Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "


Elektron xidmətlərin təqdim olunması üsulları



Yüklə 88,72 Kb.
səhifə11/69
tarix29.12.2016
ölçüsü88,72 Kb.
#3799
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   69
11. Elektron xidmətlərin təqdim olunması üsulları

 

11.1. Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlər onların rəsmi internet informasiya ehtiyatlarında və "Elektron hökumət" portalında istifadəçilərə təqdim olunur.



11.2. Mərkəzi icra hakimiyyəti orqanları elektron xidmətlərini öz rəsmi internet informasiya ehtiyatlarında yaradılmış elektron xidmətləri bölməsində təqdim edirlər.

11.3. "Elektron hökumət" portalı elektron xidmətlər haqqında məlumatların istifadəçilərə çatdırılmasına və elektron xidmətlərdən sadə yolla və "bir pəncərə" prinsipi əsasında istifadəsinə imkan verir.

11.4. “Elektron hökumət” portalının fəaliyyətinin təşkili Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, təhlükəsizliyinin təmin edilməsi həmin Nazirliklə birgə Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyi tərəfindən həyata keçirilir.[7]

11.5. "Elektron hökumət" portalında istifadəçilər üçün aşağıdakı imkanlar təmin edilir:

11.5.1. fərdiləşdirilmiş xidmətlərin göstərilməsi üçün portala təhlükəsiz giriş mexanizmlərindən istifadə edilməsi;

11.5.2. portal vasitəsilə dövlət orqanları və onlar tərəfindən göstərilən elektron xidmətlər haqqında məlumatların əldə edilməsi;

11.5.3. mövcud sorğulardan istifadə etməklə, müəyyən formaları doldurmaqla və ya bilavasitə mənbəyə keçidi təmin etməklə, elektron xidmətlərin o cümlədən ödəniş nəzərdə tutan xidmətlərin göstərilməsi;

11.5.4. rəsmi yazışmalar altsisteminə keçidin təmin edilməsi.

11.6. "Elektron hökumət" portalının tərkib hissəsi kimi təşkil edilən rəsmi yazışmalar altsistemi vətəndaşlara dövlət orqanları ilə etibarlı, təhlükəsiz və ümumi şəkildə təmas yaratmağa imkan verir.

11.7. Rəsmi yazışmalar altsistemində vətəndaşlar bu sistemə qoşulmuş mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər göndərə və nəticələri barədə məlumatlar əldə edə bilərlər.

 


Yüklə 88,72 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin