Qaydalar ümumi MÜDDƏalar



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə15/17
tarix02.01.2022
ölçüsü0,61 Mb.
#40422
növüQaydalar
1   ...   9   10   11   12   13   14   15   16   17
Plagiat-qaydalar

  

Parafraz  etmə

:-

Parafraz  etməyə  başlamazdan  öncə,  ÇOX  VACİBDİR  ki,  verilmiş  məlumatı 



oxuduqdan sonra siz bu barədə ÖZ İDEYANIZI formalaşdırasınız və ya beyninizdə bir şəkil çizəsiniz. 

Daha sonra bu üsuldan müəllifin ideyasını parafraz etmənizi YÖNLƏNDİRMƏK üçün bir model kimi 

istifadə edə  bilərsiniz. Parafraz etmək  müxtəlif sözlərdən  istifadə etməklə,  məlumatı  yenidən  ifadə 

etmək deməkdir. Xülasə etməkdən fərqli olaraq, parafraz etmə məlumatı 29 qısaltmaq demək deyil. 

Parafraz etmə müxtəlif söz və söz birləşmələrindən, frazalardan istifadə etməklə, məlumatı yenidən 

yazmağı tələb edir. 

Nümunələr “Uşaqlar gündəlik həyatlarının böyük qismini məktəbdə keçirir. Onlar məktəbə yalnız 

biliyə  yiyələnmək  üçün  deyil,  həm  də  dünyanı  daha  geniş  anlamaq  üçün,  özləri  haqqında,  başqa 

qruplarda  necə  davranmaq  haqqında,  yaşadıqları  icma  haqqında  və  ətrafdakı  dünya  haqqında 

öyrənmək üçün gedir. Məktəb şagirdləri belə bir məlumatlanmanın baş verdiyi şəraitlə təmin edir.” 

Leyden, S. (1985). Xüsusi qabiliyyətli uşaqlara kömək etmək. London: Krum Helm, səh. 38.  

Parafraz  etmə  Cümlənin  ortasında  verilən  istinad  Leydenin  (1985)  göstərdiyi  kimi,  məktəb 

uşaqların əsas vaxtlarını keçirdikləri yerdir. Uşaqlar məktəbə akademik informasiya əldə etmək üçün 

getmirlər. Leyden həm də iddia edir ki, öyrənmə daha geniş bir kontekstdə baş verir, çünki uşaqlar 

həm də kim olduqlarını, yerli icmalar və eyni zamanda, əhatə olunduqları daha geniş dünya barədə də 

öyrənirlər.  Nəticədə,  məktəb  uşaqların  bir  çox  hadisə  və  əşyalar  barədə  öyrənməsinə  imkan  verən 

şərait yaradır. 

Nümunələr “Uşaqlar gündəlik həyatlarının böyük qismini məktəbdə keçirir. Onlar məktəbə yalnız 

biliyə  yiyələnmək  üçün  deyil,  həm  də  dünyanı  daha  geniş  anlamaq  üçün,  özləri  haqqında,  başqa 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin