Press-reliZ 16 aprel 2010-cu IL Bakı, Azərbaycan



Yüklə 18.7 Kb.
tarix10.06.2017
ölçüsü18.7 Kb.
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
16 aprel 2010-cu il

Bakı, Azərbaycan


  • YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTOR MÜAVİNİNƏ QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA QALDIRILIB

  • ÖLKƏ” QƏZETİNƏ QARŞI İDDİA İCRAATA QƏBUL EDİLDİ

  • JURNALİSTİN İNFORMASİYA ALMASINA MANEƏ YARADILIB

YENİ MÜSAVAT” QƏZETİNİN BAŞ REDAKTOR MÜAVİNİNƏ QARŞI XÜSUSİ İTTİHAM QAYDASINDA İDDİA QALDIRILIB


“İdeal” qəzetinin həbsdə olan baş redaktoru Nazim Quliyev və “Binə” Ticarət Mərkəzinin direktor müavini Dilşad Əmirova “Yeni Müsavat” qəzetinin baş redaktorunun müavini Azər Ayxanı xüsusi ittiham qaydasında məhkəməyə verib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) qəzetin hüquqşünası Vaqif Hüseyn məlumat verib.

Onun sözlərinə görə, iddiaya 2008-ci ilin noyabr ayından başlayaraq qəzetin 10 sayında iddiaçılar barəsində dərc olunan məqalələr səbəb olub. İddia ərizəsində qəzetin baş redaktorunun birinci müavini A.Ayxanın CM-nin 147.2. (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci maddəsi (təhqir) ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılması əksini tapıb.

V.Hüseyn əlavə etdi ki, iş icraata qəbul olunub və 26 aprel saat 15:00-da Nizami rayon Məhkəməsində hakim Ziya Əliyevin sədrliyi ilə hazırlıq iclası keçiriləcək.

Qeyd edək ki, “İdeal” qəzetinin təsisçisi N.Quliyev diffamasiya maddələri ilə 20 may 2009-cu il tarixdə 6 ay müddətinə azadlıqdan məhrum edilmişdi. Sonradan ona qarşı 15 yanvar 2009-cu ildə isə Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə zor tətbiq etmə ilə törədildikdə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 221.1-ci (xuliqanlıq), 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələri ilə təqsirli bilinərək, 13 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. N.Quliyevin həbsindən sonra “İdeal” qəzeti nəşrini dayandırıb. 1998-ci ilin noyabr ayından fəaliyyət göstərən “İdeal” qəzetinin nəşrində dəfələrlə fasilələr olub. Bu fasilələr əsasən təsisçi Nazim Quliyevin həbsləri ilə bağlı olub.

Xatırladaq ki, ölkənin ən çoxtirajlı qəzetlərindən olan “Yeni Müsavat” qəzeti 1993-cü ildən fəaliyyət göstərir və gündəlik çap olunur.
ÖLKƏ” QƏZETİNƏ QARŞI İDDİA İCRAATA QƏBUL EDİLDİ
Dünən (15 aprel) Yasamal rayon məhkəməsində hakim Xəqani Məmmədovun sədrliyi ilə “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyevanın “Ölkə” qəzetinə qarşı iddiasına əsasən hazırlıq iclası keçirilib.

Prosesdə iddiaçının nümayəndələri Əvəz Temirxan, Elxan Abbasov, cavabdehlər Rəfael Becanov, Nicat Dağlar (Hüseynov), Elmidar Əliyev, Nəsimi Şərəfxanlı, Zülfüqar Hüseynov və qəzetin səlahiyyətli nümayəndəsi Azər Rəsulov iştirak edirdi.

İddiaçının nümayəndəsi Elxan Abbasov prosesdə video və fotoçəkiliş aparılması ilə bağlı vəsatət qaldırdı. Hakim vəsatəti qismən təmin edərək prosesdə 5 dəqiqəlik çəkiliş aparılmasına icazə verdi.

“Ölkə” qəzetinin səlahiyyətli nümayəndəsi Azər Rəsulov işlə tanış olmadığını bildirərək, hazırlıq iclasının təxirə salınması ilə bağlı, Rəfael Becanov isə iddiaçı Lalə Şövkət Hacıyevanın məhkəmə proseslərində iştirak etməsi ilə bağlı vəsatət qaldırdı. Hakim hər iki vəsatətin təmin olunmaması haqqında qərar qəbul etdi.

Məhkəmə baxışı 27 aprel saat saat 16:30-a təyin edildi.

Xatırladaq ki, “Milli Birlik Hərəkatı”nın lideri Lalə Şövkət Hacıyeva “Ölkə” qəzetinin 11-17 fevral tarixli buraxılışında “”Madam” ləqəbli agent kimdir?” başlıqlı yazısında barəsində həqiqətə uyğun olmayan məlumatların yer aldığını iddia edərək, cavabdehlərin təkzib verməsini, üzr istəməsini və onlardan hər birinin 100 min manat məbləğində cərimələnməsini tələb edib. İddia ərizəsində göstərilib ki, cavabdehlərdən məhkəmə qərarı ilə tutulacaq bütün məbləğ Bilgəh qəsəbəsindəki müharibə və əmək əlilləri üçün pansionatın hesabına köçürülsün.

Qeyd edək ki, “Ölkə” qəzeti 2008-ci ilin fevral ayında fəaliyyətə başlayıb və həftədə bir dəfə dərc olunur.
JURNALİSTİN İNFORMASİYA ALMASINA MANEƏ YARADILIB
12 aprel tarixindən Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) Naxçıvandakı bölgə müxbiri Elman Abbasovun şəxsi mənzilində telefon işləmir. Bu barədə RATİ-yə məlumat verən E.Abbasovun bildirib ki, Naxçıvan “ Dizayın” MMC şirkəti tərəfindən yaşadığı binada aparılan təmir işləri zamanı telefon xətti naməlum yerdən kəsilib. Bir neçə dəfə Naxçıvan şəhər ATS-nə müraciət etsə də ptoblem həll olunmayıb. “Onlara internetlə işlədiyimi, işimlə bağlı mənə tez-tez rayonlardan zəng gəldiyini bildirdim. Naxçıvan Şəhər Poçt İdarəsinin işçiləri bir neçə dəfə gəib baxsalar da, heç bir iş görmədən çıxıb gediblər və artıq 4 gündür ki, telefon işləmir” – deyən jurnalist onu da bildirdi ki, son vaxtlar Naxçıvanda olan müstəqil jurnalistlərin ev telefonlarında müəyyən problemlər yaradılır. Rayonlardan müxbirlə olunan zənglərin qarşısı alınır və saat 18.00-dan sonra rayonlarala əlaqə saxlamaq mümkün olmur.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

24 saat ərzində aktiv olan qaynar xətt: (+ 994 055) 816 40 04

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az  skype: irfs.az
Каталог: groups -> 19747944
19747944 -> Press-reliZ 06 Oktyabr 2011-ci IL Bakı, Azərbaycan
groups -> Points Of Concern re: Council Bill 42-2015 a bill to create a Military Installation Overlay Zone (mioz) around Joint Base Andrews Our Objective: Council Bill 42-2015 the mioz bill – Concluding this is not a good bill. Why
19747944 -> Press-reliZ 17 mart 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 20 Aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 01 iyul 2010-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 21 Aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 29 aprel 2011-ci IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 29 iyun 2010-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 26 noyabr 2009-cu IL Bakı, Azərbaycan
19747944 -> Press-reliZ 25 fevral 2010-cu IL Bakı, Azərbaycan


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə