Qrup 400 Cümşüdlü Vüqar refera t


Məhdud məsuliyyətli müəssisə



Yüklə 20,47 Kb.
səhifə3/3
tarix13.06.2023
ölçüsü20,47 Kb.
#129471
1   2   3
referat 1852

Məhdud məsuliyyətli müəssisə bir və ya bir neçə fiziki və (və ya) hüquqi şəxs tərəfindən yaradılan, nizamnamə fondu təsis müqaviləsi ilə müəyyən edilən həcmdə paylara bölünən müəssisədir.Müəssisənin təsisçiləri onun öhdəliklərinə görə ancaq nizamnamə fondundakı payları həcmində məsuliyyət daşıyırlar.
Müəssisənin nizamnamə fondunda nəzərdə tutulan pay şərik tərəfindən qismən ödənildikdə, müəssisənin öhdəliklərinə görə həmin şərik payın qalan hissəsinin üzərinə düşən öhdəlik üçün özünün əmlakı ilə payın qalan hissəsi həcmində məsuliyyət daşıyır.
Şərik müəssisədən çıxdıqda öz payını geri alır.Şəriklərin razılığı ilə həmin pay müəssisənin şəriklərinə və ya kənar şəxslərə satıla, verilə bilər. Müəssisənin şərikləri satılan payın alınmasında üstün hüquqa malikdirlər. Pay satılmadığı halda müəssisənin nizamnamə fondunun həcmi onun məbləğinə uyğun olaraq azaldılır.
Müəssisənin şəriklərindən biri (bir neçəsi) vəfat etdikdə, hüquqi şəxs olan şərik isə ləğv edildikdə, onun (onların) varisi şərik kimi müəssisəyə qəbul edilir.Bütün hallarda payın bir mülkiyyətçidən digərinə keçməsi notarial qaydada təsdiq edilməlidir.Müəssisənin şəriki olan hər bir hüquqi şəxs öz hüquqi şəxs statusunu saxlayır.
Digər təşkilati-hüquqi forma sayılan əlavə məsuliyyətli müəssisənin məhdud məsuliyyətli müəssisədən fərqi ondadır ki, burada iştirakçılar öhdəliklərə görə Nizamnamə fonduna qoyduqları paylarının nizamnamə ilə müəyyənləşdirilən və hamısı ümün eyni olan misli miqdarında subsidiar məsuliyyət daşıyır və əgər iştirakçılardan hər hansı biri öz payını ödəmək ixtiyarında deyilsə onda bu pay digər iştirakçılar arasında onların payı nəzərə alınmaqla bölünür.
Ən geniş yayılmış müəssisə növlərindən biri səhmdar cəmiyyətləridir.Səhmdar cəmiyyəti təsərrüfat fəaliyyətini həyata keçirmək məqsədilə nizamnamə fondunu səhm buraxmaq yolu ilə formalaşdıran fiziki və (və ya) hüquqi şəxslərin könüllü sazişi əsasında yaradılan müəssisədir.Səhmdar cəmiyyəti azı üç fiziki və (və ya) hüquqi şəxs tərəfindən təsis edilir.
Səhmdar cəmiyyətinin öhdəliklərinə görə səhmdarlar özlərinin verdikləri pay həcmində (onlara məxsus olan səhm paketi hüdudunda) məsuliyyət daşıyırlar.
Səhmdar cəmiyyət üçün səhmlərin buraxılışı maliyyə resurslarının cəlb olunmasının əsas mənbəyidir. Səhm dedikdə səhmdarın səhmdar cəmiyyətin mənfəətin bir hissəsini dividend şəklində almaq, səhmdar cəmiyyətin idarə olunmasında iştirak etmək və o, ləğv edildikdən sonra qalan əmlakın bir hissəsini əldə etmək hüququnu təsbit edən qiymətli kağız başa düşülür.
Səhmdar cəmiyyəti səhmdarların əmlak öhdəliklərinə görə məsuliyyət daşımır. Səhmdar cəmiyyəti “açıq tipli səhmdar cəmiyyəti” (ASC) və ya “qapalı tipli səhmdar cəmiyyəti” (QSC) formasında yaradılır.Cəmiyyətin üzvü olan hüquqi şəxslər öz hüquqi şəxs statusunu saxlayırlar.
Yüklə 20,47 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin