Q Ə t n a m ə Azərbaycan Respublikası adından



Yüklə 54.51 Kb.
Pdf просмотр
tarix11.06.2017
ölçüsü54.51 Kb.

   

 

 

 

 



Q Ə T N A M Ə 

 

Azərbaycan Respublikası adından 

 

29 dekabr 2016-cı il                   İş № 2(106)-2648/2016                        Şirvan şəhəri 

 

Şirvan  Apellyasiya Məhkəməsinin Mülki  Kollegiyası:  hakimlər Cəbrayılov Vüsal  Adil 



oğlu (sədrlik edən və məruzəçi), Mirzəyev Nüsrət Fətulla oğlu və Heydərov Tofiq Xudayar 

oğlundan  ibarət  tərkibdə,  məhkəmə  iclas  katibi  Ələskərov  Sənan  Adil  oğlunun  katibliyi, 

iddiaçı  Səmədov  Elvin  Gülağa  oğlunun,  cavabdeh  Səmədova  (Bəşirova)  Tənzilə  Əfqan 

qızının nümayəndəsi Bəşirov Əfqan Bolamməd oğlunun  iştirakı ilə, 

İddiaçı Səmədov  Elvin Gülağa oğlunun cavabdeh Səmədova (Bəşirova) Tənzilə Əfqan 

qızına qarşı nikahın pozulması tələbinə dair mülki iş üzrə Salyan rayon məhkəməsinin 05 

sentyabr  2016-cı  il  tarixli  2(057)-1668/2016  saylı  qətnaməsindən  cavabdeh  Səmədova 

(Bəşirova)  Tənzilə  Əfqan  qızı  tərəfindən  verilmiş  apellyasiya  şikayətinə  açıq  məhkəmə 

iclasında baxaraq, 

 

M Ü Ə Y Y Ə N   E T D İ: 

 

Salyan  rayon  məhkəməsinin  05  sentyabr  2016-cı  il  tarixli  2(057)-1668/2016  saylı  

qətnaməsi  ilə  (sədrlik  edən  hakim  Xəqani  Tağıyev)  iddia  təmin  edilərək  Səmədov  Elvin 

Gülağa  oğlu  ilə  Səmədova  (Bəşirova)  Tənzilə  Əfqan  qızı  arasında  09  avqust  2007-ci  il 

tarixdə  Salyan  rayon  Sarvan  kənd  İƏN-də  20  saylı  akt  qeydi  ilə  rəsmiləşdirilmiş  nikahın 

pozulması,  tərəflərin  birgə  nikahından  doğulmuş  23.05.2008-ci  il  təvəllüdlü  Səmədov 

Eldəniz  Elvin  oğlu  və  06.06.2010-cu  il  təvəllüdlü  Səmədli  Gülağa  Elvin  oğlunun  nikah 

pozulandan  sonra  anaları  Səmədova  (Bəşirova)  Tənzilə  Əfqan  qızının  yanında  qalmaları, 

tərəflərin  birgə  nikahından  doğulmuş  23.05.2008-ci  il  təvəllüdlü  Səmədov  Eldəniz  Elvin 

oğlunun  və  06.06.2010-cu  il  təvəllüdlü  Səmədli  Gülağa  Elvin  oğlunun  yetkinlik  yaşına 

çatanadək  saxlanmaları  üçün  məhkəməyə  müraciət  olunan  05.09.2016-cı  il  tarixdən 

başlayaraq  hər  ay  hər  uşağa  80  manat  olmaqla,  cəmi  160  manat  sabit  pul  məbləğində 

alimentin iddiaçı Səmədov Elvin Gülağa oğlundan alınaraq cavabdeh Səmədova (Bəşirova) 

Tənzilə Əfqan qızına verilməsi qət edilmişdir.   

İŞİN HALLARI: 

 

İddiaçı  Səmədov  Elvin  Gülağa  oğlu  cavabdeh  Səmədova  (Bəşirova)  Tənzilə  Əfqan 



qızına qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 

İddiaçı  Səmədov  Elvin  Gülağa  oğlu  iddia  tələbini  onunla  əsaslandırmışdır  ki, 

cavabdehlə  09  avqust  2007-ci  il  tarixdə  rəsmi  nikaha  daxil  olaraq  ailə  həyatı  qurmuşdur. 

Nikahları Salyan  rayon Sarvan kənd İƏN-də qeydiyyata alınmışdır. Birgə  nikahlarından  2 

uşaqları  -  23.05.2008-ci  il  tarixdə  Səmədov  Eldəniz  Elvin  oğlu  və  06.06.2010-cu  il 

təvəllüdlü Səmədli Gülağa Elvin oğlu anadan olmuşdur. Cavabdehlə bir müddət mehriban 

yaşasalar  da,  sonradan  ailə  münasibətləri  pozulmuşdur.  2014-cü  ilin  əvvəllərində 

məhkəmədə  boşanmaq  barədə  iddia  qaldırmış,  sonra  ərizəsini  geri  götürmüşdür.  2015-ci 



 

ilin fevral ayından cavabdeh atası evinə getmişdir. Hazırda ayrı yaşayırlar, boşanmaq fikri 

qətidir,  barışmaları  alınmaz.  Sadalananları  nəzərə  alaraq,  iddiaçı  onunla  cavabdeh 

Səmədova  (Bəşirova)  Tənzilə  Əfqan  qızı  arasında  bağlanmış  09.08.2007-ci  il  tarixli 

nikahın pozulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 

Mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. 

 

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: 



 

Cavabdeh  Səmədova  (Bəşirova)  Tənzilə  Əfqan  qızı  Salyan  rayon  məhkəməsinin  05 

sentyabr  2016-cı  il  tarixli  2(057)-1668/2016  saylı  qətnaməsindən  apellyasiya  şikayəti 

verərək  həmin  qətnamənin  qismən  ləğv  edilməsini,  apellyasiya  şikayətində  sadaladığı 

əşyaların  və  3000  manat  pulun,  habelə  2  uşağın  saxlanması  üçün  hər  birinə  200  manat 

olmaqla  ayda  400  manat  sabit  pul  məbləğində  alimentin  cavabdehdən  alınaraq  özünə 

verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.   

Cavabdeh  Səmədova  (Bəşirova)  Tənzilə  Əfqan  qızı  apellyasiya  şikayətini  onunla 

əsaslandırmışdır  ki,  birinci  instansiya  məhkəməsi  tərəfindən  müəyyən  edilmiş  80  manat 

məbləğində aliment azyaşlı uşaqların saxlanılması üçün az olduğuna görə artırılmalıdır. O 

uşaqları  saxlamaqla  çətinlik  çəkir.  Məhkəmə  uşaqlar  üçün  minimum  yaşayış  həddini  də 

nəzərə almamışdır. Bundan əlavə, o, məhkəmədə cavabdehə qarşı qarşılıqlı iddia qaldarmış 

və ondan bir sıra əmlaklar tələb etmişdir. Lakin məhkəmə öz qətnaməsində onun qarşılıqlı 

iddiasına heç bir münasibət bildirməmişdir.          

 

TƏRƏFLƏRİN İZAHATLARI: 



 

Məhkəmə  kollegiyasının  iclasında  iştirak  edən  iddiaçı  Səmədov  Elvin  Gülağa  oğlu 

verdiyi  izahatında  birinci  instansiya  məhkəməsinin  qətnaməsinin  dəyişdirilmədən 

saxlanılmasını, apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş etdi. 

Məhkəmə kollegiyasının  iclasında  iştirak edən cavabdeh  Səmədova (Bəşirova)  Tənzilə 

Əfqan  qızının  nümayəndəsi  Bəşirov  Əfqan  Bolamməd  oğlu  isə  verdiyi  izahatında 

apellyasiya  şikayətinin  təmin  olunmasını,  birinci  instansiya  məhkəməsinin  qətnaməsinin 

qismən ləğv edilməsini, apellyasiya şikayətində sadaladığı əşyaların və 3000 manat pulun, 

habelə  2  uşağın  saxlanması  üçün  hər  birinə  200  manat  olmaqla  ayda  400  manat  sabit  pul 

məbləğində alimentin cavabdehdən alınaraq özünə verilməsi barədə qətnamə çıxarılmasını 

xahiş etdi.    

 

HÜQUQİ MƏSƏLƏLƏR: 



 

   Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372.1-ci  maddəsinə  əsasən 

apellyasiya  instansiyası  məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə,  işdə  olan  və  əlavə 

təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 

Həmin  Məcəllənin  372.6-cı  maddəsinə  əsasən  apellyasiya  instansiyası  məhkəməsi 

birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin əsaslılığını onun düzünə və ya 

dolayısı  ilə  mübahisələndirilən  hissəsində,  şikayət  qərarın  ləğv  edilməsinə  yönəldikdə  və 

ya  apellyasiya  şikayətində  və  ona  etirazlarda  ifadə  olunmuş  dəlillərə  əsasən  mübahisənin 

predmeti bölünməz olduqda isə tam yoxlayır. 

Həmin  Məcəllənin  372.7-ci  maddəsinə  əsasən  apellyasiya  instansiyası  məhkəməsi 

şikayətin  dəlillərindən  asılı  olmayaraq,  məhkəmənin  maddi  və  prosessual  hüquq 

normalarına riayət etməsini yoxlayır. 



 

«L.İ.Binnətovanın  şikayəti  üzrə  Azərbaycan  Respublikası  Ali  Məhkəməsinin  Mülki 

işlər  üzrə  məhkəmə  kollegiyasının  05  iyun  2007-ci  il  tarixli  qərarının  Azərbaycan 

Respublikasının  Konstitusiyasına  və  qanunlarına  uyğunluğunun  yoxlanılmasına  dair» 

Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi  Plenumunun  8  may  2008-ci  il  tarixli 

qərarında qeyd edilmişdir ki, «apellyasiya məhkəmə icraatında ərizəçinin dəlillərindən asılı 

olmayaraq maddi və prosessual normalara riayət olunmasının yoxlanılmasına yol verilsə də 

(MPM-in  372.7-ci  maddəsi),  onun  təyinatı  məhz  birinci  instansiya  məhkəmələrinin 

aktlarına (qərarlarına) bir qayda olaraq, bu məhkəmələrdə tərəflərin təqdim etdikləri faktiki 

material 

əsasında 

yenidən 


baxılmasından, 

habelə 


məhkəmə 

səhvlərinin 

və 

çatışmazlıqlarının düzəldilməsindən ibarətdir» 



Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki 

Prosessual  Məcəlləsinin  372-ci  maddəsinin  apellyasiya  baxışının  hədləri  barədə 

müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh 

edilməsinə  dair  20  may  2011-ci  il  tarixli  Qərarında  qeyd  olunmuşdur  ki,  Konstitusiya 

məhkəməsinin  Plenumu bir daha onu  vurğulayır ki,  dispozitivlik  və çəkişmə prinsiplərinə 

əsasən  şəxsin  xüsusi  maraqları  və  hüquqları  yoxlamanın  predmetini  və  həddini  müəyyən 

edir.  Xüsusilə  nəzərə  alınmalıdır  ki,  nə  qədər  ki,  dispozitivlik  prinsipinə  uyğun  olaraq 

tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır 

və  dayandırılır,  işə  baxılmanın  düzgünlüyü  məsələsi  yalnız  maraqlı  şəxslər  tərəfindən 

verilən  şikayətlərdə  mübahisələndirilir  və  şikayət  maneəsiz  olaraq  geri  götürülə  bilər, 

ərizəçinin  maraqları  ikinci  plana  keçirilə  bilməz.  Buna  görə  də,  apellyasiya  instansiyası 

məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə 

yoxlayır.  Bununla  əlaqədar  olaraq,  apellyasiya  instansiyası  məhkəməsi  qətnamənin 

mübahisələndirilməyən 

hissəsinə 

toxunmamalıdır. 

Qətnamənin 

tərəflərin 

mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına almayan hissədə ləğv edilməsi və ya 

dəyişdirilməsi  dispozitivlik  və  çəkişmə  prinsipinin  pozulması  kimi  qiymətləndirilməlidir. 

Birinci  instansiya  məhəkməsinin qətnaməsi  hissəvi  mübahisələndirildiyi  halda apellyasiya 

instansiya məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə 

haqlıdır

Məhkəmə  kollegiyası  sübutları  tam,  hərtərəfli  və  obyektiv  araşdırıb,  apellyasiya 

şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli olan qanun 

normalarına uyğun qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya 

şikayəti  qismən  təmin  edilməli,  birinci  instansiya  məhkəməsinin  mübahisələndirilən 

qətnaməsi  alimentin  məbləği  hissəsində  dəyişdirilərək  iddia  tələbinə  yenidən  hüquqi 

qiymət verilməlidir.   

Belə ki, iş materiallarında olan nikah haqqında şəhadətnamədən görünür ki, Səmədov 

Elvin  Gülağa  oğlu  ilə  Səmədova  (Bəşirova)  Tənzilə  Əfqan  qızının  nikahları  09  avqust 

2007-ci  il  tarixdə  Salyan  rayon  Sarvan  kənd  İƏN-də  20  saylı  akt  qeydi  ilə 

rəsmiləşdirilmişdir. 

İş  materiallarında  olan  doğum  haqqında  arayışlardan  görünür  ki,  tərəflərin  birgə 

nikahından  23.05.2008-ci  il  təvəllüdlü  Səmədov  Eldəniz  Elvin  oğlu  və  06.06.2010-cu  il 

təvəllüdlü Səmədli Gülağa Elvin oğlu anadan olmuşlar. 

 Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  22.2.1-ci  maddəsinə  əsasən  məhkəmə, 

boşanmadan  sonra  yetkinlik  yaşına  çatmayan  uşaqların  valideynlərdən  hansının  yanında 

qaldığını  müəyyən  etməli,  həmin  Məcəllənin  22.2.2-ci  maddəsinə  əsasən  uşaqlar  üçün 

alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. 



 

Azərbaycan  Respublikası  Ailə  Məcəlləsinin  75-ci  maddəsinə  görə  valideynlər 

uşaqlarını  saxlamağa  borcludurlar.  Valideynlər  uşaqlarını  saxlamadıqda  uşaqların 

saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. 

Həmin  Məcəllənin  78.1-ci  maddəsinə  əsasən  valideynlər  arasında  yetkinlik  yaşına 

çatmayan  uşaqlara  aliment  ödənilməsi  barədə  saziş  yoxdursa,  eləcə  də  aliment  verməyə 

borclu  olan  valideynin  qazancı  (gəliri)  qeyri-müntəzəm  dəyişən  olarsa,  ya  qazancının 

(gəlirin)  hamısını  və  ya bir  hissəsini  həmin  valideyn  natura  və  ya  xarici  valyuta  ilə  alırsa, 

yaxud  onun  qazancı  və  ya  sair  gəliri  yoxdursa,  habelə  alimentin  valideynin  qazancından 

(gəlirindən)  müəyyən  hissə  kimi  tutulması  mümkün  olmadığı,  çətinlik  törətdiyi  və  ya 

tərəflərdən  birinin  marağını  əhəmiyyətli  dərəcədə  pozduğu  başqa  hallarda,  uşaqların 

saxlanması  üçün  vəsait  tutulması  tələb  edən  şəxsin  xahişi  ilə  alimentin  miqdarı  məhkəmə 

tərəfindən  hər ay ödənilməli olan sabit pul  məbləğində  və ya eyni zamanda  həm sabit pul 

məbləğində,  həm  də  bu  Məcəllənin  76-cı  maddəsinə  uyğun  olaraq  qazancın  (gəlirin) 

müəyyən hissəsi kimi müəyyən edilə bilər. 

Həmin Məcəllənin 78.2-ci  maddəsinə əsasən, sabit pul  məbləğinin  miqdarı  məhkəmə 

tərəfindən  tərəflərin  maddi  və  ailə  vəziyyəti,  diqqətəlayiq  olan  digər  hallar  nəzərə 

alınmaqla uşağın əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanması əsas 

tutularaq müəyyən edilir. 

Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh boşanmadan sonra uşağın saxlanması üçün 

hər  uşağa  200  manat    cəmi  400  manat  aliment  tələb  etməsi  barədə  məhkəməyə  ərizə 

vermişdir.  Birinci  instansiya  məhkəməsi  isə  alimentin  məbləğini  müəyyən  edərkən 

«Azərbaycan  Respublikasında  2016-cı  il  üçün  yaşayış  minimumu  haqqında»  Qanununa 

əsasən  2016-ci  ildə  uşaqlar  üçün  yaşayış  minimumunun  117  manat  olmasını  nəzərə 

almadan cavabdehin tələb etdiyi  hər  uşağa görə 200  manatdan da aşağı  məbləğdə aliment 

müəyyən etmişdir.  

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  alimentin  məbləği  ilə  bağlı  dəlillərini 

müzakirə edərək  hesab edir ki, bir  uşağı saxlamaq  üçün  məhkəmə qətnaməsi  ilə  müəyyən 

edilmiş  80  manat  aliment  uşaqların  saxlanması,  onların  tələbatının  normal  qaydada  təmin 

edilməsi üçün kifayət etmir və onların mənafeyinə uyğun deyil.  

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  əmlak  tələbi  ilə  bağlı  dəlillərinə  qiymət 

verərək  qeyd  edir  ki,  Azərbaycan  Respublikası  MPM-nin  218.3-cü  maddəsinə  əsasən 

məhkəmə yalnız irəli sürülmüş iddia tələbi həcmində işə baxır və iddiadan kənara çıxmağa 

qanunla  yol  verilmir.  İndiki  halda  işdə  cavabdehin  iddiaçıya  qarşı  heç  bir  qarşılqlı  iddia 

tələbi  yoxdur,  belə  bir  iddia  tələbi  irəli  sürülməmişdir.  Qarşılıqlı  iddia  tələbi  olmadığına 

görə də məhkəmə həmin tələbə baxa bilməzdi.   

Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, hazırkı 

mübahisə  alimentə  aid  hissədə  birinci  instansiya  məhkəməsi  tərəfindən  düzgün  həll 

olunmadığından,  apellyasiya  şikayəti  qismən  təmin  edilməli,  birinci  instansiya 

məhkəməsinin  qətnaməsi  alimentin  məbləği  hissəsində  dəyişdirilməklə  alimentin  məbləği 

hər  uşağa  ayda  100  manat    cəmi  200  manat  sabit  pul  məbləğində  müəyyən  edilməli, 

qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.  

Azərbaycan  Respublikası  MPM-nin  384.0.3-cü  maddəsinə  əsasən  apellyasiya 

instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.  

Azərbaycan  Respublikası  MPM-nin  385.1-ci  maddəsinə  görə  məhkəmə  qətnaməsinin 

apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 



 

- 385.1.1 maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və 

ya düzgün tətbiq edilməməsi; 

-  385.1.2  məhkəmənin  gəldiyi  nəticə  üçün  mühüm  əhəmiyyəti  olan  bütün  faktiki 

halların aydınlaşdırılmaması; 

- 385.1.3 birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti 

olan halların sübut edilməməsi; 

-  385.1.4.  birinci  instansiya  məhkəməsinin  qətnamədə  göstərilmiş  nəticələrinin  işin 

hallarına uyğun gəlməməsi; 

Şərh olunanlara əsasən  və  Azərbaycan Respublikası MPM-nin 372, 384.0.3, 392, 393 

və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, 

 

Q Ə T  E T D İ: 

 

Cavabdeh  Səmədova  (Bəşirova)  Tənzilə  Əfqan  qızı  tərəfindən  verilmiş  apellyasiya 

şikayəti qismən təmin edilsin.  

Salyan  rayon  məhkəməsinin  05  sentyabr  2016-cı  il  tarixli  2(057)-1668/2016  saylı 

qətnaməsi  alimentin  məbləği  hissəsində  dəyişdirilərək  alimentin  məbləği  hər  uşaq  üçün 

ayda 100 (bir yüz) manat  cəmi 200 (iki yüz) manat müəyyən edilsin.  

Qətnamə qalan hissədə dəyişdirilmədən saxlansın.  

Qətnamədən,  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  2  (iki)  ay 

müddətində  Şirvan  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. 

Apellyasiya  instansiyası  məhkəməsinin  qətnaməsindən  şikayət  verilməmişdirsə,  qəbul 

edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. 

 

Sədrlik edən: imza var 



Hakimlər: imzalar var 

Düzdür:                                            

Sədrlik edən:   

 

 

 

 

 

Vüsal Cəbrayılov 

 

 



 

 



Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə