Rbaycan respubl


Fənn: Tibbi sosial reabilitasiya



Yüklə 0,56 Mb.
Pdf görüntüsü
səhifə59/60
tarix02.01.2022
ölçüsü0,56 Mb.
#40306
1   ...   52   53   54   55   56   57   58   59   60
Tibbi sosial reabilitasiya

Fənn: Tibbi sosial reabilitasiya 

 

ġöbə: “Mamalıq iĢi” 

35 

 

MÖVZU:  18 



 

SĠNĠR SĠSTEMĠ XƏSTƏLĠKLƏRĠNDƏ  MBT 

 

Sinir sistemi xəstəlikləri bir sıra hərəki pozğunluqlara səbəb ola bilər. Bunlara ifliclər, parezlər 

və hiperkinezlər aiddir.  

İflic (və ya plegiya) -hərəki funksiyaların tam itməsi, parez-hissəvi, yəni qismən itməsidir. Bir 

ətrafın iflici monoplegiya, bir tərəfdə hər iki ətrafın iflici hemiplegiya, dörd ətrafın da iflic olması 

tetraplegiya adlanır.  

İfliclər süst və spastik ola bilər. Süst iflicdə iradi və qeyri-iradi hərəkətlər, vətər refleksləri tam 

itir, əzələlər atrofiyaya uğrayır. Spastik iflicdə iradi hərəkətlər itir, əzələ tonusu və vətər refleksləri isə 

güclənir.  

Hiperkinezlər-fizioloji  əhəmiyyət  kəsb  etməyən,  qeyri-iradi,  təhrif  olunmuş  hərəkətlərdir. 

Bunlara qıcolmalar, atetoz (barmaqların və gövdə əzələlərinin yavaş və qurdabənzər yığılmaları- xəstə 

yeriyərkən bədəni spiral kimi qıvrılır) və əsmələr aiddir.  

Çox  vaxt  sinir  sistemi  xəstəliklərində  hərəki  pozğınluqlarla  yanaşı  hissi  pozğunluqlar  da 

müşahidə  edilir.  Hissiyyatın  tam  itməsi  anesteziya,  azalması-hiposteziya,  yüksəlməsi-hipersteziya 

adlanır. Hissi pozğunluqlar ən çox periferik sinirlərin, onurğa beyninin və baş beyinin təpə nahiyəsinin 

xəstəliklərində və zədələnmələrində rast gəlinir.  

Orqanizmdə sinir sisteminin xəstəlikləri nəticəsində bir çox patoloji vəziyyətlər, xüsusilə trofik 

pozğunluqlar meydana çıxır: daxili orqanların fəaliyyəti pozulur, dəri quruyur, çatlayır, yataq yaraları 

əmələ  gəlir,  sümüklər  kövrəkləşir  və  s.  Sadalanan  sinir  sistemi  xəstəlikləri  müasir  dövrdə  uğurla 

müalicə olunur. Xəstələrin müalicə və reabilitasiyasında müalicəvi bədən tərbiyəsi xüsusi rol oynayır. 

MBT-nin köməyi ilə sinirlərdə pegenerasiya (bərpa) proseslərinə təkan verilir, bu da sinir keçiriciliyini 

bərpa  edir,  pozulmuş  hərəki  və  digər  funksiyalar  yaxşılaşır.  Həmçinin,  zədələnmiş  nahiyədə  sinirin 

trofikası  yaxşılaşır  ki,  nəticədə  bitişmələr  və  çapıqlar  kimi 

deformasiyaların  qarşısı  alınır.  MBT  həm  periferik  sinirlərin 

travmasında,  həm  də iltihabında tətbiq olunur. Əks-göstəriş xəstənin 

ümumi vəziyyətinin ağır olması və şiddətli ağrılardır.  

MBT  məşğələləri  baş  beyinin  və  onurğa  beyinin  funksiyasını 

bərpa  edən  müalicəvi-tərbiyəvi  proses  olub  xəstənin  mümkün  qədər 

aktiv iştirakı ilə aparılır. MBT məşğələləri fiziki təsirlə yanaşı xəstəyə 

psixoterapevtik  təsir  göstərir,  onun  ümumi həyat tonusunu yüksəldir, 

itirilmiş  funksiyaların  bərpasına  və  kompensasiyasına  səbəb  olur. 

Nevrozlarda  MBT-fiziki  hərəkətlərlə  yanaşı  təbii  amillərdən  istifadə  müalicənin  effektini  daha  da 

artırır. Müalicəvi gimnastika və tənəffüs gimnastikası xəstəliyin əsas patofizioloji təzahür formalarına 

təsir  edir,  sinir  proseslərini  tənzimləyir  və  koordinasiya  edir.  Sinir  sistemi  ilə  yanaşı  ürək-damar, 

tənəffüs, dayaq-hərəkət və s. sistemlərin də fəaliyyəti normallaşır.  

İnsult zamanı MBT-hissi və hərəki funksiyalara təsir edir. Bu xəstələrdə tənəffüs gimnastikası 

ağciyər ventilyasiyasını və xarici tənəffüsü yaxşılaşdırır.  

Xəstələrdə MBT hərəkətləri tənəffüs gimnastikası ilə başlayır. 3-6 dəq ərzində xəstə dərindən, 

aramla nəfəs alib-verir. Əgər bəlğəm varsa xəstə mütləq onu ifraz etməlidir. Xəstələrə həmçinin, gün 

ərzində rezin şar üfürmək də məsləhət görülür.  

Xəstəliyin  ilk  dövrlərində  xəstə  kifayət  qədər  aktiv  deyilsə  təlimatçının  köməyi  ilə  passiv 

tənəffüs gimnastikası icra edilir. Bunun üçün təlimatçı xəstənin yan tərəfində dayanır və əllərini onun 

döş  qəfəsinə  qoyur.  Xəstə  nəfəs  verdikdə  təlimatçı  döş  qəfəsinə  yüngül  təzyiq  edir  və  bununla 

nəfəsveməni  gücləndirir.  Nəticədə  tənəffüs  aparatı  qıcıqlanır  və  xəstə  daha  dərin  nəfəs  alır.  2-3 

hərəkətdən sonra fasilə verilir, xəstə sərbəst 6-7 dəfə tənəffüs edir. Sonra təlimatçı yenidən nəfəsvermə 

zamanı döş qəfəsinən digər nahiyəsinə təzyiq edir. Hər dəfə döş qəfəsinə təzyiq bir qədər artırılır. 

Passiv tənəffüs gimnastikası sutkada 5-6 dəfə, 10-15 dəq aparılır.  




Yüklə 0,56 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin