Plastik cərrahiyyə ixtisası üzrə nümunəvi test sualları Plastik cərrahiyyədə ilk anlayışlar


Parotis kütlələrinin təyinində,İAB qızıl standartdır



Yüklə 350 Kb.
səhifə5/6
tarix06.02.2017
ölçüsü350 Kb.
#7822
1   2   3   4   5   6

4. Parotis kütlələrinin təyinində,İAB qızıl standartdır
A) 1,4

B) 2,4


C) 1,2,3

D) 1,3,4


E) 1,3
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
286) Aşağıdakı çənə şişlərindan hansı odontogen epiteldən əmələ gəlir?
A) Radikulyar kista

B) Anevrizmal sümük kistası

C) Reparativ qranuloma

D) Osteoma

E) Ameloblastoma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
287) Aşağıdakı tüpürcək vəzilərindən hansında maliqnizasiyaetmə riski ən yuksəkdir?
A) Parotis və Sublingual

B) Sublingual

C) Minor tupurcək vəziləri

D) Parotis

E) Submandibulyar
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
288) Parotisdən inkişaf edən hansı şişdə üz sinirinin elevasiyası həyata keçirilir?
A) Dermatofibrosarkoma

B) Varthin şişi

C) Skavamoz hüceyrəli xərçəng

D) Adenoid kistik xərçəng

E) Mukoepidermoid xərçəng
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
289) Etiologiyasında yanıq olan bədxassəli şiş hansıdır?
A) Mukoepidermoid xərçəng

B) Bazal hüceyrəli xərçəng

C) Dermatofibrosarkoma

D) Bəd xassəli Melanoma

E) Skavamoz hüceyrəli xərçəng
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
290) Hansı bədxassəli dəri şişidir?
A) ksantolazma

B) Melanoma

C) Lipoma

D) Fibroma

E) Hemangioma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
291) Hansı Varthin şişidir?
A) Papilyar limfamatoz kistadenoma

B) Mukoepidermoid xərçəng

C) Bazal hüceyrəli xərçəng

D) Pleomorfik adenoma

E) Bəd xassəli melanoma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
292) Hansı tüpürcək vəzi şişi deyil?
A) adeno kistalı xərçəng

B) Epidermoid xərçəng

C) Mukoepidermoid xərçəng

D) Varthin şişi

E) Pleomorfik adenoma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
293) Parotis vəzisi ilə bağlı aşağıdakılardan hansı səhvdir?
A) vartın şişi parotis şişlərinə daxildir

B) Parotis bir paydan ibarətdir

C) Üz siniri parotis paylarının arasından keçir

D) Parotis iki paydan ibarətdir

E) Ən çox rast gəlinən şişi qarışıq şişdir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
294) Hansı halda dəri xərçənginin əmələ gəlmə riski yüksək deyildir?
A) Nevus sebaceous

B) Sturge- Veber sindromu

C) Albinizm

D) Bazal hüceyrəli nevus

E) Kseroderma pigmentosum
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
295) Ən çox rast gəlinən intraoral karsinoma hansıdır?
A) Tüpürcək vəzi mənbəli karsinoma

B) Skvamoz hüceyrəli karsinoma

C) Melanoma

D) Sarkoma

E) Bazal hüceyrəli karsinoma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
296) Ən çox rast gələn bədxassəli tüpürcək vəzi şişi hansıdır?
A) Adenocarsinoma

B) Bəd xassəli qarışıq şiş

C) Adenokistik xərçəng

D) Skvamoz hüceyrəli karsinoma

E) Mukoepidermoid xərçəng
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
297) Ağız ətrafına yayılmaq xüsusiyyətinə malik şişlər hansılardır?
A) Bəd xassəli qarışıq şiş

B) Skvamoz hüceyrəli karsinoma

C) Skvamoz hüceyrəli karsinoma və Bəd xassəli qarışıq şiş

D) Hamısı

E) Adenokistalı xərçəng
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
298) Əsasən üz,sinə,barmaqlarda yerləşən,sürətlə inkişaf edən ,müəyyən müddətdən sonra böyüməsi dayanan papulayabənzər törəmələr ilə xarakterizə olunan tez qanayan törəmə hansıdır?
A) Qlomus şişi

B) Piogenik granuloma

C) Keratoakantoma

D) Neyrofibroma

E) Teleangioektaziya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
299) Parotis vəzinin xoşxassəli qarışıq şişlərinin müalicəsi necə aparılır ?
A) İlkin radiotrapiya

B) Üz siniri ilə birlikdə radikal ekssiziyası

C) üz sinirini saxlamaq şərti ilə şişin ətraf normal toxuma da daxil olmaqla çıxarılması

D) Şişin lokal ekssiziyasından sonra radioterapiya

E) Şişin ətraf normal toxuma ilə birgə çıxarılması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
300) Kəsildiklərində selikli kimi görunən mukoid material saxlayan iltihabi törəmələrlə səhv salınan tüpürcək vəzi şişi hansıdır?
A) Hemangioma

B) Qarışıq t şiş

C) Varthin şişi

D) Xoşxassəli limfoepitelial şiş

E) Adenoma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
301) Aşağıdakı ağız boşluğu törəmələrdən hansında malignizasiya riski ən yüksəkdir?
A) Adenoma

B) Keratoz

C) Eritroplagiya

D) Hemangioma

E) Leykoplagiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
302) Bədxassəli dəri şişlərinə hansı aid deyil?
A) Skvamoz hüceyrəli xərçəng

B) Kapoşi sarkoması

C) Keratoakantoma

D) Bazal hüceyrəli karsinoma

E) Vaskulyar orijinli tumor
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
303) ağız boşluğu xərçənglərinin etiologiyasında aşağıdakılardan hansının rolu yoxdur?
A) Alkoqol

B) Tütün


C) Ağız gigiyenasına riayət etməmək

D) İsti qidalar

E) Plummer-Vilson sindromu
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
304) Pleomorf adenomanın mualicəsi necə olmalıdır?
A) Ximoterapiya

B) Cərrahi

C) Radioterapiya və Ximoterapiya

D) Müalicəyə ehtiyac yoxdur

E) Radioterapiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
305) Aşağıdakı dəri şişlərindən hansı maliqnizasiya edən şişdir ?
A) Ziyil

B) Keratoakantoma

C) Keloid

D) Bazal hüceyrəli xərcəng

E) Dermal nodulyar fibroz
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
306) Aşağıdakılardan hansı ağız boşluğu xərçənginin etiologiyasına aid deyil?
A) Alkoqol istifadəsi

B) Ağız gigiyenasına riayət etməmək

C) Pis qidalanma

D) Vit B12 çatışmazlığı

E) Tütün istifadəsi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
307) Parotis şişləri haqqında aşağıdakılardan hansı səhvdir?
A) Əksəriyyəti xoşxassəli olur

B) Adenokistik törəmədə nevral invaziyaya diqqət yetirmək lazımdır

C) Tüpürcək vəzi şişləri ən çox parotisə nüfuz edir

D) İnsizion biopsiyanın mühüm rolu vardır

E) Pleomorfik adenoma ən çox rast gəlinən xoşxassəli şişdir
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
308) Parotis şişlərində müayinəsində ən uyğun radioloji metod hansıdır?
A) Rentgenoqrafiya

B) Maqnit Rezonans Tomoqrafiya

C) Kompyuter Tomoqrafiya

D) Sialografiya

E) Nuklear görüntüləmə
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
309) Aşağıdakı sindromlardan hansında əl ilə tutma qabiliyyəti olmur?
A) Crouzon sindromu

B) Pfeiffer sindromu

C) Apert sindromu

D) Nagor sindromu

E) Saethre-Chotzen sindromu
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
310) Ağdərili irqə mənsub insanlarda ən çox rast gəlinən bədxassəli dəri şişi hansıdır?
A) Ağciyər kiçik hüceyrəli xərçəng

B) Skvamoz hüceyrəli xərçəng

C) Epidermoid xərçəng

D) Bəd xassəli melanoma

E) Bazal hüceyrəli xərçəng
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
311) Aşağıdakılarda hansı dəri törəməsi üçün bədxassəli transformasiya əlaməti deyil?
A) Böyümə

B) Qaşınma

C) Rəng dəyişikliyi

D) Qanama

E) Kiçilmə
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
312) Angle təsnifatı harda tətbiq edilir ?
A) Arxa dışlərin bukkal lingual munasibətlərində

B) Skelet çənə deformasiyasına bağlı malokluziyalarda

C) üz sümüklərinin sınıqlarında

D) Ön arxa dental okkluziyalarında

E) Fassial tarazlıq vəya tarazsızlıqda
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
313) Mandibulyar retrognatiya diagnozuna ən uygun çənə hansıdır?
A) Hipoplastik çənə ,əngi önə çıxan çənə

B) Hipoplastik cismli ,geniş çıxıntılara malik və normal görünüşlü çənə

C) Normal ölçülü ,arxada yerləşən çənə

D) Normal ölçülü,əngi önə çıxan çənə

E) Hipoplastik cisimli arxada yerləşən çənə
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
314) Orbita sınıqlarında hansı anatomik strukturlar zədələnir ?
A) Əng

B) Hamısı

C) Almacıq

D) Alın sümüyü

E) Burun və xəlbir sümüyü
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
315) Aşağıdakılardan hansı əng sınıqlarının gecikmiş ağırlaımasıdır?
A) Enoftalmiya

B) Malunion

C) Nonunion

D) Hamısı

E) İnfraorbital sinir hipestesiyası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
316) Ortognatik cərrahiyyə ilə bağlı aşağıdakılardan hansı səhvdir?
A) Sümük problemləri çox erkən yaşlarda aradan qaldırılmalıdır

B) Əng osteotomiyası ən çox Lefort I üsulu ilə aparılır

C) Xəstələr stomatoloqlarla birgə izlənilməlidir

D) Xəstələrin diaqnozunda mütləq sefalometrik analiz aparılmalıdır

E) Çənə əməliyyatlarında ən çox şaxənin sagital split osseotomiyası aparılır
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
317) Ortognatik cərrahiyyədə sefalometrik ölçmələr dodağın hansı vəziyyətində aparılır?
A) İstirahət

B) Maksimum bağlı

C) Yarım açıq vəziyyətdə

D) Dodaqlarası məsafə 2-3.5mm

E) Maksimum gülmə
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
318) Normal ağız açıqlığı nə qədərdir?
A) 7 cm

B) 4-5 cm

C) 10 cm

D) 2 cm


E) 3 cm
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
319) Prognatiyada ən çox istifadə olunan metod hansıdır?
A) Vertikal şaxə osteotomiyası

B) “İnverted L” ( L şəkilli ) osteotomiya

C) Sagital split şaxə(ramus) osteotomiyası

D) Lefort II osteotomiyası

E) Horizontal şaxə osteotomiyası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
320) I sinif okkluziya nədir?
A) Maksilyar retrognatiya

B) Maksilyar prognatiya

C) Mandibulyar retrognatiya

D) Mandibulyar prognatiya

E) Normokluziya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
321) üzün Mimiki əzələlərinə hansı deyil?
A) Temporalis

B) Orbicularis oculi

C) Zygomaticus major

D) Platizma

E) Risoris gülümsəmə
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
322) Sefalometrik analizdə istifadə olunan S hərfi hansı nahiyyəni göstərir?
A) Supraspinal

B) Subspinal

C) Sella turcica

D) Sfenoidal cib

E) Submental
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
323) Hansı deformasiyada sagital split ramus osteotomiyası icra edilir?
A) Hemifassiyal atrofiya

B) Molyar hipoplaziya

C) Molyar hipoplaziya

D) Prognatiya

E) Çəpər əyriliyi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
324) Orbitanın quruluşunda iştirak etməyən sümük hansıdır?
A) Xəlbir

B) Almacıq

C) gicgah

D) Əng


E) Əsas
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
325) Aşağıdakılardan nansı class-3 monokluziyanı göstərir?
A) mikrognatiya

B) Açiq dişləm deformasiyası

C) Retrognatiya

D) Molyar hipoplaziya

E) Prognatiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
326) Lefort III sınığında hansı sümüyün sınması şərt deyil?
A) Zygomatico-frontal

B) Zygomatico temporal

C) Fronto nazal birləşmə

D) Naso- maxillar

E) Zygomatico-maxillar
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
327) Mandibulyar prognatiya nədir ?
A) Çənə əngə görə öndədir

B) Çənə əngə görə geridədir

C) Çənə əngə görə medialdadır

D) Çənə əngə görə normal vəziyyətdədir

E) Çənə əngə görə lateraldır
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
328) Genioplastika nədir?
A) Çəpər əyriliyinin aradan qaldırılması

B) Orbita deformasiyalarının aradan qaldırılması

C) Almacıq deformasiyalarının aradan qaldırılması

D) Hipertelorizmin aradan qaldırılması

E) Çənə deformasiyasının aradan qaldırılması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
329) Angle təsnifatına görə class 3 okkluziyasına aşağıdakılardan hansı aiddir?
A) Mikrognatiya və Laterognatiya

B) Prognatiya

C) Mikrognatiya

D) Retrognatiya

E) Laterognatiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
330) Prognatiyalı xəstələrdə ən çox istifadə olunan osteotomiya metodu hansıdır?
A) Lefort III

B) Horizontal mandibula simfiz osteotomiyası

C) Lefort II

D) Sagital split ramus osteotomiyası

E) Lefort I
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
331) Ortognatik cərrahiyyədə ən çox hansı intubasiya növü istifadə edilir ?
A) İntroral orta xətt

B) Transnazal

C) İntraoral medial

D) İntraoral lateral

E) Traxeostomiya yolu ilə
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
332) Normokluziyanı əldə etmək üçün archbar və şina telləri ilə fiksasiyada saxlanma müddəti nə qədərdir?
A) 6 ay

B) 3 ay


C) 6 həftə

D) 3 həftə

E) 1 il
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
333) Hansı ortognatik cərrahiyyədə ən çox istifadə olunan cərrahi texnikadır?
A) Mentum osteotomiyası

B) Korpus mandibula osteotomiya

C) Subkondulyar osteotomiya

D) Lateral ramus osteotomiya

E) Sagital split ramus osteotomiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
334) Ortognatik cərrahi korreksiya kişilərdə hansı yaşdan sonra aparılmalıdır?
A) 18

B) 5


C) 10

D) 1`


E) 12
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
335) Ortognatik cərrahiyyədə hansı əməliyyatlar aparılır?
A) Sagital split ramus osteotomiya

B) Hamısı

C) Le Fort I üsulu ilə osteotomiya

D) Vertial mandibula ramus osteotomiya

E) Genioplastika
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
336) Ortognatik cərrahiyyədə hansı əməliyyat aparılmır?
A) sərt damağın Millard üsulu ilə bərpası

B) Genioplastika

C) Vertial mandibular ramus osteotomiya

D) Lefort I üsulu ilə osteotomiya

E) Sagital split ramus osteotomiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
337) Aşağıdakılardan hansıClass 2 malokluziyasına aiddir ?
A) Laterognatiya

B) Maksilyar retrognatiya

C) Maksilyar retroqnatiya və mandibulyar prognatiya

D) Mandbulyar prognatiya

E) Mandibulyar retrognatiya
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
338) Aşağıdakı sümuklərin hansı orbita təşkilində iştirak etmir?
A) Gicgah

B) Alın


C) Almacıq

D) Əsas


E) Əng
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
339) Mikrocərrahiyyədə hansı tikiş sapı daha incədir?
A) 9/0

B) 6/0


C) 7/0

D) 10/0


E) 8/0
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
340) Aşağı ətrafın travmasından sonra hansı faktor ətrafın saxlanılmasına zəmin yaradır ?
A) Ağır açıq baldır zədələnməsi

B) Devaskulyarizsiya olunmuş ayaq

C) Segmental tibial sinirin itgisi

D) Ayağın dorzal nahiyyəsində soyulma

E) Plantar səthin soyulması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
341) Açıq sınıqlardan sonra daimi infeksiya mənbəyi aşağıdakılardan hansı ola bilər?
A) Avaskulyar və infeksion çapıq

B) Nekrotik və infeksiyalaşmış sümük

C) Hamısı

D) Sekvestirlər

E) Yumşaq toxumaların çatışmazlığı
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
342) Mikrocərrahiyyə ilə bağlı hansı səhvdir?
A) Mikrocərrahi əməliyyat aparmaq üçün xəstənin ümumi vəziyyəti kafi olmalıdır.

B) Venoz durğunluq varsa zəli qoyulmalıdır

C) 8/0,9/0,10/0 neylon iynəli saplar istifadə olunmalıdır

D) Damar anastamozlarından sonra işemiyanı azaltmaq üçün soyuq və vazokonstruktorlar istifadə olunmalıdır

E) Mütləq lupa və cərrahi mikroskoplar istifadə olunmalıdır
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
343) Aşağıdakılardan hansı sərbəst flepin köçürülməsinə göstərişdir?
A) Sümük vəziyyətini dəyişdirən açıq yara

B) Skalpda sebaseoz kista

C) Paranixiya

D) Burunda nevus

E) Əldə soyulma
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
344) Aşağı ətraf yaralanmalarında hansı sərbəst flepin köçürülməsinə göstəriş deyil?
A) Diabetik xora

B) Şiş rezeksiyasında sonra geniş deffekt

C) crush zədələnməsi zamanı açıq sınıq

D) Protez yerləşdirilən oynaq sahəsinin bağlanması

E) Alov yanığı
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
345) Diabetik ayağın müalicəsinə aşağıdakılardan hansı aid deyil ?
A) Yaranın cərrahi işlənməsi

B) Hiperbarik oksigen müalicəsi

C) Flep köçürmə

D) Biopsiya

E) Güdül sarğısı
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
346) Hansı mikrocərrahiyyə əməliyyatının nəticəsinə təsir etmir?
A) Cərrahi texnika

B) Xəstənin yaşı

C) Müdaxilə aparılan sahənin radioterapiya alması

D) Şəkərli diabetin olması

E) Xəstənin cinsi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
347) Baldırın sümük yerdəyişməsi ilə müşayət edilən zədələnmələrinin bərpasında, aşağıdakılardan hansını köçürmək olmaz ?
A) Sərbəst flep

B) Tam qalınlıqlı dəri qrefti

C) Açıcı qısa əzələ flepi

D) Lateral supramalleolyar flep

E) Dorsalis pedis dəri fassiya flepi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
348) Funksional toxuma transferi üçün istifadə edilən əzələlər hansılardır ?
A) M.Gracilis

B) Hamısı

C) M.Serratus anterior

D) M. Pectoralis major

E) M.Latissimus dorsi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
349) Hansı əzələ Ayaq baş barmağının falanqalar arası oynaqda ekstensiyasını təmin edir ?
A) Extensor dorsalis superficialis

B) Extensor pollicus longus

C) Ekstensor dorsalis profundus

D) Extensor digitorum longus

E) Extensor hallucis longus
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
350) Aşağıdakılardan hansı aşağı ətraf xoralarının yaranmasına səbəb olmur?
A) İnfeksiya

B) Venoz durğunluq

C) Revmatoid artrit

D) Yanıq


E) Şəkərli Diabet
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
351) Ayağın ön qrup əzələlərinə hansı əzələ aid deyil?
A) M. Soleus

B) M.Extensor hallucis longus

C) M.Peroneus longus

D) M.Extensor digitorum communis

E) M.Tibialis anterior
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
352) Aşağıdakı fleplərdən hansı ayaq aşağı 1/3 rekonstruksiyasında istifadə oluna bilməz?
A) Dorsalis pedis dəri fassiya flepi

B) Nəli əzələ flepi

C) Arxa qamış arteriya ayaqcıqlı ada flepi

D) Cross-leg flep

E) Lateral supramalleolyar flep
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
353) Hansı halda mikrocərrahiyyə əməliyyatına ehtiyac yoxdur?
A) Penis amputasiyası

B) Vətər kəsilmələri

C) Barmaq amputasiyası

D) Epidermal sıyrıq

E) Skalp soyulması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
354) aşağı ətraf rekonstruksiyasında hansı prosedur icra edilmir ?
A) Dəri qrefti

B) Yaraya qulluq və müşahidə

C) İmmuno terapiya

D) Yerli vəya uzaq flep

E) Antibiotik terapiyası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
355) Hansı flep aşağı ətrafda istifadə olunmur?
A) Döşkörpücükməməyəbənzər əzələ flepi

B) Tibialis anterior əzələ flepi

C) lateral kalkaneal fleb

D) Latissimus dorsi flepi

E) Radial ön qol flepi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
356) Ayağın ön qrup əzələlərinə hansı aid deyil ?
A) Extensor hallucis longus

B) Peroneus tertens

C) Tibialis anterior

D) Peroneus longus

E) Extensor digitorum longus
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
357) Aşağı ətraf rekonstruksiyasında hansı flep istifadə olunarsa funksional qüsür yaranar?
A) M.Tibialis anterior

B) Lateral nəli əzələ

C) M.Soleus

D) Medial nəli əzələ

E) Latissimus dorsi flepi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
358) Mikrocərrahi sinir bərpası texnikasına hansı aid deyil?
A) Grup fassikulyar bərpa

B) Epinevral bərpa

C) Epinevral və qrup fassikulyar bərpa

D) İntraoral bərpa

E) Fassikulyar bərpa
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
359) Hansı halda Mikrocərrahiyyə əməliyyatına ehtiyac duyulmur ?
A) Orqan transplantasiyası

B) Revaskulyarizasiya

C) Sərbəst flep ilə toxuma köçürmə

D) Replantasiya

E) Aorta cərrahiyyəsi
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
360) Şəkərli Diabet daha çox hansı arteriyanı zədələyir?
A) Ayaq arteriyaları

B) Bud arteriyası

C) Radial arteriya

D) Dizaltı arteriya

E) Ön və dal qamış arteriyaları
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
361) Hansı halda Mikrocərrahi toxuma bərpasına göstəriş var?
A) Hamısı

B) Onkoloji əməliyyat sonrası rekonstruksiya

C) Anadangəlmə deffektlərin bağlanması

D) Xronik yaraların rekonstruksiyası

E) Travma sonrakı rekonstruksiyası
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
362) Hansı faktor aşağı ətraf replantasiyasında göstəriş deyil?
A) Bir səviyyəli amputasiya

B) Müddətin altı saatdan qısa olması

C) Yaranın steril olması

D) Xəstənin az yaşlı olması

E) Xəstənin yaşının 65dən yuxarı olması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
363) Hansı bədxassəli melanomanın əmələ gəlmə səbəbi deyil?
A) Displastic nevus

B) Ailədə melanomanın olması

C) Junctional nevus

D) Müəyyən fasilələrlə günəş altında qalma

E) dəri rənginin Açıq olması
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
364) Hansı faktor melanoma riskini artırmır?
A) sarışın saç

B) dəri rənginin Açıq olması

C) Nəhəng tüklü nevus

D) Anamnezində melanomanın olması

E) Compound nevus
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
365) Clark təsnifatına görə melanoma hansı mərhələdə dərinin retikulyar qatına invaziya edir?
A) 4

B) 5


C) 1

D) 2


E) 3
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010
366) Nevuslarda görünən dəyişiklərdən hansı maliqnizasiya şübhəsi yaradır?
A) Davamlı böyümə

B) Hamısı

C) Asimmetriya və sərhədlərin qeyri müəyyənliyi

D) Rəng heterogenliyi

E) Elevasiya və 6 mmdən böyük ölçü
Ədəbiyyat: Grabb and Smith’s - Plastic Surgery, 2010


Yüklə 350 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin