Plan : GİRİŞ



Yüklə 70,42 Kb.
səhifə3/10
tarix02.01.2022
ölçüsü70,42 Kb.
#34915
1   2   3   4   5   6   7   8   9   10
IH-3

Hüquq ədəbiyyatında və eləcə də müxtəlif normativ-hüquqi aktlarda hipotezanın üç növü nəzərdə tutulub:

  • sadə, yəni bir şərt (şərait) müəyyən edildikdə;

  • mürəkkəb, yəni iki və daha çox şərt (şərait) müəyyən edildikdə;

  • alternativ, yəni bu və ya digər hallardan asılı olaraq davranış qaydasını müəyyən edir.

Dövlət və hüquq nəzəriyyəsi nöqteyi-nəzərindən dispozisiya (sərəncam) - hüquq normasının hipotezasında nəzərdə tutulmuş şərtlər olduqda davranışın necə ola biləcəyini və olmalı olduğunu əks etdirən elementdir.

Dispozisiya – inzibati hüquq normasının mərkəzi hissəsi olub, həmin hüquq norması tərəfindən tövsiyə edilən, icazə verilən və ya qadağan edilən davranış qaydasını göstərir.

İnzibatit hüquq normaların dispozisiyası göstəriş, vəzifə, həmçinin də qadağa və məhdudiyyət kimi şərh olunur. Eyni zamanda hüquq və vəzifə göstərən dispozisiyalar inzibati hüquq normalarda nisbətən az təsadüf edilir.

Dispozisiyanın nə cür şərh olunmasından asılı olmayaraq, o, həmişə hüquq və vəzifələrin qırılmazlığını, qarşılıqlı əlaqəsini nəzərdə tutur, subyektlərin özlərini necə aparmalı olduqlarını və apara biləcəklərini müəyyən edir.

Dispozisiyanın 4 növü nəzərdə tutulub:


  • sadə, yəni davranışın bu və ya digər birmənalı variantını əks etdirən dispozisiya (məsələn: İXM, mad. 168 - İş görülərkən qaz (neft) kəmərlərinin zədələnməsi; mad. 179 - Ümumi istifadəli avtomat telefonlarının zədələnməsi);

  • təsviri, yəni müxtəlif xarakteristikalarla, əlamətlərlə və anlayışlar sistemi ilə davranış qaydasını qısaca və dürüst ifadə edən dispozisiya başa düşülür (məs.: İXM mad. 296 - Xırda xuliqanlıq; mad. 309 - Qumar oyunu; mad. 301-1 - Fövqəladə vəziyyət recimi tələblərinin pozulması);

  • göndərici, bu halda davranış qaydasının özü həmin normada göstərilmir, istifadəçi isə həmin normativ-hüquqi aktın digər normasında göstərilən davranış qaydasına göndərilir (məs.: İXM mad. 153 - Piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması və İXM, mad. 153.5. Bu Məcəllənin 153.1-153.4.5-ci maddələrində nəzərdə tutulmuş xətaların yol hərəkəti iştirakçıları tərəfindən alkoqol, narkotik vasitələr və ya güclü təsir göstərən digər maddələrin istifadə edilməsindən sərxoş vəziyyətdə törədilməsinə görə...;

  • blanket, bu elə dispozisiyadır (qaydadır) ki, digər hüquq mənbələrinə istinad etməyə məcbur (həvalə) edir (məsələn: İXM, mad.111.1. - Balıq ehtiyatlarının mühafizəsi qaydalarının pozulmasına görə ...; mad.167 - Magistral boru kəmərlərinin mühafizəsi qaydalarının pozulması.

Dövlət və hüquq nəzəriyyəsi nöqteyi-nəzərindən sanksiya (tənbeh) - hüquq normasının dispozisiyasında nəzərdə tutulmuş qaydaları pozana qarşı hansı dövlət təsir (məcburiyyət) tədbirlərinin tətbiq edilə biləcəyini əks etdirən elementdir.

Sanksiya - inzibati hüquq normasının bir elementi kimi özündə hüquq normasını pozana qarşı tətbiq edilən təsir tədbirlərini əks etdirir.

Burada nəzərə almaq lazımdır ki, sanksiya istənilən inzibati təsir formasını yox, yalnız hüquqpozma ilə əlaqədar tətbiq olunan və normada nəzərdə tutulmuş təsir formasını özündə əks etdirir. Buna görə inzibati xəbərdaretmə tədbirləri (karantinin qoyulması, sərhədin bağlanması, su basmış, zəlzələ olmuş yerin dövrəyə alınması) sanksiyaya aid edilə bilməz, çünki onlar hüquqpozmaların törədilməsi ilə əlaqədar tətbiq edilmirlər.

Belə tədbirlər hüquq normasının sanksiyasında yox, dispozisiyasında göstərilir.

Sanksiyanın üç növü məlumdur:


  • mütləq-müəyyən edilmiş sanksiya, bu elə sanksiyadır ki, orada tənbehin (cəzanın) dəqiq növü və yaxud miqdarı göstərilib (məs: mad.149.1 - ... şərti maliyyə vahidi məbləğinin üç misli miqdarında cərimə edilir; mad. 157 - ... şərti maliyyə vahidi məbləğinin beş misli miqdarında cərimə edilir;


  • Yüklə 70,42 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin