Prof. Dr. Sədnik Paşa Pirsultanlı azərbaycan türkləRİNİn xalq rəvayəTLƏRİ



Yüklə 2.84 Mb.
səhifə1/22
tarix19.06.2017
ölçüsü2.84 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   22


AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU


Prof. Dr. Sədnik Paşa Pirsultanlı

AZƏRBAYCAN TÜRKLƏRİNİN

XALQ

RƏVAYƏTLƏRİ
Azərbaycan Milli Elmlər Akademiyası

Folklor İnstitutu Elmi Şurasının

qərarı ilə çap olunur.


Bakı – 2011

Toplayanı və tərtib edəni:

Sədnik Paşa Pirsultanlı,

professor, filologiya elmləri doktoru

RƏYÇİ: Məhərrəm Qasımlı,

filologiya elmləri doktoru, professor
REDAKTOR: Samirə Əjdərzadə

Prof. Dr. Sədnik Paşa Pirsultanlı

(Paşayev)
Azərbaycan türklərinin

xalq rəvayətləri

632 səh.
Demək olar ki, “Azərbaycan türklərinin xalq əfsanələri” ki­ta­bı­nın davamı olan “Azərbaycan türklərinin xalq rəvayətləri” kitabı to­ponimləri, tarixi hadisələri, coğrafi məkanları özündə əks etdirir. Bu ki­tab xalqın tarixini, etnoqrafiyasını, coğrafi məkanları və başqa əlamətləri özündə yaşatmaqla tarixə şahidlik edir. Bu kitab tari­x­çilərin, etnoqrafların, folklorşünasların, eləcə də coğrafiya­şünas­ların stolüstü kitabı olacaqdır. Kitab turizmi fakültələri olan univer­si­­tetlərdə müəllim və tələbələr üçün ən gözəl dərs vəsaiti olacaqdır. Əl­bəttə, bu folklor qaynaqları əsasında dəyərli elmi əsərlər yazı­la­caqdır.

P 4603000000 qrifli nəşr

064-2011

© Pirsultanlı S.

Əsatir və əfsanələrdən

rəvayətə doğru
Əsatir öz qəlbində qədim totemləri yaşadır. Totemlər çoxallahlıq dövrünün yadigarlarıdır. Təsəvvürlərdə yaşayan əsatirlər epikləşdikdən sonra, daha doğrusu əsatirin törəməsi olan əfsa­nələrə çevrildikdən sonra öz sirrini, mahiyyətini bizə danışır. Əsatirin canı təsəvvürdə və fanta­ziyadadır. Əfsanə yeni lokallıq, coğrafi məkana bağ­lılığını yaşatmaqla fantaziya həmişə onun qol-qanadı olur. Fantaziyasız əsatir və əfsanə ola bilməz. Əsatir və əfsanələrdən sonra yaradıcılıq mey­danına gələn rəvayətlər daha çox tarixi ha­di­sələrlə qovuşur, sirli-sehrli toponimləri öz örtüyü altına alır. Onu da qeyd etmək lazımdır ki, əsatir və əfsanə kimi rəvayət də, tarixə yoldaşlıq edən bu bədii hekayətlər də fantaziya ilə süslənir. Toponimlər etimologiyanın gücü ilə öz sirrini-sehrini açır. Dünya ilə yaşdaş olan dağların, qayaların, digər toponimik isimlərin məzmununu etimologiya vasitəsilə izah etmək olur. Lakin söz­lərin lüğəvi mənasını, tarixi faktlarla bağ­lı­lığını, mənşəyini təkcə fantaziya ilə aşkarlamaq olmaz. Başqa sahələrdə olduğu kimi burada da elmin köməyi ilə dürüst nəticələr əldə etmək olar.

Azərbaycan əsatir, əfsanə və rəvayətlərinin toplan­ması, nəşri və tədqiqi mənim taleyimə ya­zıl­mışdır.

1973-cü ildə nəşr olunmuş “Yaşayan əfsa­nələr” kita­bım Azərbaycan əsatir və əfsanələrinin ilk qaranquşudur. Bunun arxasıncan 1976-cı ildə “Yurdumuzun əfsanələri”, 1978-ci ildə “Yanar­dağ əfsanələri” kitablarım işıq üzü görmüşdür. Bunların əsasında tərtib olunmuş, yeni örnək­lərlə zənginləşmiş “Azərbaycan xalq əfsanələri” kitabım 1985-ci ildə “Yazıçı” nəşriyyatı tərəfin­dən 50 min tirajla nəşr olundu. Bu yaradıcılıq yolunda daha gərgin işləyərək əfsanələrin daha əhatəli və zəngin örnəklərini “Azərbaycan türk­lərinin xalq əfsanələri” adı ilə 2009-cu ildə Azər­baycan türkcəsi ilə, 2010-cu ildə isə Anadolu türkcəsi ilə nəşr etdirdik.

