Qaydaları bundan sonra mətndə «Qaydalar»



Yüklə 420,04 Kb.
Pdf görüntüsü
səhifə7/28
tarix02.01.2022
ölçüsü420,04 Kb.
#1448
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   28
4.3. Yük sığortası - Aşağıda göstərilən hal nəticəsində, sığorta olunana məxsus olan yükün 

(şəxsi əşya və baqaj) tam məhv olması, cüzi zədəsi və itkisi baş verməsi: 

a) təbii fəlakət: tufan, dolu, daşqın, su basması, qasırğa, sürüşmə və sair

b) yanğın, partlayış, yanğını söndürmək üçün görülən tədbirlər; 

c) oğurluq, soyğunçuluq, quldurluq; 

d) sığorta olunan ilə bədbəxt və ya yol nəqliyyat hadisə zamanı; 

e) üçüncü şəxslərin qəsdən yükü korlaması; 

f) sığorta olunana məxsus baqajın nəqliyyat şirkəti və ya onun nümayəndəsi (agenti) tərəfindən 

səhvən  ayrı  istiqamətdə  göndərilməsi  və  /  və  ya  onların  təqsiri  üzündən  oğurlanması,  itməsi, 

zədələnməsi və ya məhv olması hadisələri üzrə sığorta təminatı verilir. 

 

Xüsusi qeyd: Baqaj Sığorta olunanın özü ilə səfərə götürdüyü və ya səfər etdiyi müddət ərzində 



aldığı şəxsi əşyalardır. 

 

4.3.1 Sığorta obyekti: Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta obyekti Sığorta 



olunanın ona məxsus olan baqaja sahibliyi, ondan istifadəsi və / və ya ona sərəncam verməsi ilə 

bağlı olan, Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeləridir. 

 

4.3.2   Sığorta Hadisəsi:Bu Qaydaların hazırkı bölməsinə müvafiq olaraq sığorta hadisəsi Sığorta 



olunana  məxsus  olan  baqajın  sığorta  müddəti  ərzində  tam  və  ya  onun  bir  hissəsinin  nəqliyyat 

şirkəti və ya onun nümayəndəsi (agenti) tərəfindən səhvən ayrı istiqamətdə göndərilməsi və / və 

ya onların təqsiri üzündən oğurlanması, itməsi, zədələnməsi və ya məhv olması hadisəsidir. 

 

 

4.3.3  Sığorta Məbləği Və Sığorta Ödənişinin Həyata Keçirilməsi Qaydası 

 

4.3.3.1 Sığorta  olunana  məxsus  olan  baqaj  nəqliyyat  şirkəti  və  ya  onun  nümayəndəsi  (agenti) 



tərəfindən  səhvən  ayrı  istiqamətdə  göndərilərsə  Xidmət  Mərkəzi  baqajın  qaytarılmasını  təşkil 

edir. 


4.3.3.2 Sığorta  olunana  məxsus  olan  baqaj  nəqliyyat  şirkətinin  və  ya  onun  nümayəndəsinin 

(agentinin) təqsiri üzündən oğurlanarsa, itərsə, zədələnərsə və ya məhv olarsa Sığortaçı Sığorta 

olunana  baqajın  oğurlanması,  itməsi,  zədələnməsi  və  ya  məhv  olması  ilə  bağlı  dəymiş  zərərin 

əvəzini 17.3.3-cü bənddə göstərilən qaydada ödəyir. 

4.3.3.3 Sığorta müqaviləsi ilə digər şərtlər nəzərdə tutulmayıbsa, hazırkı bölmə üzrə Sığortaçının 

məsuliyyətinin maksimal limiti hər hadisə və sığorta müddəti ərzində baş verən bütün hadisələr 

üzrə, Sığortalının seçdiyi sığorta təminatının valyutasından asılı olaraq, cəmi 500 ABŞ dolları və 

ya  500  Avro  məbləğini  təşkil  edir  və  sığorta  ödənişi  oğurlanmış,  itirilmiş,  zədələnmiş  və  ya 




Standard  Insurance                                         Səyahət Sığortasının Qaydaları                                                        

P a g e


 

 



 

məhv olmuş baqajın hər kiloqramına görə 10 ABŞ dolları və ya 10 Avro məbləğinin ödənilməsi 

yolu ilə həyata keçirilir. 

4.3.3.4 Bu Qaydaların hazırkı bölməsi üzrə sığorta təminatı baqaj nəqliyyat şirkətinə və ya onun 

nümayəndəsinə (agentinə) daşınılması üçün təhvil verildikdən və baqaj birkası alındıqdan sonra 

qüvvəyə minir. 

4.3.3.5 Sığorta  ödənişi  yalnız  Sığorta  olunananın  nəqliyyat  şirkəti  və  ya  onun  nümayəndəsi 

(agenti) tərəfindən verilmiş, baqajın oğurlanmasını, itməsini, zədələnməsini, məhv olmasını və 

çəkisini  təsdiq  edən  sənədi(ləri),  baqaj  zədələndiyi  və  ya  məhv  olduğu  halda  isə  əlavə  olaraq 

baqajın qalıqlarını və/və ya onların fotoşəkillərini Sığortaçıya təqdim etməsi şərti ilə verilir. 

4.3.3.6 Əgər  Sığorta  olunan  dəymiş  zərər  üzrə  ödənişi  zərərin  baş  verməsində  təqsirli  olan 

şəxsdən(lərdən)  alıbsa, Sığortaçı  yalnız sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş  məbləğin  və 

üçüncü  şəxslər  tərəfindən  ödənilmiş  məbləğin  arasında  olan  fərqi  ödəməlidir.  Sığorta  olunan 

üçüncu  şəxslər  tərəfindən  edilmiş  və  ya  edilə  biləcək  ödənişlər  barəsində  dərhal  Sığortaçıya 

xəbər verməlidir.  

4.3.3.7 Sığorta ödənişi həyata keçirildikdən sonra zərərin baş verməsində təqsirli olan şəxsə(lərə) 

qarşı Sığorta olunanın zərərin ödənilməsi üzrə tələb hüququ Sığortaçıya keçir. 

4.3.3.8 Sığortaçıya  keçmiş  üçüncü  şəxslərə  qarşı  tələb  hüququnun  həyata  keçirilməsi  üçün 

Sığorta olunan lazımi tədbirləri görməli və tələb olunan sənədləri Sığortaçıya təqdim etməlidir. 

4.3.3.9 Əgər Sığorta olunan Sığortaçı ilə razılaşdırmadan bu hüququndan imtina edərsə və ya bu 

hüququn  həyata  keçirilməsi  Sığorta  olunanın  təqsiri  üzündən  mümkün  olmazsa,  Sığortaçı 

yuxarıda göstərilmiş hərəkətlər nəticəsində ona dəymiş zərər həcmində ödənişin verilməsindən 

azad  olunur.  Belə  hal  Sığortaçı  tərəfindən  Sığorta  olunana  ödəniş  verildikdən  sonra  aşkar 

olunarsa, Sığorta olunan Sığortaçıya həmin məbləği qaytarmalıdır. 

 

4.3.4  Hazırkı bölməyə aid olan istisnalar 



 

Aşağıda göstərilənlər üzrə Sığortaçı məsuliyyət daşımır və ödəniş həyata keçirmir: 

4.3.4.1 Şüşədən, farfordan və digər bu cür materiallardan olan qabların, heykəltəraşlıq əsərlərinin 

və digər əşyaların sınması və zədələnməsi

4.3.4.2 Audio, video və foto avadanlığının, kompüter texnikasının, mobil telefonların və onların 

aksesuarlarının, zinət əşyalarının, qiymətli metallardan və daşlardan hazırlanmış digər əşyaların, 

mədəni,  tarixi  və  ya  arxeoloji  sərvət  olan  əşyaların,  pulların,  qiymətli  kağızların  və  sənədlərin 

oğurlanması, itməsi, zədələnməsi və ya məhv olması; 

4.3.4.3 Dövlət  orqanları  (gömrük,  polis  və  s.)  tərəfindən  baqajın  müsadirə,  rekvizisiya,  həbs 

edilməsi nəticəsində dəymiş zərərlər; 

4.3.4.4  Qanunsuz aparılan baqajın oğurlanması, itməsi, zədələnməsi və ya məhv olması; 

4.3.4.5   Gəmirici və həşəratların vurduğu zərərlər

4.3.4.6   Baqajda aparılan mayelərin axması nətcəsində dəymiş zərərlər; 

4.3.4.7  Baqajda  aparılan  əşyaların  öz  xüsusiyyətlərinə  görə  xarab  olması,  məhv  olması  və  ya 

zədələnməsi. 

 


Yüklə 420,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin