AZ Azerbaijan Measures To Mitigate COVID 19 impact-azərbaycan
Azərbayacan
6
Azərbaycan - Ümumi məlumat
7
Azərbaycan - Maliyyə məsələlərinə dair tədbirlər
8
Azərbaycan - Məşğulluğa Dəstək Tədbirləri
9
Azərbaycan - Vergi güzəştləri vasitəsilə dəstək
10
Azərbaycan - Müxtəlif sahələrə dəstək
11
Azərbaycan - Digər
Mündəricat- Azərbaycan
Azərbaycan – Ümumi məlumat
Azərbaycan, sürətlə yayılan koronavirus (COVID-19) pandemiyasına görə nisbətən az təsirə məruz qalmış ölkələrdən biri olaraq qalır. Ölkənin rəsmi qurumları koronavirusun təsirini və yayılmasını azaltmaq üçün lazımi tədbirlər görürlər;
Azərbaycan hökuməti koronavirus pandemiyası ilə mübarizə üçün 20 aprel 2020-ci il tarixinə qədər karantin tədbirlərini uzatdı və daha da gücləndirdi;
Bütün ictimai tədbirlər, o cümlədən mədəni və idman tədbirləri ləğv edildi və ya təxirə salındı;
Ölkənin rayon və şəhərləri arasında bütün sərnişin daşımaları dayandırıldı. Yeraltı ictimai nəqliyyat, müntəzəm sərnişin reysləri və Azərbaycanla ikitərəfli dəmir yolu nəqliyyatı əlaqələri müvəqqəti olaraq dayandırıldı;
İnsanlar sosial məsafəni qorumağa, evdə qalmağa və yalnız zəruri hallarda evdən çıxmamağa çağırılır;
Hökumət fiziki şəxslər və müəssisələr, xüsusən ciddi təsirə məruz qalan sahələr üçün maliyyə yardımı paketini elan etdi. Bu məqsədlə yaradılan işçi qrupu ilkin mərhələdə koronavirusun ən çox mənfi təsirinə məruz qalan 12-yə yaxın fəaliyyət sahəsini müəyyənləşdirmişdir. Bu sahələr koronavirusun (COVID-19) yayılması ilə birbaşa təsirlənən turizm, otelçilik, qida, əyləncə, nəqliyyat, ticarət mərkəzləri və s-dir.(384 fəaliyyət kodu üzrə)