QabiLİYYƏt və İstedad



Yüklə 36,46 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü36,46 Kb.
#39870
növüDərs
1   2   3
QABİLİYYƏT VƏ İSTEDAD

Təşkilati-kommunikativ qabiliyyətlər. Bu cür pedaqoji qabiliyyətlər müəllimin təşkilatçılıq funksiyası və ünsiyyəti ilə bağlıdır. Bu cür pedaqoji qabiliyyətlərə konkret olaraq aşağıdakıları aid etmək olar: təşkilatçılıq qabiliyyəti, avtoritar qabiliyyət, kommunikativ qabiliyyət, perseptiv qabiliyyət, suqqestik qabiliyyət, pedaqoji mərifət, pedaqoji təxəyyül, diqqəti paylaya bilmək qabiliyyəti, pedaqoji refleksiya.

Təşkilatçılıq qabiliyyətləri. Təlim və tərbiyənin səmərəliliyi müəllimin təşkilatçılıq qabiliyyətindən çox asılıdır. Bu cür qabiliyyətlər 2 formada təzahür edir. Birincisi, şagird kollektivini təşkil etmək, möhkəmləndirmək, mühüm vəzifələrin həyata keçirilməsinə ruhlandırmaq, ona düşünülmüş səviyyədə təşəbbüs və müstəqillik verə bilmək qabiliyyəti. İkincisi, öz fəaliyyətini düzgün təşkil etmək qabiliyyətləri: səliqəlilik, işgüzarlıq, dəqiqlik, öz işini düzgün planlaşdırmaq və özünənəzarəti təşkil etmək bacarığı.

Avtoritar qabiliyyətlər. Müəllim daima bu və ya digər cəhətdən bir-birindən fərqlənən şagirdlərlə, onların təlim tərbiyəsi ilə məşğul olur. Bu işdə müvəffəqiyyət qazanmaq onun şagirdlər arasındakı hörmətindən çox asılıdır. Belə qabiliyyətə malik olan müəllim şagirdlərə bilavasitə emosional-iradi təsir göstərə bilir və bunun əsasında onların hörmətini qazanmağı bacarır. Bu cür qabiliyyətlərin əsasını müəllimin öz fənnini mükəmməl bilməsi, onun incəliklərini şagirdlərə çatdıra bilməsi, müsbət iradi keyfiyyətləri, öz yetişdirmələrini hədsiz sevməsi, gördüyü işin doğruluğuna inam, öz əqidəsini şagirdlərinə aşılaya bilməsi bacarığı və s.-dən asılıdır.

Kommunikativ qabiliyyətlər. Kommunikativ qabiliyyətlər uşaqlarla düzgün qarşılıqlı əlaqə yaratmağa imkan verir. Kommunikativ qabiliyyətlərə şagirdlərlə ünsiyyətə qabillik, onların yaş və fərdi xüsusiyyətlərini nəzərə almaq bacarığı, şagirdlərlə pedaqoji nöqteyi-nəzərdən məqsədə müvafiq qarşılıqlı əlaqə yarada bilmək bacarığı aiddir.

Perspektiv qabiliyyətlər şagirdin daxili aləminə nüfuz edə bilmək, şagird şəxsiyyətini və onun müvəqqəti psixi vəziyyətini incəliklərinə qədər başa düşməklə bağlı olan qabiliyyətlərdir. Bu cur qabiliyyətə malik olan müəllim indiki anda şagirdin psixologiyasını, onun psixi vəziyyətini qavrayır və eləcə də anlayır, ötəri bir əlamətə, kiçicik zahiri ifadəyə əsasən şagirdin daxili aləmindəki ən cüzi dəyişiklikdən baş çıxara bilir.

Suqqestik qabiliyyət. Bu, şagirdlərə iradi təsir göstərmək qabiliyyəti, müəyyən tələbi irəli sürmək və onun yerinə yetirilməsinə mütləq nail olmaq qabiliyyətindən ibarətdir. Burada söhbət müəllimin sakit, şagirdləri kobudcasına sıxışdırmadan, məcbur etmədən və hədələmədən öz tələbini irəli sürməsi və ona nail olmasından gedir.

Pedaqoji mərifət. Bu cür qabiliyyət müəllimin öz şagirdlərinin yaş və fərdi xüsusiyyətlərini və konkret şəraiti nəzərə alaraq daha məqsədəuyğun təsir üslubundan istifadəni müəyyənləşdirə bilməsində təzahür edir.
Pedaqoji təxəyyül. Pedaqoji təxəyyülə malik olan müəllim öz əməllərinin nəticəsini qabaqcadan görə bilir, şagirdin gələcəyini düzgün görüb onu istiqamətləndirməyi bacarır, onda hansı keyfiyyətləri inkişaf etdirməyin mümkün olduğunu görür.

Diqqəti paylaya bilmək qabiliyyəti. Bu cür qabiliyyətə malik olan müəllim öz diqqətini iki və daha artıq fəaliyyət və ya obyekt üzərinə paylaya bilir. Bu cür müəllim materialı necə şərh etdiyini, şagirdlərin cavabını necə dinlədiyini izləməklə nəzər diqqətini bütün şagirdlərin üzərinə yönəldə bilir, yorğunluq, diqqətsizlik, anlamamaq, intizamın pozulması hallarına öz münasibətini bildirmək və nəhayət, öz davranış tərzini (poza, jest, yeriş və s.) izləyir

Pedaqoji refleksiyaBu cür qabiliyyətə malik olan müəllim öz vəziyyətini dərk etməyi bacarır, müəyyən pedaqoji şəraitdə nəzarət, qiymətləndirmə, tənzim və təkmilləşdirmə məqsədilə özünün pedaqoji fəaliyyət və pedaqoji ünsiyyətinin məqsəd və vəzifələri ilə əldə olunmuş nəticəni qarşılaşdıra, müqayisə edə bilir.

Müşahidələr göstərir ki, bir sıra hallarda, əlverişli təbii imkanlar olduqda müvafiq qabiliyyətlər müvafiq tərbiyəvi tədbirlər olmadıqda da təzahür edir. Belə uşaqlar adətən istedadlı uşaqlar adlanır.

Psixoloji ədəbiyyatda müxtəlif sahələrdə yaradıcı qabiliyyətlərin məhz hansı yaşlarda təzahür etdiyini təsəvvür etməyə kömək edən nümunələr mövcuddur. Belə ki, məşhur psixoloq V.Kertsel müxtəlif vaxtlarda yaşamış 400 dahinin istedadı üzərində araşdırmalar aparmışdır. Müllifin fikrincə, A.Eynşteyn 11 yaşında olarkən zehni inkişafdan xeyli geri qalmışdır. Görkəmli mətnşünas Marsel Prust orta məktəbdə oxuyarkən öz ana dili olan fransız dilindən pis qiymətlər alırmış. Başqa bir məşhur fransız yazıçısı Emil Zolya da inşa yazısından pis qiymət almaqla valideynlərini məyus edirmiş. Görkəmli fizik İsaak Nyuton vaxtından xeyli əvvəl doğulduğu üçün xeyli zəif olmuşdur. Onun yaşamasını şübhə altına alırdılar.
Psixoloji araşdırmalar sübut edir ki, istedad incəsənət, ilk növbədə musiqi sahəsində erkən təzahür edir. Faktlara müraciət edək. Böyük Avstriya bəstəkarı V.A.Motsartda musiqiyə istedad çox erkən özünü göstərmişdir (4 yaşında).
Bir çox görkəmli rəssamlarda təsviri incəsənət sahəsində istedad 3-4 yaşlarında üzə çıxmağa başlamışdır.

Müşahidələr göstərir ki, uşaqlarda şer yazmağa həvəs çox tez təzahür edir, lakin daha qüvvətli, bədii cəhətdən düzgün şerlər isə sonralar yaranır. Məlum olmuşdur ki, texniki ixtiraçılıq qabiliyyəti də erkən yaşlardan inkişaf etməyə başlayır.

Yaradıcılıq sahəsində tədqiqat aparan psixoloqlar öyrənmişdir ki, elm sahəsində yaradıcılıq imkanlan 20 yaşından sonra başlayır. Bu sahədə riyaziyyata istedad başqalarına nisbətən tez təzahür edir.

Burada yeri gəlmişkən qabiliyyət və istedad anlayışlarının fərqləndirilməsinə də diqqət yetirmək lazım gəlir. Psixoloji ədəbiyyatı nəzərdən keçirdikdə müasir psixologiyanın aktual problemləri içərisində istedad problemi xüsusi yer tutur. Psixoloqlar bunu hər şeydən əvvəl onunla bağlı hesab edirlər ki, qabiliyyətlərin fəaliyyət prosesində qarşılıqlı əlaqəsinin təhlili təkcə elmi nəzəri məsələ olaraq qalmır. Onun mühüm praktik əhəmiyyəti də vardır. Təcrübə göstərir ki, insanın hər hansı bir fəaliyyəti mü­vəf­fəqiyyətlə icra etməsi üçün tək bir qabiliyyət deyil, bir neçə qabiliyyət iştirak edir. Bu baxımdan qabiliyyətlərin bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün şərt olan özünəməxsus birliyi istedad adlanır.

Professor Ə.S.Bayramov və prof. Ə.Ə.Əlizadənin qeyd etdikləri kimi, əgər müşahidəçilik, poetik görmə, surət, hiss və hərəkət hafizəsi, yaradıcı təxəyyül, obrazlı təfəkkür, lüğət ehtiyatının zənginliyi və ifadəli dil, söz assosi­asi­yalarının zənginliyi kimi müxtəlif qabiliyyətlər ədəbi fəaliyyət daxi­lində üzvi surətdə birləşib onu müvəffəqiyyətlə icra etməyə imkan verirsə, bu ədəbi istedaddır.
Pedaqoji istedadı da bu cür xarakterizə etmək olar. Buraya müşahidəçilik, didaktik, komunikativ, perseptiv, peda­qoji təxəyyül, yüksək nitq, suqqestik və s. qabiliyyətlərin məcmuu daxildir. Bu cür istedada malik olan müəllim pedaqoji fəaliyyəti yüksək müvəffəqiyyətlə yerinə yetirə bilir.

İstedadın uşaqlıq, yeniyetməlik və gənclik yaşı dövr­ləri üçün səciyyəvi olan aşağıdakı növlərini qeyd etmək olar:





Professor Ə.Ə.Əlizadə haqlı olaraq istedadı yaradıcılıq hadisəsi adlandırır. Onun hansı növü olursa olsun, ancaq və ancaq  yaradıcılıq kontekstində nəinki dəyərləndirilməlidir, həm də öyrənilməlidir.

Qabiliyyətlərin mahiyyətini dərk etmək üçün onları keyfiyyət və kəmiyyət baxımından xarakterizə etmək zəruridir.

Müasir elmi təsəvvürlərə görə, özünün görkəmli qabiliyyətlərinə görə yüksək nailiyyət göstərən uşaqlan istedadlı uşaqlar sayırlar. Bu uşaqların inkişaf perspektivləri, xüsusilə onların intellektual, akademik, bədii yaradıcılıq sahələrindəki potensial imkanları və uğurlarının səviyyəsi ilə müəyyən olunur. onlarda yaradıcı təfəkkürün və yaradıcı təxəyyülün inkişaf səviyyəsi bu uğurların başlıca rəhni kimi qiymətləndirilir.

Psixologiyada istedad anlayışının özünəməxsus inkişaf tarixçəsi vardır. Vaxtilə istedad dedikdə, qabiliyyətlərin inkişafı üçün zəruri olan anatomik-fizioloji imkanları nəzərdə tuturdular. Bu anlam tədricən köklü surətdə dəyişildi: istedad fəaliyyətin səmərəli icrası üçün şərt olan qabiliyyətlərin özünəməxsus kompleksi kimi başa düşüldü.

Kilfordun intellektin strukturu modeli zəminində istedad anlamının məzmunu daha da dəqiqləşdi. Müasir elmi təsəvvürlərə görə, istedad anlammı koqnitiv qabiliyyətlərə aid edirlər, inkişafın bütün digər tərəflərini isə talant termini ilə təhlil edirlər. Lakin bununla bahəm qeyd etmək lazımdır ki, intellektin inkişafı prosesində bütün psixi funksiyalar qarşılıqlı əlaqədədir. Başqa bir alim Klarkın fikrincə, istedadlı adam öz imkanlarını tam şəkildə yalnız qavrayış, təfəkkür, emosiyalar və başqa funksiyaların inteqrasiyası vasitəsilə reallaşdıra bilər.


Talant qabiliyyətlərin yaradıcılıq nailiyyətləri əldə etməyə imkan verən, həmin nailiyyətlərdə təzahür edən yüksək inkişaf mərhələsidir. Talantın strukturuna gəldikdə o, qabiliyyətlər kompleksindən, onların məcmusundan ibarətdir. Yüksək inkişaf səviyyəsinə çatmış parlaq təzahür edən ayrıca götürülmüş qabiliyyətləri belə talantın analoqu kimi göstərmək olmaz. Bunu həyati faktlar və aparılmış tədqiqatlar da sübut etmişdir.


Yüklə 36,46 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin