Qafqazda gender məSƏLƏLƏRİ 1 D


QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ



Yüklə 2.64 Mb.
Pdf просмотр
səhifə14/41
tarix29.07.2017
ölçüsü2.64 Mb.
1   ...   10   11   12   13   14   15   16   17   ...   41

QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

Bu  mükafatın  alınmasında Abxaziya  qadınlarının  əlahiddə  rolu 

olduğunu kimsə dana bilməz. 1918-ci ildə Lenin qadınların nicat 

yolunun sosializmdən keçdiyini yazırdı (V.İ.Ленин, 1921: 286). 

Stalin  qadın  əməyini  belə  qiymətləndirir:  “Kolxozlardakı 

qadınlar-güclü  qüvvədir,  bu  qüvvəni  istifadəsiz  qoymaq  ən  azı 

cinayətdir”. Bütün çatışmazlıqlara baxmayaraq, Sovet dövründə 

Qafqaz qadının həyatı yaxşılığa doğru dəyişdi. Təkcə savadsızlı-

ğın ləğvi neçə-neçə qadının həyatında dönüş yaratdı.

Sovet hakimiyyətinin ilk illərindən dövlət başçısı qadınların 

ictimai həyata inteqrasiya etməsi istiqamətində siyasət aparmaq 

haqqında  göstəriş  verdi  və  onları  da  ictimai-siyasi  həyatda  bə-

rabər  hüquqlu  vətəndaş  elan  etdi.  Bu  işin  həyata  keçirilməsini 

Suxumi Qadın Şöbələri öz üzərilərinə götürdü. Suxumidə fəaliy-

yət göstərən bu şöbələr ilk növbədə qadınların məişətində rahat-

lıq imkanlarını yaratma yollarını axtardılar. Əmək fəaliyyəti ilə 

məşğul olan qadınların övladları üçün bağça-yaslilər tikildi, qa-

dın məsləhətxanaları istifadəyə verildi, qadınların təhsil almaları 

üçün şərait yaradıldı. Qadınların ictimai fəallığını artırmaq üçün 

dövlət kifayət qədər aktiv siyasət yeridirdi. 

Sovet  Abxaziyasının  qadınları  nəinki  ölkəsinin  qanunları-

nı yaradırdılar, həm də həmin qanunların həyata keçirilməsində 

yaxından  iştirak  edirdilər.  Məhkəməyə  müraciət  etməyə  haqqı 

olmayan abxaz qadını artıq məhkəməni idarə edirdi. M. D. Kor-

sua və L. V. Dzidziquriya uzun illər xalq məhkəməsində fəaliyyət 

göstərmişlər. 1949-cu ildə xalq məhkəməsinə çoxlu sayda qadın 

seçilmişdi. 

Nəticədə, abxaz qadının təsərrüfat rolu dəyişməyə başladı və 

onlar artıq ictimai-siyasi arenada aktiv iştirak etməyə başladılar. 

Bununla da, abzax qadının məişət həyatı, ailə vəziyyəti kökün-

dən dəyişdi. Qızlar artıq ailədə yük hesab edilmirdilər. Qızların 

dünyaya gəlməsini ailə artıq sükunətlə deyil, normal qarşılayırdı. 

Abxaz  ailələrində  adətlər  yenilənir,  qızlar,  qadınlar  ictimai, 

iqtisadi sahələrdə eyni hüquqlu vətəndaşlar kimi fəaliyyət göstə-



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

rirdilər.  Qızları erkən yaşlarından ev işlərinə alışdırsalar da, bu 

onların  digər  fəaliyyətlərinə  əngəl  törətmirdi.  Onların  vaxtları-

nın çox hissəsi dərsdə, məşğələlərdə keçirdi. 1937-ci ildə 61230 

abxaz məktəblisinin 25444 nəfərini qızlar təşkil edirdi. Bu qızla-

rın əksəriyyəti onillik təhsil almışdılar. Ali təhsilli abxaz qızları-

nın da sayı durmadan artırdı. Xalq təsərrüfatının elə bir sahəsini 

tapmaq olmazdı ki, orada abxaz qadını fəaliyyət göstərməsin. 

Bütün yuxarıda qeyd edilən amillər qızların ailədəki vəziy-

yətlərinə  təsirsiz  ötüşmürdü.  Əgər  əvvəlllər  qızlar  qeyd-şərtsiz 

özündən  böyüklərin  arzu  və  istəklərinə  tabe  olurdularsa,  indi 

tələbə qızın, kolxozçu qızın, təhsilli qızın qərarı evdə-ailədə hör-

mətlə qarşılanırdı. Əvvəllər atalar ümumiyyətlə, qızları ilə heç bir 

ünsiyyətə girmirdilər, onlara deyiləcək sözlər analarına deyilirdi. 

Artıq ailələr heç bir sənətdə oğlanlardan geri qalmayan qızları ilə 

birmənalı şəkildə fəxr edirdilər. 

Nikaha daxil olma prosesində də kifayət qədər dəyişikliklər 

baş vermişdi. Artıq nikaha daxil olan abxaz qadını qərarını özü 

verirdi. İqtisadi-siyasi bərabərlik əldə edən abxaz qızı qərarında 

qətiyyət göstərir və onun icazəsi olmadan qız qaçırılması müm-

kün deyildi. Keçmişdə yalnız yüksək statuslu qızlar ailə quranda 

öz seçimlərini edə bilərdilərsə, indi hər bir abxaz qadını mənsu-

biyyətindən, iqtisadi vəziyyətindən asılı olmayaraq, gələcək hə-

yat yoldaşını özü seçirdi. Nişanlandıqdan sonra nişanlılar hər kə-

sin gözü önündə görüşüb söhbət edə bilərdilər. Toy adətləri artıq 

çox sadələşmişdi. Dinlə, adətlə bağlı ənənələr saxlanılsa da, artıq 

ərə  getmək  qızlar  üçün  xidmətçilik  həyatı  deyil,  həmçinin  xoş-

bəxtlik, sevinc mənbəyi idi. 

Abxaz  qadınının  ailədəki  vəziyyəti  dəyişmişdi. Ailə  gəlinə 

xidmətçi kimi deyil, ailənin digər üzvləri kimi baxırdı. İndi kənd 

yerlərində qız-gəlinlər böyüklərin yanında köhnə adətləri saxla-

yırdılar.  Əvvəlki  kimi  sərt  şəkildə  deyil,  yalnız  yaşlılarla  bağlı 

bəzi adətlər hələ də saxlanılır. 


QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

Sovet Abxaziyasında qadınlarla kişilər bərabər hüquqa malik 

idilər. Kişilərlə bərabər qadınlar bütün sahələrdə fəaliyyət göstə-

rirdilər. Beləliklə, Sovet dönəmlərində çox şey dəyişdi, vətəndaş-

lar  üçün  dövlət  evlər  tikdi,  tibb  məntəqələri  təşkil  edildi,  məs-

ləhətxanalar  istifadəyə  verildi. Yeni  uşaq  dünyaya  gətirən  gənc 

ana  heç  bir  ödəniş  etmədən  istədiyi  vaxt  uşağının  həkimindən 

məsləhət  ala  bilərdi.  Evlərdə  körpə  dünyaya  gətirmək  çox  na-

dir hallarda baş verirdi. Ailələr azyaşlı övladları üçün dövlətdən 

müavinat alırdılar. Çoxuşaqlı ailələrə dövlət qayğısını əsirgəmir, 

uşaqların sağlam böyüməsi və təhsil almaları üçün bütün dəstə-

yini  verirdi. Artıq  ailələr  uşaqlarının  gələcəyindən  əmin  idi  və 

bundan ötrü əndişələnmirdilər. Leninin sovet qadınları haqqında 

verdiyi  proqnoz  abxaz  qadınına  da  şamil  edilmişdi.  O,  yazırdı: 

“Sovet Respublikasında qadını asılı vəziyyətə salan qanunlardan 

daş üstündə daş qalmadı” (Ленин, 1922: 468). 

SSRİ-nin dağılması bir çox xalqlara müstəqillik bəxş etsə də, 

Qafqaz  qadınlarının  həyatında,  gender  münasibətlərində  neqa-

tiv  məqamlar  gözə  dəyməyə  başladı.  Uzun  illər  şəriət  qaydala-

rının  xiffətini  çəkən  Qafqaz  kişisi  bu  fürsəti  SSRİ  dağıldıqdan 

sonra əldə edə bildi. Sovet dövründə bir sıra hüquqlar əldə edən 

Qafqaz qadını təəssüf ki, sovet rejimi dağıldıqdan sonra bunları 

çox sürətlə əldən verdi. Qafqazın bir çox müsəlman qadını kimi, 

abxaz qadını da Rusiya Federasiyasının tərkibində olmasına rəğ-

mən, bu dövlətin qanunları ilə deyil, şəriət qaydaları ilə yaşamaq 

məcburiyyətində  qaldı. 



Ə

 

R  

1.  Енгелс, “Происхождение семьи, частной собственности 



и государства”, М., 1937, г., стр. 96

2.  Ленин, собр., изд. 3, т. 23., 1921, Стр. 286

3.  Ленин, соч. изд., 3, т. 24, 1922, стр., 468

4.  Советская Абхазия, 1936, г. номер 55

5.  Сталин, собр. Соч. Изд., 1, т 7, 1951, стр. 48


QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

 FƏSİL

QAFQAZDA GENDER  Ə  Ə SİL

 

 

 

 

 

 

 Q

 

 

 

 

 

 

 A

 

 XIX əsrdə Qafqazın Rusiya imperiyası tərəfindən istilasından 

sonra çarizm siyasətinin əsasını yerli ənənələri dağıtmaq və “rus-

laşdırma”  siyasətini  gücləndirmək  təşkil  edirdi.  Çar  məmurları  

regionda əhalinin adət-ənənələri ilə tanış olmadan, buna asanlıqla 

nail olacaqlarına əmin idilər, lakin dini-ənənəvi etiqadlarına çox 

sadiq olan qafqazlıları öz tarixi köklərindən ayırmaq o qədər də 

asan olmadı və bu siyasətin yürüdülməsi demək olar ki, əksər hal-

larda, qeyri-mümkün oldu.

Adət-ənənələr nə qədər güclü olsa da, dünyada gedən proq-

ressiv proseslər Qafqaza da təsir etmişdi. Sənayeləşmənin bu böl-

gələrə  nüfuz  etməsi  sözü  gedən  prosesi  daha  da  intensivləşdir-

mişdi.


Nəticədə,  dünyanın  bir  parçası  olan  Qafqaz  da  sivilizasiya 

dəyərləri ilə üzləşmiş və mədəni transformasiya mərhələsinə qə-

dəm qoymuşdu. Transformasiya prosesi XIX əsr boyu davam et-

miş və XX əsrin əvvəllərinə qədər uzanmışdı. Bu proses təhsil də 

daxil olmaqla, mədəniyyətin bütün sferalarını əhatə etmiş və milli 

maarifçiliyin üzə çıxmasına təkan vermişdi.

Qafqazın  müsəlman  bölgələrində  mədəniyyətə  təsir  edən 

başqa bir önəmli amil rus dilinin yerli ədəbi dillərin formalaşma-

sına təsiri idi. 1905-ci ildə Rusiyada elan olunmuş “Oktyabr ma-

nifesti”  Qafqazda  müsbət  qarşılanmışdı.  Bu  hadisə  demokratik 

prinsiplərin  yayılmasında,  azad  mətbuatın  fəaliyyətində  önəmli 

rol  oynamışdı.



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

Hər zaman Şərqdə proqressiv hərəkatın pioneri olması ilə se-

çilən Azərbaycan bu dəfə də fərqləndi. Akademik A.Sumbatzadə-

nin  yazdığına  görə  1903-1917-ci  illər  ərzində Azərbaycanda  40 

qəzet, 20 jurnal nəşr edilirdi. O dövrdə Tiflis Azərbaycan ziyalı-

larının ən sıx toplaşdığı məkan idi. Milli mətbuatın ilk nümunəsi 

olan “Əkinçi” qəzeti bütün bölgələrdə yayılırdı. Bildiyimiz kimi, 

H.Zərdabinin  redaktorluğu  ilə  çıxan  “Əkinçi”  (1875)  qəzeti  300 

tirajla  nəşr  edilirdi.  Demokratik  ideyaların  yayılması,  cəhalətin 

tənqidi  bu  qəzetin  əsas  hədəfi  idi.  Qəzet  o  dövr  üçün  cəmiyyə-

tin  noqsanlarının  aynası  rolunu  oynayırdı.  Əslində,  H.Zərdabi 

bu  qəzetin  təkcə  redaktoru  deyildi,  o  həmçinin  burada  yer  alan 

məqalələrin əksəriyyətinin müəllifi idi. “Əkinçi” elm və mədəniy-

yətin vəkili statusunda idi. Qəzetin dilinin sadə olması onun geniş 

yayılmasının ən başılca səbəbi idi (Сумбатзаде А., 1987: 56).

O zaman Azərbaycanın bəzi ziyalıları islamda önəmli hesab 

edilən qaydaların vaxtının keçdiyini dilə gətirirdilər. Onlar yeni 

dövr üçün yeni qaydalar – sivil qaydalar tətbiq etməyin vaxtının 

çatdığını qeyd edirdilər. Düzdür, bununla razılaşmayan xeyli say-

da ziyalılar var idi. Sonuncular sosial həyatda islam qaydalarını 

müsəlmanlar üçün əvəzedilməz hesab edirdilər. Maksimalizm bir 

çox azərbaycanlı demokratik ziyalılar və maarifçilər üçün xarak-

terik olsa da, islam dəyərlərinə, hətta radikal islam normalarına 

meyilli olan ziyalılar da var idi. Rus məmurları ilk vaxtlar islama 

skeptik-neqativ yanaşsalar da, sonradan bir çox məqamlarda işlə-

rinə yarayan dini qaydalara münasibəti dəyişmişdilər. Din xadim-

ləri də iki yerə bölünmüşdülər. Onlardan bəziləri - Zaqafqaziya ru-

hani lideri, Abdulsəlim Axundzadə, Zaqafqaziya müftisi Hüseyn 

Əfəndi Qayıbov mühafizəkar qaydaların, Molla Məhəmməd Piş-

manzadə, Molla Əbdürrəhim Talıbov və başqaları isə proqressiv 

ideyaların tərəfdarları idilər. Sonuncular islamda elm və tərəqqiyə 

verilən əhəmiyyəti qabartmaqla, təhsilin cəmiyyət üçün müsbət 

rol oynadığından bəhs edir, bir neçə dil öyrəməyin faydasından 

danışırdılar.  Mühafizəkar ruhanilər isə, elmdən çox dinə önəm 



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

verirdilər. Məsələn, Şeyx Abuturab 1907-ci ildə “Həyat” qəzetin-

də “Bizə hansı elmlər lazımdır” məqaləsini nəşr etdirdi. O,  hesab 

edirdi ki, “bəşəriyyət və mədəniyyət” sahələri də daxil olmaqla, 

əsl müsəlmanlıq naminə unudulmayan elmləri öyrənmək lazım-

dır. Onun fikrincə, təkcə islam və Quran, şəriət və sufilik insanları 

elmlə silahlandıra bilər. Nəticədə, insanlar bu biliyin köməyi ilə 

nəyin  pis,  nəyin  yaxşı  olduğunu  anlaya  və  nəfslərini  cazibədar 

şeylərdən xilas edə bilərlər. Müəllif Avropa mədəniyyətini qəbul 

etmir və onun sivilizasiyaya pozitiv təsiri ola bilməsinə inanmır.

 F.Köçərli və o dövrün digər mütərəqqi ziyalıları Avropanın 

proqressiv təsirinin olmaması fikrini iddia edən Abuturabla razı-

laşmırdılar.  Əslində,  dünyada  gedən  proseslərə  etinasız,  laqeyd 

qalmaq  islamda  da  bəyənilmir.  İslam  tərəqqipərvər  din  olduğu 

üçün elmə, maarifə açıqdır. İslam intellektual durğunluğun əley-

hinədir (Мамедкулузаде Дж., 1967: 379-380).

Qeyd  etdimiz  kimi,  XIX  əsrdən  başlayaraq  rus  məmurları 

islamla açıq ideoloji konfliktə girmək istəmirdilər, çünki bu böl-

gələr Rusiya iqtisadiyyatı üçün çox önəmli idi. Buna baxmayaraq, 

bölgədə xristian dininin öndə olması üçün gizli şəkildə əllərindən 

gələni edirdilər. XIX və XX əsrlərin Rusiya tarixçiləri (V.A.Pot-

to,  F.A.Şerbina,  N.Dubrovin  və  başqaları)  Qafqazın  istilasında 

sivilizasiya  prinsipi  konsepsiyasını  müdafiə  edirdilər.  Şübhəsiz 

ki,  imperiya  bölgədə  xristianlaşdırma  və  ruslaşdırma  siyasəti 

yürüdürdü. Rusiya imperiyasında təhsil almaq və xidmət etmək 

imkanı yalnız xristian dinini qəbul edənlər üçün yaradılırdı. Rus 

imperiyası dövründə hətta Dağıstanda və Çeçenistanda teokratik 

dövlət formalaşdırmaq istəyirdilər, bu zaman onları müstəmləkə 

orqanlarına qarşı mübarizə aparmaqda suçlamaq, hərəkatın önün-

də gedənləri müəyyənləşdirmək və onları aradan götürmək asan 

olurdu. Şimali Qafqaz əmri İmam Nəcməddin və Şimali Qafqazın 

ikinci böyük lideri, burada əmirətin bünövrəsini qoyan Uzun-Ha-

cını  yuxarıda  deyilənlərə  misal  göstərmək  olar.  Rusiya  imperi-

yasının  Çeçenistan  və  Dağıstandakı  səfiri  N.Qotsinski  (Şimali 



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

Qafqazda  teokratik  dövlət  qurmaq  uğrunda  mübarizə  aparırdı) 

1917-ci ildə Çeçenistan və Dağıstanın imamı təyin edildi və bu 

da onun həbsi ilə nəticələndi.

Onu da qeyd etmək lazımdır ki, Qafqazda aparılan islahatlar-

da islam amili böyük rol oynayırdı. Bu da bölgədə yaşayan əhali-

nin milli kimliyinin – özünüdərkinin inkişafına təkan verir və XX 

əsrin birinci yarısında cəmiyyətin sosial və siyasi həyatında yeni 

model yaranırdı.

Hər kəsə məlumdur ki, İslam dinində elmə böyük yer ayrıl-

mışdır. Məhəmməd Peyğəmbər Quran vasitəsilə insanların elm-

lə məşğul olmasının çox savab olduğunu çatdırmışdır. Bu yolda 

olan insanlara islam dinində xüsusi hörmət və izzət bəsləmək töv-

siyə olunur.

Yerli  milli  tərəqqipərvərlərin  ilk  növbədə  ağıllarına  gələn, 

Quranda  qadınlara  verilən  hüquqlara  yenidən  nəzər  salmaq  və 

buna uyğun qadın-kişi bərabərliyini tətbiq etmək istəyi idi. On-

lar əsasən qadının ailədəki vəziyyətinə və acınacaqlı durumuna 

cəmiyyətin diqqətini çəkmək və onların statusunda dəyişiklik et-

mək istəyirdilər. Dövrün tədqiqatçı-alimləri ən azı islam qayda-

larına riayət etməyin, qadına ana kimi, nəsil yetişdirən biri kimi 

nəzər salmağın faydalı ola biləcəyini yazırdılar. Onlar anlayırdı-

lar ki, cəmiyyəti cahillikdən uzaqlaşdırmağın və qadınların güclü 

olmağının yeganə yolu onları təhsilləndirmək idi. Bundan sonra 

isə  qadınların  siyası  savadlanmasından  danışmaq  olardı.  Bildi-

yimiz kimi, Qafqazda qadın hüquqları islam qaydalarından çox, 

şəriət  qaydaları  ilə  tənzimlənirdi.  Səhərdən  axşama  qədər  dörd 

divar arasında ev işləri ilə məşğul olan şəhər qadınlarına nisbətən 

kənd qadınları daha azad idilər. Kənd qadınları həyətdə, tarlada 

işləyirdilər və bir növ evin başçısı olan kişiyə yardım edirdilər.

Məlum  olduğu  kimi, Azərbaycanda  kəndli,  köçəri  qadınlar 

üçün  çadra  örtmək  adəti  yox  idi.  Azərbaycan  və  Şimali-Qərbi 

Qafqaz qadınları parança geyinmirdilər.  Əsas azadlıqlardan (si-

yasi və hətta şəxsi azadlıqdan söhbət ola bilməzdi) məhrum olan 



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

qadın evin-ailənin başçısı olan kişidən tam asılı idi. Bəzən ikinci, 

bəzən isə üçüncü, dördüncü arvad olmaq məcburiyyətində qalan 

müsəlman  qadınları  çox  çıxılmaz  bir  durumda  idilər.  Cəmiyyət 

qadının qeyd-şərtsiz ikinci dərəcəli, tabeçilik statusunu dəstəklə-

yir və bunun əksini kimsə ağlına gətirmirdi. Əzilmiş, incidilmiş, 

çarəsiz Qafqaz qadınlarının Qərb qadınları kimi ola bilmək fikri 

ağıllarına da gəlmirdi, bu onlara xülya kimi görünürdü. Qafqazda 

yaşayan proqressiv baxışlı kişi ziyalılar bu problemin kökünü şə-

riətdə görürdülər və qadın bərabərliyinin həllində kişi dəstəyinin 

vacibliyini qeyd edirdilər. Onlar fikirləşirdilər ki, bir gün gələcək, 

qadınlar  ayağa  qalxacaq  və  hüquqlarını  tələb  edəcəklər.  Həmin 

gün uzaqda deyil və o zaman mühafizəkar cəmiyyət onların qar-

şısını almaqda aciz qalacaqdır. Bu işdə yalnız kişi dəstəyi cəmiy-

yətə yetərli fayda verə bilər (Кулузаде З., 2003: 143).

Azərbaycanda qadınlar öz hüquqları uğrunda mübarizəyə hər 

zaman qabaqcıl kişi ziyalıların dəstəyi ilə qalxmışlar. Elə kişilər 

tərəfindən  edilən  bu  jestə  görə  də    Qafqazın  bəzi  bölgələrində, 

Qərbdən fərqli olaraq, cinslər arasında ziddiyyət və qarşıdurma-

lar o qədər də kəskinləşmirdi. Əsas diqqət bölgənin həm kişisi, 

həm də qadını üçün kəskinləşən sosial, iqtisadi və dini məsələlərə 

yönəlirdi.

Qeyd edildiyi kimi dövrün tərəqqipərvər ziyalıları cəmiyyə-

tin durğunluğunun başlıca səbəbini savadsızlıqda görürdülər və 

bunu  milli  əhəmiyyətli  problem  adlandırırdılar.  Əsasən  çoxar-

vadlılıq ən çox tənqid atəşinə tutulan məsələlərdən idi. Əvvəllər 

yalnız xan və bəylərin çox arvad almasına təsadüf edilirdisə, indi 

bu hal geniş yayılmışdı. XX əsrin əvvəllərində belə evliliklərin 

olması xalqı geriyə sürükləyən hal idi.

Dövrün qabaqcıl mütəfəkkirləri kişi poliqamiyası və qadının 

təcrid olmasına müsəlman xalqlarının sosial həyatındakı durğun-

luğun səbəbi kimi baxırdılar. Belə hallar ailələrdəki insani dəyər-

lərin azalmasına, qadınların kişilərin quluna çevrilməsinə gətirib 

çıxarırdı.  Bunları  tənqid  atəşinə  tutan  mütərəqqi  ziyalılar  qeyd 



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

edirdilər ki, bu səbəbdən millətin həm fiziki, həm də intellektu-

al cəhətdən qabiliyyəti aşağı düşür. Qadınların bu şəkildə təcrid 

edilməsi onlarda qul təfəkkürü formalaşdırır, onun insani ləyaqə-

tini zədələyir, ictimai həyatın qapısını onların üzünə bağlayırdı. 

Zorla evlilik sosial cinayət adlandırılırdı. İslam dinində çoxarvad-

lılıq bəyənilən bir hal hesab edilmirdi. Elə ona görə də, islamda 

poliqamiyanın şərtləri ağırlaşdırılmışdı. İslam bunu qadağan et-

məsə də, tövsiyə də etmir. İslamı əlində əsas tutan bəzi üzdəniraq 

ilahiyyatçıların bu məsələyə etinasız qalmağı, o dövrün ziyalıları 

tərəfindən kəskin tənqid edilirdi.

  Tədqiqatçılar Avropa  qadınları  ilə  müqayisədə  Qafqaz  qa-

dınlarının  həyatlarının  nə  qədər  ağır  olduğunu  diqqətə  çatdırır-

dılar. Qafqaz qadınlarının ağır vəziyyəti araşdırılır, qadının aşağı 

statusu  qeyd  edilirdi,  lakin  çıxış  yolları  göstərilmirdi.  Əslində, 

islamda  da  qadınlaın  kişilərlə  bərabər  ola  bilməsi  üçün  bir  sıra 

şərtlər nəzərdə tutulsa da, dolayısı ilə qadının kişiyə tabe olma-

sı daha çox bəyənilir. İslam qaydaları ilə idarəçiliyin özündə də 

qadınların tam azad olması məsələsi sual altına qoyulur. Sadəcə, 

o dövr üçün bundan artığını qadınlar üçün tələb etmək kişiləri qı-

cıqlandıra və avropasayağı atılan hər bir addım cəmiyyətə radikal 

görünə  bilərdi.

Qadınların tamamilə təcrid edilməsi adətini islamla əlaqələn-

dirən  mühafizəkarlara  mütərəqqi  ziyalılar  elə  Quranda  yazılan-

larla cavab verirdilər. Quran hər zaman qadın ləyaqətinə üstünlük 

verir. Əvvəllər qadınların hər vəzifəni tutmaq imkanları var idi. 

Onlar konsul, ruhani, müəllim, şəfqət bacısı və sairə vəzifələrdə 

işləyə bilərdilər. Quranda heç bir qadına başından dabanına qədər 

bürünmək kimi bir tələb qoyulmur. Qadın öz bədəninin cazibədar 

yerlərini pis nəfsdən qorumalıdır. Çadra ilə gəzən qadınlar üçün 

bu geyimin nə qədər qeyri-praktik olması faktı hər kəsə məlum-

dur.  Bəzən  bu  geyimlər  qadınlar  üçün  həddən  artıq  diskomfort 

yaradır və hətta onların həyatları üçün riskə də çevrilirdi. Ümu-

miyyətlə, uniforma təsiri bağışlayan çadranın qadınlar üçün neqa-



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

tiv effektindən çox bəhs etmək olar.

Qərbdən  fərqli  olaraq,  Qafqazda  qadın  hərəkatının  hüquq 

bərabərliyi  uğrunda  mübarizənin  kökündə  islam  dəyərləri,  dini 

dəyərlər  böyük  yer  tuturdu.  “Qadınlara  da  dəyər  vermək,  elə 

insanlığa  dəyər  verməkdir”  fikrini  əsas  götürüb,  onlar  islamda 

qadınlarla  nəzakətli  və  xeyirxah  davranmaq  məsələsinin  önəm-

li olduğunu gündəmə gətirirdilər. İslam qadınlara da kişilər kimi 

bir çox hüquqlar bəxş etmişdir. Qadınlarla bağlı əsas ideya onları 

cəmiyyətdən təcrid etmək deyil, sosial və ictimai həyatda onların 

mövqelərini  möhkəmləndirmək  və  qadınların  mövcud  vəziyyə-

tini dəyişdirmək idi, çünki cəmiyyətin, yeni nəslin gələcəyi qa-

dının  nə  qədər  mükəmməl  ola  bilməsindən  çox  asılı  idi.  Proq-

ressiv ziyalıların fikrincə, qızın təhsil ala bilməsi oğlanın təhsil 

almasından  daha  vacibdir.  Onlara  görə,  təhsilə  olan  etinasızlıq, 

laqeydlik dövrün acınacaqlı vəziyyətinin birbaşa səbəbidir. Elmə, 

təhsilə qiymət vermək cəmiyyətin tərəqqisi üçün vacib amillər-

dəndir. Təhsil adlı işığı gür yandırmaqla, həm oğlanlar, həm də 

qızlar xöşbəxt gələcəyə vəsiqə ala bilərlər. Cəhalətlə islamın heç 

bir əlaqəsi yoxdur, islam təhsili, elmi hər zaman hər şeydən önə 

çıxarmışdır.  İslam  başqa  dinlərlə  müqayisədə  qiz  və  qadınla-

ra qarşı daha yumşaq, daha xeyirxah mövqe nümayiş etdirir və 

ayələrdə onlara hörmət etməyin nə qədər savab olması xatırlanır. 

İnsanlar islam qaydalarını əllərində rəhbər tutarkən unutmamalı-

dırlar ki, islamda qadınların da kişilər qədər elmli və ağıllı olma-

sı tövsiyə olunur. Dövrün ziyalıları qızların mövcud vəziyyətini 

heyvanların  vəziyyəti  ilə  müqayisə  edirdilər.  Heyvanlar  qapalı 

yerdə saxlanıldığı kimi, qız-gəlinin də üzünə qapılar bağlanırdı.

Əhməd bəy Ağayev 1902-ci ildə nəşr etdirdiyi “İslamda qa-

dın” adlı əsərində sübut edir ki, Məhəmməd peyğəmbərin ətra-

fındakı ağıllı qadınlar olmasaydı, islam bugünkü uğurları qazana 

bilməzdi (Ахмедов А., 1983: 212).

Təhsilin  əhəmiyyətini  dərk  edən  Qafqaz  ziyalıları  bölgədə 

təhsil ocaqların açmaq üçün əllərindən gələni edirdilər. XX əsrin 



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

başlanğıcında Bakıda, Şuşada əsasını azərbaycanlılar təşkil edən 

bir  neçə  təhsil  ocağı,  İrəvanda  (araşdıralan  dövrdə  bu  şəhərdə 

əhalinin əksəriyyəti azərbaycanlı idi) və Yelizavetpolda gimnazi-

yalar açılmışdı. Əlbəttə, bu təhsil ocaqlarında təhsil almaq kimi 

gözəl imkandan qızlara da pay düşürdü. Təəssüf ki, bu məktəbləri 

bitirən  qızlar  patriarxal  qaydalar  ucbatından,  təhsillərini  davam 

etdirə  bilmirdilər.  Ümumiyyətlə,  Qafqazda  təhsil  alan  gənclər, 

mənsub olduqları dinə görə diskriminasiyaya daha çox məruz qa-

lırdılar.  Xristian  uşaqlar  üçün  təhsilin  üst  qatlarında  təhsillərini 

davam etmək şansları olduğu halda, bu imkanlar müsəlman uşaq-

ları üçün çox məhdud idi və bəzi hallarda, yox dərəcəsində idi. Bu 

da çar Rusiyasının Qafqazda yürütdüyü ikili siyasətin nəticəsi idi 

(Алиев А., 1996: 18).

Həsən  bəy  Zərdabi  istedadlı  uşaqları  üzə  çıxararaq  onların 

təhsil almaları üçün əlindən gələni edirdi. Bundan ötrü o, imkanlı 

və  xeyirxah  insanların  yardımından  istifadə  edirdi.  Onları  belə 

gənclərin təhsil almalarına kömək etməyə sövq edirdi və yalnız 

bu gənclərin təhsilli olması ilə cəmiyyətin tərəqqi edə biləcəyinə 

inandığını  söyləyirdi.

Çar  Rusiyasının  yaratdığı  çətinliklərə  rəğmən,  Qafqazdan 

Rusiya  universitetlərinə  üz  tutan  gənclərin  sayı  gün-gündən  ar-

tırdı.  Onlar  Rusiyanın  ən  tanınmış  universitetlərində  təhsil  ala-

raq vətənə dönürdülər. Təhsilini Rusiya universitetlərində almış 

gənclər dost-tanışları arasında bu təhsil ocaqlarını təbliğ etməklə, 

sıralarını  genişləndirirdilər  və  məzunlardan  ibarət  kiçik  cəmiy-

yətlər  yaradırdılar.

Dövrün ən tanınmış qəzetlərindən  olan “Əkinçi” maarifçi-

lik ideyalarını təbliğ etməklə, təhsilə olan marağı xeyli artırırdı. 

N.Nərimanov,  A.Haqverdiyev,  Ü.Hacıbəyov  və  digər  azərbay-

canlı  ziyalılar  bu  istiqamətdə  çoxşaxəli  işlər  görürdülər.  Onlar 

maarifçilik ideyalarını təlqin edən kiçik səhnəcikləri xalqa təqdim 

edirdilər və bu da təhsilə olan marağı daha da artırırdı (Əkinçi, 

1876, 11 iyun, N.11). «Əkinçi» qəzeti hər zaman qız-qadınların 


1   ...   10   11   12   13   14   15   16   17   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə