Qafqazda gender məSƏLƏLƏRİ 1 D



Yüklə 2.94 Mb.
Pdf просмотр
səhifə1/41
tarix29.07.2017
ölçüsü2.94 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   41

QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

1

D

 

 

 

 

 

 

 

  

 

 

 

 

Az rbaycan Respublikası T hsil Nazirliyi

Az rbaycan Dill r Universiteti

“QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ”

D rs v saiti

Azərbaycan Respublikası Təhsil Nazirliyi, 

Azərbaycan Dillər Universitetinin “06” iyul

2015-ci il tarixli “07” saylı iclas protokulundan

çıxarışla dərs vəsaiti kimi təsdiq edilmişdir.

 

E



   

Bakı – 2017

2

QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

Mü llif:     

dos.KİFAYƏT  AĞAYEVA

   


 

fəlsəfə üzrə fəlsəfə doktoru,

   

 

Azərbaycan Dillər Universiteti 

R yçil r:   

dos.,  S.F. Əliyeva

   

 

tarix üzrə fəlsəfə doktoru,

   

 

Azərbaycan Dillər Universiteti,

   

 

dos., E.N. Hacıyeva

   

 

Qərb Universiteti

   

 

hüquq üzrə fəlsəfə doktoru

Elmi redaktor:   dos., A. Ş. Şahmuradov

   

 

tarix üzrə fəlsəfə doktoru,



   

 

Azərbaycan Dillər Universiteti

 A

 Q

 

 

  E

   

 

 

 

S N 

E

   

  2017

QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

GİRİS

E

tnoloq, sosioloq, filosoflara görə gender termini artıq 



çoxdan  özünün  ilkin  qrammatik  mənasından  çıxıb, 

daha  geniş  anlam  kəsb  edir.  Son  zamanlar  gender 

problemlərinin  tədqiqi  xüsusi  aktuallıq  kəsb  edir,  çünki  gender 

sosial  xarakterə  malikdir,  sosial  mahiyyət  kəsb  edir,  ondan  nə 

yaxa qurtarmaq, nə də imtina etmək olmaz. O, şüurda daim ye-

nilənir. Genderin tarixi ilə məşğul olan hər bir tədqiqatçı müxtəlif 

dövrlərdə, cəmiyyətdə cinslərin diferensiasiyası, ən əsası gender 

münasibətlərinin bugünü və dünəni ilə bağlı baxışları bilmək, on-

ları dərk etmək istəyir. 

Hofmana görə hər iki cinsin qarşılıqlı fəaliyyəti nəticəsində 

genderin  əsas  mexanizmi  olan  qadınlıq  və  kişilik  təzahür  edir. 

Gender – şəxslərin bir-birlərinə qarşılıqlı təsir sistemidir və gen-

der bu təsirin nəticəsində sosial nizam kateqoriyası olaraq yaradı-

lır, təsdiq edilir və təsəvvür məcmusu kimi formalaşır (Гофман, 

И., 2001). 

Mövzunun  aktuallığı  ilk  növbədə  sosial  həyatın  oturuşmuş 

norma  və  dəyərlər  sistemi,  müasir  cəmiyyətin  qarşısında  duran 

sosial problemlərin inkişaf xarakteri, dərin sosial-iqtisadi, siyasi 

və mənəvi törəmələri ilə şərtlənir. Son dövrlərdə kişi və qadın rol-

larının dəyişilməsi o qədər sürətlə baş verir ki, tam olaraq kütlə bu 

dəyişikliklərə adaptasiya ola bilmir. Bir çox rolların öhdəsindən 

gələ bilməyən kütlə özünü realizə edə bilmir, bu da cəmiyyətdəki 

stabilliyə xələl gətirir və eyni zamanda, gender münasibətlərində, 

insanların bir-birlərinə olan münasibətlərində əks olunur. 

Cəmiyyətdə paradoksal vəziyyət əmələ gəlir: Bəziləri ənənə-

çiliyi bərpa etmək istəyir, digərləri isə dünyada gedən proseslər-

dən geri qalmamaq üçün əlindən gələni edirlər. Cəmiyyətdə san-

ki bir-birinə güzəşt etmək fikrində olmayan iki antoqonist baxış 

üz-üzə durur. Bunların hansının daha çox uğur qazanması döv-


QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

lətlərin  vətəndaş  cəmiyyəti  quruculuğu  istiqamətində  yeritdiyi 

siyasətdən, mövcud demokratik hərəkatdan, iqtisadi inkişafdan, 

insanların  sosial  statusundan,  cəmiyyətin  modernləşməyə  gedə 

bilmək  bacarığından  və  ya  insanların  onları  geriyə  sürükləyən 

adət-ənənələrə olan istəyindən çox asılıdır. 

Müasir dövrdə gender münasibətlərində gedən dəyişikliklər 

cinslərarası münasibətlərdə mühüm hesab edilən tendensiyaların 

dəyişməsinin nəticəsidir.  Həyata keçirilən islahatlar heç də hə-

mişə bu münasibətlərin düzgün istiqamətdə inkişaf etməsinə gə-

tirib çıxarmır, bəzən tam əksinə, bu islahatlar cinslərarası müna-

sibətlərin daha da kəskinləşməsinə səbəb olur. Bu bir növ geriyə 

qayıdışa təkan verir və sonda gender dialoqunun iyerarxiyasında 

patriarxal ənənələr üstünlük təşkil edir. Bu situasiyada gender di-

aloqunun harmonizasiyasına yardım edə bilən üsulların tapılması 

xüsusi önəm kəsb edir. Yalnız bu yolla Qafqaz cəmiyyətinin hə-

yatında demokratikləşmə baş verə bilər ki, bu da qadın və kişi-

nin şəxsiyyət olaraq potensialının tam açılmasına imkan yaradar. 

Bununla da, hər bir fərdin potensialından cəmiyyətin inkişafı na-

minə effektiv istifadə etmək olar. 

Sovet  dövründə  cəmiyyətin  inkişafı  üçün  şəxsiyyətin  edə 

biləcəklərindən bəhs edən çoxsaylı elmi tədqiqatlar aparılmışdı, 

lakin onların çoxu müasir dövrdə öz aktuallığını itirmişdir. Müa-

sir dövrdə yeni yanaşmalar, yeni baxışlar tələb olunur,   tədqiqat 

prosesində sosial-fəlsəfi yanaşmaya ehtiyac duyulur, çünki bunu 

etmədən  elmi  tədqiqatın  prinsiplərini,  pozisiyasını  və  strateji 

məqsədini təyin etmək çətindir. Buna görə də həm ənənəvi, həm 

də  innovativ  gender  transformasiyası  proseslərinə  olan  fəlsəfi 

refleks nəzəri və   təcrübi cəhətdən çox önəmlidir. Bundan ötrü 

təkcə iqtisadiyyatda, siyasətdə, sosial sferada baş verən dəyişik-

likləri deyil, həm də sosio-mədəni şərtləri və onun göstəricilərini 

tədqiq  etmək  əsas  şərtlərdəndir.  Bunları  tədqiq  etmədən  ənənə-

çilikdən müasirliyə keçid zamanı bu transformasiyanın spesifik-

liyini, dərəcəsini, xarakterini üzə çıxarmaq mümkün olmaz. So-

sio-mədəni kontekstdə bəhs edilən problemin təhlili göstərir ki, 

Qafqazda gender münasibətlərinin modernləşməsinin özünəməx-



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

sus  xüsusiyyətləri  vardır.  Sosio-mədəni  mühitin  elə  elementləri 

vardır  ki,  gender  münasibətlərinin  modernləşmə  prosesini  güc-

ləndirir, elə elementlər də mövcuddur ki, əksinə bu prosesi ləngi-

dir. Ümumilikdə, bu məsələlərə nəzər yetirdikdə, Qafqazda hələ 

də ənənəvi mədəniyyətin saxlanması üçün canfəşanlıq edənlərin 

say çoxluğu müşahidə olunur. 

Gender  münasibətləri  bəşəriyyətin  formlaşdığı  gündən 

müxtəlif elm sahələrinin maraq mərkəzində olmuşdur. Qadın və 

kişi  xüsusiyyətləri  ilə  əlaqəli  problemlərlə  bağlı  qədimdən  bu 

günə qədər müxtəlif fikirlər irəli sürülmüş, tədqiqatlar aparılmış-

dır. Antik dövr müəllifləri Sokrat, Aristotel, Pifaqor və başqala-

rının  sayəsində  gender  münasibətlərinin  Avropa  modelinin  bü-

növrəsi qoyulmuşdur. Belə modellərin formalaşması nəticəsində 

qadınlar ictimai sferadan özəl sferaya sıxışdırılmışdır. Sözsüz ki, 

dünyada gedən bütün bu proseslərdən Qafqaz da kənarda qalma-

mışdır. 

Zamanında bir çox alimlər, filosoflar (Kant, Hegel, Nitşe  və 

digərləri)  öz  əsərlərində  gender  münasibətlərindən  geniş  bəhs 

etmişlər. Daha sonralar, C.Batler, A.Dvorkin, İ.Hofman, D.Zim-

merman,  Q.Rubin,  C.Skot  və  başqalarının  klassik  əsərlərində 

gender nəzəriyyəsinin metodoloji əsasları qoyulmuşdur. Ailənin 

xüsusiyyətləri və gender münasibətlərinin formalaşmasında onun 

yeri,  Qərb  alimlərinin  diqqət  mərkəzində  saxladığı  problemlər-

dəndir. Daha sonralar M.Veber, Ç.R.Mills, S.Lipset, E.Dürkheym 

və başqaları da bu məsələlərdən yetərincə bəhs etmişlər. 

Bunlardan  başqa,  O.M.Vovçenko,  O.A.Doryakov,  İ.O.Kon, 

V.A.Remix,  Y.B.Ryürikov  və  digərləri  dünyada  gedən  feminist 

hərəkatdan və onun Qafqaz cəmiyyətinə olan təsirindən çox yaz-

mışlar. Onlar Qafqaz patriarxal mədəniyyətinin cəmiyyətin siyasi 

və mədəni həyatına göstərdiyi təsiri araşdırmışlar. Tədqiqatçılar   

qadın və kişi psixikasının anatomik strukturu, davranış modelleri 

arasındakı fərqliliyin formalaşması səbəblərini təhlil etmişlər. 

Qafqaz  xalqlarının  adət-ənənəsi  ilə  bağlı  materiallar  xari-

ci  və  yerli  nəşrlərdə,  mətbuat  orqanlarında  zaman-zaman  dərc 

edilmişdir.  Bunlardan  “Kavkaz”,  “Novoye  obozreniye”,  “Et-



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

noqrafiçeskiye  obozreniye”,  “Kazbek”,  “Kavkazskiy  sbornik”, 

“Qafqazın arxeologiyası, etnologiyası, folklorı”, “Tarix və onun 

problemləri”,  “Birlik”,  “Qarapapaqlar”  kimi  qəzet  və  jurnalları 

misal göstərmək olar. Azərbaycan milli kitabxanasında, Gürcüs-

tan Dövlət Kitabxanasında Qafqaz xalqlarının zəngin mədəniyyə-

ti, tarixi, adət və ənənələrindən bəhs edən qiymətli elmi əsərlər,  

sənədlər  saxlanılır.  Rusiya  Federasiyasının  Elmlər Akademiya-

sının  Etnoqrafiya  İnstitunun, Azərbaycan  Respublikasının  Milli 

Elmlər Akademiyasının bir sıra institutlarının  elmi əsərləri də bu 

istiqamətdə faydalı hesab edilə bilər. 

Yuxarıda  sadalananlardan  başqa  müxtəlif  arxiv  fonlarında 

da mövzu ilə bağlı maraqlı sənədlər mövcuddur. Qafqazla bağlı 

hər hansı bir tədqiqat apararkən ilk növbədə qafqazşünas Leonid 

İvanoviç  Lavrovun  əsərlərinə  (Л.И.Лавров,  1989)  müraciət  et-

mək olar. Bu kimi əsərləri diqqətdən kənar saxlamaq ən azı bu 

istiqamətdə görülən sanballı bir işdən xəbərsiz olmaq deməkdir. 

Leonid Lavrov sovet dövründə qafqazşünaslıq elminin bünövrə-

sini  qoymuşdur.   

Gender münasibətlərində mövcud olan bərabərsizlik cəmiy-

yətin  patriarxal  strukturundan  qaynaqlanır.  “Patriarxat  ikili  iq-

tidar,  ikili  güc  anlamında  istifadə  edilir,  birincisi  kişinin  qadın 

üzərində olan hökmranlığı, ikincisi böyüyün kiçik üzərində olan 

hökmranlığıdır”. K. Millet bu barədə yazır: “Gender münasibət-

ləri də daxil olmaqla, patriarxal xarakter ənənəvi cəmiyyəti təmin 

edən sosial bazadır və patriarxatın ən əsas qurumu da elə ailənin 

özüdür”.  Dilimizdə  istifadə  olunan  ənənəvi  ailə,  patriarxal  ailə 

ifadələri də bu yanaşmanın nəticəsidir (К.Миллет, 1994). 

Qafqaz  cəmiyyətində  ənənəçilik  elementlərini  saxlamağa 

cəhd edilsə də, qloballaşmanın gender münasibətlərinə etdiyi tə-

sir və gender münasibətlərində gedən dəyişikliklər göz qabağın-

dadır. Qafqazda gender münasibətləri barədə bu  vaxta qədər apa-

rılmış tədqiqatlara nəzər salsaq, tarixçilər, sosioloqlar, etnoqraflar 

və başqaları tərəfindən geniş bir elmi bazanın yaradıldığının şa-

hidi olarıq. Təəssüf hissi ilə qeyd etmək olar ki, bu tədqiqatların 

əksəriyyətində ayrı-ayrı xalqların etnik xüsusiyyətləri tam nəzərə 

alınmamış, ümumiləşdirilmiş nəticələr daha çox təqdim olunur. 


QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

Son  dövrlərin  ən  aktual  problemlərindən  olan  gender  möv-

zusu  əsasən  gender  münasibətlərinin  ayrı-ayrı  aspektlərini  əks 

etdirir.  Modernist  kontekstdə  aparılan  tədqiqatlar  çox  azdır.  Bu 

səbəbdən  də  ənənəvi  və  müasir  Qafqaz  cəmiyyətində  gender 

stratifikasiyası  probleminin  araşdırılması  öz  aktuallığını  itirmir. 

Modernləşmə şəraitində gender münasibətlərinin dəyişməsi ailə, 

ictimai  və  kommunikativ  sferada  özünü  daha  çox  büruzə  verir. 

Tədqiqatın  əsasını  Qafqaz  cəmiyyətinin  sosio-mədəni  sferasın-

da  gender  münasibətlərinin  transformasiyasının  kompleks  sosi-

al-fəlsəfi  təhlili  təşkil  edir.  Qafqaz  cəmiyyətində  gender  müna-

sibətlərinin  və  sisteminin  fəaliyyət  prinsiplərinin,  sosio-mədəni 

sferada gender stratifikasiyasının ənənəvi modelinin təhlili, onun 

formalaşmasında əsaslı rol oynayan dominant amillərin tədqiqi, 

əhalinin sosial münasibətlərin müasir tendensiyasının gender sə-

viyyəsində anlayışının və gender münasibətlərinin formalaşması-

nın və sosial irəliləyiş xüsusiyyətlərinin təhlili tədqiqatın ən ümdə 

vəzifələrindəndir. 

Qadın və kişilərin qarşılıqlı münasibəti hər zaman aktual olan 

məsələlərdəndir. Belə ki, davranış və əxlaq nümunələri, müvafiq 

şəxslərin cinsinə uyğun düzənlənir və bu həm sosio-mədəni kon-

tekstdə, həm də məişət çərçivəsində özünü büruzə verir. 

Qərb ölkələrində tarixən qadın hüquqları ümumilikdə, insan 

hüquqlarının  ayrılmaz  hissəsi  kimi  qəbul  olunur.  Qadınların  da 

kişilərlə  eyni  hüquqlara  malik  olması  məsələsi  ilk  dəfə  burjua 

inqilabları  zamanı  gündəmə  gəlmişdi.  Daha  sonralar,  qadınlar 

kütləvi  şəkildə  sənaye  inqilabına  qoşuldular  və  sosial-iqtisadi 

münasibətlərdə də bərabərlik əldə etmək tələbi ilə çıxış etməyə 

başladılar.  Bunun ardınca, mədəni inqilab dövrü başlandı. Qadın-

ların reproduktiv funksiyası, onların uşaqların doğulmasına, sev-

giyə, ailə həyatına baxışları kəskin dəyişdi. İki əsr ərzində qadın-

lar şərti olaraq, üç sahədə - siyasi, sosial-iqtisadi və reproduktiv 

hüquqlar əldə etdilər. Onlar cəmiyyətdə kişilərin malik olduqları 

hüquqların qadınlar üçün də əlçatan olması üçün mübarizə aparır-

dılar, lakin dünyada gedən bu proseslərə rəğmən, Qafqaz cəmiy-

yətində  feminizasiya  birtərəfli  cərəyan  etmişdir.  İqtisadiyyatın 



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

bir sıra sahələrində qadınların fəallaşması gözə dəysə də, faktiki 

olaraq, Qafqazda feminist hərəkat heç bir zaman mövcud olma-

mışdır. Ona görə də qadınların bərabərhüquqluluğu istiqamətində 

aparılan işlər qadın hərəkatının təzyiqi ilə deyil, dövlətin apardığı 

gender  siyasəti  nəticəsində  baş  vermişdir.  Bu  hüquqların  veril-

məsində hər zaman bir kişi “minnəti” hiss edilir. Bu huquqların 

verilməsi ilə bağlı müzakirələrdə qadınların iştirakı məhdud ol-

duğuna  görə,  bu  hüquqların  qadınlara  dövlət  (kişi  dominantlığı 

ilə müşaiyət edilən idarəçilik) tərəfindən verilməsi qadınların və-

ziyyətini  yaxşılaşdırmaq  əvəzinə  daha  da  pisləşdirmişdir.  Tarix 

boyu sübut olunmuşdur ki, o hüququ ki, yuxarılar verir o az daya-

nıqlı olur, o hüququ ki, aşağılar mübarizə apararaq əldə edirlər, o 

azadlıq daha dayanıqlı olur. 

Qeyd  edildiyi  kimi,  bu  bölgədə  bütün  tarix  boyu  cəmiyyət 

kişilər tərəfindən və kişilərin öz bildikləri şəkildə idarə olunmuş-

dur, çünki burada cəmiyyət çoxdandır ki, “maskulin”ləşdirilmiş-

dir. Belə yanaşma həm kişilər, həm də qadınlar tərəfindən möv-

cuddur. İndiyə qədər də vəziyyət bu şəkildə qalmaqdadır, lakin 

son  dövrlərdə  gedən  transformasiya  prosesləri  bu  sferadakı  si-

tuasiyanı dəyişdirməkdədir. Əlbəttə, Qafqazda gender siyasətin-

dən danışarkən bunu ümümiləşdirmək absurddur. Məsələn, Çə-

nubi Qafqazda ciddi müqavimətlə qarşılanan poliqamiya, Şimali 

Qafqazın  müsəlman  əhalisi  arasında  geniş  yayılmaqdadır.  Son 

dövrlərdə bunu dəstəkləyənlərin faizi kəskin şəkildə artmaqdadır. 

Təəssüf ki, Sovetlər Birliyi dağılandan sonra, Rusiya Konsti-

tusiyası ilə qadağan olunmasına baxmayaraq, poliqamiya Rusiya 

Federasiyasının tərkib hissəsi olan Şimali Qafqaza ayaq açmışdır. 

Bir çox bölgələr dövlətin qanunlarına məhəl qoymadan, bir əsr 

əvvəlki  adətlərin  dirçəldilməsi  yolunda  təbliğat  aparır  və  bunu 

bölgədə gedən müharibələrlə əlaqələndirir və müharibədə qırılan 

kişilərin ailələrinin başsız qalmasını istəmədiklərini dilə gətirir-

lər. Bununla da, onlar guya tarixi “ədalətsizliyi” bərpa edirlər. 

Ailə  strukturlarında  dəyişikliklər  gedir  və  yuxarıda  bəhs 

edildiyi kimi, artıq Qafqazın bəzi bölgələrində monoqamiyadan 

poliqamiyaya keçid başlanmışdır. Hələ 1999-cu ildə KBR Parla-



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

mentində Ailə kodeksi layihəsinin müzakirəsi prosesində depu-

tatlardan biri respublikada çoxarvadlılığın leqallaşdırılması təkli-

fi ilə çıxış etmişdir. KİV-də bu mövzu təkcə KBR-da deyil, Şimali 

Qafqazın digər Respublikalarında da dəfələrlə müzakirəyə çıxa-

rılmışdır. İnternet-forumlarda bu ən çox müzakirə edilən mövzu-

lardandır. Müəyyən qrup kişi və qadınlar ölkədə baş verən bəzi 

problemləri, xüsusilə də demoqrafik problemlərin həllini çoxar-

vadlılığa  rəsmi  icazənin  verilməsində  görürlər.  Şimali  Qafqaz 

Respublikalarında  onlarla  qadın  ictimai  təşkilatları  mövcuddur 

və  onlar  siyasi-ictimai-mədəni  problemlərin  həllində  yaxından 

iştirak  edirlər.  Məsələn,  KBR-də  “Adiux”,  “Sataney”,  “Balkar 

Qadınları” kimi qadın ictimai təşkilatları fəaliyyət göstərir. Onlar 

öz  fəaliyyətlərini  milli  hərəkatla  başlamış  və  təşkilat  olaraq  öz 

siyasətlərini də milli hərəkat üzərində qurmuşlar. Son dövrlərdə, 

yeni qadın təşkilatları meydana gəlmişdir ki, onların da əsas və-

zifəsi qadın və uşaqların, əhalinin az sosial müdafiə olunan qru-

punun (qaçqın, miqrant və başqaları) maraqlarını təmin etməkdən 

ibarətdir,  lakin  onların    nizamnamələrində  feminizmdən,  qadın 

haqlarından bəhs edilmir. Faktiki olaraq, onların işi qadınlara zo-

rakılıq tətbiq edənlərə qarşı mübarizə aparmaqdan, cinsinə görə 

diskriminasiyaya məruz qalan qadınların haqlarını qorumaqdan o 

yana keçmir. 

Qafqaz polietnik bölgələrdən biridir. Bu ərazidə yaşayan on-

larla xalq əsrlərdən əsrlərə ötürülən, unikal təcrübəyə malik olan, 

qədim,  özünəməxsus,  təkrarolunmaz  mədəniyyətin  daşıyıcıları-

dır.  Çoxarvadlılıq  bölgənin  mədəni  inkişafını  geri  salan  başlıca 

amildir.  Qafqazı müasir ictimai-siyasi, ən müxtəlif səviyyələrdə 

həyata keçirilən etno-mədəni proseslər, xalqların qarşılıqlı fəaliy-

yəti olmadan təsəvvür etmək qeyri-mümkündür. 

Qafqaz öz spesifikliyi ilə fərqlənən bir bölgədir və buradakı 

gender münasibətləri konkret sosial cəmiyyətin etnomədəni xü-

susiyyətlərini  özündə  ehtiva  edir.  Müasir  dövrdə  ənənəvi  həyat 

tərzində baş verən dəyişiikliklərin real təcrübi əhəmiyyəti vardır. 

Elm  belə  fundamental  biososial  xüsusiyyəti  təkzib  edə  bilməz. 

Bu mənada Qafqazda cinslərin sosializasiyasının xüsusiyyətlərini 



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

nəzərdən keçirmək son  dərəcə aktualdır və bu mövzu ətrafında 

müzakirələr getdikcə daha  qızğın xarakter alır. 

Qafqazın vahid mədəni arealı təşkil etməsi, buradakı cəmiy-

yətlərin  ictimai  strukturunun  geosiyasi  maraqlarının  yaxınlığın-

dan xəbər verir. Bu səbəbdən də,  Qafqazın ənənəvi cəmiyyətlə-

rindəki gender nizamında kifayət qədər ümumi əlamətlər tapmaq 

mümkündür  və  mövzunun  hərtərəfli  təhlili  bir  çox  məsələlərin 

diqqətə alınmasına zərurət yaradır. Bu məsələlər aşağıdakılardır: 

ailə münasibətləri, təsərrüfat fəaliyyəti, ictimai, sosial-siyasi hə-

yat, dünyagörüşünün əsasları və gender diferensiasiyasının sim-

volik-kommunikativ ifadəsi. Ailə Qafqazda gender münasibətlə-

rinin əks olunduğu ən əsas insititut olaraq qalmaqdadır. Qadınla-

rın ailədən və nikahdankənar həyatı hər zaman qınaq obyekti ol-

muşdur və bu vəziyyət hələ də cəmiyyət tərəfindən qəbul edilmir 

və mühakimə olunur. 

1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində sosial trans-

formasiya və ya modernləşmə prosesləri, xüsusilə də identifikasi-

ya böhranı ən çox qadınlara təsir etmişdi. Bəlkə də elə bu səbəb-

dən son illərdə, dünya tədqiqatçılarının ən çox müraciət etdikləri 

mövzulardan biri də “qadın” mövzusu olmuşdu. Tədricən alimlər 

belə qənaətə gəlmişlər ki, gender tədqiqatı həm qadın və kişilərin 

birlikdə,   həm də onların ayrı-ayrılıqda öyrənilməsidir. Gender 

diskursları,  genderin  nəzəri  cəhətdən  tədqiqi  bir  çox  alimlərin 

məqsədinə çevrilmişdir. Gender məsələləri təkcə tədqiqat obyekti 

olaraq məhdudlaşmır, onlar tədris prosesində də əhəmiyyətli yer 

tutur, bu istiqamətdə dərsliklər nəşr olunmuşdur, gender elmi bir 

sıra təhsil ocaqlarının tədris proqramlarına daxil edilmişdir. 

Qafqazda qadın və kişilərin rolu, statusu və qarşılıqlı müna-

sibətləri sosioloq, tarıxçi, etnoqraf və digər elm sahələrinin nü-

mayəndələri tərəfindən araşdırılsa da, konkret gender məsələlə-

rindən bəhs edən tədqiqatlar o qədər də çox deyildir. Elə bu sə-

bəbdən də bu istiqamətdə kompleks fənlərararası tədqiqatın apa-

rılması aktual hesab edilir. 

Etnosun  gender  fərqliliyi  prinsipi,  onun  gender  əlamətinə 

görə  sahələrinin  hər  birinin  virtual  və  real  olaraq  bölünməsini 



QAFQAZDA GENDER MƏSƏLƏLƏRİ

11

nəzərdə tutur. Bu səbəbdən də etnosun mədəniyyət sahəsi gende-

rin geniş tədqiqat obyektinə çevrilir. Belə ki, daha qabarıq şəkildə 

özünü göstərən ənənəvi maddi mədəniyyət, adət-ənənələr, ayin-

lər,  mərasimlər,  xalq  yaradıcılığı,  həmçinin  ünsiyyət  mədəniy-

yətinin etnik xüsusiyyətləri tədqiqatın əsas meyarı kimi götürü-

lür. Gender yanaşma tədqiqat predmeti kimi cinslərin dialoqunu 

seçməyi tələb edir. Qadın və kişilərin hüquq və vəzifələri, sosial 

fəaliyyətləri, mövqeləri həyatın müxtəlif sahələrində bir-birindən 

fərqlənir.  

Yuxarıda sadalananların təhlili müxtəlif növ ənənəvi və qey-

ri-ənənəvi  elmi  metodların  induksiya,  deduktisiya,  tarixi  təhlil 

metodu,  müqayisəli  (komparativ),  aqerativ  (müxtəlif  növ  mən-

bələrdən əldə edilən ayrı-ayrı dağınıq faktların bir araya toplan-

ması), kajual (nadir halların hərtərəfli öyrənilməsi) təhlil istifadə-

sinə zərurət yaradır. 

Gender  münasibətlərinin  mədəni  amillərin  –  etik,  etiket, 

dini  dünyagörüşü  və  estetik  münasibətlərin  təsirindən  formala-

şan  mentalitet  prizmasından  araşdırılması      çox  əhəmiyyətlidir. 

Əlbəttə mentalitet dedikdə, insanın dünya və insanlar haqqında 

baxışları  nəzərdə  tutulur.  Birinci  növbədə,  mentalitet  gündəlik 

həyatda üzə çıxan ontoloji və funksional xüsusiyyətdir. İkincisi, 

mentalitet rəmzlərin mənalarının dərk edilmiş sistemidir və bu-

rada  şaxələnmə meyli vardır. Bu da bizə bəzi etnosdaxili və ya 

etnosdan kənar qarşılıqlı təsirin dinamikasının nəticəsi kimi ya-

ranan mədəni faktları nəzərdən keçirməyə imkan verir. Beləliklə, 

tədqiqatın ən əsas məqsədi Qafqaz bölgəsində qadın və kişilərin 

münasibətlərini, cəmiyyətdə rolunu, statusunu həm tarixi prizma-

dan, həm də müasir dövrün reallığı baxımından kompleks şəkildə 

araşdırmaqdır. 

Bu məqsədi həyata keçirtmək üçün aşağıdakı vəzifələri ye-

rinə yetirmək xüsusi önəm kəsb edir: 

1.  Qafqaz xalqlarının etnik, sosial-siyasi, bioloji, konfessio-

nal, mentalitet amillərinin femininlik və maskulinlik kateqoriya-

larına təsiri;

2.  Qafqazda  məişət  və  ictimai  həyatda  kişi  və  qadınların 





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   41


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə