Ramiz Dəniz


Nəsirəddin Tusinin siyasəti



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə7/25
tarix21.04.2017
ölçüsü2,55 Mb.
#15214
1   2   3   4   5   6   7   8   9   10   ...   25

           

Nəsirəddin Tusinin siyasəti 

 

Monqollar Əfqanıstana, İrana, Yaxın Şərqə və Qafqazın 



şimalına  basqın  edəndə  onların  dini  etiqadı  olmamışdır. 

Onlar  da  pərəstiş  edir  və  ruhlara  inanırdılar.  Tatarlarla 

yanaşı  nəsranilər,  yakobitlər  –  Şərqdəki  qədin  xristian 

kilsəsinin  qalıqları,  katoliklər,  pravoslavlar  yaşayırdılar. 

Monqollar  heç  bir  dinə  mənsub  olmadıqları  üçün  Avropa 

monarxları,  xüsusən  də  Roma  papası  istəyirdi  ki,  onlar 

xristian  dinini  qəbul  etsinlər.  Roma  papası  dinlə  əlaqədar 

olaraq  minqol  hökmdarlarının  iqamətgahına  öz  elçilərini 

göndərdilər.  Lakin  bu  işdə  müsəlmanlar  qalib  gəlirlər. 

Berke  xan  (1201-1266)  hakimiyyətdə  olanda  (1257-1266) 

İslam  dinini  qəbul  etmiş  və  köçəri  monqollar  müsəlman 

kimi  fəaliyyət  göstərməyə  başlamışdılar. Rus torpaqlarının 

böyük bir hissəsi Berke xanın nəzarəti altında idi və o, ilk 

dəfə olaraq Rus xalqlarını siyahıya almışdı. 



                                                     

 

  



                                                                            

                                                    

97 

Azərbaycan  Hülaku  xan  tərəfindən  işğal  edildiyinə 



baxmayaraq, Berke xan da həmin ölkəni işğal etmək fikrin-

də idi. Bu haqda V. Şklovski Marko Polonun “Səyahətna-



mə” əsərindən  bir  mənbə  kimi  istifadə  edərək  yazır:  “Hü-

laku  xandan  sonra  Berke  xan  da  Azərbaycanı  işğal  etmək 

istəyir. 

Kür  çayının  aşağısında  çox  gözəl  otlaqlar  vardı.  Mal-

qara qışı həmin otlaqlarda keçirir, yayda isə dağlara aparı-

lırdı. Azərbaycanda çoxsaylı sənətkarlar vardı, orada isteh-

sal olunan parçalar, xalçalar və qılınclar dünyaya yayılırdı. 

Lakin Azərbaycan Hülaku xan tərəfindən fəth edilmişdi 

və  o,  bu  vilayəti  çox  qiymətləndirirdi.  O,  Təbrizi  özünün 

paytaxtı elan edir. 

Qızıl Orda və monqol hökmdarları öz aralarında, 100 ilə 

yaxın Azərbaycan uğrunda müharibələr aparmışdılar.

1

 

Həqiqətən  də  Hülaku  xan  və  Berke  xanın  qoşunları 



Dərbənd qalası yaxınlığında bir-biriləri ilə toqquşur. 1259-

cu ildə baş verən həmin döyüşdə Berke xan məğlub olur və 

onun  qoşunları  Terek  çayının  arxasına  çəkilir.  Hər  şey 

sakitləşəndən  sonra  o,  döyüş  meydanında  minlərlə  meyidi 

görərək, öz-özünə məyus halda deyir: “Əgər, biz bir yerdə 

olsaydıq, onda bütün dünyanı fəth edərdik”. 

                                                 

        1

 В. Шкловский. Земли разведчик. М., «Молодая гвардия», 1966 


                                                     

 

  



                                                                            

                                                    

98 

Maraqlı  odur  ki,  həmin  döyüşdə  Tusi  Hülaku  xanı 



müşayiət  etmişdi,  ya  yox?  Axı,  tarixdən  bəllidir  ki,  dünya 

şöhrətli  alim  monqol  hökmdarını  demək  olar  ki,  bütün 

müharibələrdə  müşayət  etmişdi.  Sirr  deyil  ki,  ağır  əməliy-

yatlar  zamanı  Hülaku  xan  daim  ondan  lazımlı  məsləhətlər 

almışdı. 

Bir  çox  İslam  tarixçiləri  Tusini  monqol  işğalçıları  ilə 

birlikdə Bağdad Xilafətinin məhvində  fəal iştirak etməyini 

pisləyirlər.  Həmin  dövrdə  Yaxın  Şərq  üçün,  o  cümlədən 

Azərbaycan  üçün  həm  Bağdad  Xilafəti,  həm  də  monqol 

işğalçıları eyni dərəcədə faciə idi. Lakin onlar bir-birilərilə 

toqquşmaqla öz güclərini zəiflətmiş olurdular. 

Qeyd etməliəm ki, Bağdadın işğalı zamanı Hülaku xanı 

müşayiət  edən  Tusi,  şəhərdəki  alimlərin,  qadınların  və 

uşaqların xilas olunmasında əvəzsiz rol oynamışdı. O, Bağ-

dadın işğalından sonra  Hülakunun siyasətini dəyişməyə və 

yeni kütləvi qırğınların qarşısını almağa nail olmuşdu. 

Tarixdən  bəllidir  ki,  Bağdada  yaxınlaşan  Hülaku  xan 

eyni  zamanda  Səlcuq  türklərinin  məskunlaşdığı  ərazinin 

sərhədində ayaq saxlayır. O, iki seçim qarşısında qalır: ərəb 

Xilafətinin sonuncu sığınacaq yeri sayılan Bağdad şəhərinə 

və  yaxud  da  Konstantinopolun  divarlarına  qədər  uzanan 

səlcuqilərin  ərazisinə  hücum  etsin.  Hülaku  xan  elə  bir 

addım  atmalı  idi  ki,  yaratdığı  “Elxanilər”  dövləti  bunun 


                                                     

 

  



                                                                            

                                                    

99 

nəticəsində  azacıq  da  olsun  zəifləməsin.  Əlbəttə,  belə  bir 



dövlət əhəmiyyətli addımı atmaq üçün uzaqgörən hökmdar 

sözsüz halda öz vəzir-vəkillərindən məsləhət almalı idi. Bu 

işdə Tusinin məsləhəti onun üçün çox vacib sayılırdı. Lakin 

belə bir məsələlərdə Azərbaycan alimi güclü opponentlərlə 

üzləşirdi. 

Tusinin elmi dühası hamı tərəfindən şəksiz qəbul olunsa 

da,  dini  baxışları,  istər  öz  sağlığında,  istərsə  də  sonralar 

mübahisələrsiz ötüşmədi. Onu müsəlmanlara qarşı çıxmaq-

da,  monqollara  kömək  etməkdə,  Bağdada  hücumu,  xəlifə-

nin  qətlini  Hülaku  xana  məsləhət  görməkdə,  hətta  kafir 

olmaqda  günahlandırırdılar.  Tusinin  cavabı  qısa  idi:  “Mən 

müsəlmanam,  ona  görə  də  mənim  haqqımda  deyilənlər 

başqa bir şey deyildir”. 

“Ustadi-bəşər”  adlandırılan  Tusini  kafir  adlandırmaq  ən 

azı  böyük  əxlaqsızlıq  və  böhtan  sayılırdı.  Ona  görə  ki,  o, 

İslam  dininin  sədaqətli  bəndəsi  və “Qurani-Kərim”in 

dərin  bilicilərindən  biri  idi.  Alimin  müdrük  kəlamlarında, 

dinlə əlaqədar olan ifadələri eşitmək olur. Tusi deyirdi: 



   “Hökm hamıdan qüdrətli və tək olan Allahın hökmüdür”. 

   “Din qaydadır, dövlət onun sütunları”. 

   “Müsəlmanlar əldirlər. Əl-ələ verib birləşsələr bir bədən 

olarlar”. 

                                                     

 

  



                                                                            

                                                    

100 

İslam  tarixçiləri  Bağdad  Xilafətinin  məhv  edilməsində 



Tusini  günahlandırsalar  da,  bu  yolda  onların  səhv  mövqe-

dən  çıxış  etdiklərini  başa  düşmək  çətin  deyil.  Bunu 

əsaslandırmağa çalışacağam. 

Tarixi  qaynaqlarda  göstərilir  ki,  İran  və  Azərbaycan 

əraziləri  hələ  1221-ci  ildə  Çingiz  xanın  göndərdiyi  qoşun 

tərəfindən viran edilir. Monqollar öz hökmranlığını Cənubi 

Qafqazda  bərqərar  etməkdən  ötrü  Hülaku  xanı  70  minlik 

ordu ilə Qərbə göndərir. Bu qərar, Menqu xan Qaraqorum-

da  keçirilən  qurultayda  monqolların  böyük  xanı  elan  olu-

nandan  sonra  çıxarılır.  Monqol  qoşunları  işğalçılıq  yürü-

şünə  başlayanda,  qarşılarına  çıxan  hər  bir  siyasi  və  hərbi 

qüvvəni  fiziki  cəhətdən  məhv  edirdilər  ki,  arxada  onlara 

qarşı heç bir təxribat və ya terror aktları törədilməsin. 

Xorezm  darmadağın  ediləndən  sonra  Məhəmməd  şahın 

oğlu Cəlaləddin atasının yerinə taxta keçir (1221-1231) və 

monqol  qoşunlarına  müqavimət  göstərmək  üçün  Əfqanıs-

tana  və  İrana  çəkilir.  İsmaili  dövlətinin  hökmdarı  Ələddin 

(1212-1255)  hakimiyyətə  9  yaşında  (1221)  yiyələnir.  Həd-

di-buluğa  çatanda  onun  siyasətində  neytrallıq  hiss  olundu. 

O,  yaxınlıqda  olan  monqolların  düşməni  Cəlaləddin  ilə 

ittifaq bağlayır. Bu haqda Cəlaləddinin katibi olmuş tarixçi 

Nəsəvi  öz  əsərində  yazır:  “İsmaililərin  ilk  dəfə  Cəlaləddin 

ilə  görüşməsi  hicri  tarixi  ilə  624,  miladi  tarixi  ilə  1226-


                                                     

 

  



                                                                            

                                                    

101 

1227-ci  ilə  təsadüf  edir  və  birincilər  bu  görüş  üçün  böyük 



səy göstərmişdilər”. 

İsmaililərlə  Cəlaləddinin  arasında  bir  neçə  dəfə  müna-

qişə  baş  versə  də,  onun  vəziri  Şərəf  əl-Mülk  Gəncədə  və 

Beyləqanda  fəaliyyət  göstərə-göstərə,  ismaililərlə  barışığa 

üstünlük vermişdi. Cəlaləddindən çox o, ismaililərə yaxın-

lıq  etmişdi.  Bu  haqda  İ.  Patruşevski  belə  qeyd  vermişdi: 

“Şərəf  əl-Mülkün  fəaliyyəti  Cəlaləddinin  epopeyasında 

faciəli  rol  oynamış  və  onun  ölümünün  sürətlədirilməsinə 

gətirib çıxarmışdı”.

1

 



Hülaku  xan  İrana  yürüş  etməmişdən  əvvəl  oradakı  və 

Yaxın  Şərqdəki  siyasi  vəziyyətlə  tanış  olmuşdu.  Cəlaləd-

din,  Ələddin,  Müstəsim  və  səlcuq  türkləri  bir-birilərilə 

düşmən idilər. Elə  Hülaku xan da bu əlverişli  vəziyyətdən 

istifadə edir.

2

 



1252-ci  il  avqust  ayında  Hülaku  xanın  ordusunun  avan-

qardında  olan  monqol  sərərdəsi  Kitbuka  noyon  12  minlik 

qoşun  ilə  Qaraqorumdan  qərb  istiqamətində  yürüşə  yolla-

nır.  Məhərrəm  ayının  əvvəli  651-ci  ildə  (Hicri  –  R.  Q.) 

(1253-cü  il  mart  ayı)  o,  Əmudərya  çayını  keçərək,  Kuhis-

                                                 

        

1

  И.  П.  Патрушевский.  Вазир  Шараф  ал-Мульк.  –  Ближний  и 



Средний Восток. Москва, 1962. стр. 39 

           2 

Рашид-ад-дин.  Сборник  летописей.  Перев.  с  персидского  А.  К. 

Арендса.  Под  редак.  А.  А.  Ромаскевича,  Е.  Э.  Бертельса  и  Ю. 

Якубовского. М.-Л., III том. 1946. стр 26  


                                                     

 

  



                                                                            

                                                    

102 

tanda hərbi əməliyyatlara başlayır. Bu vilayətin bir hissəsi-



ni işğal edəndən sonra Kitbuka noyon beş minlik süvari və 

piyada qüvvə ilə Girdkux qalasını mühasirəyə alır”. 

Güclü  ordunun  başında  duran  Hülaku  xan  1253-cü  ildə 

İranın  sərhədini  keçərək  həşşaşilərin,  vaxtı  ilə  yaratdıqları 

İsmaililər  dövlətinin  ərazisinə  hücum  edir.  İranı  asanlıqla 

ələ  keçirən  monqollar  həşşaşilərin  güclü  müqaviməti  ilə 

üzləşirlər. Kuhistan İsmaililərin rəhbəri öz ölkəsinin dağlıq 

ərazisində  onlarla  ələ  keçirilməz  qalanın  –  “Əlamut”, 

Girdqux, Lamasar və s.  – sahibi sayılırdı. Hülaku xan çox 

yaxşı  bilirdi  ki,  həşşaşilər  Bağdad  Xilafətinin  müttəfiqidir 

və  onlar  regionda  öz  döyüşkənliyi  ilə  monqolların  güclü 

rəqibi  sayılırlar.  Bacarıqlı  siyasətçi  və  təcrübəli  sərkərdə 

kimi  tanınan  monqolların  rəhbəri,  İsmaililərin  alınmaz 

qalalarını bir başa hücum vasitəsilə ələ keçirməkdən boyun 

qaçırır və onlardan bir çoxunu mühasirəyə alır. Hülaku xan 

İsmaililərə  bildirir  ki,  artıq  qan  tökülməsin  deyə  qalalar 

döyüşsüz təslim olsunlar. 

Lakin buna baxmayaraq, monqolların Kuhistanda müha-

sirəyə aldıqları ilk qala (Girdkux) 20 il müqavimət göstərir 

və yalnız Abaqa xanın dövründə (1265-1282) işğal edilir. 

 Hülaku  xan  ismaililərin  dövlətini  fəth  edərkən  Çingiz 

xanın  prinsipi  ilə  hərəkət  edirdi;  müqavimət  göstərən 

öldürülsün,  təslim  olan  rəhm  edilsin.  Lakin  hökmdar  bu 


                                                     

 

  



                                                                            

                                                    

103 

kontekstdən  kənara  çıxmışdı.  O,  öz  əsgərlərinə  əmr 



vermişdi  ki,  yaşından  asılı  olmayaraq  hamı  öldürsün.  Bir 

neçə  il  ərzində  demək  olar  ki,  onların  kökü  kəsilir.  Mon-

qollar  bu  regionu  ələ  keçirərkən,  ilk  növbədə  Cəlaləddini, 

sonra  Ələddini  və  Ruhnəddini,  daha  sonra  isə  Bağdad 

xəlifəsi Müstəsimi fiziki cəhətcə məhv edirlər. 

 

  



 

      Hülakü xan və Doqquz xatun. Cami ət-tavarix əlyazması.  

                                         (XIV əsr) 

 

Yersiz qığınlara sinə gərən Tusinin bu haqda çox gözəl 



fikirləri var: “Qələbədən sonra, əlbəttə, başdantutma edama 

                                                     

 

  



                                                                            

                                                    

104 

başlamamalı,  kin  və  nifrətdən  əl  çəkməli,  ədavətə  son 



qoymalıdır,  çünki  qələbədən  sonra  məğlub  edilmişlər 

qulam və rəiyyət yerində olarlar... 

 Əfv  edib  bağışlayan  şahlar  bağışlamayanlardan  daha 

yaxşıdır,  çünki  gücü  göstərdikdən  sonra  bağışlamağın 

başqa hüsnü var”.

1

 



Uzun  danışıqlardan  sonra  sonuncu  ismaili  rəhbəri 

Ruhnəddin Xurşax ibn Ələddin ibn Cəlaləddin (1255-1257) 

əlliyə  yaxın  qalanı,  o  cümlədən  “Əlamut”  qalasını 

monqollara  təslim  edir.  Ruhnəddinin  Hülaku  xana  təslim 

olmaqda  şəxsən  Tusi  özü  başqa  müdrik  şəxslərlə  birlikdə 

vasitəçi rolunu oynamışdır. 

Orta  əsr  tarixçisi  Cüveyni  bildirmişdi  ki,  “Əlamut”un 

tutulması monqolların gözlədiyi kimi olmamışdır. Ruhnəd-

din  monqolların  göstərişi  ilə  40-a  yaxın  qalanı  sökdürür, 

lakin  monqolların  ilk  hücumunu  dəf  edən  “Əlamut” 

müdafiəçiləri, hətta qalanın divarlarına Hülaku xanın böyük 

bir  qoşunu  yaxınlaşanda  belə  təslim  olmaqdan  boyun 

qaçırırlar.  Monqollar  Ruhnəddini  müdafiəçilərin  üstünə 

göndərirlər  ki,  qala  təslim  olsun.  Lakin  bu  heç  bir  nəticə 

vermir.  Qalanın  komendantı  Müqəddəm  çox  tərs  adam  idi 

və  müvəqqəti  olaraq  təslim  olmaq  istəmirdi.  Hülaku  xan, 

                                                 

         1 

Xacə  Nəsirəddin  Tusi.  Rəhim  Sultanovun  farscadan  tərcüməsi. 

Əxlaqi-Nasiri. Bakı, “Lider nəşriyyat”, 2005. səh.235 



                                                     

 

  



                                                                            

                                                    

105 

şahzadə  Baqataya  göstəriş  verir  ki,  böyük  bir  qüvvə  ilə 



qalanı  mühasirəyə  alsın,  özü  isə  Lamasara  yollanır. 

Şahzadənin  başçılığı  altında  monqollar  üç  gün  dalbadal 

“Əlamut”a  hücum  edir,  lakin  uğursuzluqla  geri  çəkilməyə 

məcbur  olurdular.  Sonradan  qarnizon  təslim  olmaq  üçün 

danışıqlar aparmağa başlayır. 

Lyudmila  Stroyeva  “XI-XIII  əsrlərdə  İranda  İsmaili-



lər  dövləti” əsərində  “Əlamut”  qalasının  alınması  barəsin-

də yaxşı məlumat verir: 

“Əlamut”un  müdafiəçiləri  təslim  olmaq  üçün  Ruhnəd-

dini  vasitəçi  kimi  Hülaku  xanın  yanına  göndərir.  İşi  belə 

görən  xan,  əfv  etmək  üçün  onu  qalaya  göndərir.  Qalanın 

müdafiəçilərinə  icazə  verilir  ki,  üç  gün  müddətinə  kimin 

gücü nəyə çatırsa, qoy oradan çıxartsın. Hülaku xan qalanın 

qülləsinə  yuxarı  qalxmağa  Ruhnəddinə  icazə  verir  və  özü 

oradan dərin uçuruma baxanda dəhşətə gəlir. Bundan əlavə 

qalada həddindən artıq çoxlu ərzaq ehtiyatı vardı. Onun bir 

hissəsi hələ Həsən ibn Səbbahın dövründən qalmışdı. 

Cüveyni oradakı əl işləri ilə tanış olandan sonra Hülaku 

xana  məsləhət  görür  ki,  həmin  kitabxanaya  heç  bir  zərər 

dəyməsin.  Bütünlüklə  oradakı  elmlə  bağlı  olan  işlər  tarix-

çinin öhdəsinə verilir. Cüveyni əmr edir ki, “Əlamut” kitab-

xanasında  olan  astronomik  alətlər,  Quran,  qiymətli  əlyaz-

malar  saxlanılsın,  yalnız  ismaili  cərəyanı  ilə  əlaqəli  olan 


                                                     

 

  



                                                                            

                                                    

106 

bütün  əsərlər  yandırılsın.  Lakin  bir  neçə  ismaili  əsərlərini 



tarixçi  öz  elmi  işlərinə  daxil  edir.  Məsələn,  Əlamut 

dövlətinin  təməlini  qoyan  Həsən  ibn  Səbahdan  bəhs  edən 



“Sərgüzeşt-i  seyidna”  əlyazmasından  o,  öz  əsərində 

istifadə etmişdi.

1

 

Beləliklə,  İsmaili  dövlətinin  mərkəzi  (1090-1256-cı  ilə 



qədər) “Əlamut” qalası darmadağın edilir. 

Tusi  “Əlamut”  qalasında  əsirlikdə  olan  zaman  həmin 

kitabxanadakı  qiymətli  əsərlərdən  istifadə  edərək,  özünün 

bir  çox  məşhur  əsərlərini  yazmışdı.  Sonrakı  illərdə 

Cüveyninin iştirakı ilə Azərbaycan alimi qalada saxlanılan 

bir çox əsərləri Marağa kitabxanasına köçürmüşdü. 

Beləliklə, İsmaili dövləti Ərəb Xilafətinin müttəfiqi kimi 

fəth edilmişdi. Hülaku xan yaratdığı “Elxanilər” dövlətinin 

təhlükəsizliyini təmin etməkdən ötrü ya Bağdad Xilafətini, 

ya da ki, səlcuq türklərini darmadağın etməli idi. 

Yuxarıda  göstərildiyi  kimi  hər  hansı  bir  ağır  yürüşə 

başlamaq üçün o, sarayında saxladığı müdrik əyanlarından 

məsləhət  almalıydı.  Tusi  bütün  regionda  sülh  carçısı  kimi 

tanınırdı  və  onun  məsləhəti,  bir  çoxlarının  məsləhətlərin-

dən xan üçün önəmli sayılırdı.  

                                                 

        1

  Л.  В.  Строева.  Государство  Исмаилитов  в  Иране  в  XI-XIII  вв. 

Москва, «Наука», 1978. стр. 243 


                                                     

 

  



                                                                            

                                                    

107 

Azərbaycan  alimi  türk  milliyətindən  olduğu  üçün  çox 



güman  ki,  belə  bir  vəziyyətdə  səlcuq  türklərini  müdafiə 

etməli  idi.  Həm  də  o  tarixdən  çox  yaxşı  bilirdi  ki,  Ərəb 

Xilafəti  yox,  Kiçik  Asiyanın  Anadolu  hissəsində  yaşayan 

məhz  türk  tayfaları,  dünyada  İslam  dininin  müdafiəçiləri 

sayılırdılar. Çünki yalnız onlar, Roma papasının təhriki ilə 

Avropanın  xristian  hökmdarları,  İslam  dinini  məhv  etmək 

üçün  səlcuq  türklərinin  üzərinə  yeddi  böyük  səlib  yürüşü 

təşkil  etmişdilər.  Bundan  əlavə  Anadoluda  məskunlaşan 

türk  tayfaları  qərbdə  xristian  dünyası  ilə  “Elxanilər”  döv-

ləti  arasında  baryer  rolunu  oynayaraq,  güclü  müdafiə  xətti 

təşkil  edirdilər.  Nəhayət  sonda  bildirmək  istəyirəm  ki, 

Hülaku  xan  İrana  və  Azərbaycana  soxulandan  sonra  mon-

qol  ordusunun  avanqardında  türklərin  süvariləri  və  piyada 

əsgərləri  durmağa  başladı.  Söz  yox  ki,  belə  bir  qüvvə  ilə 

monqol  xanı  səlcuq  türkləri  üzərində  qələbə  əldə  edə 

bilməzdi. Hülaku xan tarixdən bilirdi ki, türklər döyüşkən, 

bir-birilərinə  sədaqətli,  sadiq  və  çox  nadir  hallarda  bir-

birilərinə  qarşı  silah  qaldırırlar.  Bütün  bu  amillər,  səlcuq 

türklərini  böyük  təlafatlardan  xilas  etmişdi.  Sonrakı  pro-

sesdə Bağdad Xilafətinin darmadağın edilməsində, monqol 

ordusunun  tərkibində  olan  avanqard  türk  dəstələri  başlıca 

rol oynamışdılar. 



                                                     

 

  



                                                                            

                                                    

108 

Elə  həmin  vaxt  Tusi  Marağa  rəsədxanasının  tikintisinə 



başlayır.  Hülaku  xan  alimin  müdrikliyinə  və  idrakına 

inanmasaydı,  böyük  xərc  tələb  edən  rəsədxananın  tikinti-

sinə icazə verməzdi. 

Tusinin  yaşadığı  dövrdə  monqollar  Azərbaycanı  bütün-

lüklə  işğal  etmişdilər.  Orada  yerləşən  bütün  inzibati  və 

mədəni obyektlər monqolların nəzarəti altında olmuşdu. Bu 

ondan  xəbər  verir  ki,  azərbaycanlı  alimin  özü  və  gördüyü 

işlər  də  monqolların  nəzarəti  altında  idi.  Kamil  və  müdrik 

məsləhətləri  ilə  başqalarından  fərqlənən  Tusi  monqolların 

hakimləri  sayılan  əvvəlcə  Hülaku  xanın,  sonra  isə  Abaqa 

xanın saraylarında baş  vəzir vəzifəsində işləmişdir. Həmin 

vəzifələrdə  işləməsinə  baxmayaraq,  görkəmli  alim  elmi 

nailiyyətlərinə  görə  adları  çəkilən  xanların  sevimlisinə 

çevirilmişdir. 

Kamil  düşüncəsi,  ağıllı  məsləhətləri  və  dünyagrüşü  ilə 

bir çox vəzir-vəkillərdən qabarıq şəkildə seçilən Tusi Hüla-

ku  xanın  gözündə  ölkənin  bacarıqlı  və  çevik  siyasətçisi 

kimi görünürdü. Buna  görə də alimin  məsləhətləri monqol 

hökmdarı  üçün  bütün  əyanların  məsləhətindən  üstün  idi. 

Hülaku  xan  yaxşı  bilirdi  ki,  Tusi  təkcə  əxlaqi  nəsihətlər 

verməmiş, eləcə də ölkə idarəçiliyi, hakimiyyətin saxlanıl-

masının  əsaslarına  dair  əməli  və  lazımlı  təkliflərini  irəli 

sürmüşdü.  İdarəçilikdə  qlobal  siyasəti,  ərazi  siyasəti, 


                                                     

 

  



                                                                            

                                                    

109 

ünsiyyət  siyasəti  məsələlərini  analiz  edərkən  Aristotelin, 



Platonun,  Fərabinin  və  ibn  Sinanın  fikirlərini  bütün 

incəliklərlə təhlil etmişdi. H. B. və S. M. Bayramovlar qeyd 

edirlər  ki,  ...  Platonun “Siyasət” kitabının  təhlili  Tusinin 

ictimai-humanitar  düşüncə  sahəsində  ensiklopedik  nəzəri 

dünyagörüşünə  malik  sima  olduğunu  sübut  edir.  Ölkə 

siyasəti,  Müdafiə  siyasəti,  Kəramət  siyasəti,  Cəmaət 

siyasəti başlıqlarında (“Əxlaqi-Nasiri” əsərindəki fəsillərin 

başlıqları  –  R.  D.)  dair  orijinal  fikirlər  irəli  sürür.  Ölkə 

idarəçiliyinin  prinsiplərini  təklif  edən  Tusi  bu  sahədəki 

siyasəti iki yerə bölür: birinci fəzilətli (demokratik – H. B.) 

siyasət, ikincisi zorakı (avtoritar – H. B.) siyasət. 

Həmin  dövrdə  bir  çox  alimlər  elmin  bir  neçə  sahələrini 

öyrənməyə böyük səy göstərirdilər. Ən əsas da riyaziyyata, 

astronomiyaya, fəlsəfəyə çoxlu fikir verilirdi. Öz dövrünün 

bir  çox  alimləri  kimi  Tusi  də  elmin  bir  çox  sahələrini 

dərindən  mənimsəmişdi.  Alimin  apardığı  tədqiqat  işləri 

unikal  kəşflərə  gətirib  çıxardırdı  və  həmin  kəşflər  bir  çox 

həmkarlarını mat-məəttəl qoyurdu. Onun qələmindən çıxan 

yüzdən  artıq  ciddi  əsər  elmin  astronomiya,  riyaziyyat, 

fizika, coğrafiya, tarix, fəlsəfə, tibb, etika, məntiq, musiqi-

şünaslıq,  geologiya  və  digər  sahələrinə  həsr  olunmuşdu. 

Bunula  belə  Tusinin  yaradıcılığında  astronomiya  və 

riyaziyyat üzrə tədqiqatlar xüsusi yer tutur. O, bu sahələrdə 


                                                     

 

  



                                                                            

                                                    

110 

aparılmış  iyirmidən  çox  uğurlu  araşdırmanın  müəllifidir. 



Alimin apardığı elmi axtarışlar və tədqiqatlar həcminə görə 

çox  böyük  idi  və  ona  qədər  yaşayan  bütün  alimlərin 

gördüyü  işləri  mahiyyətinə  görə  xeyli  arxada  qoyurdu. 

Riyaziyyata  həsr  etdiyi  əsərlər  yalnız  ərəbcə,  astronomiya 

üzrə  tədqiqatları  isə  həm  fars,  həm  də  ərəb  dillərində 

yazılmışdır.  Alimin  əsərlərinin  bir  neçə  dildə  yazılması, 

qısa  müddətdə  Tusinin  Yaxın  Şərqdə  məşhurlaşmasına 

gətirib çıxarmışdır. 

Böyük alimin ən məşhur əsərləri arasında “Şəklül-gita” 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin