R. M. Məmmədov B. M. Həmzəyev parodont xəSTƏLİKLƏRİ “Şərq-Qərb” Bakı–2011


YERLİ ZƏDƏLƏYİCİ FAKTORLARIN PROFİLAKTİKASI



Yüklə 9,25 Kb.
Pdf görüntüsü
səhifə9/9
tarix25.11.2016
ölçüsü9,25 Kb.
#59
1   2   3   4   5   6   7   8   9

YERLİ ZƏDƏLƏYİCİ FAKTORLARIN PROFİLAKTİKASI
Parodont  toxumalarına  neqativ  təsir  göstərən  faktorlar  içə ri-
sin də mexaniki, fiziki və kimyəvi travmaları, habelə zədə ləyici 
təsirə malik bioloji amilləri göstərmək olar. Parodont xəstəlikləri 
əksər  hallarda  mexaniki  travmalardan  sonra  əmələ  gəlir.  Diş 
ətinin  kəskin  zədələnmələri  diştəmizləyiciləri,  flosslar,  diş  fır-
çalarının  ehtiyatsız  istifadəsi  zamanı,  həmçinin  qida  qəbulu  və 
stomatoloji manipulyasiyalarda dişlərin burxulması və çıxıqları 
zamanı baş verir.
Bu  cür  travmaların  qarşısını  almaq  məqsədilə  həmin  vasitə-
lərdən  düzgün  istifadə  qaydaları  təlimatlar  zamanı  öyrədilməli, 
fərdi gigiyena vasitələri düzgün seçilməli və müalicə həkimi ilə 
mütəmadi kontakt yaradılmalıdır.
Xroniki mexaniki travmalar kəskin travmalara nisbətən daha 
çox rast gəlinir. Bu bir sıra faktorlarla əlaqədardır:
– karioz zədələnmələr, dişlərin plomblanma prinsiplərinin po-
zulması; 
– diş-çənə anomaliyaları; 
– ortopedik və ortodontik müalicələr zamanı buraxılan səhvlər; 
– dişlər arasında çeynəmə təzyiqinin qeyri-bərabər səviyyədə 
paylanması;
– dil və dodaq yüyənlərinin anomaliyası, ağız dəhlizinin kiçik 
olması;
– dişləmin anomaliyaları; 
– ağızla tənəffüs.
Karioz  zədələnmələri  və  dişlərin  plomblanması  zamanı  bura-
xılan səhvlər nəticəsində lokal papillit və lokal parodontit əmələ 
gəlir. Onların başvermə səbəbləri müxtəlifdir: boyunətrafı karioz 
boşluqlarının  iti  kənarları,  plombun  sallaq  kənarları,  onların  sət-
hinin nahamar olması, kontakt nöqtələrinin düzgün yaradılmaması.
Bunların baş verməməsi üçün ağız boşluğu müntəzəm sana-
siya olunmalı, matrisadan istifadə edilməli, plomblar pardaqlan-
malı və cilalanmalı, kontakt nöqtələri düzgün seçilməli və dişlər 
arasında məsafə qoyulmalıdır.

129
Diş-çənə  anomaliyaları  məktəbyaşlı  uşaqların  30-60%-də, 
böyüklərin isə 100%-də parodont xəstəliklərinin bilavasitə səbəbi 
olur. 
Uşaqlarda  diş-çənə  anomaliyaları  və  deformasiyaların  profi-
laktik tədbirləri, eyni zamanda parodont xəstəliklərinin qarşısının 
alınması faktorları hesab edilir.
Ortopedik və ortodontik müalicə zamanı düzgün hazırlanma-
mış konstruksiyalar parodont toxumalarında travmaların yaran-
masına səbəb olur. Parodontun iltihabı və qan dövranının pozul-
ması dişlərin yerdəyişməsinə gətirib çıxarır.
YERLİ QICIQLANDIRICI TƏSİRƏ MALİK FAKTORLARIN 
ARADAN QALDIRILMASI
Parodontda travmaya səbəb olan amillər aşağıdakılardır:
Diş yastıqcığı, diş daşları, travmatik okklüziya, karioz boşluq-
larının  plomblanması  zamanı  yaranan  qüsurlar,  dişlər  arasında 
kontakt nöqtələrinin olmaması və s. 
Dişlər  bir  sırada  yerləşərək,  vahid  dinamik  sistem  yaradır. 
Hansı qrupa məxsus olmasından asılı olmayaraq (kəsici, köpək 
və azı), dişlər arasında kontakt münasibətləri nöqtəvari və yastı 
(xətti) formada olur.
Parodont  toxumalarında  patoloji  proses  yarandığı  zaman  di-
şin ekvatoru, diş əti və alveol kənarı arasındakı topoqro-anatomik 
münasibətlər pozulmuş olur.
Karioz  boşluqların  plomblanması  kontakt  səthlərində  rasio-
nal formaların yaradılmasını zəruri edir. Diş əti məməciklərinin 
atrofiyası zamanı yastı kontakt nöqtələri yaratmaq lazımdır. Bu 
cür kontakt nöqtələrin yaranması dişlərarası sahənin azalmasına 
səbəb olur. Bu da öz növbəsində retension nöqtələrin yaranma-
sının qarşısını alır. Dişlərarası sahələrin eni çox böyük olduqda 
kontakt  nöqtələrinin  yaradılması  məsləhət  görülmür.  Əksinə, 
həmin sahələrin təmizlənməsi üçün geniş sahə yaratmaq lazımdır. 
Orta  və  ağır  formalı  parodontitlər  zamanı  (dişlərin  II  və  III 
dərəcəli laxlaması hallarında) diş sırasının və ya ayrı-ayrı dişlərin 
laxlamasının  stabilləşməsi  məqsədilə,  eyni  zamanda  aparılan 

130
müalicənin  daha  effektli  olması  üçün  müvəqqəti  şinalanmadan 
istifadə  edilir.  Müvəqqəti  şinaları  elə  yerləşdirmək  lazımdır  ki, 
onlar diş ətini zədələməsin, dişlərin təmizlənməsinə mane olma-
sın və estetik qüsura səbəb olmasın. 
Ön və yan sahələr üçün hazırlanmış şinalar müxtəlif konstruk-
siyalarda (liqatura, plastmas və armatur formasında) olur.
Şinaların hazırlanması həm laboratoriyada, həm də bilavasitə 
tezbərkiyən plastmaslar və kompozitlə tərpənən dişlərin kontakt 
səthlərinin yapışdırılması yolu ilə həyata keçirilir (şəkil 58).
Müasir kompozit materialları və adgeziv sistemlərinin kimyəvi 
xüsusiyyətləri estetik tələblərə cavab verən müvəqqəti şinaların 
tətbiq olunmasına imkan yaradır. Dişlər ağız suyundan izolə edilir, 
onların arasına ağac pazlar daxil edilir, minanın üzəri turşu ilə aşı-
lanır, su ilə yuyulur, adgeziv çəkilir və nəhayət, polimerləşdirilir.
Şəkil 58. П-şəkilli şinaların hazırlanma mərhələləri (I-III)

131
Ön  dişlərin  bərkidilməsi  üçün  məftil  karkasdan  və  ya  üzəri 
tezbərkiyən plastmasla örtülmüş məftil liqaturadan istifadə edilir. 
Onun hazırlanması üçün 0,1-0,3 mm qalınlığında bürünc-alümi-
nium xəlitəsi daha optimal hesab edilir. 
Dişlər  müvəqqəti  şinalandıqdan  sonra  diş  daşlarının  təmiz-
lənməsi və parodontal ciblərin küretajı aparılır. 
Diş daşlarının təmizlənməsi üç cür aparılır: mexaniki, kimyəvi 
və ultrasəs vasitəsilə.
Mexaniki üsulla diş daşlarını təmizləyərkən aşağıdakılara cid-
di surətdə riayət olunmalıdır: 
1.  Rentgen analizi, diş daşlarının lokalizasiyası, konsistensi-
yası, alveolun destruksiya dərəcəsi və s. 
2.  Ağız  boşluğunun,  qıcıqlandırıcı  təsiri  olmayan  antisep-
tiklərlə qarqarası.
3.  Xəstələrə fərdi yanaşmaqla anestetiklərin tətbiq olunması.
4.  Diş əti kənarının və dişin boyun nahiyəsinin yod tərkibli 
məhlullarla işlənməsi. Bu məqsədlə tərkibində 12 q sink 
yodid, 40 q kristal yod, 40 q distillə olunmuş su və 80 q 
qliserin qarışığından istifadə edilir. 
Diş daşları kifayət qədər bərk olduğu halda, 7-10 dəq. müd-
dətində proteolitik fermentlərlə applikasiya olunur. Applikasiya-
dan sonra diş daşlarının fiksasiyası davamsız olduğu üçün (şəkil 
59) onları asanlıqla qoparmaq mümkündür. 
Diş daşlarını kimyəvi metodla da təmizləmək olar. Qeyd etmək 
lazımdır ki, bir çox neqativ təsirlərinə görə bu metoddan çox na-
dir hallarda istifadə edilir. Bu məqsədlə üzvi turşuların 18-20%-li 
məhlulları applikasiya yolu ilə tətbiq olunur. 

132
Şəkil 59. Diş daşlarının ilkin təmizlənmə mərhələsi
I. Dişin fiksasiyası, II. Parodontal ciblərin yuyulması, III. Alətin 
yerləşdirilməsi, IV. Diş daşlarının ekskavatorla təmizlənməsi, V. Diş 
daşlarının qarmaqcıqla çıxarılması
a) alətin hərəkət istiqaməti, b) diş və qarmaqcıq əyriliyinin münasibəti

133
Şəkil 60. Diş daşını təmizləyərkən alətin medial  
səthdən olan məsafəsi
A – Yuxarı sağ mərkəzi kəsici diş 
B – Aşağı sol mərkəzi kəsici diş
C – Aşağı sağ mərkəzi kəsici diş
D – Aşağı sol mərkəzi kəsici diş, dil səthindən

134
İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT
1.  Əliyeva R.Q., Ulitovski S.B. Stomatoloji xəstəliklərin profilaktika-
sı. Bakı, 2009. 368 s.
2.  Qarayev  Z.İ.,  Pənahov  N.A.  Parodont  xəstəliklərinin  ortopedik 
müalicəsi. Bakı, 2001,112 s.
3.  Məmmədov R.M., Qasımov R.K., İbrahimov M.X., İbrahimov Z.O. 
və  başqaları.  Terapevtik  stomatologiyanın  propedevtikası.  Bakı, 
2010, 295 s.
4.  Mirzəyev R.B. Terapevtik stomatologiya. Bakı, 1982, 394 s.
5.  Yusubov Y.Ə. Üz-çənə cərrahiyyəsi və cərrahi stomatologiya. Bakı, 
2005, 347 s. 
6.  Боровский  Е.В.,  Леоптвев  Б.К.  Биология  полости  рта.  М.: 
Медицина, 1991. 300 стр. 
7.  Клеипберг  И.  Этиология  и  патогенез  галитоза.  Тезисы  XIII 
Всероссийской  научно-практической  конференции  “Стома-
тология XXI века” – М.: 2004, cтр.37-39.
8.  Левицкий  А.П.,  Мизина  И.К.  Зубной  налет.  Киев,  Здоровье, 
1987.
9.  Максимовский Ю.М., Максимовская Л.Н., Орехова Л.Ю. Тера-
пев тическая стоматология. М.: 2002, 638 стр.
10. Под  ред.  Л.М.  Лукиных.  Болезни  полости  рта.  Н.Новгород, 
2004, 509 стр.
11. Рабинович С.А. Современные технологии местного обезболи-
вания в стоматологии. М.: 2000, 144 стр.
12. Стоматологические обследования. Основные методы. Женева, 
1997, 76 стр. 
13. Хельвич З., Климек Й., Аттин Т. Терапевтическая стома тология. 
Львов, 1999-409 стр.
14.   Данилевский  Н.Ф.,  Магид  Е.А.,  Мужин  Н.А.,  Миликович. 
Заболевания пародонта. М.: 1999, 327 стр. 
15. Грудянов А.И. Заболевания пародонта. Москва, 2009, 331 стр. 
16. Алиева Р.К., Алимеский А.В. Изучение доступности населению 
стоматологической  помощи.  Экономика  и  менеджмент  в 
стоматологии. 2000, №-2, стр. 88-90.
17. Грудянов А.И.,Фролова О.А. Заболевания пародонта и меры их 
профилактики// Лечащий врач. 2001, №-4, стр. 56-60.

135
18. Бадреддин Дт. Биопленки ротовой полости// Дентал юг. 2007. 
№-5, стр. 50.
19. Дектарев В.П., Будылина С.М. Физиология челюстное лицевой 
области.  Уч.  Пособие/Под  ред.  проф.  Л.А.  Дмитриевой.  М.: 
Медпресе-информ. 2003, стр. 9-49.
20. Дмитриева Л.А. Болезни пародонта//Терапевтическая стомато-
логия. Уч. Пособие. М.: Медпрессинформ, 2003, стр. 531-635.
21. Кузнецов Е.В., Царев В.Н. Микробная флора полости рта и ее 
роль  в  развитии  патологических  процессов//Терапевтическая 
стоматология.  Учебное  пособие.  –  М.:  МЕДпресс-информ. 
2003, стр.178-225.
22. Михалева  Л.М.,  Шаповалов  В.Д.,  Бархина  Т.Г.  Хронический 
пародонтит.  Клиническая  морфология  и  иммунология.  –  М.: 
Триада-фарт, 2004, 126 стр.
23. Перова М.Д., Шубич М.Г. Молекулярные аспекты патогенеза 
воспалительно-деструктивных заболеваний пародонта// Архив 
патологии. 2006. Т. 68, №5, стр. 59-63.
24. Фролова  О.А.  Новые  подходы  к  диагностике  заболеваний 
пародонта  в  свете  современной  концепции  их  патогенезе. 
Автореф. Дис. Д-ра мед-наук. – М.: 2006, 40 стр.
25. Amar S., Han X. The impast of periodontal infection on systemic 
diseases // Med Sci Monit 2003. №9. P. 291-299.
26. Page R. c. The pathobiology of periodontal diseases may affect sys-
 R. c. The pathobiology of periodontal diseases may affect sys-
temic diseases: inversion of a paradigm // Ann Periodontal. 1998. 
№3. P. 108-120.
27. Haynes W. G., Stanford c. Periodontal disease and atherosclerosis. 
From dental to arterial plaque // Thromb Vasc Biol. 2003. №23. P. 
1309-1311.
28. Offenbacher S., Katz V., Fertik G., Sollis C., Boyd D., Maynor G. 
Et al. Periodontal infection as a possible risk factor for preterm lo� 
birth �eight // C Periodontol. 1996. №67 (10). P. 1103-1113.
29. Scannapieco F.A. Role of oral bacterial in respiratory infection // C 
Periodontaol. 1999. №70 (7). P. 793-802.
30. Taylor G.W. Bi-directional interrelationship bet�een diabetes and 
periodontal  diseases:  an  epidemiologic  perspective  //  Ann  Peri-
odontol. 2001. №6 (1). P. 99-112.

“Şərq-Qərb” Nəşriyyat evində çapa hazırlanmışdır
Buraxılışa məsul:  
Sevil İsmayılova
Kompyuter səhifələnməsi:   Allahverdi Kərimov
Üz qabığının dizaynı:  
Elşən Qurbanov
Korrektor: 
Pərinaz Səmədova
Nəşriyyat direktoru:  
Rasim Müzəffərli
Çapa imzalanmışdır 06.07.2012
Formatı 60×90 
1
/
16
. Fiziki çap vərəqi 8,5
Sifariş 212. Tiraj 1000
“Şərq-Qərb” Nəşriyyat evinin mətbəəsində çap 
olunmuşdur
AZ 1123, Bakı, Aşıq Ələsgər küçəsi, 17
Tel.:   (+99412) 370 68 03; 374 83 43
Faks: (+99412) 370 68 03; 370 18 49
www.eastwest.az

Yüklə 9,25 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin