Редаксийа щейяти



Yüklə 2,79 Mb.
Pdf görüntüsü
səhifə211/298
tarix02.01.2022
ölçüsü2,79 Mb.
#2277
1   ...   207   208   209   210   211   212   213   214   ...   298
 
 
154 
sistem və funksiyalarının  formalaşmasının vacib  şərtidir. Onlar uşaq şəxsiyyətinin  yeni  duy-
ğular, anlayışlar, təsəvvürlərlə zənginləşdirir.  
Fiziki tərbiyəsi sahəsində məktəbəqədər yaşlı uşaqların təhsilinə optimal yanaşmaların 
axtarışı pedaqoqlar, həkimlər, psixoloqlar və digər mütəxəssislərin tədqiqatlarına əsaslanır. 
Respublikamıza  müasir  mərhələdə  məktəbəqədər  təhsilin  yeniləşməsi  fəal  şəkildə 
həyata  keçirilir.  Bu  işdə  Heydər  Əliyev  Fondunun  və  bilavasitə  fondun  prezidenti,  millət 
vəkili Mehriban Əliyevanın fəaliyyəti xüsusi təqdirə layiqdir. Gələcəkdə  istehsalatda  yüksək 
nəticələr  göstərə biləcək və vətən torpağını layiqincə  müdafiə  edə  biləcək, hormonik  inkişaf 
etmiş  sağlam  şəxsiyyətin  formalaşması  ümumiyyətlə  təhsilin  və  eyni  zamanda  fiziki  tər-
biyənin  məqsədidir.  Qeyd  etmək  lazımdır  ki,  fiziki  tərbiyə  sahəsində  məktəbəqədər  yaşlı 
uşaqların təhsilinin təkmilləşdirilməsi bir sıra amillərlə bağlıdır: 
Məktəbəqədər  yaşlı  uşaqların  təlimi  üçün  məktəblilərin  və  yaşlıların  fiziki  tərbiyə-
sindən istifadə olunan yeni sağlamlaşdırıcı texnologiyaların modivikasiyası; 
Məktəbəqədər müəssisələrdə uşaqların fiziki cəhətdən təkmilləşdirilməsinin effektivli-
yinin müxtəlif variantlarının gözdən keçirən məktəbəqədər yaşlı uşaqların fiziki tərbiyəsi sa-
həsində  elmi-tədqiqatların aparılması; 
Məktəbəqədər  təhsil  müəssisələri  üçün  uşaqların  fiziki  tərbiyəsinin  müasir  qabaqcıl 
metodikalar əsasında təşkil etmək üçün yeni tədris proqramları, metodik vəsaitlərin yazılması; 
Məktəbəqədər  yaşlı  uşaqların  fiziki  tərbiyəsinin  yüksək  səviyyədə  təşkili  üçün  aşağı-
dakı  vəzifələr  mövcuddur;  uşaqların  səhhətinin  qorunması  və  möhkəmləndirilməsi,  fərdi 
xüsusiyyətlərinə  müvafiq  olaraq  uşaq  üçün  həyatı  əhəmiyyət  kəsb  edən  hərəki  bacarıqların 
formalaşdırılması,  hərəki  qabiliyyətlərin  inkişafı,  fiziki  tərbiyə  barədə  ilkin  nəzəri  biliklərin 
toplanılması, hərəki fəallığa uşaqların ehtiyacını reallaşması üçün şəraitin yaradılması, sağlam 
həyat tərzinə ehtiyacın tərbiyə edilməsi, fiziki və psixoloji rifahın təmin olunması. 
Qeyd olunan vəzifələrin respublikada müvəffəqiyyətli həlli yalnız fiziki tərbiyənin bü-
tün vasitələrindən səmərəli istifadəsi şərti ilə mümkündür.  
İnsan həyatında физики tərbiyəнин зярурилийи və əhəmiyyəti nöqteyi-nəzərindən bun-
ların hər birinin rolunu qısaca açıqlayaq: 

Yüklə 2,79 Mb.

Dostları ilə paylaş:
1   ...   207   208   209   210   211   212   213   214   ...   298




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin