R b a y c a n X z r d n z g m



Yüklə 24,14 Mb.
Pdf görüntüsü
səhifə9/55
tarix02.01.2022
ölçüsü24,14 Mb.
#2201
1   ...   5   6   7   8   9   10   11   12   ...   55
“DƏNİZ”

Hörmətli həmkarlar!

Sizi  “Dənizçi  günü”  peşə 

bayramı  münasibətilə  səmi-

mi-qəlbdən  təbrik  edir,  sizə 

uzun  ömür,  möhkəm  cansağlı-

ğı,  müstəqil  Azərbaycanımızın 

tərəqqisi naminə çətin və şərəfli 

fəaliyyətinizdə yeni-yeni nailiy-

yətlər arzulayıram.

Möhtərəm  Prezidentimiz  İl-

ham  Əliyevin  müvafiq  Sərən-

camları  ilə  25  iyun  -  “Dənizçi 

günü”  peşə  bayramının  təsis 

edilməsi də, “Azərbaycan Xəzər 

Dəniz Gəmiçiliyi” Qapalı Səhm-

dar Cəmiyyəti yaranandan sonra 

hər  il  peşə  bayramı  ərəfəsində 

bir qrup dəniz nəqliyyatı işçisi-

nin Vətənin yüksək mükafatları 

ilə təltif olunması da sizin fəda-

kar  əməyinizin  həm  də  dövlət 

tərəfindən  layiqincə  qiymətlən-

dirilməsinin bariz nümunəsidir.

Ölkə  başçısının  2016-cı  il 

iyunun 24-də imzaladığı Sərən-

camlarla  dəniz  nəqliyyatın-

da  səmərəli  əmək  fəaliyyətlə-

rinə  görə  Gəmiçiliyin  9  işçisi 

“Tərəqqi”  medalı  ilə  təltif  edil-

miş, 1 nəfər “Əməkdar mühən-

dis” fəxri adına layiq görülmüş, 2 

nəfərə isə Azərbaycan Respubli-

kası Prezidentinin fərdi təqaüdü 

verilmişdir. Bayram sevincimizə 

sevinc  qatan  bu  Sərəncamları 

Gəmiçiliyin  bütün  kollektivinin 

əməyinə  verilən  yüksək  qiymət 

kimi dəyərləndiririk.

Bayramdan  ötən  bir  il  kol-

lektivimizin  bütün  üzvlərinin 

eyni  məqsəd  uğrunda  çalış-

ması  sayəsində  “Azərbaycan 

Xəzər Dəniz Gəmiçiliyi” Qapalı 

Səhmdar Cəmiyyəti üçün uğurlu 

oldu.  AXDG-nin  Xəzərdə  apa-

rıcı  mövqeyi  möhkəmləndiril-

di,  Xəzərdənkənar  fəaliyyətinin 

genişləndirilməsi  istiqamətində 

mühüm addımlar atıldı. Donan-

malarmız  dövlətin  dəstəyi  ilə 

yanaşı, həm də daxili imkanları-

mız hesabına alınan və daha ge-

niş texniki imkanlara malik yeni 

gəmilərlə zənginləşdirildi.

Bildiyiniz  kimi,  Azərbay-

can  Xəzər  Dəniz  Gəmiçiliyinin 

xarici  sularda  fəaliyyəti  məhz 

Cəmiyyət  yaranandan  sonra, 

2014-cü ildə “Üzeyir Hacıbəyli” 

və  “Natəvan”  gəmilərinin  alın-

ması  ilə  bərpa  olunub,  2015-ci 

ildən  nəqliyyat  donanmamızın 

“Qaradağ”, “Teymur Əhmədov” 

və  “Maestro  Niyazi”  gəmiləri 

də  Qara  və Aralıq  dənizlərində 

üzür.


Cari  ilin  aprelində  yeni  gə-

milərin  sevincini  yaşadıq.Ru-

siyada  inşa  edilən  və  dedveyti 

5490 ton olan “Rəsul Rza”, “Şair 

Vaqif”,  “Şair  Sabir”,  “Hüseyn 

Cavid”,  “General  Aslanov”, 

“Qafur  Məmmədov”  quru  yük 

gəmiləri  artıq  Qara  dəniz, Ara-

lıq  dənizi  və  digər  hövzələrdə 

yükdaşıma əməliyyatlarına cəlb 

edilib. Yeni alınan bu teploxod-

ların  hesabına  Xəzərdənkənar 

hövzələrdə  işləyən  gəmilərimi-

zin sayı 11-ə çatdırılıb. 

Aprelin  22-də  isə  Bakı  Gə-

miqayırma  Zavodunda  “Azər-

baycan Xəzər Dəniz Gəmiçiliyi” 

Qapalı  Səhmdar  Cəmiyyətinin 

sifarişi  ilə  inşa  edilən  3  ədəd 

80  nəfərlik  sərnişin  gəmisinin 

- “Üfüq”, “Zəfər” və “Turan”ın 

istismara verilməsi mərasimi ke-

çirildi. Mərasimdə dövlət başçı-

mızın iştirakı bizə hədsiz sevinc 

bəxş  etməklə  yanaşı,  həm  də 

cavabdeh olduğumuz işlər üçün 

məsuliyyət hissimizi qat-qat ar-

tırdı. 


Əminəm  ki,  müstəqil  Azər-

baycanı qətiyyətlə daha xoşbəxt 

gələcəyə  aparan  dövlət  başçı-

mızın  hər  sahədə  mütərəqqi  si-

yasətini dəstəklədiyinizi bundan 

sonra  da  əməli  işinizlə  sübut 

edəcək, müqəddəs üçrəngli bay-

rağımızı  yaxın-uzaq  ölkələrin 

sularında böyük iftixarla dalğa-

landıracaq,  yük  daşınmasında, 

Xəzərdə neft və qaz istehsalında 

yüksək dəniz nəqliyyatı xidmət-

ləri  göstərilməsində  çiyninizə 

düşən vəzifələri layiqincə yerinə 

yetirəcəksiniz. 

Sizə  aydın  səma,  uğurlu 

səfərlər arzulayıram. 


Yüklə 24,14 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin