Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "



Yüklə 88,72 Kb.
səhifə3/69
tarix29.12.2016
ölçüsü88,72 Kb.
#3799
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   69
2. Əsas anlayışlar

 

2.1. Bu Qaydalarda aşağıdakı əsas anlayışlardan istifadə edilir:



2.1.1. elektron xidmətlər - mərkəzi icra hakimiyyəti orqanları tərəfindən fəaliyyət istiqamətlərinə uyğun olaraq digər dövlət orqanlarına, fiziki və hüquqi şəxslərə informasiya-kommunikasiya texnologiyalarından istifadə edilməklə, tərəflər arasında bilavasitə təmas olmadan göstərilən xidmətlər;

2.1.2. inzibati reqlament - elektron xidmətin həyata keçirilməsinin inzibati prosedurunu müəyyənləşdirən texniki normativ hüquqi akt;

2.1.3. elektron xidmət təminatçısı (bundan sonra - təminatçı) - elektron xidmətlər göstərən mərkəzi icra hakimiyyəti orqanı;

2.1.4. elektron xidmət istifadəçiləri (bundan sonra - istifadəçi) - elektron xidmətlərdən istifadə edən dövlət orqanları, fiziki və hüquqi şəxslər;

2.1.5. elektron xidmətlər reyestri - mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlər barədə məlumatların daxil edildiyi məlumat bazası;

2.1.6. reyestrin operatoru - elektron xidmətlərin reyestrini formalaşdıran və xidmətlərin uçotunu aparan səlahiyyətli orqan;

2.1.7. "Elektron hökumət"in dövlət informasiya sistemi - dövlət orqanlarının informasiya sistemləri arasında təhlükəsiz informasiya mübadiləsini, elektron xidmətlərin göstərilməsini təmin edən "Elektron hökumət" portalı, elektron xidmətlər reyestri, həmçinin müvafiq sahədə təşkilati-texniki elementlərin vahid kompleksi;[3]

2.1.8 “Elektron hökumət” portalı - dövlət orqanlarının elektron xidmətlərinin mərkəzləşdirilmiş qaydada təqdim olunmasına, istifadəçilərin onlardan istifadəsinə, dövlət orqanlarının portala qoşulmuş informasiya sistemləri və ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq sənədlər barədə qanunla müəyyən edilmiş qaydada informasiya əldə edilməsinə xidmət edən internet informasiya ehtiyatı;[4]

2.1.9. identikləşdirmə - informasiya texnologiyalarının imkanlarından istifadə etməklə şəxsin birmənalı müəyyən edilməsi.

 


Yüklə 88,72 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin