Qaydalar azərbaycan respublikasi föVQƏladə hallar nazirliyi


Bərkidici detalların soyuq deformasiya üsulu ilə hazırlandığı halda onlar termiki emal olunlmalıdır. 3.17



Yüklə 0,57 Mb.
səhifə9/76
tarix03.06.2022
ölçüsü0,57 Mb.
#60507
növüQaydalar
1   ...   5   6   7   8   9   10   11   12   ...   76
daq-meden-

3.16. Bərkidici detalların soyuq deformasiya üsulu ilə hazırlandığı halda onlar termiki emal olunlmalıdır.

3.17. Polad tökmələr termiki emal edilmiş vəziyyətdə tətbiq edilməlidir. Tökmələrin mexaniki xassələrinin yoxlanılması termiki emaldan sonra yerinə yetirilmялidir.

3.18. Tutumların hazırlanması üçün tətbiq edilən qeyri-metal materiallar işçi temperatur diapazonunda korroziyaya davamlılıq və həllolmamaq (xassələrin dəyişməsi) cəhətdən işçi mühitə uyğun olmalıdır.

Tutumun işləmək üçün təyin olunduğu mühit onun pasportunda göstərilməlidir. Qeyri-metal materialların tətbiqinə ixtissaslaşdırılmış təşkilatın rəyi əsasən SİTGDMND Agentliyin razılığı ilə icazə verilir.



3.19. Metal-plastik tutumların hermetikləşdirici təbəqəsinin (leyner) materialı elə seçilir ki, tutum təzyiq ilə sınaqdan keçirilən zaman materialda plastik deformasiyalar yaranmasın. Tutumun gərgin-deformasiya vəziyyətinin hesablama və qalıq deformasiyaların eksperimental müəyyən olunması metodikalar ixtissaslaşdırılmış təşkilatla razılaşdırılmalır.

3.20. Tutumların hazırlanması üçün tətbiq edilən doldurucu və bağlayıcı materiallar, bu materiallara aid sertifikatda göstərilən zəmanətli istismar müddətinə malik olmalıdır.

3.21. Yüksək bərkliyə malik çuqundan hazırlanan tökmələr termiki emaldan sonra tətbiq edilməlidir.

3.22. Diyirlətmə üsulu ilə hazırlanmış yivin termiki emal olunma zərurəti NS-lə müəyyənləşdirilir.
IV BÖLMƏ

HAZIRLAMA, YENİDƏN QURULMA,
MONTAJ, SAZLAMA VƏ TƏMİR

4.1. Ümumi tələblər

4.1.1. Tutumların və onun elementlərinin hazırlanması, yenidən qurulması, montajı, sazlanması və təmiri işləri keyfiyyətli yerinə yetirmək üçün lazımi texniki vasitələrlə təchiz olunmuş ixtissaslaşdırılmış müəssisələr tərəfindən yerinə yetirilməlidir.

4.1.2. Tutumların hazırlanması, yenidən qurulması, montajı, sazlanması və təmiri müvafiq qaydada təsdiq edilmiş Qaydaların və texniki şərtlərin tələblərinə uyğun yerinə yetirilməlidir.

4.1.3. Tutumların və ya onun ayrı-ayrı elementlərinin hazırlanması, yenidən qurulması, montajı, sazlanması və təmiri icraçı təşkilat tərəfindən qabaqcadan işlənilmiş texnologiya üzrə yerinə yetirilməlidir.

4.1.4. Tutumların və onun elementlərinin hazırlanması, yenidən qurulması, montajı, sazlanması və təmiri zamanı bu Qaydaların və NS-lərin tələblərinə uyğun işlərin yerinə yetirilməsini təmin edən keyfiyyətə nəzarət sistemi (giriş, əməliyyat və qəbul) tətbiq edilməlidir.

Tutumun konstruksiyasında güc elementlərinin hazırlanması üçün qeyri-metal materialların ilkin yoxlamasının keçirilməsi ardıcıllığı ixtissaslaşdırılmış təşkilatla razılaşdırılır.




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin