Qazların qurudulması



Yüklə 0,62 Mb.
səhifə5/6
tarix30.12.2021
ölçüsü0,62 Mb.
#49160
1   2   3   4   5   6
Qazların qurudulması

Absorbsiya üsulu. Bu, qazların benzinsizləşdirilməsi üçün işlədilən əsas üsullardan biridir. Proses qazların tərki­bində olan komponentlərin seçici uducularla udulmasına əsas­la­nır. Absorbent kimi benzin, kerosin və solyar fraksiyala­rından istifadə edilir. Yüksək təzyiq və alçaq temperaturda ağır komponentlərin udulması daha da artır (Absorbsiya prosesində alınan istilik təxminən həll olan karbohidrogenlərin konden­sasiya istiliyinə bərabər olur). Absorbsiya kalon tipli aparat­larda aparılır (şəkil 2.5).

Qaz təmizləyici qurğuda təmizləndikdən sonra kompres­sora daxil olub, ya bir, ya da iki pillədə sıxılaraq absorberin aşağısına vurulur. Absorbsiya 30-40°C temperatur və 1-5 MPa təzyiqdə aparılır.

Absorberin absorbent qatından keçən qaz təmizləndikdən sonra tələb olunan müəssisələrə göndərilir.

Absorberin aşağısından doymuş absorbent xaric olaraq havadəyişənə verilir. Burada təzyiqin düşməsi hesabına onun tərkibində qalan metan və etan ayrılır. Maye hissə istilikdəyiş­diricini və buxar qızdırıcısını keçərək lazımi temperatura qədər qızdırılıb desorberə verilir. Desorbsiya 160-200°C temperatur və 0,3-0,5 MPa təzyiqdə aparılır.

Desorbsiya prosesinin getməsi üçün qaz fazasından ayrılan komponentlərin parsial təzyiqi, maye fazanın təzyiqin­dən az olmalıdır.



Şəkil 2.5. Absorbsiya qurğusunun sxemi:

1 - absorber; 2 - küləkləndirici; 3 - reabsorber; 4 - buxarlandırıcı kalon; 5 - tutum; 6 - istidəyişdirici; 7 - buxar qızdırıcısı; 8 - kondensator-soyuducu; I - xam qaz; II - benzinsizləşmiş qaz; III - su buxarı
Desorbsiyaedici agent kimi daha çox su buxarından istifadə edilir. Desorbsiya olunmuş qazlar və su buxarı aparatın yuxarısından xaric olaraq kondensator-soyuducunu keçib soyuduqdan sonra su ayrıcıya yığılır. Burada sudan təmizlən­miş maye karbohidrogenlərin bir hissəsi suvarma kimi desorberin yuxarısına verilir. Digər hissəsi isə qeyri-sabit qaz benzini tutumuna yığılır.

Desorberin aşağısından regenerə olunmuş absorbent istilikdəyişdiricidə öz istiliyini doymuş absorbentə verdikdən sonra soyuducuda daha da soyudulub absorberə qaytarılır.

İlk qaz qarışığında olan propanın potensial miqdarının 50%-i bu üsulla çıxarılır. Qaz qarışığındakı propanı yüksək çıxarla ayırmaq üçün fraksiyalayıcı absorberdən istifadə edilir. Bu müxtəlif diametrlərdə iki aparatdan ibarətdir. Kiçik diametrli aparat absorber adlanır. Bunun yuxarısından təmiz absorbent, aşağısından isə ilk qaz qarışığı verilir. Absorberin aşağısına istilik də verilir ki, bu da absorbentdə udulan metan, etan və propanı desorbsiya edir. Propan aparatın yuxarısından verilən təzə absorbentlə yenidən udulur. Beləliklə, absorberin yuxarısından quru metan və etan, aşağısından isə tərkibində C3 və yüksək karbohidrogenlər olan doymuş absorbent xaric olur.

Fraksiyalayıcı absorberdən istifadə edildikdə ilk qaz qarışığında olan propanın 70-90%-i, butanın 97-98%-i, pentan və yüksək karbohidrogenlərin isə hamısı çıxarılır.




Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin