, lakin onlardan
bəziləri cavablarına onu da əlavə etmişlər ki, bu halda imtahanın vaxtının uzadılması
məqsədəuyğun olar. Abituriyentlərdən 793 nəfər (53,04%) açıq tipli testlərin digər fənlər üzrə
test blokuna salınmamasını qeyd etmişdir. Onlar bunun səbəbini, əsasən, vaxt amili ilə
əlaqələndirmiş və bildirmişlər ki, açıq tipli testlərin həlli xeyli vaxt itkisinə səbəb olur. Onların
fikrincə, açıq tipli testlər digər fənlər üzrə də test blokuna daxil edilərsə, onda imtahana
ayrılan müddət müvafiq şəkildə nəzərə alınmalıdır. Göründüyü kimi, hər iki halda başlıca
olaraq vaxt amili önə çəkilir və  abituriyentlər bütövlükdə açıq tipli testlərin digər fənlər üzrə
test blokuna salınmasının əleyhinə olmadığını ifadə edirlər. “Digər cavab” bəndini seçənlər
118 nəfər (7,9%) olmuşdur. Lakin onların, demək olar ki, heç biri öz mövqe və münasibətini
əsaslandırmamışdır. 66 nəfər (4,41%) abituriyent bu sualı cavablandırmaqdan imtina
etmişdir.
Anketin  “İmtahan suallarının çətinlik dərəcəsi barədə fikriniz” bəndinə  abituriyentlərdən
1004 nəfər (67,15%) sualların çətin olmadığını, 195 nəfər (13,04%) çətin olduğunu bildirmişdir.
Sualların çətinlik dərəcəsinin artırılması və azaldılmasına münasibət belə olmuşdur: 128 nəfər
(8,6%) sualların çətinlik dərəcəsinin artırılmasını,   159 nəfər (10,63 %) azaldılmasını  təklif
etmişdir. 9 nəfər ( 0, 6%) sualı cavablandırmamışdır.
“İmtahan vaxtı barədə nə deyə bilərsiniz?” sualına da cavablar maraqlı olmuşdur.
Abituriyentlərin   1264 nəfəri ( 84,54%) hesab edir ki, qəbul imtahanına  ayrılan vaxt kifayət
qədər idi. 64 nəfər (4,3%) abituriyent imtahanda test tapşırıqlarını cavablandırmaq üçün
ayrılan vaxtın çox olduğunu, 161 nəfər (10,76%) az olduğunu bildirmişdir.  6 nəfər (0,4 %)
suala cavab verməkdən imtina etmişdir. 
Abituriyentlər imtahan suallarının sayı barədə də rəylərini bildirmişlər. Sorğuda iştirak edən 1495
nəfərin 1430‐u (95,7%) sualların sayının kifayət qədər olduğunu, cəmi 45 nəfər (3,01%) çox
olduğunu, 15 nəfər isə (1%) az olduğunu qeyd etmişdir. 5 nəfər ( 0,33%) suala cavab verməmişdir.
Anket sorğusunda yüksək nəticə göstərmiş gənclərə qəbul imtahanına  hazırlıqla bağlı öz iş
təcrübələri barədə fikirlərini, gələcək abituriyentlərə məsləhət və tövsiyələrini bildirməyə də
imkan yaradılmışdı. 

ÁÈËÈÊ ÉÀÐÛØÛÍÛÍ ÞÍÚÖËËßÐÈ
158
Aşağıda qəbul imtahanlarında yüksək nəticə göstərmiş gənclərin imtahana hazırlıqla bağlı öz iş
təcrübələri barədə fikirlərindən nümunələri təqdim edirik.
Bilik yarışı öncüllərinin gələcək abituriyentlərə
məsləhət və tövsiyələri
I qrup 
Məmmədli İsa Elşad oğlu (700 bal)
Dərslərə məqsədyönlü, planlı, sistemli şəkildə hazırlasınlar. İstirahət və dərs vaxtlarını
düzgün bölsünlər. Әmin olsunlar ki, bu qaydada hazırlıq uğur gətirəcək.
Abbasov Nihad Natiq oğlu (700 bal)
Fikrimcə, uğurlu nəticə əldə etmək üçün əsas bilik mənbəyi məktəb təhsilidir. X‐XI siniflər ‐
dəki hazırlıq qazanılan biliklərin artırılması və möhkəmləndirilməsi məqsədi daşımalıdır.
Odur ki, məktəb dərslərinə gündəlik hazırlaşmaq lazımdır. Yalnız repetitorun köməyi ilə
yüksək nəticə əldə etməyə ümid etmək olmaz. 
Allahverdiyev Әli Allahverdi oğlu (700 bal)
Sistemli şəkildə hazırlaşsınlar, dərslərə həvəslə yanaşsınlar.
Müslimov Azər Məmmədhüseyn oğlu (695 bal)
Qəbul imtahanına hazırlıq zamanı çox oxumaqla yanaşı, yaxşı qidalanmaq, normal yatmaq
da lazımdır. 
Namazov Nadir Mehdi oğlu (695 bal)
Aşağı siniflərdən dərslərə ciddi yanaşsınlar. “Gələcəkdə repetitor yanına gedəcəyəm”
deyib dərs oxumaqdan yayınmasınlar. Әgər məktəb təhsili müddətində yaxşı oxusalar, onlar
üçün yüksək bal toplamaq daha asan olar.   
Yusifov Elgün Eldar oğlu (695 bal)
Qəbula hazırlıq prosesində ən önəmli məsələ abituriyentin özü üçün rejim qurmasıdır.
Dərsdən yayınmamaq üçün sosial şəbəkələrdən, mobil telefonlardan uzaq durmaq,
əyləncələri arxa plana keçirmək lazımdır. İdmanla məşğul olmaq isə mütləqdir.
Zəkizadə Nərmin Nizami qızı (691 bal)
Qəbula yalnız məktəbin son siniflərində hazırlaşmaqla yüksək nəticə əldə etmək mümkün
deyil. Bunun üçün aşağı siniflərdən başlayaraq dərslərə ciddi, məsuliyyətlə yanaşmaq, bütün
dərs tapşırıqlarını yerinə yetirmək, testlərlə işləməyə daha çox vaxt ayırmaq lazımdır. TQDK‐nın
təşkil etdiyi sınaq imtahanlarında iştirak etməyi, “Abituriyent” jurnalının nəşr etdiyi
vəsaitlərdən faydalanmağı məsləhət görürəm.   
Quluzadə Gülnarə Kamal qızı (677 bal)
Gələcək abituriyentlərə məsləhətim odur ki, özlərinə inamlı və qətiyyətli olsunlar. Qəbul
imtahanında yüksək nəticə göstərmək üçün, ilk növbədə özlərinə üç şeyi aşılasınlar: 1. inam;
2. səbir; 3. məqsəd. Әziz abituriyentlər, qəbul imtahanı gününə qədər çalışsanız, zəhmətinizin
bəhrəsini görəcəksiniz.

159
TӘHSİLӘ QAYĞI GӘLӘCӘYİMİZӘ QAYĞIDIR
İbrahimli Fərid Firşad oğlu (649 bal)
Vacib olan çox oxumaq yox, keyfiyyətli oxumaqdır. Qəbulqabağı nəticələriniz aşağı düşsə
və yaddaşınızda durğunluq hiss etsəniz, həvəsdən düşməyin. Belə bir hal məndə də olmuşdu.
Bu zaman müəyyən vaxt ərzində özünüzə istirahət verin, təmiz havada piyada gəzin. Bu
keçici bir durumdur, ruhdan düşməyin. Әn önəmlisi isə özünüzə inamınızı itirməyin.   
Fərziyeva Gülgün Hatəm qızı (636 bal)
Әn əsası odur ki, qarşılarına aydın məqsəd qoysunlar, mütəmadi çalışsınlar. Bir
müəllimim həmişə deyirdi: “600 bal toplamaq üçün bilik lazımdır, 600‐dan yuxarı nəticə
göstərmək üçün isə daha üç şeyin – diqqət, şans və psixoloji durumun yaxşı olması gərəkdir”.  
II qrup 
Musazadə Fidan Ruslan qızı (681 bal)
Hazırlıq prosesində sistemli oxumaq lazımdır. Öyrənilənləri mütəmadi təkrar etmək
vacibdir. İmtahan zamanı isə, gərək, özünü itirməyəsən. Test tapşırıqlarının şərtini diqqətlə
oxuyub, sonra cavablandırmaq lazımdır. 
İsmayılov Fərid Elxan oğlu (680 bal) 
Hazırlıq müddətində vaxtınızı düzgün bölüşdürün.  Bu günün işini sabaha saxlamayın.
İmtahanda isə bilgilərinizi maksimum ortaya qoyun, təmkinli, soyuqqanlı, diqqətli və iradəli
olun. 
Nəzirov Mahir Müqəddəs oğlu (677 bal)
Aşağı siniflərdən başlayaraq dərslərə ciddi, məsuliyyətlə yanaşın. Qəbula hazırlıq
mərhələsində ciddi rejimlə çalışın. Çoxlu test tapşırıqları həll edin. Qəbul imtahanına 2‐3 gün
qalmış isə mümkün qədər özünüzü yormayın, çoxlu dincəlin. 
Bağırov Kənan Yəhya oğlu (677 bal)
Səbir, iradə və əzm abituriyentlərin  öz məqsədlərinə nail olmasına kömək edir.
Məmmədli Yusif Tapdıq oğlu (675 bal)
Qəbul imtahanına hazırlıq gərgin bir prosesdir. Həyatınızın bu məsuliyyətli dövründə
vaxtınızın qədrini bilin, ondan maksimum dərəcədə səmərəli istifadə edin. Çünki bu prosesdə
vaxtın neçə keçdiyini bilmək, hiss etmək olmur. Ona görə çalışın vaxtınızı hazırlıq müddə ‐
tində düzgün böləsiniz.
Həsənova Aysel Arzu qızı (674 bal)
Gələcək abituriyentlərə dərslərinə ciddi hazırlaşmağı, daim yeni biliklər qazanmağa həvəs
göstərməyi tövsiyə edirəm. 
Kərimli Ülkər Mübariz qızı (674 bal)
Gələcək abituriyentlərə çox çalışmağı, hər gün, hər saat nə isə öyrənməyi məsləhət
görürəm. Yalnız davamlı, sistemli, bütün imkanlarını səfərbər etməklə çalışmaq sayəsində
qarşıya qoyulan məqsədə nail olmaq olar. Dərs oxumaqdan, öyrənməkdən, test tapşırıqlarını
həll etməkdən zövq almağı, həvəslə işləməyi tövsiyə edirəm. 

Yüklə 10,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin