Assuriya
Plan:
1. Şimali Mesopotamiya e.ə. II minilliyin əvvəllərində
2. Kassilərin hücumları. Erkən Assur padşahlığı
3. Yeni Assur padşahlığı
4. Orta Assur padşahlığı (e.ə. XV-XI, e.ə. X-VII əsrlər)
Assuriya (ingiliscə: Assyria) və ya Aşşur – Orta Tunc dövründə Yuxarı Dəclə
çayının ətraflarında yerləşən ərazi. Adı burada mövcud olmuş qədim Aşşur
(akkadca: Aššur; ərəbcə: ررورشأ Aššûr; yəhudicə: רוּשּׁאַ Aššûr) şəhəri ilə bağlıdır. Daha
sonralar, Aşur İmperiyası Yaxın Şərqdə, Misirdə və Anadoluda böyük əraziləri
tərkibinə daxil edən qüdrətli bir dövlətə çevrilmişdir.
Aşşur (Assuriya) dövləti – Babildən şimalda yaranmışdır. Bu dövlət b.e.ə. VIII-VII
əsrlərdə güclü dövlət olmuşdur.Babil, Suriya, Fələstin əraziləri Aşşur tərəfindən işğal
olunmuşdur. B.e.ə. 605-ci ildə Aşşur dövləti Babil və Midiyatərəfindən süquta
yetirildi və torpaqları iki dövlət tərəfindən bölündü.ədim Assuriya dövləti bir neçə
şəhərlərin birləşməsindən yaranmışdı. Bu birləşmənin paytaxtı Aşşur şəhəri idi. O
dövrdə Aşşur şəhəri o qədər də inkişaf etməmişdi. Qədim Assuriya dövləti
birləşmələr şəklində olsa da hökmdarlara malik idi. Qədim Assuriya hökmdarları
çadırda yaşayanlar kimi qələmə verilirdi. Bu da onu göstərir ki, Assuriyada maldarlıq
yüksək inkişaf etmişdi. O dövrün Assuriya tacirləri əsasən Kaniş və Qasur
şəhərlərində məskunlaşmışdılar. III Ur sülaləsinin hakimiyyəti dövründə Assuriya
hökmdarı Zarikum III Ur hökmdarı I Bur-Sindən asılı idi. E.ə III minillikdə Aşşur
şəhər dövlətinin başında sami mənşəli sülalə dururdu. Bu sülalənin
hökmdarlarıAkkad mənşəli adlar qəbul edirdilər. Bu dövrdə Assuriya beynəlxalq
ticarətdə mühüm rol oynayırdı. Assuriya hökmdarları əsasən daxili işlərlə məşğul
olur, xarici işlərə qarışmırdılar. Onlar həm də dini hakimiyyətə sahib idilər və ali
kahin rütbəsi daşıyırdılar. Məhkəmə və inzibati işlərə ukullum adlı məmur baxırdı, o
seçkilər vasitəsilə seşilirdi.Aşşurda ağsaqqallar şurası mövcud idi və bura adlı-sanlı
ailələrin üzvləri və quldar əyanlar daxil idilər. Bu dövrdə xalq yığıncağı öz
əhəmiyyətini itirmişdi. Şura üzvlərindən biri bir il müddətinə rəhbər seçilir, belə şəxs
limmu adlanır, xəzinənin açarını daşıyır və cari il onun adına adlandırılırdı.
Assuriyada əsas torpaqlar icma torpaqları idi və kəndlilərə məxsus idi. Qul
əməyindən geniş istifadə edilirdi. Kasıb ailələr öz övladlarını qul kimi verirdilər, borc
köləliyi də geniş yayılmışdı. E.ə XIX əsrin əvvəllərində yaranmış siyasi vəziyyət
Assuriya dövlətçiliyinə və iqtisadiyyatına mənfi təsir göstərdi. Het dövlətinin
yaranması Assuriya ticarətinin tənəzzülünə səbəb oldu. Qərbə gedən ticarət yolları
hetlərin əlinə keçdi. Şərqdə isə lullubi və kutidövlətlərinin süqutu nəticəsində ticarət
əlaqələri tamamilə zəiflədi. Ticarət yollarının bərpasına zəmin yarandı. Bütün bu
hadisələr işğalçılıq siyasətinin yeridilməsinə səbəb oldu. E.ə 1813-cü ildə
hakimiyyətə gələn I Şamşi-Adad özünü dünyanın hökmdarı elan etdi. O ilk qüdrətli
Assuriya hökmdarı oldu və qərbdə və şərqdə hərbi əməliyyatlara başladı. Qərbdə
Mari hökmdarlarını məğlub etdi və Şimali İkiçayarsında olan şəhərləri tutdu. Öz
oğlunu bura hakim təyin etdi. Karxemiş hökmdarı ilə ittifaqa girdi və onunla
birlikdə Suriyanın Katna şəhərini tutdu. Katna hökmdarı ilə də ittifaq bağladı və onun
qızını oğluna aldı. Qərbdə olan ticarət yolları Assuriyanın əlinə keçdi. Sonra o şərqə
tərəf yürüş etdi və əvvəlcə Arrapxa və Şuşarra şəhərlərini tutdu. Lakin Şuşarranı öz
əlində saxlaya bilmədi və şəhər turukkilərin əlində qaldı. O, Tukriş hökmdarından və
bir sıra Yuxarı İkiçayarasında olan hökmdarlardan xərac almaqla kifayətləndi. I
Şamşi-Adaddan sonra e.ə 1797-ci ildə hakimiyyətə oğlu I İşme-Daqan gəldi. Onun
dövründə Assuriya əvvəlki qüdrətini itirdi və bir sıra ərazilər llərindən çıxdı. Mari
hökmdarı Zimirlim yenidən müstəqil siyasət yeritdi. Şamşara
əyalətində kuti və turukkilər ilə münaqişələr baş verdi. I İşme-Daqan turukkilər ilə
sülh bağladı və turukki hökmdarı Zazinin qızını oğluna aldı. E.ə 1757-ci
ildə Babilistan hökmdarı Hammurapi Aşşur şəhərinə yürüş etdi, I İşme-
Daqan Babilistandan asılı vəziyyətə düşdü. Ondan sonrakı Assuriya hökmdarları
Mut-Aşkur, Rimuş və Asinum da Babilistan tabeçiliyini qəbul etdi. E.ə 1732-ci ilə
kimi Assuriya Babilistanın hakimiyyəti altında qaldı. E.ə XVI əsrdə qərbdə Mitanni
dövləti yarandı və Assuriya Mitannidən asılı vəziyyətə düşdü.
Assuriya qoşunlarının sayı 120 min nəfərə çatırdı. Qoşun piyada, atlı və döyüş
arabalarından ibarət idi. Quldar cəmiyətinin inkişafı çoxlu sayda qul tələb edirdi.
Buna görə Assuriya çarı II Aşşurnasirpal (884-859) Şimali Suriyaya, Cənubi Qafqaza
orada yaranmış Urartu dövlətinə qarşı yürüşlər təşkil edirdi. 9-cu əsrin ortasında
Assuriyaya qarşı Dəməşq başda olmaqla qonşu dövlətlər koalisiyası yarandı. Karkar
yanında(854) gərgin döyüşdən sonra assuriya qoşunları geri çəkildi. Lakin tezliklə
Assuriya yenə fəal xarici siyasət yürütməyə başladı. 8-ci əsrin ortasında çar III
Tiqlatpalasar və onun varisləri II Sarqon və Sinexerib Dəməşqi, Cənubi Suriyanı və
Qəzzaya qədər Fələstini işğal etdilər
Ön Asiyada aparıcı dövlət olan Assuriya öz hərbi təşkilatını və hərbi texnikasını
yüksək səviyədə saxlamalı idi. Yürüş vaxtı yığma qoşundan təşkil olunan ordu dövlət
aparatının vacib bəndi idi. Ordunun tərkibinə icma kəndliləri, sənətkarlar və
ticarətçilər daxil idi. Xüsusi ilə təhlükəli yerlərdə və sərhəddə pay torpaq alan
kolonistlər də yürüşdə iştirak etməliydilər. 8-ci əsrdə III Tiqlatpalasarın dövründə,
mərkəzi və yerli dövlət aparatını hərbi məqsədlərə tabe edən vacib islahatlar keçirildi.
Yığma qoşun, tərkibində süvarilər, piyadalar və at arabaları olan daimi qoşunla əvəz
edildi. 8-ci əsrin ortasında süvari dəstələr vacib qoşun növü olaraq ordunu manevrli
və çevik etdi. Əsas rolu, yüngül və ağır silahlanmış silahlı əskərlərdən ibarət
piyadalar oynayırdı. Onlar zireh, qalxan, dəbilqə, ox yay, qısa qılınclarla və nizələrlə
silahlanmışdılar. Orduya yol salmaq, körpü tikmək və düşərgə salmaq üçün xüsusi
dəstələr də daxil idi. Fortifikasiya işi inkişaf edirdi. Assuriyalılar istehkam tikmək,
şəhərləri mühasirəyə salmaq və təkər üstündə zəncirdən asılmış qoç kimi mühasirə
silahlarından yararlanaraq hucumla almağı yaxşı bacarırdılar. Onlar bacarıqla
cəbhədən və cinahdan hucum edirdilər, qoşunlarını xüsusi qaydada düzərək, dar
dərələri və dağ keçidlərini, və səhra şəraitində xüsusi ilə vacib olan su qaynaqlarını
tutmağa çalışırdılar. Assuriyalılar hərbi və mülki casus şəbəkəsindən yararlanırdılar.
Kommunikasiya və rabitə işinə böyük önəm verirdilər.Onların hərəkət etdiyi yollar
qayğı ilə qorunurdu, və həyəcan siqnalı zamanı işarələrdən ( hündür yerdə alov)
yararlanırdılar. Səhralıqdan keçən yollar qüllələrlə və su quyuları ilə təchiz
edilirdilər. Məntəqələrin arasındakı məsafələr göstərilən xəritələrdən istifadə
olunurdu. Öz donanması olmasa da, Assuriya Finikiya kimi qonşuların
donanmasından yararlanırdı. Onlar qonşu xalqların hərbi təcrübəsini öyrənməyə
çalışırdılar. Mitanni və xettlərdən onlar süvariləri və döyüş arabalarını, babillərdən
hərbi qəsəbələrin təşkilini mənimsəmişdilər. Öz növbəsində assuriyalıların istehkam
işləri və divardələn silahlarla hucum taktikası, körpü və yol tikintisi, düşərgə
salınması təcrübəsini perslər, sonra isə romalılar tərəfindən mənimsənil
Urartu hökmdarları Menua və oğlu I Argişti Assuryanın hakimiyyəti altıda olan
ərazilərə daim yürüşlər edirdilər. Bu isə Assuriya ilə müharibələrə gətirib çıxarırdı.
E.ə 735-ci ildə Assuriyalılar Urartuluları məğlub etdilər. E.ə VIII əsrin II yarısında
Assuriya hökmdarı III Tiqlatpalasar Mannada öz siyası təsirini artırmaq
üçün Urartu ilə vuruşurdu. O, Mannanın Mazamua vilayətini tutmuş və bir sıra
tayfaları bura köçürtmüşdü. Onun dövründə Manna və Assuriya müttəfiq dövlətlər
idilər. E.ə 719-cu ildəMannanın Şuandahul və Durdukka şəhərlərinin əhalisi
hökmdar İranzuya qarşı üsyan qaldırdı. Assuriya hökmdarı II SarqonManna ilə
müttəfiq olduğunu göstərmək üçün Manna ərazisinə yürüş etdi və üsyançıları
cəzalandırdı. Üsyan yatırıldı. Bu barədə II Sarqonun kitabəsində yazılır:
"Hakimiyyətimin üçüncü ilində möhkəmləndirilmiş şəhərlər Şuandahul və Durdukka
öz ağaları, mənim boyunduruğumu daşıyan hökmdar Mannalı İranzunun əleyhinə
üsyan qaldırmaq fikrinə düşdülər və Zikirtalı Metattiyə arxalandılar. Zikirtalı Metatti
öz döyüşçüləri və atçıları ilə onlara kömək etdi. Mən ilahi Aşşurun saysız-hesabsız
qoşununu qaldırdım və bu şəhərləri fəth etmək üçün yürüş etdim; güclü kürşatma
alətləri ilə onlann möhkəm divarlarmı dağıdıb, yerlə yeksan etdim, əhalini əmlakı ilə
birlikdə əsir apardım; bu şəhərləri söküb dağıtdım, od vurdum. Köklərini məhv edən,
yaramaz məsləhət verən və Urartulu Ursa ilə razılaşmaya girişən Sukku, Baia və
Abitikna şəhərlərinin əhalisini günah iş gördüklərinə görə öz yerlərindən qərbdəki
Hatti ölkəsinə köçürdüm." İranzudan sonra hakimiyyətə oğlu Aza gəldi və onun
dövründə Mannada daxili çəkişmələr gücləndi. Aza e.ə 716-cı ildə sui-qəsd
nəticəsində öldürüldü və hakimiyyətə Urartu hökmdarı I Rusanın köməyi ilə Azanın
qardaşı Ullusunu gəldi. Ullusunu hakimiyyətə gəldiyinə kömək etdiyinə görə I
Rusaya 22 Manna qalası vermişdi. Və bundan sonra Azanın intiqamını almaq üçün II
Sarqon yenidən Mannaya yürüş etdi. Ullusununu bağışladı, onu yeganə
Mannahökmdarı etdi və onunla ittifaq bağladı. Bu barədə II Sarqonun kitabəsində
yazılır: "Hakimiyyətimin altıncı ilində Urartulu Ursa, Mannahlar ölkəsinin canişinləri
Uişdişli Baqdattini və Zikertulu Metattini Şarrukinin Assuriyalı və hökmdarlarımın
oğlu Azanın əleyhinə qaldırdı və Mannalılar ölkəsində qiyam edib, sıldırım Uauş
dağında öz hökmdarları Azanın meyitini atdılar. Manna ölkəsinin intiqamını almaq
və onu Assuriyanın tabeliyinə qaytarmaq üçün Aşşura, mənim ağama əllərimi
ucaltdım və Uauş dağında, Azanın meyitinin atıldığı yerdə Baqdattinin dərisini
soydum və Mannalılara göstərdim. Ullusununu, onun Azanın qardaşını taxta
əyləşdirdilər, mən də ona bütün Mannalılar ölkəsini tabe etdim." E.ə. 716-cı
ildə Manna canişini Dayaukku mərkəzi hakimiyyətdən çıxdı və II Sarqon ittifaqa
sadiq qalaraq Mannaya və Urartuyayürüş etdi. II Sarqon İzirtunu tutub dağıtdı. II
Sarqon və I Rusa arasında döyüş baş verdi. I Rusa döyüş meydanından qaçdı. II
Sarqon işğal olunmuş Mannatorpaqlarını geri qaytardı. E.ə 714-cü ildə II
Sarqon böyük yürüşünə çıxdı onun bu yürüşdə 3 məqsədi var idi:
Və II Sarqon yürüşə çıxdı. Mannanın Sirdakka əhərində Ullusunu ilə II
Sarqon arasında müqavilə imzalandı və Ullusunu II Sarqonun şərəfinə yazılı abidə
qoydurdu. Bundan sonra II Sarqon Urartuya yürüş etdi I Rusa öldürüldü və Urartu bir
daha Manna ərazisinə yürüş edə bilmədi. VII əsrin I yarısında kimmer, skif və sak
tayfaları Ön Asiyaya yürüş etdi. Manna hökmdarı Ahşeri skiflərə arxalanaraq
Assuriya ilə ittifaqı pozdu. Assuriya hökmdarı Aşşurbanipal e.ə 650-ci
ildə Ahşerini məğlub etdi. Paytaxt İzirtunu dağıtdı. Mannada hakimiyyətə
Ahşerinin oğlu Ualli gəldi və onun dövründə Assuriya ilə ittifaq bərpa edildi. Hətta
e.ə 616-cı ildə Manna hərbi dəstələri Assuriyaya kömək etdi.
Assuriya dövləti İkiçayarasının şimal hissəsində, İraqın ərazisində mövcud
olmuşdur. Assuriyanın ərazisi əsasən dağlıq olduğu üçün burada əkinçilik bir o qədər
inkişaf etməmişdir. Lakin burada çoxlu faydalı qazıntılar və meşə materialları vardır.
Assuriya əhalisi tunc əldə etməyi çox erkən öyrənmişdir. Assuriyalılar mis, tunc,
qalay və sonra dəmirdən istifadə etmişlər. E.ə I minilliyin başlanğıcında
Ön Asiyada dəmirdən istifadə təsərrüfatla yanaşı, hərbi sənətin inkişafında mühüm
rol oynamışdır. Assuriyalılar bundan daha yaxşı istifadə edərək hərbi sənətdə böyük
nailiyyətlər qazanmışlar. Bunun nəticəsində e.ə. VIII-VI əsrlərdə Assuriya
Ön Asiyada ən qüdrətli hərbi dövlətə çevrildi. Assuriya hökmdarlarını mühafizə edən
daimi çar cangüdənlər dəstəsi var idi. Piyadalar uzun nizə, ox və kaman, qalxanlarla
silahlanırdılar. Dağları aşmaq üçün kəndir, çaylardan keçmək üçün heyvan dərisindən
hazırlanmış və içərisinə hava doldurulmuş tuluqlardan istifadə
olunurdu.Assuriyalıların ordusunda xüsusi mühəndislər dəstəsi fəaliyyət göstərirdi.
Onlar hərbi istehkamlar qurur, hərbi yollar çəkir, çaylar üzərindən körpülər salırdılar.
Assur ordusu xüsusi mancanaq və digər qala uçuran qurğulardan istifadə
edirdi.Sonralar Assuriyanın paytaxtı Nineviya oldu. Bu şəhər "aslanlar yuvası"
adlandırılırdı. Şəhər memarlıq baxımından yüksək inkişaf etmişdi. Assuriya
hökmdarlari şəhərdə məbəd tikintisinə yüksək önəm verir və böyük tikinti işləri
həyata keçirilirdi. Qədim Assuriyanın ərazisində icmalar mövcud olmuşdur.
Bunlardan ən irisi Aşşur şəhər icması idi. Aşşur icmasının əhalisi əkinçilik və
maldarlıqla məşğul olurdu. Aşşur eyni zamanda geniş ticarət aparırdı. Anadoludakı
Kaniş şəhəri beynəlxalq ticarət mərkəzi sayılırdı və Assuriyalılar onlarla əlaqə
saxlayırdı. Aşşur icmasında ticarətin inkişafı ilə bağlı olaraq sənətkarlığın müxtəlif
sahələri ilə məşğul olurdular. Aşşur icması sənətkarlıq əşyaları və müxtəlif
metallardan ibarət xammal ilə alış-veriş edirdi. Qərbdə Aşşura tabe olan xüsusi ticarət
məhəllələri vardı. Aşşur icması şərqə gedən ticarət yolunun əsas məntəqəsi idi. Bu
şəhərdə müxtəlif mənşəli əhali mal mübadiləsi və alış-veriş edirdi. Aşşur şimala və
şərqə gedən ticarət yollarını da nəzarətdə saxlayırdı. Assuriya ərazisində ixtisaslaşmış
ticarət icmaları da mövcud idi. Aşşurdan başqa, Arrafa şəhər icmasında da ticarət
icması mövqe qazanmışdı. İcmalar arasında əmək bölgüsü vardı. Dəmirçi, dülgər,
toxucu, dulusçu və s. peşələr üzrə ixtisaslaşmış ticarət icmaları fəaliyyət göstərirdi.
İxtisaslaşmış ticarət icmaları bilavasitə bazarla bağlı idi. Lakin mövcud olan ev
icmaları bazar ticarət münasibətlərinin inkişafını ləngidirdi. Ev icmalarının varlığı
torpaqla bağlı idi. Arrafa icmasında torpaq alınıb-satılırdı. Bunun nəticəsində varlı və
yoxsul ailələr meydana gəlmişdi. Arrafa icmasındakı ailə kollektivi qullara malik idi.
Əsas qul mənbəyi uğurlu müharibələr idi. Lakin Qədim və Orta Assuriya dövründə
borc köləliyi də geniş yayılmışdı, çünki bu zaman müharibələr Assuriyanın dövlət,
məbəd və fərdi təsərrüfatlarını qul əməyi ilə təmin edə bilmirdi. Məhz Yeni Assuriya
dövründə uzun müddətli qələbələr ölkəni hərbi əsirlərlə doldurdu. Bununla yanaşı
işğal olunmuş ərazinin əhalisinin Assuriyaya köçürülməsi ölkənin işçi qüvvəsini
artırırdı. Nəticədə qul əməyinə tələbat azalırdı. Yeni Assuriya dövründə qul ucuz
qiymətə satılırdı. Fərdi təsərrüfata, yəni ev icmasına məxsus olan qul müəyyən
müstəqilliyə malik olmuşdu. Qula ailə saxlamaq ixtiyarı verilmişdi. Müstəqil torpaq
becərmək üçün qula torpaq sahəsi ayrılırdı. Məhsulun çox hissəsi quldara təhvil
verilirdi. Qul, onun ailəsi və əmlakı ağanın mülkiyyəti hesab olunurdu. Ağa qulu
ailəsi ilə birlikdə sata bilərdi. Lakin Assuriya qanunları borc əsarətinə düşmüş adamla
qul arasında müəyyən fərq qoyurdular. Borc əsarəti Assuriyada geniş tətbiq olunurdu.
Borclu borcunu vaxtında qaytarmazdısa, onda o, borc əvəzi sələmçinin təsərrüfatında
işləməli və borcun məbləğini öz əməyi ilə ödəməli idi. Sələmçi onu qul kimi sata
bilməzdi. Sənədlərdə 10-20 quldan ibarət ailələrin satılması qeyd olunmuşdur. Qullar
becərdikləri torpaq sahəsi ilə birlikdə də satılırdılar. Orta dövr Assuriya qanunları ev
köləliyi və qadının mövqeyi haqda xüsusi maddələr nəzərdə tutmuşdular. Ev
sahibəsinin qul və kəniz ilə münasibəti maddələrin birində belə əks olunmuşdur:
"Əgər qul, yaxud kəniz azad adamın əlindən bir şey qəbul edərsə, onda həmin qul və
kənizin burnu və qulağı kəsilməli, oğurlanmış şey isə qaytarılmalıdır; adam öz
arvadının da qulağını kəsə bilər. Əgər o, arvadına cəza verməzsə və onun qulağını
kəsməzsə, onda qul və kənizin qulağı həmçinin kəsilməməli və onlar oğurlanmış şeyi
qaytarmamalıdırlar». Assuriya qanunlarından belə nəticə əldə etmək olur ki, ailədə
qadına müstəqillik verilmirdi. Onun bütün hərəkətləri kişinin nəzarəti altında idi.
Qadın icazəsiz heç kəsə evdən ərzaq, yaxud ev əşyası verə bilməzdi, yəni heç kəsə əl
tutmamalı idi. Ailə əmlakına onun hüququ yox idi, ancaq ev əmlakı üzərində tam
hüquqa malik olmuşdu. Qadın tərəfindən kənara verilmiş əşya oğurluq malı hesab
edilirdi. Müvafiq maddədə bu haqda belə deyilir: "Əgər azad adam xəstədirsə, yaxud
vəfat edibsə, onun arvadı isə evdən bir şey oğurlayıb qadınamı, kişiyəmi, yaxud hər
hansı bir kəsəmi veribsə, onda həmin adamın arvadı və ev şeyini qəbul edənlər
öldürülməlidirlər. Əgər azad adamın arvadı əri sağ olarkən ər evindən nə isə
oğurlanmışsa, kişiyəmi, qadınamı, hər hansı bir kəsəmi vermişsə, onda həmin adam
and vasitəsilə öz arvadını təqsirləndirə bilər və ona cəza verə bilər, oğurluq malını
adamın arvadından qəbul etmiş şəxs isə malı qaytarmalıdır. Ər arvadına verdiyi
cəzanı oğurluq malını qəbul etmiş şəxsə də tətbiq etməlidir". Assuriyada qadın
ləyaqətinə yüksək qiymət verilirdi. Qadının şəxsiyyətini və namusunu qoruyan
maddələr orta Assur qanunvericiliyinə salınmışdı. Assuriyada levirat, yəni dul
qadının vəfat etmiş ərinin qardaşı ilə nikahı mövcud idi. Belə hallarda ailə icmasının
bütövlüyünü saxlamaq məqsədi güdülürdü. Bəzi hallarda, əgər təqsir ərdə olardısa,
qadın ər evini tərk edib ata evinə qayıtmaq hüququna da malik idi. Adətən ər vəfat
etdikdən sonra qadın onun borcunu ödəmək üçün sələmçinin təsərrüfatında işləməli
idi. Bəzən müəyyən şərait nəzərə alınırdı və qadın borcu ödəməkdən azad olunurdu.
Ailədə atanın hakimiyyəti qeyri-məhdud idi, buna görə də qadın ləyaqəti və hüququ
əksər hallarda tapdanırdı. Kişi qadını çox asanlıqla boşaya bilərdi. Lakin ərinə
xəyanət etmiş, yaxud ərindən ayrılmaq istəyən qadını suya atırdılar. Assuriyada
kəskin mülki bərabərsizlik mövcud olmuşdu. Bunun nəticəsində quldarlar cəmiyyətin
hakim sinfi kimi formalaşırdılar. Mülki bərabərsizlik icma təşkilatlarına da
toxunmuşdu. İcmanın birliyi dağılırdı, icma üzvləri müflisləşir, sələmçilərdən asılı
vəziyyətə düşürdülər. Torpaqdan məhrum olmuş icmaçılar öz övladlarını kənara
satmağa məcbur olurdular. Onlar məcburi əməklə məşğul olanlar dəstəsinə mənsub
idilər. Qullar və məcburi əmək adamları istismar olunan sinfi təşkil edirdilər. Dövlət,
məbəd və böyük fərdi təsərrüfatlarda qul əməyi geniş tətbiq olunurdu. Dövlət
təsərrüfatı işğallar nəticəsində genişlənirdi. Hökmdar dövlətə yaxın olan adamları
torpaq sahələri ilə təmin edirdi. Belə adamlar yeni qulluq əyanları təbəqəsini təşkil
edir, hökmdarın dayağına və böyük torpaq sahibkarlarına çevrilirdilər. Onların
mülkündə işləyən qulların sayı 30-50 nəfərə çatırdı. Xırda torpaq sahibkarlığı da
mövcud idi. Burada işləyən qulların sayı nisbətən az idi. Assuriyada məbədlər də
böyük torpaq sahələrinə malik idilər. Məbəd təsərrüfatında qullarla yanaşı məcburi
əmək adamları da işləyirdilər.
Dostları ilə paylaş: |