Biz əsatir və əfsanələrlə yanaşı Azərbaycan toponimləri ilə və qeyri tarixi hadisələrlə yaşa­maqda olan Azərbaycan rəvayətlərini bir an belə unutmurduq. Onları toplayıb “Azərbaycan xalq söylə­mələri” (1992), “Xalqın söz mirvariləri” (1999), eləcə də “Eldən-obadan eşitdiklərimiz” (2005) kitab­larına daxil edirdik. Həmçinin ayrı-ayrı bölgələrdən toplanan rəvayətləri naşiri olduğum “Pirsultan” dərgisində və “Xalq ozanı” qəzetində nəşr etdirdim. Nəhayət, kifayət qədər toplanmış xalq rəvayətlərini bir yerə cəmləyib “Azərbaycan türklərinin xalq rəvayətləri” adı altında nəşr etdirməyi qət etdik.

Mən burada ətraflı olmasa da bəzi bölgülərə, ayrı-ayrı rəvayətlərə münasibətimi bildirmək istəyirəm.

Dünyanın yaranması, dağ və bulud, Adəm ata, Nuhun gəmisi, eləcə də insanın yaranması haqqında tarixin öz sözü, folklorun da öz sözü var­dır. Folklor, eləcə də rəvayətlər tarixə yoldaş­lıq etsələr də tarixin şəklini yox, məzmununu öz­lərində təcəssüm etdirirlər. Hər şeydən əvvəl tari­xin izlərini özündə yaşatsa da rəvayətlər xalqın təxəyyülü ilə süslənmiş bədii əsərdir. Rəvayətlər tarixi hadisələrin izlərini özündə yaşatmaqla ya­na­şı, bədii boyalar almış fantastik bədii yaradı­cılıqdır. İnsanlar müəyyən tarixi məlumatlar, topo­ni­mik izahlarla tanış olmaqla yanaşı, ondan tükənməz bədii zövq alırlar. Onu daha çox bədii əsər kimi oxuyurlar. Onun daxilindəki mə­na və məzmunu, elmi dəyərləri sonradan aşkar­layıb üzə çıxarırlar. Dağ, daş, qayalar haqqında elə bədii əhvalatlara, epizodlara, macəralara rast gəlirik ki, onlar bizdə, yəni zehnimizdə, mənəvi varlığımızda yeni duyğular oyadırlar. “Qızıl qa­ya”, “Kəndin qayaları”, “Pirsultan dağı”, “Pir­sul­tan ana”, rəvayətləri tarixin şahidləri kimi bizə sirli-sehrli hadisələri danışırlar. “Qara inək za­ğası”, “Molla qayası”, “Keyti və Mehti” dağları çox qədim görüşlərlə bağlıdır. Bunların hər biri xü­susi tədqiqata möhtacdır. “Maral qayası” ibti­dai insanın inamları, totemləri ilə bağlı yaransa da sonralar epikləşərək daha məzmunlu bir əfsa­nəyə, bir hekayətə çevrilmişdir. Oxucu həm də bu səpkili əfsanələri bədii əsər kimi oxumaqdan da doymaz. “Laçın qayası” əfsanəsi bu baxımdan daha qiymətli və əvəzolunmaz, bitkin, bədii bir əsərdir.

Bulaq, çay və dəniz rəvayətləri içərisində “Pə­ri bulağı”nın xüsusi yeri vardır. “Pəri bulağı” Azər­baycan torpağının, dağlarının şəfalı otlarla, bulaq­larla zəngin olmasından xəbər verir. Pəri sa­ğalmaz xəstəliyə mübtəla olur. Baş götürüb eldən-elatdan çıxan Pəri səfalı yaylaqlarımıza qaçır. Dağlarımızın neməti olan bitkilərdən ye­yir, şəfalı sulardan içir, təbii şəkildə sağalır. Ona şəfa verən bulaq bu gün də “Pəri bulağı” adı ilə qalmaqdadır. İxtiyar bir qoca Pərini görüb se­vinir və deyir ki, qızım, mən bu şəfalı bulağı illər­cən axtarmışam. Bu bulağı məndən qabaq sən tapdın, adınla bulağın adını möhürlədin.

Dədə Qorqud haqqında “Aldədə” və Ko­roğlu haqqında bir-birindən qiymətli, tarixi rəvayət vardır. Kitabda maraqlı bölgülərdən biri də xəlifələr, hökmdarlar və şahlar haqqında olan rəvayətlərdir. Burada İsgəndər Zülqərneyn, Bər­məkili vəzir və Nadir şah haqqında xalqın xüsusi mülahizələri vardır. Kərəm və Kərəm bulağı haq­qın­da elə ecazkar rəvayətlərə rast gəlirik ki, xal­qın “Əsli və Kərəm” dastanına ayrıca deməyə sö­zü vardır. “Davud peyğəmbər və saz”, “Comərdi qəs­sab və Həzrəti Əli”, “Rüstəm və Zöhrab”, “Nuh peyğəmbər” haqqında nadir örnək­lər var­dır. Toponimik rəvayətlər kitabın can özəyidir. “Ab­basbəyli”, “Oxçuoğlu”, “Türk qızı Becan”, “Həzrət baba”, “Haça qaya”, “Sultanbud”, “Eşq Abdal” rəvayət­lərinin toponimik izahları insanda maraq doğurur. Sara haqqında rəvayətlər “Apar­dı sellər Saranı” adlı məlum mahnıdan əlavə də­yər­li faktlar meydana çıxardı. Ovçu Pirim rəva­yətləri kitabda xüsusi yer tutur. Hətta Ovçu Pirim heyvanların dilini bildiyi halda qardaşı Kərəmə bütün heyvanların, quşların səsini çıxartmağı bacarır. Bu rəvayətlər tarixə şahidlik edir. Bizim üçün sehrli-sirli olan hadisələri açır. Bundan əlavə rəvayətlərdəki bədiyyatdan və fantazi­yalar­dan doymaq olmur. Onları bir eşitdikdə bir də eşitmək istəyirsən. Kitabda eldən-elatdan gələn bənzərsiz rəvayətlərə, elin qeyrətli oğul və qız­larına, aqil babalara və nənələrə rast gəldikcən heyran qalırsan və öz-özünə deyirsən: - Mənim xalqım zəngin, bədii cəhətdən mükəm­məl, ali­manə xalqdır. “İlan və b­ağban”, “Haqq ağacı”, “Qurd Zöhrə”, “Qız və ilan” rəvayətlərini oxu­duqda heyrət səni bürüyür. Düşünürsən bu xalqa “şair xalq”, “alim xalq” demək də azdır.

Əlbəttə bir neçə səhifəlik yazıda, kitabda toplanmış rəvayətlərin mənasını və məzmununu açmaq, söyləmək olmaz. Biz qabaqcadan ina­nırıq ki, “Azərbaycan türklərinin xalq rəva­yət­ləri” haqqında neçə-neçə tədqiqat əsərləri- mo­noq­rafiyalar yazılacaqdır.

“Şuşa torpağının nəfəsi” rəvayəti torpağa bağlılığı özündə əks etdirən tarixi rəvayətdir.

Türk zabiti Nuru Paşa Şuşada imiş. Görür ki, məscidin həyətində böyük izdiham var. Bu yığıncağa maraq göstərən Nuru Paşa oraya gəlir. Baxır ki, bir din xadimi elə əzan çəkir ki, heç bir kəs elə əzan çəkə bilməz, heç bir müğənni o avazla Quran oxuya bilməz. Nuru Paşa əzançıya bir ovuc türk lirəsi hədiyə verib deyir:

- Əgər gündə İstanbulda bircə dəfə belə əzan çəksən sənə hər dəfə bir kilo altun bağışlayaram. Hər gün İstanbula minlərlə insan gəlir, iş görür, yeyib-içir, uzaq-yaxın ölkələrə gedir. Bu əzanı eşidən hər kəs dönüb müsəlman olar. Sən günü sabahdan hazırlaş İstanbula gedək.

-Yox Paşam, utanıram, gedə bilmərəm. Mə­nə bu səsi verən, avazı bağışlayan Şuşa tor­pağıdır, onun nəfəsidir.

“Tale gölü” rəvayəti mən deyərdim ki, bu bir rəvayət və yaxud hekayət deyildir. Bədii qüd­rətə malik, bədii boyalarla bəzənmiş, fantaziya ilə süslənmiş ölməz bir əsərdir. Hətta onun qa­yəsi qeyri-adi insan ağlına sığmaz bir möcüzədir.

Sifətcə o qədər də gözəl olmayan bir qız yar­lı-yaraşıqlı bir oğlana ərə gedir. Qız bir tə­rəfdən sevinir, bir tərəfdən də daxilən vicdan əza­bı çəkir, özünü oğlana yaraşdırmır. O, belə qə­rara gəlir ki, özünü ya suya, ya oda atıb öldür­sün, ya da bu oğlana layiq bir qız alıb onlara qulluqçuluq etsin. Kənardan bu oğlana baxmaq mənim bəsimdir.

Qız hara getdiyini bilmədən bir səhra ilə baş götürüb gedir. Nə geri qayıda bilir, nə də irəlidə nə olacağını bilir. Aclıqdan, susuzluqdan bağrı partlayır. Yuxuda bir yaşıllıq görür, özünü oraya güclə çatdırır. Dörd tərəfi qar-qamış, sahilində uca bir ağac görünür. Ağacın dibindən gözəl bir bulaq qaynayırdı. Ağacın dadlı meyvələrindən yeyir, bulağın suyundan içir və deyir:

- Deyəcəyəm, ey ağac, uca ol, ucasan. De­yəcəyəm barlı-bəhrəli ol, ləzzətli meyvələrin var, doymaq olmur. Qızın gözü qamışlıqda silkələnən Göy göldə idi. Birdən su yarıldı, sarışın bir gözəl qız sudan çıxdı, yerə-göyə naz elədi. Qız ye­rindən dik atılıb ona yalvardı:

- Aman günüdür, gözəl, sənə deməli sözüm var. Mən elin igid oğlunu bədbəxt etməmək üçün ya özümü oda atıb, ya da suya atıb məhv olma­lıydım.

Sudan çıxan sona deyir ki, mən çoxmu gö­zələm?

-Bəli, qənirsiz gözəlsən, mən indiyə qədər sənin gözəlliyinə çatacaq bir gözəl görməmişəm.

Sular sonası deyir:

- İndi ki, məndən razı qaldın, get bəylə sevinclə yaşa. Mən sənin taleyinəm, sevgilin hər sənə baxanda məni görür.

Bu rəvayər adi rəvayət deyil, bəlkə də tale haqqında rəvayətləşmiş bir abidədir. “Azərbay­can türklərinin rəvayətləri” folklor toplusunda buna bənzər qiymətli, hikmətamiz incilər çoxdur.

Əsərdə Aldədə, Dədə Günəş və Günəş Ata haqqında silsilə rəvayətlər vardır. Fərhad, Dədə Qorqud, Nuh, Adəm Ata, Xızır bunlar türkdilli xalqlarda müştərək obrazlardır. Lakin yurdu­mu­zun şərq bölgəsində Aldədə adlanan bu obraz, yal­nız və yalnız Azərbaycan türklərinə məxsus ob­razdır. Bir sözlə milli zəminə, coğrafi əraziyə bağlı olan bu obraz yurdumuzda çinar kimi ucal­mış torpağımızın hər bir guşəsinə kök atmış, kökü üstündə pöhrələri var. Sanki, o çinar deyil, yurda keşik çəkən nurani bir qocadır. Biz bunun həqiqi təsdiqini “Aldədə” və “Bəxtiyar dağı” rəvayətlərində daha dərindən duyur və hiss edirik. Bizə görə, “Bəxtiyar dağı” odlar yurdu Azərbaycanın rəmzidir. Aldədə isə onun sahi­bi­dir, hamisidir. Aldədə dünyasını dəyişərkən tor­paqla, insanlarla necə vidalaşır? Ot da, su da, yer də, göy də, insanlar da, ceyranlar da, quşlar da hamısı Aldədənin pişvazına çıxmışdır. Aldədə vəsiyyət edir ki, mən ölərkən ilxımdan qəmər­nişan atı tutub cənazəmi ona sarıyarsınız. Bəx­tiyar dağına məni o çıxarar. Qəmərnişan at Aldə­dənin cənazəsini belində aparır. Yol boyunca insanlar cərgələnir, ağsaqqal da dodaqaltı pıçıl­dayır və deyir:

- Bizi qoruyanın qarşısında ehtiramla baş əyirik.

Qəmərnişan at bərəkətli zəmilərdən keçir. Görək nə deyir:

-Bizi qoruyanın qarşısında ehtiramla baş əyirik.

Qəmərnişan yaşıl meşələrdən, ceyranlı-cüyürlü talalardan keçir, ürkək marallar dilə gələrək deyir:

- Bizi qoruyanın qarşısında ehtiramla baş əyirik.

Qəmərnişan gəlib Kür çayının sahilində da­yanır. Kür öz axarını dayandıraraq deyir:

- Məni qoruyanın qarşısında ehtiramla baş əyirəm.

Qarşıda başı buludlara dəyən dağ dilə gəlir. Vətənini, elini, obasını canından əziz bilən, onu göz-bəbəyi kimi qoruyan Aldə­də­nin yeri mənim köksümdədir.

Bu rəvayət bizə onu deyir ki, halallıqla ona xidmət edəni vətənin rəmzi olan uca dağ da köksündə ona yer verir, əzizləyir və qoy­nunda bir dünyanın yatdığını ellərə nişan verir.

Məzarı Tovuz bölgəsinin Ağdam kəndi yaxınlığındakı qəbiristanlıqda uyuyan Aldə­dəni bə­zən Koroğlunun atası hesab edirlər. Aldədənin arvadı Mahpeykəldir, mənası aybə­niz deməkdir.

Mahpeykəlin bələkdə olan oğlunu qurd Ağ­da­mın Beşikli kəndinə aparır. Böyü­dük­dən son­ra Aldədə onu tapır və oğluna deyir:


  • Sən Qor oğlusan.

Oğlan atasına deyir:

  • Mən qurd oğluyam.

Burdan anlaşılır ki, Aldədə əfsanə və rəva­yətləri zərdüştlüklə islam mədəniyyətinin qarşı-qarşıya dayandığı dövrdə yaranmışdır. Əlbəttə bu məqamları ciddi araşdırmalara cəlb etmədən birdən-birə hökm vermək çətindir. Burada bizi sevindirən və Koroğ­lunun mənşəyini araşdır­ma­ğa, axtarmağa im­kan verən çox möhkəm mə­qamlar, zəngin mate­riallar vardır. Məlumdur ki, Koroğ­lunun iki böyük versiyası- Qafqaz və Orta Asiya ver­siyaları və çox sayda variantlar möv­cuddur. Orta Asiya versiyasında özül olan Öz­bək və Türkmən variantlarıdır. Özbək variantı nağıl əsasında yaranır. “Gülüstani-İrəm”, “Goroğ­lu­nun” evləndiyi div qızının mə­kanıdır. Qafqaz ver­­siyası Azərbaycan va­rian­tı əsasında bərqərar olmuşdur. Bu isə ən qədim əsatir və əfsanələr əsasında yaranmış bir obrazdır. Deməli Azər­baycan türklərinin Koroğlusu əsatir, əfsanə, nağıl və rəvayət mər­hələlərindən keçmiş, milli zəmin­də boy at­mış, formalaşmış, yaranmış milli qəhrə­mandır. Yazıçı Mehdi Hüseyn qeyd edir ki, Ko­roğlu dünyanın harasında görünür-görün­sün onun başlanğıcı Azərbaycan torpa­ğındadır. “Azər­baycan Koroğlusu” adlı moni­men­tal, əzə­mətli bir əsərin yazılıb ortaya qoyul­ması üçün zən­gin material vardır.

Əlbəttə bir neçə səhifəlik yazıda “Azər­baycan türklərinin xalq rəvayətləri” kitabında cəmləşmiş xalq incilərini təhlil və tədqiq etmək imkan xaricindədir. Bu kitab neçə-neçə elmi əsərlərin yaranmasına imkan verəcəkdir. Bu kitab eyni zamanda bədii bir əsər kimi xalqın zövqünü oxşayacaqdır.



S.P.Pirsultanlı,

professor, filologiya elmləri doktoru
DÜNYANIN YARANIŞI VƏ MÜQƏDDƏSLƏR HAQQINDA


ИНСАН ВЯ ДЦНЙА
Дейиляня эюря, Эюктанры Ъябрайылы эюн­дярир ки, судан инсан дцзялдиб йарымчыг дцнйаны гайдайа салсын. Lakin Ъябрайыл Танрысынын истя­йини йериня йетиря билмир. Эюктанры икинъи дяфя Ъябрайылы эюндярир ки, оддан инсан йарадыб ни­зам­сыз дцнйаны бязясин. Yеня də бир нятиъя щасил олмур. Гцдрят сащиби цчцнъц дяфя торпагдан инсан дцзялдиб дцнйаны тамамламаьы буйурур. Sudan və oddan fərqli olaraq Tорпаг Эюктанрынын арзусуна гаршы чыхмыр. Onun iстяйиni гябул еdир. Анъаг дяриндян ащ чякиб эюз йашлары ахыдыр. Торпаьıн тялаш кечирдийини, язаб чякдийини эюрян Ъябрайыл onun бу щалынın сябяби иля марагланыр. Торпаг Ъябрайыла билдирир:

- Мян су кими, од кими Танрынын арзусуна гаршы чыхмырам. Анъаг бир мясяля вар ki, mяним эцъцм, бюйцклцйцм, варлыьым мяним тамлыьым-дадыр. Мян юзцмц инсанлара чевирсям, йаваш-йаваш йоха чыхарам. Вердийими алмаг шяртиля Танрынын буйруьуну гябул едирям. Мяним сюзцм Танрыйа да хош эяляъяк.

Торпаг неъя демишдися, еляъя дя олур. Одур ки, инсан йараныр, йашайыр və юлцр. Торпагдан йаранан илляр кечяндян сонра йенидян торпаг олур. Эюктанры бу йолла торпаьын боръуну эери гайтарыр.

İNSANIN YARANMASI
Allah təala hər bir şeyi: oddan, sudan yaratdı ki, dünyaya sahib olsun. Bu yaratdığı şeylər dünyaya sahib ola bilmədi, ancaq bircə torpaqdan yaratmamışdı. Allah təala əmr elədi ey cənabi Cəbrayıl en yerdən torpaq gətir, ondan da insan yaradaq qoy dünyanı tutsun. Cənabi Cəbrayıl endi Yerdən torpaq götürə, Yer yalvardı ki, amandır məndən torpaq götürmə.

Buna görə də cənabi Cəbrayıl yerdən torpaq götürməyib, boş qayıtdı. İkinci dəfə Allah təala əmr elədi: - Ey Cənabi Əzrayıl sən get, Yerdən torpaq gətir! Yer bu dəfə də başladı cənabi Əzrayıla yalvarmağa ki, məndən torpaq götürmə. Cənabi Əzrayıl isə Yerə belə cavab verdi ki, borc alıram, qaytarıb özünə verəcəyəm. Cənabi Əzrayıl torpağı gətirdi, göyün yeddinci təbəqəsində bu torpağın üstünə 40 gün qəm yağışı, 40 gün də şadlıq yağışı yağdı. Bu torpaq islandı, ondan sonra Allah təala əmr elədi ki, ya cənabi Cəbrayıl kukla qayır. Kuklanı qayırdıqdan sonra üz çevirib qibləyə ibadət elədilər, həmin kuklaya nəfəs və can gəldi. Bunun adını qoydular Adəmata. Bunu Allah təala əziz yaratdığına görə, behiştin tam ortasına gətirdilər. Adəmata behiştin tam ortasında gəzdi. Gecə yatdığı zaman şeytan gəlib zənən donunda yuxusuna girdi. Allah təala əmr elədi ki, ya Cənabi Cəbrayıl o, palçıqdan qalanı bir qadın düzəldin. Adəmata yuxudan oyanana qədər onun yanına qoyun, durub görsün ki, həqiqidir.

Həmin artıq qalan palçıqdan bir zənən dü­zəldib Adəmatanın yanına qoydular. O, yu­xudan qalxanda gördü ki, yuxu deyil, həqiqidir! Bunlar hər ikisi behiştin tən ortasında gəzirdilər. Birdən onların yolu düşdü behiştin buğda ağacına tərəf. Havva nənə Adəmata ilə baxdılar gördülər ki, yaman çalqı çalırlar. Havva nənə Adəmataya dedi ki, ay Adəmata nə gözəl musiqi çalırlar, gəl biz də gedək ora. Bu çalqını şeytan təşkil eləmişdi. Adəmata ilə Havva nənəni yoldan çıxarıb cuşa gətirmək üçün. Onlar qoy cuşa gəlib oynasınlar, sonra da buğda yeyib cənnətdən çıxsınlar. Şeytan öz istəyinə çatdı.


МУСА ВЯ ОЗАН
Муса Тур даьына чыхыб Аллащ-тяала иля бир нечя ваъиб кялмя кясди. Сонра хащиш етди ки, бу сирр онларын арасында галсын. Бир эцн йол иля эялирди. Эюрдц ки, бир nəfər озан бир дястя адамы башына йыьыб, Аллащла Муса пейьямбярин ара­сында олан кяламлары шеiря дцзцб охуйур. Муса дярщал эери гайытды, мцгяддяс Танрыйа цз тутуб деди:

- Ей мяним Аллащым, бяс биз разылашдыг ки, арамызда олан сющбятдян щеч кясин хябяри олмасын. Мян бу йюндя щеч кясля кялмя кясмямишям. Сиздян дя шцбщялянмяйя щаггым йохдуr. Йолда бир Озанын бизим сющбяти нязмя чякиб охудуьуну ешитдим. Бу неъя олан ишдиr?

Аллащ-тəала деди:

- Муса, бил вя аэащ ол. Сянин мяндян, мяним дя Озандан эизли сирримiz йохдуr.




АЛЛАЩ ВЯ МУСА
Муса пейьямбяр тез-тез Тури-Сяна даьына чыхыб Аллащла кялмя кясирди. Мусанын биръя арзусу варды. Ня ола, Аллащ-тяала онун евиня тяш­риф эятиря, гонаьы ола, цзбяцз отуруб бу дцн­йанын ишляриндян дойунъа данышалар. Мяслящят бился, чюряйиндян бир гисмят кяся. Муса щяр дяфя Ал­лащ-тəалайа цз тутуб дейирди: - Йа Худавянди-aləm, биръя дяфя мяним гонаьым ол!

Nəhayət, Аллащ-тяала Мусайа гонаг олаъаьы вахты билдириr. Пейьямбяр щямин эцн бюйцк щазырлыг эюрцб плов биширмяйя башлаyыr. Pлов дямя гоyулмушду. Еля бу вахт Мусанын евиня касыб, фаьыр бир дилянчи эялди. Аллащ ризасына ондан йемяк истяди. Муса гялбиндя доландырды: «Мян газанын аьзыны Аллащым эяляндя ачаъаьам». Бу сябябдян дя аъ дилянчийя пай вермяди, онун няфсини йандырды.

Муса чох эюзляди. Аллащ-тяала вядиня ямял етмяди. O, bunun sябябини юйрянмяк цчцн Тур даьына цз тутду. Аллащ-тяалайа деди:

- Ня цчцн Пейьямбяринин сюзцнц йеря салдын, гонаьым олмадын?

Аллащ-тяала билдирди:

- Мян аъ дилянчи палтарында сянин евиня гонаг эялдим. Сянся мяня бир габ хюряк вермяйиб няфсими йандырдын. Пейьямбяр Аллащын вящйлярини дцзэцн йериня йетирмяли, варлыны касыбдан, тоху аъдан цстцн тутмамалыдыр. Инсаны мян йаратмышам. Онун гуллуьунда дурмайан Пейьямбяр эцнаща батыр. Мян эцнаща батан Мусанын неъя гонаьы ола билярдим?..


МУСА ВЯ ФИРОН
Фирон щюкмдар иди. О, тез-тез Муса иля щюъятляшиб дейирди:

- Аллащ йохдур! Сянин Аллащын да, пейьямбярлийин дя уйдурмадыр. Мян Фирон, йер цзцнцн щям Аллащыйам, щям дя падшащы.

Муса йолуну азмыш Фирону сусдурмаг цчцн ахырда ону сынаьа чякмяли олду:

- Эял халг гаршысында мяръляшяк. Сцбщ тездян адамлар Нил чайынын сащилиня эялсинляр. Сян дя ямр еля, мян дя. Эюряк Нил чайы кимин сюзц иля дайанаъагдыр. Ялбяття, мяним! Чцнки мян Аллащын варлыьыны гябул едирям.

Мяръя эирян Фирон сынаьын аьырлыьыны баша дцшцр. Билир ки, ону бу биабырчылыгдан ня щюкмц, ня дя падшащлыьы гуртара билмяз, йалныз Аллащ хилас еляйя биляр. Одур ки, бцтцн эеъяни йатмады, сящяря кими айагларындан асылды вя Аллаща йалвармаьа башлады:

-Ей Аллащ-тяала, мян сяни гябул едир вя гялбян севирям. Цздя дедикляримя мящял гойма. Мяни сян дикялдиб падшащ елямисян. Юз бюйцклцйцн хатириня мяни халг гаршысында сындырма.

Аллащa инамына və юз пейьямбярлийиня архайын олан Муса ися дуа етмядян сящяря кими сакитъя йатды.

Сящяр ъамаат топлашды. Щяр икиси Нил чайынын сащилиня эялди. Сынаq башлады. Муса ямр еляди ки, Нил чайы дайансын. Чай дайанмады. Сонра ямри Фирон тякрар еляди. Чай о саат дайанды.

Мяръдя мяьлуб олан Муса кор-пешiман Тур даьына эялди вя цзцнц Аллащ-тяалайа тутуб деди:

- Ей адына фяда олдуьум! Мян сянин пейьямбяриням, йердя елчиням. Юзцнц Аллащ сайан Фирон ися щяр эцн йердян эюйя ох атыр. Неъя олур ки, ону ешидирсян, мяни йох.

Аллащ-тяала билдирди:

- Йа Муса, сян дуаны унудуб, пейьямбяр­лийиня архайын олdуn və rahatca uzanыб йатдын. Фирон ися айаьындан асылыб ахшамдан сящяря гядяр мяня йалварыб дуа еляди. Мян бу язабы, бу фярги гиймятляндирмяйя бiлмяздим.




QIZIL BALIQ
Dindarlar rəvayət edirlər ki, Firon özünü Allah elan edərkən xalq ona inanırmış. Guya o xalqı inandırmaq üçün göyləri ox atəşinə tutdurarmış. Bunu Firon ona görə edərmiş ki, xalq inansın ki, sehrli göylərdə Allah mövcud deyil və əgər varsa o bu top gülləsi nəticəsində mütləq ölmüşdür. Rəvayətə görə Firon bu hərəkəti həmişə, hər gün təkrar edərmiş. Bir gün güclü yağış yağarkən o yenə göyləri top atəşinə tutdurubmuş. Bu zaman çox qəribə bir möcüzə baş verib. Göydən yağışla birlikdə qırmızı balıqlar düşməyə başlayıb. Bu qırmızı balıqlar yağış selinə qarışıb çaylara, dənizlərə axıb gedir. Xalq bu möcüzəni gördükdən sonra “Qızıl balıq” haqqında belə bir əfsanə uydurmuşlar. Guya özünü allah kimi qələmə verən Firionun atdığı güllələrdən göylər mələyi qəzəblənmiş və bu atəşin qabağını kəsmək üçün balıqlar irəli çıxmışlar. Fironun gülləsindən qanına qəltan olmuş balıqlar beləliklə yağış selinə qarışıb yerə düşürlər. Qızıl balıqların rənginin qırmızı olmasını dindarlar bu əfsanə ilə bağlayırlar.


ФИРОНУН АГИБЯТИ
Йеддинъи Фирон йухуда эюрцр ки, сабащ доьулаъаг бир ушаг бюйцйцб онун башыны кясяъяк. Йуху йозанлар мяслящят билирляр ки, щямин эцн доьулаъаг оьлан ушагларыны тяляф елясинляр. Фиронун ямри иля щямин тарихдя ня гядяр ушаг доьулурса, щамысыны юлдцрцрляр. İш еля эятирир ки, щамиля олан Фиронун арвады да щямин эцн дцнйайа бир оьлан ушаьы эятирир. Бу сиррин ичиндя оланлар Фиронун оьлуна гыймыр, ону бир маьарада эизлядирляр. Фикирляширляр ки, бирдян Фирон ямрини эери эютцряр. Онда бир эцнащкар кими онларын da бойну вурулар. Яэяр ушаг тяляф олаъагса, гой гурд-гуш эцнащкар сайылсын.

Фиронун оьлуна аслан аналыг едир, ону ямиздирир. Илляр кечənдян сонра оьлан Фирону юлдцрмяк фикриня дцшцр. Бу мягсядля атасынын игамятэащына йолlаnır. Йолда чямян сейриня чыхан Фирон оьлу иля гаршылашыр. Оьланы эюрян кими Фиронун ъанындан бир цшцтмя кечир. Гяфилдян ушаьа щцъум edir. Юлцм-дирим дюйцшц башланыр. Дюйцшдя Фирон аьыр йараlanaraq юлцр. Зцлмкар Фиронун йериня ядалятли оьлу щакимиййят башына эялир.





Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   22


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə