Quliyev Fərəc İbrahim oğlu


Türk ölkələrinin inteqrasiyası ilə bağlı



Yüklə 341,48 Kb.
Pdf görüntüsü
səhifə97/108
tarix02.01.2022
ölçüsü341,48 Kb.
#1514
1   ...   93   94   95   96   97   98   99   100   ...   108
Türk ölkələrinin inteqrasiyası ilə bağlı

- İkinci məsələ isə, mən düşünürəm ki, Azərbaycan bütün indiki

yürüdülən kursda təbii ki mənim qəbul etdiyim cəhətlər vardır- Avropa

İttifaqına   inteqrasiya   olunsun,   müəyyən   Avropa   təsisatları   ilə

əməkdaşlıq olsun və s. Lakin, həm də Türk dünyası ilə əlaqələr daha

da   dərinləşməlidir.   Onlar   yox   deyildi.   Mən   Milli   Məclisdə   də   bu

məsələni   qaldırdım.   Azərbaycan   Türkiyə   arasında   asayişi   birgə

mühafizə qüvvələrin hazırlanması, digər Türk dövlətlərinin də ortaya

səy qoyması vacibdir. Doğrudur, indi ortaq ordu haqqında anlaşmalar

vardır,   mən   bunu   təqdir   edirəm,   amma   bu   daha   dərin   bir   siyasətə

çevrilməlidir. Biz irqçi deyilik. Bizim millətçiliyimiz dövlət milliyətçiliyidir

və bütün dövlətlər ilə münasibətlərimizi yaxşı qurmaq istəyirik. Bizim

Azərbaycanın   istəkləri   sıfır   problemli   qonşuluq   siyasəti   yürütməkdir

amma  iradəmizdən  asılı   olmayaraq  bizim  qonşularımız  bizə  qarşı   o

siyasəti   yürütmürlər.   Yürütmürlərsə,   biz   mütləq   elə   bir   siyasət

yürütməliyik ki, onların bizə qarşı olan münasibətlərində pis vəziyyətdə

qalmayaq. 

Bugün   transkontinental   Turan   Avrasiya   bloku   ilə   bağlı   olaraq

danışmaq   istəyərdim   ki,   bizim   mütləq   Türk   dövlətləri   ilə   ortaq

dəyərlərimiz vardır. Heç kim buna etiraz etmir ki, Avropa İttifaqi daha

çox   Yunan   Roma   fəlsəfəsi   və   xristian   dəyərlərinə   söykənən   və   ikili

standartlarla işləyən bir sistemdir. Biz İslam-Türk fəlsəfəsinə söykənən,

amma   yalnız   dünyaya   açıq   olan   və   gələcəkdə   də   Avropa   ilə

əməkdaşlıq edə biləcək bir blok haqqında düşüncəmizi ortaya qoymağı

məqsədəuyğun hesab edirik. 

56



Hər   bir   xarici   siyasət   daxili   siyasətin   təbii   ki   davamıdır   və

bütövlükdə   bu   siyasətlər   insanları,   dövləti   milli   səadətə

qovuşdurmaqdan ibarətdir. Mən çox ciddi milli iradə ilə bu məsələlərə

nail olacam. 

***


Yüklə 341,48 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin