PSİxokorreksiyanin priNSİPLƏRİ



Yüklə 21,51 Kb.
tarix26.11.2019
ölçüsü21,51 Kb.
#29706
PSİXOKORREKSİYANIN PRİNSİPLƏRİ

PSİXOKORREKSİYANIN PRİNSİPLƏRİ

Təhsil sistemində praktik psixoloji xidmətin tətbiqi səciyyə kəsb edən ən mürəkkəb sahələrindən biri psixokorreksiyadır. Korreksiya bu və ya digər qüsurun, çatışmazlığın və ya pozulmanın bərpa edilməsi, düzəldilməsidir.

Psixoloji korreksiya yalnız o halda həyata keçirilir ki, psixi qüsur və ya normadan kənara çıxma halları mərkəzi sinir sistemini üzvü zədələnməsi və ya psixi xəstəlik mənşəli olmasın. Bu istiqamətdə görülən tədbirlər inzibati tərbiyəvi xarakterdən uzaq olmalı, diferensial diaqnostikanın nəticələrinə və yekun rəyə əsaslanmalıdır. Aşkar edilmiş qüsurlar patopsixoloji və defektoloji təbiətə malik olduqda və ya açıq şəkildə hüquqpozma halları ilə müşahidə olunduqda korreksiya tədbirləri praktik psixoloqun səlahiyyətləri çərçivəsindən çıxmış olur. Belə hallarda müvafiq sahə üzrə mütəxəssislər ekspert və ya məsləhətçi olaraq vəziyyətə müdaxilə etməlidir. Psixoloji korreksiya psixoloji təsirin metod və priyomları vasitəsilə psixi qüsurların, çatışmazlıqların aradan qaldırılmasına yönəldilmiş məqsədyönlü və planlı fəaliyyət sahəsidir. Şəxsiyyətin idrak proseslərinin, şəxsiyyət keyfiyyətlərinin, iradi-emosional, ünsiyyət və s. sahələrinin inkişaf səviyyəsinin öyrənilməsi məqsədilə həyata keçirilmiş psixodioqnostik işlərin nəticəsində hər hansı potologiyanormadan kənara çıxma halları aşkara çıxarıldıqda, mövcud çatışmazlığın aradan qaldırılması üçün müvafiq inkişafetdirici-korreksiya proqramları işlənib hazırlanır və həyata keçirilir. Şəxsiyyətin əqli inkişafında, məsələn, təfəkkürün inkişafında müəyyən çatışmazlıqlar aşkara çıxarıldıqda onların aradan qaldırılmasına yönəldilmiş korreksion təsirlər həyata keçirilir

Korreksiya yalnız iki əsas şərtin gözlənildiyi halda mümkün ola bilər :



  • Fikri əməliyyatın hansı halda düzgün, səmərəli olması, normal hesab edilə bilməsinə tam yəqinlik olduqda ;

  • Psixi inkişafda qüsurun, çatışmazlığın, inkişafda kənaraçıxmanın psixoloji diaqnostika əsasında əldə edilmiş dəqiq və etibarlı nəticələri olduqda.

Psixoloji korreksiyanın zəruriliyi o halda xüsusilə aktuallaşır ki, aşkar edilmiş çatışmazlıq fərdin inkişafının gedişinə mane olur, əngələ çevrilir. Məsələn, məktəblilərdə təlim motivlərinin və ya təfəkkür əməliyyatlarının, ixtiyari diqqətin formalaşdırılması onların məktəb proqramları üzrə biliklərin kifayət səviyyədə mənimsənilməsində çətinliklərin meydana çıxmasına səbəb olur. Belə hallarda korreksiya işinə zərurət yaranmış olur.

Psixoloji korreksiya işi olduqca çətin və mürəkkəb fəaliyyət sahəsidir. O, praktik psixoloqdan yüksək ixtisas hazırlığı və səriştə tələb edir. Psixoloji korreksiyanın konkret məqsədləri və vəzifələri, həmçinin korreksiya işinin metod və priyomları bütün hallarda inkişaf qüsurunun növü, xarakteri və uşağın fərdi xüsusiyyətləri nəzərə alınmaqla müəyyənləşdirilir.

İnkişaf qüsurunun növündən və xarakterindən asılı olaraq psixokorreksiya üzrə iş müxtəlif sahələri əhatə edə bilər : anormal uşağın şəxsiyyətinin inkişaf etdirilməsi, onun orqanizminin möhkəmləndirilməsi, hissi təcrübənin və təfəkkürün inkişaf etdirilməsi, nitq qüsurlarının aradan qaldırılması və s.

Psixokorreksiya daha çox korreksion pedaqogikada müxtəlif sensor və əqli qüsurları (eşitmə, görmə, əqli inkişaf, nitq) olan uşaqlarla həyata keçirilən xüsusi fəaliyyət sahəsi kimi nəzərdən keçirilsə də, həm də ümumtəhsil məktəblərində psixoloji xidmət sisteminin mühüm istiqamətlərindən biridir.

Psixoloji korreksiya üzrə işlərin sistemində uşaqlarda inkişaf qüsurlarının, idrak prosesləri, ünsiyyət fəaliyyəti və davranışla bağlı qüsurların aradan qaldırılmasına yönəlmiş fəaliyyət üstün yer tutur. Praktik psixoloq sınaqdan çıxarılmış etibarlı metodikalara, inkişafetdirici-korreksiya proqramlarına istinad etməklə mövcud qüsurun təshih edilməsi istiqamətində sistemli və ardıcıl iş aparmalıdır.

Son bir neçə onillik ərzində bütün dünyada fiziki cəhətdən sağlam, lakin psixoloji yardıma ehtiyac hiss edən insanlara psixokorreksion təsir vasitələrinin müxtəlif sistemləri, metod və vasitələri meydana gəlmişdir. Psixokorreksiya fiziki cəhətdən sağlam adamların psixikası və davranışındakı qüsur və çatışmazlıqların aradan qaldırılması üçün psixoloqun istifadə etdiyi psixoloji təsir priyomlarının məcmuyudur. Bu priyomların bir çoxu əvvəllər psixoterapiya təcrübəsində tətbiq olunmuş, lakin sonralar onun sərhədlərini aşaraq, praktik cəhətdən sağlam adamların da davranış tərzinə psixoloji təsirin vasitəsinə çevrilmişdir.

Psixokorreksiyanın təsir vasitələri insanların yeni həyat şəraitinə daha yaxşı uyğunlaşması, gündəlik daxili və xarici gərginliklərin aradan qaldırılması, müxtəlif münaqişələrin həll edilməsi, insanların zərərli vərdiş və meyllərdən xilas edilməsini nəzərdə tutur.

Pedaqoji fəaliyyət təcrübəsi psixokorreksiya metodikalarının tətbiqi sahələrindən biridir. Pedaqoji praktikada psixokorreksiya üzrə həyata keçirilən işlərin əsas məqsədləri aşağıdakılardır :

1. Uşağın yaş normativinə uyğun olaraq inkişafının davam etdirilməsi, təlim-tərbiyənin fərdiləşdirilməsi işində pedaqoji kollektivə köməyin göstərilməsi ;

2. Uşaqlarda qabiliyyətlərin, maraq və meyllərin inkişaf etdirilməsi ;

3.Uşaqların inkişafındakı geriləmələrin, təlimdə və davranışdakı pozğunluqların aradan qaldırılması məqsədi ilə inkişafetdirici-korreksiya proqramlarının işlənib hazırlanması və həyata keçirilməsi ;

4. Ayrı-ayrı uşaqlar və onların qrupları ilə, xüsusilə risk qrupu‖na aid edilən uşaqlarla korreksiyaedici treninqlərin keçirilməsi.

Pedaqoji təcrübədə geniş yayılmış çoxsaylı psixokoreksiya metodları sırasında şəxsiyyətə yönəlmiş psixoterapiya xüsusi yer tutur. Onun tərkibində psixoloji təsirin fərdi və qrup formaları geniş yayılmışdır. Pedaqoji təcrübədə tətbiq edilən psixokorreksiyanın əsas vəzifələri bunlardır :

1. İnsanın emosional köləlikdən azad edilməsi ;

2. Adamlarda ünsiyyətə tələbat, ünsiyyətlilik hissi formalaşdırmaq ;

3. İnsanın şəxsiyyət kimi özünüaktuallaşdırmasını təmin etmək ;

4. İnsanda şəxsiyyətlərarası münasibət və davranışın səmərəli formalarını yaratmaq və möhkəmləndirmək ;

5. İnsanın ictimai həyata daha fəal cəlb olunmasını təmin etmək və özünə qarşı məsuliyyətliliyə təhrik etmək.

6. Uşaqla inkişafetdirici–korreksiya işinin vasitə və yolarını müəyyənləşdirmək, aşkar edilmiş fərdi xüsusiyyətlər əsasında onun inkişafı və təlimi imkanları haqqında proqnozlar hazırlamaq.

7. Məktəbdə təhsil dövründə və dərsdənkənar iş prosesində uşaqların inkişafı istiqamətində inkişafetdirici-korreksiya işləri aparmaq.

Təhsil müəssisələrində psixokorreksiya sahəsində iş aparan praktik psixoloq hər bir uşağın fərdiyyətini öyrənməklə, onun təlimi, tərbiyəsi və inkişafı üçün şəxsi məsuliyyət daşıdığını dərk etməlidir.

Psixokorreksiya sahəsində iş aparan praktik psixoloq psixoterapevt rolunda çıxış edir. Bu məqsədlə yaradılan qrupların bir sıra tipləri vardır : T – qruplar (sosial-psixoloji treninq qrupları), görüş qrupları, geştalt qruplar, psixodram qrupları, cismani terapiya qrupları, bacarıq treninq qrupları.

Psixokorreksiya qruplarının bütün tiplərində qrup üzvləri arasında rol bölgüsü aparılır və qarşılıqlı münasibətlər müəyyən edilmiş qaydalar əsasında qurulur.

T – qruplar və ya sosial-psixoloji treninq qrupları praktik psixoloq tərəfindən adətən şəxsiyyətlərarası münasibətlərin müxtəlif situasiyalarına uyğun təşkil edilir və düzgün davranış normalarının formalaşdırılmasına xidmət edir. Belə qruplarda iştirakçıların gündəlik həyatda qarşılaşdıqları problemlər müzakirə edilir, onların həlli yolları axtarılır.

T–qrupların əsas vəzifəsi uşaqlar arasında şəxsi və işgüzar qarşılıqlı münasibətlərin formalaşdırılmasından, onların birgə fəaliyyətinin təşkilindən ibarətdir. Bəzən psixoloq belə qrupları uşaqların fərdi psixologiyasını dəyişdirmək, psixoterapevtik effekt yaratmaq məqsədi ilə təşkil edir.

T–qrupların konkret məqsədləri isə iştirakçıların özlərindən, onların fəaliyyətindən asılı olaraq müəyyən edilir. Belə qruplarda əməkdaşlıq məqsədləri daim ön planda olduğu üçün onun iştirakçılarının bu məqsəd əsasında xüsusi təlimi diqqət mərkəzində saxlanılır.



T–qruplarda məqsədə doğru dəyişiklik və inkişaf mərhələli şəkildə davam edir.
Yüklə 21,51 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin