Psixiatriya ixtisası üzrə 230 yeni test tapşırığı 14. 12. 12-ci il tarixində əlavə olunub



Yüklə 344,51 Kb.
səhifə3/5
tarix28.04.2017
ölçüsü344,51 Kb.
#16173
1   2   3   4   5

96) 49 yaşlı kişi virus B hepatiti diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdir. Xəstəxanada qaldığı bir həftə müddətində heç kimlə ünsiyyət qurmadığından müayinəyə cəlb edilmişdir. Anamnezdə hər hansı somatik və psixi patologiya qeyd edilmir. Ailə anamnezinə görə pasiyentin bacısı “şizofreniya paronoid forması” diaqnozu ilə dəfələrlə hospitalizasiya olunub. Həyat anamnezindən məlumdur ki, pasiyent tək yaşayır, öz qohumları ilə nadir hallarda əlaqə saxlayır, ictimai tədbirlərdə iştirak etmir, dostları yoxdur, qadınlarla heç vaxt yaxın və seksual əlaqədə olmayıb. Son 25 ildir nəşriyyatda korrektor işləyir. Niyə belə həyat tərzi keçirməsi barədə suala pasiyent bildirir ki, “ailə qurmağa heç vaxt marağı olmayıb”, “aktiv ictimai tədbirlər onu maraqlandırmır və tək qalmaq heç də ona əzab vermir”. Müsahibə vaxtı pasiyent emosional təcrid olunmuş təsir bağışlayır. Depressiv simptomatika, sayıqlama və duyğu pozuntuları qeyd edilmir. Daha çox hansı diaqnoz ehtimal oluna bilər?

A) Paranoid şəxsiyyət pozuntusu

B) Differensasiya olunmamış şizofreniya

C) Təşvişli (yayınan) şəxsiyyət pozuntusu

D) Şizoid şəxsiyyət pozuntusu

E) Sosial fobiya

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
97) 32 yaşlı kişi şizofreniya paranoid forma diaqnozu ilə stasionar müalicədədir, neyroleptik preparatlarla müalicə olunur. Pasiyentdə titrətmə ilə müşayiət olunan bədən temperaturunun yüksəlməsi (39,2 C-dək) qeyd olunub. Fiziki müayinənin və laborator analizlərin nəticələrinə görə hər hansı infeksion xəstəlik əlaməti aşkar olunmayıb. Qanın ümumi analizində yüksək leykopeniya (leykositlər – 0,9x109/ l) qeyd edilir. Hansı preparatın qəbulu pasiyentin somatik vəziyyətinin pisləşməsinə səbəb ola bilər?

A) Triheksifenidil

B) Amitriptillin

C) Risperidon

D) Klozapin

E) Diazepam

Ədəbiyyat: Филипп Дж. Яничак, Джон М. Дэвис, Шелдон Х. Прексорн, Фрэнк Дж. Айд Принципы и практика психофармакологии (пер с англ) Киев Ника-Центр 1999
98) Şizofreniyanın ilk epizodunun antipsixotik preparatlarla müalicəsini başlayarkən, hansı müddət ərzində antipsixotik preparatları başlanğıc dozada saxlamaq məqsədə uyğundur?

A) 3-5 gün

B) 3 həftə

C) 2 hərfdə

D) 1 hərfdə

E) 1 gün


Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
99) Şizofreniyanın müalicəsində ziprazidonun sutkalıq standart başlanğıc dozası nə qədərdir?

A) 30 mq


B) 40 mq

C) 10 mq


D) 20 mq

E) 80 mq


Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
100) Şizofreniyanın müalicəsində ziprazidonun sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

A) 80-160 mq

B) 200-240 mq

C) 20-40 mq

D) 160-200 mq

E) 40-60 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
101) Şizofreniyanın müalicəsində ziprasidonun sutkalıq standart dəstəkləyici (qoruyucu) dozası nə qədərdir?

A) 20-30 mq

B) 80-160 mq

C) 40-50 mq

D) 10-20 mq

E) 50-60 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
102) Şizofreniyanın müalicəsində kvetiapinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

A) 12,5 mq

B) 50 mq

C) 100 mq

D) 25 mq

E) 75 mq


Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
103) Şizofreniyanın müalicəsində kvetiapinin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

A) 75-150 mq

B) 150-750 mq

C) 50-75 mq

D) 25-50 mq

E) 750-1500 mq

Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
104) Şizofreniyanın müalicəsində risperidonun sutkalıq standart başlanğıc dozası nə qədərdir?

A) 1-2 mq

B) 4-6 mq

C) 0,5-1 mq

D) 2-4 mq

E) 6-8 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
105) Şizofreniyanın müalicəsində olanzapinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

A) 5-10 mq

B) 1-2 mq

C) 15-20 mq

D) 2,5-5 mq

E) 10-15 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
106) Şizofreniyanın müalicəsində paliperidonun sutkalıq standart başlanğıc dozası nə qədərdir?

A) 3-6 mq

B) 24 mq

C) 1,5-3 mq

D) 12 mq

E) 9 mq


Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
107) Şizofreniyanın müalicəsində paliperidonun sutkalıq standart terapevtik dozası hansı nə qədərdir?

A) 6 mq


B) 3 mq

C) 30 mq


D) 12 mq

E) 24 mq


Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
108) Şizofreniyanın müalicəsində klozapinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

A) 12,5-25 mq

B) 75-100 mq

C) 100-125 mq

D) 50-75 mq

E) 25-50 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
109) Şizofreniyanın müalicəsində klozapinin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

A) 600-900 mq

B) 200-450 mq

C) 50-100 mq

D) 25-50 mq

E) 12,5-25 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
110) Şizofreniyanın müalicəsində sertindolun sutkalıq standart başlanğıc dozası nə qədərdir?

A) 16-20 mq

B) 4-8 mq

C) 2-4 mq

D) 8-12mq

E) 12-16 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
111) Şizofreniyanın müalicəsində sertindolun sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

A) 30-40 mq

B) 4-8 mq

C) 20-30 mq

D) 2-4 mq

E) 16-20 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
112) Şizofreniyanın müalicəsində xlorpromazinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

A) 200-400 mq

B) 10-25 mq

C) 100-200 mq

D) 50-100 mq

E) 25-50mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
113) Şizofreniyanın müalicəsində xlorpromazinin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

A) 200-300 mq

B) 50-100 mq

C) 300-1000 mq

D) 1000-2000 mq

E) 100-200 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
114) Şizofreniyanın müalicəsində xlorpromazinin sutkalıq standart dəstəkləyici (qoruyucu) dozası nə qədərdir?

A) 25-50 mq

B) 300-600 mq

C) 200-300 mq

D) 100-200 mq

E) 50-100 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
115) Şizofreniyanın müalicəsində levomepromazinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

A) 50-75 mq

B) 75-100 mq

C) 12,5-25 mq

D) 25-50 mq

E) 100-150 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
116) Şizofreniyanın müalicəsində levomepromazinin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

A) 25-50 mq

B) 250-350 mq

C) 150-250 mq

D) 50-75 mq

E) 75-150 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
117) Şizofreniyanın müalicəsində levomepromazinin sutkalıq standart dəstəkləyici (qoruyucu) dozası nə qədərdir?

A) 75-100 mq

B) 100-150 mq

C) 50-75 mq

D) 25-50 mq

E) 12,5-25 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
118) Şizofreniyanın müalicəsində trifluoperazinin sutkalıq standart başlanğıc dozası nə qədərdir?

A) 5-10 mq

B) 20-30 mq

C) 1-2 mq

D) 2-5 mq

E) 10-20 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
119) Şizofreniyanın müalicəsində trifluoperazinin sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

A) 15-50 mq

B) 50-75 mq

C) 5-10 mq

D) 75-150 mq

E) 150-200 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
120) Şizofreniyanın müalicəsində trifluoperazinin sutkalıq standart dəstəkləyici (qoruyucu) dozası nə qədərdir?

A) 2-5 mq

B) 10-20 mq

C) 1-2 mq

D) 20-30 mq

E) 5-10 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
121) Şizofreniyanın müalicəsində flupentiksolun sutkalıq standart başlanğıc dozası nə qədərdir?

A) 20-30 mq

B) 2-10 mq

C) 1-2 mq

D) 10-20 mq

E) 30-50 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
122) Şizofreniyanın müalicəsində flupentiksolun sutkalıq standart terapevtik dozası hansı intervaldadır?

A) 5-10 mq

B) 10-20 mq

C) 60-100 mq

D) 40-60 mq

E) 20-40 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
123) Şizofreniyanın müalicəsində flupentiksolun sutkalıq standart dəstəkləyici (qoruyucu) dozası nə qədərdir?

A) 3-15 mq

B) 50-70 mq

C) 1-3 mq

D) 30-50 mq

E) 15-30 mq

Ədəbiyyat: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi. Şizofreniyanın diaqnostikası və müalicəsi üzrə klinik protokol. Bakı, 2009
124) Aşağıdakı neyroleptiklərdən hansının istifadəsi digərləri ilə müqayisədə şəkərli diabetin inkişafına daha çox səbəb olur?

A) Paliperidon

B) Haloperidol

C) Klonzapin

D) Olanzapin

E) Ziprazidon

Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
125) 23 yaşlı kişi oyanıq vəziyyətində qəbul şöbəsinə daxil olmuşdur. Stasionara ailə üzvlərinin müşayiəti ilə gəlmişdir. Evdə deyirmiş ki, xarici dövlətlərin xüsusi xidmət agentləri onu izləyir və öldürmək istəyirlər. Pasiyentdə hallüsinozun obyektiv əlamətləri qeyd edilir. Psixi vəziyyətində qeyd olunan dəyişikliklər son bir sutka ərzində yaranmışdır. Qohumlarının dediyinə görə anamnezində psixoaktiv vasitələrdən istifadə qeyd olunub. Nəbzi dəqiqədə 115 vurğu, arterial təzyiqi 165/100 mm civ. süt., temperaturu 37,5 C-dir. Bəbəkləri genişlənib, işığa reaksiya nisbətən zəifdir. Digər göstəricilər üzrə somatik statusunda patologiya nəzərə çarpmır. Aşağıda sadalanan hansı preparat təsvir olunmuş vəziyyəti yarada bilər?

A) Amfetamin

B) Morfin

C) Heroin

D) Alkoqol

E) Diazepam

Ədəbiyyat: Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
126) 27 yaşlı kişi heroin asılılığı səbəbindən stasionar müalicə alır. Anamnezə görə, 2 il ərzində venadaxili heroin qəbul edib. Aşağıdakılardan hansı narkotik istifadəsinin mümkün fəsadlarını müəyyən etməyə imkan verən daha vacib laborator müayinə üsuludur?

A) Qanda Hb-nin, eritrositlərin, leykositlərin, trombositlərin miqdarının, leykoformulun təyini

B) Qalxanabənzər vəzin funksiyasının tədqiqi: TSH, sərbəst T3, T4 – təyini

C) Qanda albuminlərin səviyyəsinin təyini

D) İİV infeksiyasının, hepatit B və Hepatit C-nin təyini

E) Qan zərdabında kaliumun səviyyəsinin təyini

Ədəbiyyat: Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
127) 28 yaşlı qadın avtomobil qəzasından sonra sağ ayağını hərəkət etdirə bilmirdi. Aparılmış müayinələr zamanı aşağı ətrafın parezinə səbəb ola bilən hər hansı zədələnmə əlamətləri aşkar edilmədi. Hər iki aşağı ətraflarda vətər refleksləri bərabər olmaqla bir qədər yüksəlmişdir. Kompüter tomoqrammasında onurğa beynində zədələnmə qeyd edilməyib. 4 həftədə ərzində sağ aşağı ətrafın iflici simptomları tam keçmişdir. Ehtimal yüksək olan diaqnozu göstərin.

A) Panik pozuntu

B) Konversion pozuntu

C) İpoxondrik pozuntu

D) Somatoform pozuntu

E) Münxhauzen sindromu

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
128) 39 yaşlı kişi psixiatra “daimi gərginlik və narahatlıq” şikayətləri ilə müraciət etmişdir. Pasiyent halsızlıqdan, əzginlikdən, tez qıcıqlanmadan, axşamlar uşaqlarının gələcəyi ilə bağlı narahatlıq keçirməsindən, onlara nə isə olacağı qorxusundan yuxuya çətinliklə getməsindən şikayətlənir. O, daima özünə nə isə olacağı və ya işini itirəcəyinin qorxusu ilə yaşayır. Simptomlar təxminən 10 ay əvvəl başlayıb, simptomların başlanmasını pasiyent heç nə ilə əlaqələndirmir. Pasiyentin sözlərinə görə “əvvəllər şən, və həyat dolu bir adam olub və heç bir “əsəb” pozuntusundan əziyyət çəkməyib”. Pasiyent axırıncı ayda sinəsində arabir ağrı və təngnəfəslik tutmalarının olduğunu qeyd edir. Fiziki müayinə zamanı heç bir somatik patologiya aşkar edilməmişdir. Ehtimalı yüksək olan diaqnozu göstərin.

A) Generalizə olunmuş təşviş pozuntusu

B) Təlaş (panik) pozuntusu

C) Absessiv-kompulsiv pozuntusu

D) İpoxondrik pozuntu

E) Adaptasiya pozuntusu

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
129) 29 yaşli pasiyent ailə həkimi tərəfindən psixiatrın konsultasiyasına göndərilmişdir. Ailə həkimi tərəfindən generalizə olunmuş təşviş pozuntusu ilkin diaqnozu qoyulmuş və dizepam (10mq sutkada 2 dəfə: səhər və axşam) təyin edilmişdir. Pasiyent 8 həftə diazepamla müalicə almışdır. Müalicənin ilkin mərhələsində nisbi müsbət dinamikaya müşahidə edilmişdir. Lakin sonrasan təşviş simptomların yenidən kəskinləşməsi qeyd olunmuşdur. Psixiatrın müayinəsi generalizə olunmuş təşviş pozuntusu diaqnozunu təsdiq etdi. Pasiyentin anamnezində 8 il bundan əvvəl alkoqol asılılığından müəlicə qeyd olunur. Alkoqol asılılığından qəbul etdiyi müalicədən sonra spirtli içkilərdən istifadə etmir. Gələcək müalicə taktikasında daha məqbul olan yanaşmanı qeyd edin.

A) Təyin olunmuş müalicə sxemini dəyişmədən davam etdirmək

B) Diazepamın dozasını azaltmaq və əlavə olaraq serotoninin geriyə tutulmasının selektiv inhibitorunu təyin etmək.

C) Diazepamı kəsmək və monoterapiya formasında serotoninin geriyə tutulmasının selektiv inhibitorunu təyin etmək

D) Diazepamın əvvəlki dozasını saxlamaqla müalicə sxeminə serotoninin geriyə tutulmasının selektiv inhibitorunu əlavə etmək

E) Diazepamın əvvəlki dozasını saxlamaqla müalicə sxeminə aşağı dozada atipik neyroleptik əlavə etmək

Ədəbiyyat: Филипп Дж. Яничак, Джон М. Дэвис, Шелдон Х. Прексорн, Фрэнк Дж. Айд Принципы и практика психофармакологии (пер с англ) Киев Ника-Центр 1999
130) 58 yaşlı kişi gündə 50 dəfəyədək əllərini yuyur. Hər gecə yatmazdan əvvəl qapı-pəncərələrin bağlı olmasını, qazın söndürülməsini dəfələrlə yoxlayır. Ehtimalı yüksək olan diaqnoz hansıdır?

A) Şizoid tipli şəxsiyyət pozuntusu

B) Sayıqlama pozuntusu

C) Obsessiv-kompulsiv pozuntu

D) Paranoid şizofreniya

E) Presenil demensiya

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
131) 16 yaşlı oğlanda təmizlik barədə sarışan fikirlər və əl yuma ritualları müşahidə edilir. O həmin hərəkətləri gündə 40 dəfəyədək təkrar edir. Daha effektiv olan qeyri-medikamentoz müalicə metodunu göstərin.

A) Transkranial maqnit stimulyasiyası

B) Ailə terapiyası

C) Koqnitiv-biheyvioral terapiya

D) Elektrik- cəngolma terapiyası

E) İnterpersonal psixoterapiya

Ədəbiyyat: Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
132) Daha çox yayılmış təşviş pozuntusu hansıdır?

A) Post-travmatik stress pozuntusu

B) Aqorafobiya

C) Generalizə olunmuş təşviş pozuntusu

D) Sosial fobiya

E) Təlaş (panik) pozuntusu

Ədəbiyyat: Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
133) Sadalanan preparatlardan daha qısa yarımçıxarılma periodu malik anksiolitik hansıdır?

A) Klonazepam

B) Alprazolam

C) Triazolam

D) Lorazepam

E) Diazepam

Ədəbiyyat: Машковский М. Д. Лекарственные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
134) Sadalanan preparatlardan daha uzun yarımçıxarılma periodu malik anksiolitik hansıdır?

A) Diazepam

B) Klonazepam

C) Triazolam

D) Lorazepam

E) Alprazolam

Ədəbiyyat: Машковский М. Д. Лекарс твенные средства.— 16-е изд., перераб., испр. и доп.— М.: Новая волна, 2010.— 1216 с.
135) XBT-10 diagnostic göstərişlərinə əsasən anoreksiyalı pasiyentlərdə bədən çəkisinin indeksi hansı göstəricidən aşağı olmalıdır?

A) 17,5


B) 21,0

C) 20,5


D) 18,5

E) 19,5


Ədəbiyyat: Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
136) Nevrotik anoreksiyalı pasientlərdə kaxeksiyanın ağırlıq dərəcəsini təyin etmək üçün aşağıda sadalanan laborator analizlərdən hansı daha vacibdir?

A) Eritrositlərin, leykositlərin, trombositlərin miqdarının və leykoformulun təyini ilə qanın ümumi analizi

B) Qanda albuminlərin miqdarının təyini

C) Qaraciyər fermentləri ALT və AST-nin təyini

D) Qan zərdabında kaliumun miqdarının təyini

E) Qalxanabənzər vəzinin funksiyasının tədqiqi: TSH, sərbəst Т3, Т4-ün təyini

Ədəbiyyat: Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
137) Aşağıda sadalanan əlamətlərdən hansı nevrotik anoreksiyanın tipik simptomlarına aid deyil?

A) Menstrual siklin pozulması

B) Arterial hipertenziya

C) Bradikardiya

D) Dırnaqların kövrəkliyi və tez sınması

E) Hipotoniya

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
138) Aşağıda göstərilən preparatlardan hansı obsessiv-kompulsiv pozuntunun müalicəsində birinci seçim preparatıdır?

A) Moklobemid

B) Venlafaksin

C) Sertralin

D) Risperidon

E) Amitriptillin

Ədəbiyyat: Kaplan and Sadock's Comprehensive Textbook of Psychiatry 9th edition 2009
139) Kütlədən, ictimai yerlərdən qaçınma, tənha gəzmə qorxusu hansı diaqnoz üçün xarakterikdir?

A) obsessiv-kompulsiv pozuntu

B) generalizə olunmuş təşviş pozuntusu

C) sosial fobiya

D) aqorafobiya

E) spesifik (izolə edilmiş) fobiyalara

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
140) Kütlə qarşısında çıxış etmək və qida qəbul etmək qorxusu, ictimai yerlərdə ünsiyyət qurmaq, iclaslarda iştirak etməkdən çəkinmək hansı diaqnoz üçün xarakterikdir?

A) generalizə olunmuş təşviş pozuntusu

B) spesifik (izolə edilmiş) fobiyalara

C) obsessiv-kompulsiv pozuntu

D) sosial fobiya

E) aqorafobiya

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
141) Pozuntulardan hansı müəyyən situasiya ilə əlaqədar deyil?

1. sosial fobiya

2. aqorafobiya

3. generalizə olunmuş təşviş pozuntusu

4. təlaş (panik) pozuntusu

A) 2, 4


B) 1, 2

C) 2, 3


D) 3, 4

E) 1, 3


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
142) Pozuntualardan hansı müəyyən situasiya ilə əlaqədardır?

1. sosial fobiya

2. aqorafobiya

3. generalizə olunmuş təşviş pozuntusu

4. təlaş (panik) pozuntusu

A) 1, 2


B) 1, 3

C) 3, 4


D) 2, 4

E) 2, 3


Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г
143) Qəflətən başlayan və bir neçə dəqiqə ərzində maksimuma çatan, təşvişin vegetativ əlamətləri ilə müşayiət olunan güclü qorxu hissinin paroksizmal epizodu hansı diaqnoz üçün xarakterikdir?

A) spesifik (izolə edilmiş) fobiyalar

B) obsessiv-kompulsiv pozuntu

C) generalizə olunmuş təşviş pozuntusu

D) təlaş (panik) pozuntusu

E) aqorafobiya

Ədəbiyyat: Всемирная Организация Здравоохранения, Класс V Международной классификации болезней (10-й пересмотр); Классификация ПСИХИЧЕСКИХ РАССТРОЙСТВ И РАССТРОЙСТВ ПОВЕДЕНИЯ; Клинические описания и указания по диагностике Geneva1992, (пер с англ) Москва 1998 г


Yüklə 344,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin