Quba Rayonu Ərazisinin Yabanı Dekorativ Ot Bitkilərinin Taksonomik Təhlili



Yüklə 347.54 Kb.
Pdf просмотр
tarix22.05.2017
ölçüsü347.54 Kb.

АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 70, №2, səh. 33-37 (2015)

 

33 



Quba Rayonu Ərazisinin Yabanı Dekorativ Ot Bitkilərinin Taksonomik Təhlili 

 

P.N. Ağayeva*, P.X. Qaraxani 

 

AMEA Botanika İnstitutu, Badamdar şossesi, 40, Bakı AZ1004, Azərbaycan; 



*E-mail: apn_aghayeva@yahoo.com 

 

Quba rayonunun yabanı ot bitkiləri sırasına dekorativ əhəmiyyətli bir çox növlər daxildir. 



Məqalədə rayon üzrə 2013-2014-cü illərdə toplanılmış 63 dekorativ ot bitkisi barədə  məlumat 

verilir. Ot növlərini qruplaşdırmaq üçün yeni taksonomik yanaşma istifadə edilmişdir. Campanula 

saxifraga Bieb. subsp. aucheri (A.DC.) Ogan. taksonunun Quba üzrə yeni yayıılma ərazisi müəy-

yən edilmişdir.   

 

Açar sözlər: Yabanı, bəzək, növ, takson,  müxtəliflik 

 

 



GİRİŞ 

 

Dekorativ bitki növlərinin təyini və müasir 

üsullarla öyrənilməsi yeni elmi tədqiqat sahəsi kimi 

ətraf mühitin daha geniş spektrdə səmərəli idarə və 

istifadə edilməsi üçün böyük imkanlar açır. Gün-

dəlik həyatımızda rast gəldiyimiz çiçəkli bitkilərin 

əksəriyyəti yabanı  əcdadlarından törənmişdir. Tə-

biətin yabanı çiçəkli bitkilərdən ibarət sərvəti əbədi 

deyil, onların bir qismi zamanla məhv olmuş, bir 

qismi təbiətin insanlar tərəfindən amansız istismar 

edilməsi nəticəsində  təhlükə altında olan və nadir 

bitkilərə çevrilmişdir. Bu baxımdan gələcəkdə sür-

ətlə dəyişən mənzərənin etibarlı idarəedilməsi üçün 

yabanı bitkilərin, o cümlədən yabanı dekorativ bit-

kilərin vaxtında sənədləşdirilməsi mühüm əhəmiy-

yət kəsb edir. 

Dekorativ bitkilər  əhəmiyyətinə görə qida, 

yem, dərman və s. bitkilərdən sonra gəlir və buna 

görə  də olduqca az tədqiq edilmişdir. Lakin deko-

rativ bitkilər, o cümlədən çiçəkli bitkilər insanların 

həyati tələbatlarını birbaşa təmin etməsələr də, 

estetik nöqteyi-nəzərdən böyük əhəmiyyətə malik-

dirlər. Bitkilərdən bəzək kimi istifadə edilməsinə 

bir çox xalqların inkişafının ilkin mərhələlərində tə-

sadüf edilir. Məsələn, Çində Sya sülaləsinin (b.e.ə. 

2070-1600) yabanı növlərdən dekorativ baxımdan 

istifadə etməsinə dair tarixi məlumatlar vardır 

(Wang and Zhang, 1993; Heywood 2003). Həmin 

dövürlərdə dekorativ bağçılığın inkişafının ilkin 

məqsədi bitkilərdən və  məkandan istifadə edərək 

insanların həm funksional, həm də estetik inteqrasi-

yasını  təşkil etmək idi. Hazırda kulturada istifadə 

edilən dekorativ bitkilər öz yabanı  əcdadlarından 

seleksiya və çoxaltma yolu ilə əldə edilmişdir. Döv-

rümüzdə landşaft bitkiləri, ev bitkiləri və  kəsilmiş 

çiçəklər sənayenin gəlirli sahələrindəndir və bu 

sahədə ABŞ, Çin, Niderland və Yaponiya kimi 

ölkələrin llik gəlirləri milyardlarla dollarla ölçülür 

(Heywood, 2003). 

 

 



 

 

Azərbaycanda ot bitkilərinin bəzək məqsədilə 



istifadəsinə dair məlumatlar azdır və əsasən son iki 

əsrə aid edilə bilər. “Растительные  ресурсы  Кав-

каза” kitabında akademik A.A.Qrossheym tərəfin-

dən dekorativ və yaşıllaşdırma məqsədilə istifadə 

edilən birkilər dekorativ xüsusiyyətlərinə görə 

qruplaşdırılmışdır (Гроссгейм, 1946). Azərbaycan 

florası (“Флора Азербайджана”, т. I-VIII) çoxcild-

liyində növlərin müxtəlif aspektlərdə, o cümlədən 

dekorativ baxımdan istifadə imkanlarına dair 

məlumatlara rast gəlinir. Ötən  əsrin 60-cı illərində 

Böyük Qafqazın yabanı dekorativ bitkiləri geniş 

tədqiq edilmişdir (Тутаюк  и  др., 1961). Bununla 

yanaşı son illərdə fərqli istiqamətlərdə aparılan  təd-

qiqat işlərində  də dekorativ növlər barədə  məlu-

matlar verilmişdir (Мехтиева, 2012, 2014). 

Bəzək bitkiləri olmaqla yanaşı öyrənilən növ-

lərin bəziləri sənayedə, tibdə, yemçilikdə istifadə 

edilir. Belə ki, ərazidə yayılmış növlərdən Epipactis  



palustris (L.) Crantz, Equisetum arvense L.,  

Ranunculus elegans  C.  Koch  dərman, yem, E. Ar-

vense həm də boyaq bitkisi kimi əhəmiyyətə malik-

dir. Bu sırada tərkibində vitamin, qlükozid, efir 

yağları, kumarin, lakton, saponin və  şəkərlər olan 

bir sıra bitkilər də yer alır (Sərkərov, 2005; Nov-

ruzov 2010). 

 

Bütün yuxarıda deyilənlərə  rəğmən, Quba ra-

yonunun dekorativ florası demək olar ki, bütöv-

lükdə  işlənilməmişdir, görülən işlərin  əksəriyyəti 

müəyyən taksonomik qrupları və ya təsərrüfat əhə-

miyyətli bitkiləri  əhatə edir. Rayonun yabanı bitki 

aləmi zəngin və məftunedicidir; çox sayda botaniki 

baxımdan maraqlı, iqtisadi əhəmiyyətli, nadir, təh-

lükə altında olan və endemik növləri  əhatə edir. 

Yüksək dağlar, qaya silsilələri, dərələr, düzənlik-

lərdən ibarət relyeflə  səciyyələnən rayonun iqlimi 

və torpaq tərkibi də hündürlükdən asılı olaraq də-

yişkəndir ki, bu da rəngarəng ekoloji müxtəlifliyin 


Quba Rayonunun Yabanı Dekorativ 

34 


formalaşmasına səbəb olur. Zamanla ərazi boyu 

dəyişən coğrafi şərait iqtisadi və genetik müxtəliflik 

baxımından bitkilərin  əhəmiyyətli ehtiyatının top-

lanması ilə nəticələnmişdir.



 

Təqdim edilən iş rayon üzrə dekorativ otların 

növ tərkibini araşdırmağa, bəzək bitkilərinin sənəd-

ləşdirilməsi istiqamətində olan boşluqları nəzərə ala-

raq gələcəkdə aparılacaq tədqiqat işlərinin ümumi 

istiqamətinin müəyyənləşdirilməsinə xidmət edir.



 

 

 



MATERIAL VƏ METODLAR 

 

Quba rayonu 556 km

2

  əraziyə malik olub, 



Azərbaycanın  şimal-şərqində yerləşir. Rayon Bö-

yük Qafqaz dağ silsiləsinin cənub-şərq yamacı 

boyu geometrik olaraq üçbucaq təşkil edir. Tədqi-

qatın materialları 2013-2014-cü illərdə yaz, yay və 

payız aylarında müxtəlif marşrutlar üzrə  fərqli 

ekosistemlərdən ekstensiv və intensiv çöl işləri 

zamanı toplanmışdır. Bitkilərin bitmə yerləri çöl 

ekspedisiyaları zamanı müəyyən edilmişdir, nümu-

nələrin GPS koordinatları götürülmüşdür.  Əsas 

tədqiqat sahələri kimi Qrız Dəhnə (N41

°

13′678′′ EO 



48

°

18′737′′), Qələdüz (N41



°

21.494′ EO 48

°

27.969′), 



Qəçrəş (N40

°

19′10′′ EO048



°

23′99′′), Cek 

(N41

°

22′409′′ EO48



°

04′398′′) və 

Təngəaltı 

(N41


°

13′27.50′′ EO48

°

45′327.84′′) kəndlərinin  əra-



zisi seçilmişdir. Yerli ot bitkiləri çiçək, gövdə  və 

yarpaq quruluşları  nəzərə alınmaqla dekorativ ba-

xımdan qiymətləndirilmişdir. Toplanılmış  hər bir 

nümunənin xarakteristikası qeyd edilmiş, herbari 

nüsxəsi hazırlanmış, foto sənədləşməsi aparılmış-

dır. Növlərin təyinatı üçün məlum flora, konspekt 

və  təyinedicilərdən istifadə edilmişdir (Əsgərov, 

2005, 2006, 2008; Зернов, 2010; Конспект Флоры 

Кавказа, 2003, 2006, 2008; Флора Азербайджана, 

I том, 1950;  II том, 1952; III том, 1953; IV том, 

1953; V том, 1954; VI том, 1955; VII том, 1957; 

VIII  том, 1961). Fəsilədən yuxarı taksalar üçün 

APG III (2009) və “Global Compositae Checklist” 

internet portalındakı məlumatlar  nəzərə alınmışdır. 

 

 

NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ 

 

Quba rayonu üzrə bütövlükdə 135 bəzək bitki-



si barədə məlumat vardır (Флора Азербайджана I-

VIII) ki, bura 29 ağac, 30 kol, 4 kiçik ağac və kol, 

72 ot növü aiddir. Tədqiqat zamanı bəzək əhəmiy-

yətli floristik müxtəliflik üzrə maraqlı nəticələr əldə 

edilmiş, ümumilikdə rayon üzrə toplanılmış yabanı 

ot bitkiləri 63 növ və növ daxili takson kimi təyin 

edilmişdir. Öyrənilmiş növlər müasir filogenetik 

tədqiqatların nəticələri nəzərə alınaraq qruplar üzrə 

analiz edilmişdir. 

Pteridofitlər 1 fəsiləyə aid 1 növlə, Monocots 1 

sıra, 2 fəsiləyə aid 4 növlə, Eudicots Rosids qru-

punda yerləşən 1 sıra, 2 fəsiləyə aid 5 növlə, Co-

eudikots 5 qrupa (Fabids, Malvids, Asterids, La-

miids, Campanulids), 14 sıraya (1-i ranqsız olmaq-

la), 19 fəsiləyə aid 55 taksa ilə  təmsil olunmuşdur 

(Cədvəl). Buradan göründüyü kimi qruplardan 

Campanulids 27, Lamiids 12, Fabids 8 növlə üstün-

lük təşkil edir. Digər qruplar 1-4 növlə qeyd edil-

mişdir. 

Bitki növlərinin sıralar üzrə faizlə paylan-

masına baxdıqda Asterales 35%, Lamiales 16%, 

Fabales 8%, Asparagales 6%, Ericales və Dipsa-

cales sıralarının hər biri 5%, ranqsız (Unranked) da 

daxil olmaqla digər sıralar isə hər biri 2% təşkil edir 

(Şəkil). 

 

 



 

Bitki növlərinin fəsilələr üzrə paylanmasına 

baxılmışdır (Cədvəl). Fəsilələrin əksəriyyətinə 1 və 

ya 2 növ aid edilmişdir. Fəsilələr arasında Aster-

aceae 20, Lamiaceae 7 növlə dominantlıq edir. 

Fabaceae 4, Papaveraceae və Adoxaceae fəsilələ-

rinin hər biri 3 növlə təmsil olunur. 

Təyin edilmiş növlərdən  Ajuga pseudochia



Cephalanthera damasonium,  Consolida orientalis

Filipendula  hexapetale,  Lactuca serriola, Lythrum 

salicaria, Papaver commutatum, Tanacetum vulga-

re növlərinin Azərbaycanda geniş yayılması müəy-

yən edilmişdir.  Ədəbiyyat mənbələrinin və herbari 

nümunələrinin müqayisəsi  əsasında müəyyən edil-

mişdir ki, Calamintha debilis (Bge.) Benth., Cram-



be tatarica Sebeók, Crepis siberica L. və  Draco-

cephalum austriacum L. yalnız Böyük Qafqazın 

Quba massivində yayılmışdır. 



Campanula saxifraga növünün Böyük Qafqaz 

botaniki rayonunda yayılması  məlumdur (Əsgərov 

2011), Campanula saxifraga Bieb. subsp. aucheri  


Ağayeva və  Qaraxani 

35 


Cədvəl.  Quba rayonundan toplanılmış bəzəkli otların taksonomik müxtəlifliyi.

 

Bitki qrupları 

Sıra 

Fəsilə 

Cinslər və növ sayı 

Pteridophyta 

Equisetopsida 

Equisetales 

Equisetaceae 

Equisetum arvense L. 

Monocots 

Asparagales 

§Asparagaceae 



Ornithogalum sigmoideum Freyn & Sint. 

Orchidaceae 



Anacamptis pyramidalis (L.)Rich., Cephalanthera 

damasonium (Mill.) Druce, Epipactis palustris (L.) Crantz 

Eudicots /Rosids 

Ranunculales 

§Papaveraceae  

Papaver commutatum Fisch.& C.A.Mey., P. fugax Poir., 

P. oreophilum Rupr. (Syn.: P. monanthum Trautv.) 

Ranunculaceae 



Consolida orientalis J. Gay, Ranunculus elegans C. Koch 

Core-eudikots/Fabids  Malpighiales 

Violaceae 

Viola alba subsp. scotophylla (Jord.) Myman (V. alba 

Bess.) 


Fabales 

Fabaceae 



Astragalus lentiginosus Dougl. ex Hook, Galega orientalis 

Lam., Trifolium montanum  L., T. trichocephalum M.Bieb. 

Polygalaceae 

Polygala anatolica Boiss. & Heldr. 

Rosales  

Rosaceae 

Filipendula hexapetale Gibb. 

Myrtales 

Lythraceae 

Lythrum salicaria L. 

Malvids 


Brassicales 

§ Brassicaceae 



Crambe tatarica Sebeók 

Caryphyllales 

Caryophyllaceae 

Gypsophila elegans Bieb. 

Asterids 

Ericales 

Balsaminaceae 



Impatiens noli-tangere L. 

 

§ Primulaceae 



Primula macrocalyx (Bunge) Lüdi.,  

P. woronowii Los.-Losinsk. 

Lamiids 


Unranked  

§ ⃰Boraginaceae 



Echium russicum J.F.Gmel 

Gentianales 

Gentianaceae 

Gentiana cruciata L. 

Lamiales 

Lamiaceae 

Ajuga pseudochia Des.-Schost. (Syn.: A. glabra C. Persl), 

A. reptans L., Calamintha debilis (Bge.) Benth., 

Dracocephalum austriacum L., D. Ruyschiana L., Stachys 

byzantina K. Koch. (Syn. S. lanata Jacq.), Stachys 

macrantha K.Koch. 

Orabancheaceae 



Diphelypaea coccineae (M. Bieb.) D.H.Nicolson

Rhynchocorys elephas (L.) Grisb 

Scrophulariaceae 



Verbascum thapsiforme Schard. 

Solonales  

Convolvulaceae 

Calystegia silvatica (Kit.) Griseb (Syn.:  

C. silvestris (Willd.) Roem. et Schult.) 

Campanulids 

Asterales 

Asteraceae 



Aster alpinus L., A. ibericus Steven, Aster roseus M.Bieb. 

ex Steven, Bellis perennis L., Centaurea cheiranthifolia 

Willd., Crepis neglecta L., C. parviflora Desf. ex Pers.,   

C. siberica L., Eupatorium cannabinum L., Inula orientalis 

Lam, Lapsana communis L., Lactuca serriola L., 



Leucanthemum vulgare Lam, Pojarkovia pojarkovae 

(Schischk.) Greuter (Syn.: Senecio pojarkovae Schischk.), 



Pyrethrum leptophyllum Steven ex M. Bieb., Senecio 

vernalis Waldst. & Kit., Symphyotrichum novae-angliae 

(L.) G.L.Nesom (Syn.: Aster roseus Desf.), Tanacetum 



vulgare L. (Syn.: Pyrethrum parthenifolium Willd.), 

Taraxacum officinale F.H.Wigg, Tragopogon graminifolius

DC. 

§Campanulaceae 

Campanula saxifraga subsp. aucheri (A.DC.) Ogan., C. 

latifolia L. 

Dipsacales  

Adoxaceae 

Scabiosa columbaria L., S. bipinnata K.Koch, S. caucasica 

M.Bieb. 


Apiales 

Apiaceae 



Astrantia major L. subsp. Biebersteinii (Trautv.) I. Grinţ, 

Carum carvi L. 

Qeyd: APG üzrə (§) - geniş mənada təmsil olunan fəsilələr, (*) - fəsilələrin yeni yerləşmələri. 

 

 

(A.DC.) Ogan. taksonu qeyd edilən botaniki rayon 

(Quba) üçün ilk dəfə olaraq təqdim edilir 

(MAH1583). Taksonun Azərbaycanda Murovdağ 

və  Gəncədə yayılmasına dair məlumatlar vardır. 

(Конспект Флоры Кавказа 2008, 3.1).  

Rayon üzrə  aşkar edilmiş növlərdən  Epipactis 



palustris Qırmızı Kitabın II nəşrinə daxil edilmişdir 

(Qırmızı Kitab, 2013). Ümumiyyətlə, az rast gəli-

nən növlərin dekorativ əhəmiyyəti nəzərə alınaraq 

populyasiya səviyyəsində  tədqiqi və uyğun mühit 

şəraitinə introduksiya edilmə imkanlarının araşdırıl-

ması  məsələləri maraq doğurur. 

Bununla yanaşı  ərazidə kiçik fraqmentlərlə 

təsadüf edilən Eupatoria cannabium və Verbascum 



thapsiforme növlərinin populyasiyaları tərəfimizdən 

tədqiq edilmişdir (Агаева, Османова, 2013, 2014). 



Quba Rayonunun Yabanı Dekorativ 

36 


YEKUN 

 

Bitki aləminin müxtəlifliyi respublika üzrə bir 

çox tədqiqatçılar tərəfindən öyrənilmiş  və hazırda 

da tədqiq edilməkdədir. Yabanı floranı sənədləşdir-

məkdə bizim məqsədimiz onun dekorativ faydasını, 

istifadə imkanlarını araşdırmaq olmuşdur. Dekora-

tiv effektə malik bitkilər A.A.Qrossheymin bölgü-

sünə  əsasən  beş sinfə ayrılmış  və ot bitkiləri növ 

sayına və müxtəlifliyinə görə  ən böyük sinfi təşkil 

edir (Гроссгейм 1946). O, həmçinin ot bitkilərini 

çoxillik, tez çiçəkləyən birilliklər (efemerlər), 

soğanaqlı və ya kökyumrulu, çim əmələ gətirənlər, 

qayalıq bitkiləri və su bitkiləri olmaqla qruplaşdır-

mışdır. “Флора  Азербайджана” çoxcildliyində 

Quba rayonu üzrə göstərilən dekorativ ot bitkilərin-

dən yalnız Anacamptis pyramidalisBellis perennis



Calystegia silvatica,  Impatiens noli-tangere,  Pri-

mula macrocalyx 

 Stachys byzantina 

dekorativ 

növ kimi qeyd edilir. Halbuki, digər növlər də xari-

ci görünüş baxımından dekorativ olaraq qiymət-

ləndirilə bilər. Bu növlərdən bəziləri mənzərə bağ-

çılığında istifadə potensialına malikdir. 

Bir çox gətirilmə bitkilər yalnız ekzotik olduq-

larına görə mühit şəraiti uyğun olmadığı halda belə 

çoxaldılırlar və bu da bəzən gözlənilən nəticələr 

vermir. Bitki zəif inkişaf edir, ona gözəllik və ya 

qeyri-adilik verən  əlamətlərini itirir. Halbuki yerli 

flora daha zəngin və füsunkardır. Lakin yerli deko-

rativ floranın istifadəsi dəqiq və ətraflı şəkildə təş-

kil edilmiş elmi tədqiqat işlərinə  əsaslanmalıdır. 

Belə ki, mənzərə bağçılığı və bioestetik planlaşdır-

manın qayəsini insan məskənlərinə eko-dost müna-

sibətin formalaşması  təşkil edir. Biz yabanı deko-

rativ bitkilərin tədqiqini, toplanmasını  və qorun-

masını bütövlükdə yabanı növlərin saxlanılmasının 

alternativ metodlarından biri kimi təklif edirik.  

 

 

MİNNƏTDARLIQ 

 

Müəlliflər Botanika İnstitutunun Ali bitkilərin siste-

matikası  şöbəsinin  əməkdaşlarından b.ü.f.d. Arzu 

Hüseynova və k.e.i. Şəhla Mirzəyevaya göstərilmiş 

köməkliyə görə təşəkkürlərini bildirirlər.  

 

 

ƏDƏBİYYAT 

 

Azərbaycan Respublikasının Qırmızı Kitabı 

(2013) Nadir və  nəsli kəsilməkdə olan bitki və 

göbələk növləri. İkinçi nəsr. Bakı: 676 c., s.108. 

Əsgərov A. Azərbaycanın alı bitkiləri. Azərbaycan 

florasının konspekti. Bakı: Elm, I c., 2005, 247 s.; 

II c., 2006, 283 s.; III c., 2008, 240 s. 

Агаева  П.Н.,  Османова  Г.О. (2013) Онтогене-

тическая  структура  ценопопуляций  посконни-

ка конопляного  (Eupatoria cannabium L.). 

V Межд. науч. конф. Популяционное биоразно-

образие  и  устойчивость  популяций,  принципы 

и  способы  сохранения  биоразнообразия.  

Йошкар-Ола: 2012, часть  I: 221-224. 



Агаева  П.Н.,  Османова  Г.О. (2014) Онтогене-

тическая  структура  ценопопуляции  коровяка 

скипетровидного 

(Verbascum thapsiforme 

Schrad.)  в  условиях  Азербайджана.  Сборник 

науч. трудов по материалам Международной 

научно-практич.  конференции:  Актуальные 

проблемы  развития  науки  и  образования. 

Москва: АР-Консалт, часть 1: 67-69 (РИНЦ). 



Гроссгейм  А.А. (1946) Растительные  ресурсы 

Кавказа. Баку: АН Азерб. ССР, 671 c.  



Зернов  А.С. (2010) Растения  Российского 

Западного  Кавказа.  Полевой  атлас.  Москва: 

Товарищество  научных  изданий  КМК, 448 c., 

с. 156, 417. 



Конспект  флоры  Кавказа.  Ответственный 

редактор  А.Л.Тахтаджян.  Изд.-во  Санкт-

Петербургского университета. I том, 2003, 202 

с.; II том, 2006, 466 с.; Товарищество научных 

изданий  КМК, III (1) том, 2008, 469 с.; III (2) 

том, 2012, 623 с. 



Мехтиева  Н.П.  (2012)  Результаты  ресурсовед-

чeских  исследований  лекарственных  растений 

флоры  Азербайджана.  Известия  (биологи-

ческие и медицинские науки), 67 (№1): 30-38. 

Мехтиева  Н.П.  (2014)  Дополнение  к  флоре 

Азербайджана.  Труды  Института  Ботаники 



НАНА, ХХХIV: 137-140. 

Новрузов  Е.Н. (2010) Пигменты  репродуктив-

ных  органов  растений  и  их  значение.  Баку: 

Элм,  308 с. 

Серкеров  С.В. (2005) Терпеноиды  и  фенол-

производные  растений  семейств  Asteraceae    и 



Apiaceae.  Баку: CBS Polygraphic  production. 

312 c. 



Тутаюк  В.Х.,  Гаджиев  В.Д.,  Вагабов  З.В.  

(1961) Дикорастущие декаративные растений в 

горах  Большого  Кавказа.  Известия  АН 

Азерб.ССР, сер.биол. и медиц.наук, №8: 3-13. 

Флора Азербайджана. Баку: АН Азерб. ССР.  I 

т., 1950, 369 с.; II т., 1952, 317 с.; III т., 1952, 

407 с.; IV т., 1953, 401 с.; V т., 1954, 578 c.; VI 

т., 1955, 539 c.; VII т., 1957, 646 с.; VIII т., 

1961, 688c. 

Angiosperm Phylogeny Group (2009) An update 

of the Angiosperm Phylogeny Group classi-

fication for the orders and families of flowering 

plants: APG III. Botanical Journal of the Linnean 



Society, 161(2): 105-121. 

Heywood V. (2003) Conservation and sustainable 

use of wild species as sources of new ornamen-

tals. In proceedings IS on sustainable use of plant 

biodiversity. Acta Horticulture, 598: 43-53. 



Ağayeva və  Qaraxani 

37 


Wang D-J., Zhang L-Q. (1993) A brief history of 

ornamental plants in ancient China. Proceedings 



of the XI International Association of Botanic 

Gardens Conference, Beijing, Wuxi: China Agri-

culture Press, p. 204-209. 

 

 

 

Таксономический Анализ Дикорастущих Декоративных Трав Территорий  

Губинского Района 

 

Р.Н.Агаева,  Р.X. Гарахани 

 

1

Институт ботаники НАНА 

 

К числу дикорастущих травянистых растений Губинского района Азербайджана относится большое 



количество  декоративных  видов.  В  статье  представлены  сведения  о 63 видах  декоративных  трав, 

собранных  и  исследованных  с  использованием  новых  таксономических  подходов  на  территории 

района  в 2013-2014 гг.  Было  установлено  новое    место  распространения  для  Campanula saxifraga 

Bieb. subsp. aucheri (A.DC.) Ogan. в Губинском районе. 



 

Ключевые слова: Дикорастущий, декоративный, вид, таксон, разнообразие 

 

 

Taxonomic Examination of Wild Ornamental Grasses of Guba Region 

 

P.N. Aghayeva, P.X. Garakhani

 

 

Institite of Botany, ANAS 

 

The wild grasses occurring in Guba region of Azerbaijan include considerable quantity of ornamental 



species. The article represents data on 63 ornamental grass species collected and investigated by using 

new taxonomic approaches in the region during 2013-2014 years. New distribution pattern of 



Campanula saxifraga Bieb. subsp. aucheri (A.DC.) Ogan. in Guba district was registered. 

  

Key words: Wild, decorative, species, taxon, diversity 



 

: uploads -> journal
journal -> Virtuoz Cərrah, Görkəmli Dövlət Və Elm Xadimi
journal -> Амеа-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 69, №1, səh. 146-147 (2014)
journal -> Akademik Cəmil Əliyev – 70 DÜnya şÖHRƏTLİ azərbaycan aliMİ
journal -> 29 aprel 2016-ci IL tarixdə Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi yığıncağında “Azərbay- can Respublikasının Nizami Gəncəvi adına Qızıl medal”ı və amea-nın görkəmli alimlərin adlarını daşıyan mükafatların təqdimetmə mərasimi
journal -> H. F. Əliyeva 1, Ə.Ü. Abduləzimova
journal -> Azərbaycanda Xına Bitkisinin Qapalı Şəraitdə Becərilməsi Və İqtisadi Səmərəsi
journal -> Respirator Distress Sindromu Olan Vaxtından Əvvəl Doğulan Uşaqlarda Endotel Funksiyasının Qiymətləndirilməsi
journal -> AZƏrbaycan miLLİ elmlər akademiyasinin məruzəLƏRİ, 2014, LXX ciLD, №1 MƏruzəLƏR ▬◄►▬ reports ▬◄►▬ доклады 1
journal -> B Genoma Malik Thinopyrum bessarabicum Yabanı Buğda Otu Növünün Xromosomlarının İdentifikasiyası Üçün Spesifik rapd markerlərin
journal -> Erkən Postnatal Ontogenez Və Təcrübi Hipoksiya Zamanı Qanda Qlükoza Homeostazı E. C. Mehbalıyeva


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə