Qrup: 451. 18 Rəhbər: prof/ İbrahimov Nazim Tələbə


I FƏSİL. Qarışdırıcı qurğunun tıxacının bərpa texnologiyası



Yüklə 382,9 Kb.
səhifə3/6
tarix02.01.2022
ölçüsü382,9 Kb.
#42795
1   2   3   4   5   6
Qarışdırıcı qurğunun tıxacının bərpa texnologiyası

I FƏSİL. Qarışdırıcı qurğunun tıxacının bərpa texnologiyası

1.1.Qarışdırıcı qurğunun təsnifatı

Lazımi tərkibdə götürülmüş yapışdırıcılardan, su və dolduruculardan ibarət qarışığa bərkiyənə qədər beton qarışığı və ya məhlul qarışığı, bərkidikdən sonra isə əmələ gətirdiyi kütləyə beton və ya tikinti məhlulu deyilir. Doldurucular-qum, çınqıl, qırmadaş, yapışdırıcılar isə sement, əhəng və gipsdir. Beton qarışığı hazırladıqda sement, məhlul hazırlandıqda isə sement və ya əhəng götürülür. Beton qarışıqlarında dolduruculardan, məhlul qarışığında isə qumdan istifadə edilir,



Beton qarışığının və betonun xassələrini yaxşılaşdırmaq üçün onlara əlavə maddələr qatılır. Beton qarışığının səlisliyi, rahat yerləşdirilə bilməsi və axarlığı onun texnoloji xassəsi, möhkəmliyi, suudma, istilik keçirmə və sukeçirməsi, şaxtayadavamlılığı, odadavamlılığı və fiziki-mexaniki xassələridir. Sement betonları sıxlığına görə çox agır: 2500 kq/m3-dən çox; ağır: 1800...2500 kq/m3 ; yüngül: 500...1800 kq/m3 , daha yüngül: 300 kq/m3 -dən az olur. Betonun markası onun sıxılmaya möhkəndiyinə görə təyin edilir. Betonun markası dedikdə, standart üsul ilə beton qarışığından hazırlanıb, normal şəraitdə bərkimiş 15x15x15 sm ölçüsündə 28 günlük kub nümunələrinin sıxılmaya möhkəmlik həddi nəzərdə tutulur. Daha yüksək beton almaq və sementə qənaət etmək üçün müxtəlif ölçülü dolduruculardan istifadə olunur. Qarışığın komponentlərinin bütün bəcm boyunca bərabər paylanmasını möhkəmliyə təsiri vardır. Qarışığın rahat yerləşdirilmasi onun axarlığı ilə əlaqədardır. Axarlıq qabiliyyəti standart konusun çökməsi ilə, sərt beton qarışığı isə viskozimetrlə təyin edilir. Betonun tərkibi seçilərkən doldurucuların dənəvərlik tərkibinin düzgün müəyyənləşdirilməsi və beton qarışığında suyun optimal miqdarda olması mühüm şərtdir. 79 Verilmiş möhkəmlikdə beton alınması üçün sementin sərfi sement-su və ya su-sement nisbətindən və suyun qarışıqda əvvəl müəyyən edilmiş miqdarına görə tapılır. Beton və məhlul qarışıqları hazırlamaq üçün uyğun surətda betonqarışdırıcı və məhlulqarışdırıcılardan istifadə olunur. Qarışdırılan materialların fıziki xassəsindən asılı olaraq plastik, quru və maye qanşıqlar tətbiq edilir. İş prinsipinə görə qarışdırıcılar dövri və fasiləsiz olur. Dövri qarışdırıcılarda komponentlərin doldurulması, qarışdırılması və hazır qarışığm boşaldılması işi ayrı-ayrı vaxtlarda, ardıcıl görülür. Fasiləsiz qarışdırıcılarda isə bütün əməliyyatlar fasiləsiz yerinə yetirilir. Qarışdırılma üsuluna görə qarışdırıcılar qravitasiyalı və məcburi təsirli olur. Qravitasiyalı qarışdırıcılarda material fırlanan baraban içərisində müəyyən hündürlüyə qaldırılıb öz ağırlıq qüvvəsi ilə tokülməklə, məcburi təsirli qarışdırıcılarda isə bilavasitə tərpənməz və ya fırlanan baraban içərisindəki pərlərlə qarışdırılır. Qravitasiyalı qarışdırıcılardan doldurucularının ölçüsü 150 mm-ə qədər olan axarlı qarışıq, məcburi təsirli qarışdırəcılardan isə doldurucularının ölçüsü 30...70 mm-ə qədər olan azaxarlı və sərt qarışıq hazırlanmasında, eləcə də müxtəlif məhlullar hazırlanmasında istifadə edilir. İşçi orqanın konstruksiyasina görə qarışdarıcılar barabanlı, bir və ikivallı pərli, spiralşəkilli pərli, üfüqi pərli, şaquli pərli, sadə və mürəkkəb hərəkətli, propellerli, vibrasiyalı və pnevmatik qarışdırıcılara ayrılır. Qurulma üsuluna görə qarışdırıcılar stasionar və ya səyyar olmaqla iki cür hazırlanır. Stasionar maşınların məhsuldarlığı çox olduğu üçün onlar uzunmüddətli istismar vaxtına hesablanmış obyektlərdə, səyyar qarışdırıcılar isə kiçik obyektlərdə və ya mövsimi xarakterli işlərdə tətbiq olunur. Dövri qarışdırıcıların əsas parametri hazır məhsulun və ya yoğurumun həcmidir.



    1. Yüklə 382,9 Kb.

      Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin