Plan: Pedaqoji psixologiyanın mövzusu və vəzifələri 2



Yüklə 135,86 Kb.
səhifə3/86
tarix17.04.2022
ölçüsü135,86 Kb.
#55630
1   2   3   4   5   6   7   8   9   ...   86
Ped.ps.TSPX.-45s.mühazirə.doc.

1/ Uşaqların həyatının hər bir senzitiv dövrünü aşkara çıxarmaq və həmin dövrdə onların inkişafı üçün lazım olan bütün imkanları müəyyənləşdirməkdir.

2/ Təlim və inkişafın qarşılıqlı əlaqəsini aşkara çıxarmaqdır.

3/ Təlim və tərbiyənin ümumi və yaşla bağlı olan cəhətlərinin əlaqəsini müəy- yənləşdirməkdir.

4/Uşaqların psixoloji və davranış nöqteyi-nəzərdən inkişafında onların ana- dangəlmə, genetipik imkanlarının və mühitin ayrılıqda və ya birgə təsirinin xüsusiyyətlərini aşkara çıxarmaqdır.

5/ Pedaqoji fəaliyyətin və müəllim şəxsiyyətinin psixoloji xüsusiyyətlərinin öyrənilməsi də əsas problemlərdəndir.

6/ Pedaqoji cəhətdən baxımsız uşaqlar problemidir. Bu problemlə sız bağlı olan “Çətin uşaqlar problemi” ən mühüm problem kimi diqqəti cəlb edir.
Pedaqoji psixologiyanın əsas bölmələri aşağıdakılardır:

1/ Tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasının psixoloji mexanizm- lərini, tərbiyə işinin metodları və formalarının psixoloji əsaslarını, tərbiyəvi tədbirlərin psixoloji xüsusiyyətlərini, şagird kollektivinin psixologiyasını, gəncin tərbiyəsinin psixoloji əsaslarını, tərbiyənin idarə olunması problemini, “çətin” uşaqlar və onların davranışlarının korreksiyası məsələlərini öyrənir.

2/ Təlim psixologiyası təlimin mahiyyəti və psixoloji qanunauyğunluqlarını, təlim və inkişafın qarşılıqlı əlaqəsinin xüsusiyyətlərini, təlim fəaliyyətində müasir texniki vasitələrdən, interaktiv təlim metodlarından istifadənin psixoloji əsaslarını və s. kimi məsələləri tədqiq edib öyrənir.

3/ Psixoloji fəaliyyət və müəllim şəxsiyyəti psixologiyası pedaqoji fəaliyyətin psixoloji strukturunu, müəllim şəxsiyyəti və onun peşə-psixoloji istiqamətini, habelə pedaqoji funksiyasının, pedaqoji bacarıq və pedaqoji ünsiyyətinin psixoloji xüsusiyyətlərini öyrənir.

Yüklə 135,86 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin