146
davam etdirərək marşrutun sxemini zəhərlənmə ölçülən yeri, zəhərlənmənin
növünü, ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd edir və bu barədə obyektin
mülki müdafiə qərargahına məlumat verir.
Kəşfiyyat qurtardıqdan sonra qrup qərargaha gəlir. Qrup komandiri vəzifə-
lərin ye rinə yetirilməsi haqqında məlumat verir və kəşfiyyat sxemini təq dim edir.
Bundan sonra o, lazımi hallarda şəxsi heyətin və avtomobilin zəhər lənmə dərə-
cəsini yoxlayır, ehtiyac olduqda xüsusi sanitar təmizləmə işlərini təşkil edir,
qrupu yeni vəzifələrin icrası üçün hazırlayır.
Radiasiya və kimya müşahidəsi postları
bütün obyektlərdə yaradılır və təh-
lükə yaranarkən bilavasitə fəaliyyətə başlayır. Onların əsas vəzifələri radio aktiv
və kimyəvi zəhərlənmələri vaxtında aşkar etmək, müşahidə sahə sində və ziyyə-
tin dəyişməsinə fasiləsiz nəzarət etmək və qərargaha müntəzəm məlumat ver-
məkdir. Təbii fəlakət və istehsalat qəzaları vaxtı posta digər vəzifələr də tap-
şırıla bilər. Post elə yerdə qoyul ma lıdır ki, oradan hər tərəfi müşahidə etmək
mümkün olsun və postun özü mülki müdafiə idarəetmə məntəqəsinin yaxın-
lığında yerləşsin. Müşahidəçilərin dalda lanması və növbə dən sonra dincəlməsi
üçün burada hökmən üstüörtülü səngər düzəldilir, müşahidəçi duran yerdə
cəhətləri göstərən nişanlar qoyulur. Postun heyəti rəisdən və iki müşahidəçidən
ibarətdir.
Dostları ilə paylaş: