Pİs rəftar ona məruz qaldıqda



Yüklə 294.13 Kb.
Pdf просмотр
səhifə1/3
tarix20.06.2017
ölçüsü294.13 Kb.
  1   2   3

 

 

 

 

 

 

 

 

 

PİS RƏFTAR 

 

ona məruz qaldıqda 

nə etməli? 

 

 

 

məlumat kitabçası 

 

 



 

 

 

 

 

 

 

 

Bakı - 2011 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

TƏRTİB EDƏNLƏR: 

 

Həsənov Hafiz 

Quliyeva Aynur 

 

 

 

 

 

 

 

 

 

 

Məlumat kitabçası ATƏT-in Bakı Ofisinin həyata keçirdiyi 

“Fərdi  şikayətlər” layihəsi çərçivəsində hazırlanıb və çap 

edilmişdir. 

 

 

Kitabçanın elektron versiyasını aşağıdakı veb-səhifədən əldə 

edə bilərsiniz:  http://www.osce.org/baku 

 

 

 

3

MÜNDƏRİCAT 



 

 

        

 

Ön söz .................................................................................. 4 

 

I.  Pis rəftar və onun formaları...................................... 10 

1. İşgəncə  

2. Qəsdən sağlamlığa ağır zərər vurma 

3. Qəsdən sağlamlığa az ağır zərər vurma 

4. Özünü öldürmə həddinə çatdırma 

5. Döymə  

6. Təhqir 

7. İfadə verməyə məcbur etmə 

 

II.  Pis rəftara məruz qaldıqda nə etməli?..................... 21 



 

Əlavələr ............................................................................. 28 

•  Ərizə forması 

•  Ərizə nümunələri 

•  Avropa İnsan Hüquqları Məhkəməsinin pis rəftara 



 dair  Azərbaycanla bağlı qərarlarının xülasəsi 

•  Pis rəftarla bağlı müraciət olunacaq qurumların 



siyahısı  

 

 

 

 

 

 

 

 

 

4

ÖN SÖZ 

 

            Əziz oxucular, 



 

Bu kitabçanın  əsas məqsədi sizi pis rəftarın təcrübədə 

daha çox rast gəlinən formaları ilə tanış etmək və pis rəftara 

məruz qaldığınız halda ata biləcəyiniz addımları sizə izah 

etməkdir. Kitabçada, habelə müraciət edə biləcəyiniz orqan, 

müraciət etmənin qaydaları, eləcə  də pis rəftara görə  nəzərdə 

tutulmuş cinayət məsuliyyəti haqqında məlumatları  əldə 

edəcəksiniz.  

Pis rəftar Azərbaycanda insan hüquq və azadlıqlarının 

ciddi pozuntusu kimi qəbul edilir. Mövcud hüquqi müdafiə 

vasitələri ilə yanaşı, pis rəftarla mübarizə  və onun nəticələrinin 

aradan qaldırılması dövlətin başlıca vəzifələrindən biri hesab 

edilir. Bu baxımdan, Azərbaycan Respublikasının Konstitusiyası 

və qanunlarında pis rəftarın istənilən forması qadağan edilir və 

onun qarşısının alınması  və  nəticələrinin aradan qaldırılması 

üçün müvafiq tədbirlər nəzərdə tutulur. 

 

Azərbaycan Respublikası Konstitusiyasının 12-ci 



maddəsində göstərilir ki, dövlətin ali məqsədi insan və vətəndaş 

hüquq və azadlıqlarının təmin edilməsidir. 25-ci maddəsində isə, 

dövlətin hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə 

təminat verməsi öz əksini tapmışdır. Eyni zamanda 31-ci maddə 

ilə hər kəsin təhlükəsiz yaşamaq hüququna təminat verilir. 46-cı 

maddədə isə, göstərilir ki, şəxsiyyətin ləyaqəti dövlət tərəfindən 

qorunur və heç kəs insan ləyaqətini alçaldan rəftara və ya cəzaya 

məruz qala bilməz. Özünün könüllü razılığı olmadan heç kəsin 

üzərində tibbi, elmi və başqa təcrübələr aparıla bilməz. 

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində pis 

rəftarla bağlı hərəkətlər cinayət əməlləri kimi müəyyən edilib və 

bu cür hərəkətlərə görə konkret cəzalar nəzərdə tutulub.  Eyni 

zamanda Azərbaycan Respublikasının Cinayət Prosessual 

Məcəlləsinin 13-cü maddəsində cinayət təqibi zamanı proses 

iştirakçılarının  şərəf və  ləyaqətinə  mənfi təsir edə biləcək və ya 


 

5

onların həyat və sağlamlıqlarını  təhlükə altına qoya biləcək hər 



hansı hərəkət və ya qərarlar qadağan edilir.   

Son 10 ildə Azərbaycan bir çox beynəlxalq 

konvensiyalara, o cümlədən BMT-nin İşgəncələrə  və digər 

qəddar, pis, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı 

Konvensiya və onun Fakültativ Protokolu, İşgəncə  və qeyri-

insani və ya ləyaqəti alçaldan davranış  və  cəza növlərinə qarşı  

Avropa Konvensiyası, 

İnsan Hüquqlarının və 

Əsas 

Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasına 



qoşulmaqla, pis rəftarın qarşısını almaq üçün müxtəlif tədbirlər 

görmüşdür. Bu Konvensiyaların həyata keçirilməsi ilə bağlı 

Azərbaycan Respublikası Prezidenti tərəfindən bir sıra  fərmanlar 

imzalanmışdır. 

Avropa 

İnsan Hüquqları 



Məhkəməsi Avropa 

Konvensiyasının 3-cü maddəsi (“İşgəncələrin qadağan edilməsi”) 

ilə bağlı Azərbaycana qarşı iki qərar qəbul edib. 11 aprel 2007-ci 

il tarixli “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı”, 29 noyabr 

2007-ci il tarixli “Hümmətov Azərbaycana qarşı” işi üzrə, 2 aprel 

2009-cu il tarixli “Muradova Azərbaycana qarşı” işi üzrə  və 10 

iyun 2010-cu il tarixli “Qarayev Azərbaycana qarşı” işi üzrə 

qərarlarda Məhkəmə  tərəfindən 3-cü maddənin pozulması  və 

ərizəçilərin  işgəncəyə məruz qalması faktı tanınıb. 

ATƏT-in işgəncənin qadağan edilməsi ilə bağlı 

öhdəlikləri 1989-cu il tarixli Vyana Sənədində  nəzərdə tutulub. 

Həmin sənədlə üzv Dövlətlər işgəncənin qadağan edilməsi və 

işgəncənin qarşısının alınması və bununla bağlı cəza tədbirlərinin 

görülməsi üçün səmərəli tədbirlər görmək öhdəliyi götürüblər. 

Bundan başqa işgəncənin qadağan olunması ATƏT-in 1990-cı il 

tarixli Kopenhagen Sənədində  də öz əksini tapıb. Burada 

göstərilir ki, müharibə vəziyyəti və ya müharibə təhlükəsi, daxili 

siyasi qeyri-sabitlik və ya hər hansı digər fövqəladə hallardan 

asılı olmayaraq, heç bir müstəsna vəziyyət işgəncə üçün əsas 

yarada bilməz. 1999-cu il tarixli İstanbul Nizamnaməsində isə, 

ATƏT-ə  üzv Dövlətlər bir daha işgəncə və digər qəddar, qeyri-


 

6

insani və ya ləyaqəti alçaldan halların aradan qaldırılmasına dair 



səylərini davam etmək öhdəliyi götürmüşlər.  

Ümid edirik ki, bu kitabça sizin üçün faydalı olacaq.  

Kitabçanın daha da təkmilləşdirilməsi ilə bağlı qeyd və 

suallarınızı gözləyirik. ATƏT-in Bakı Ofisi bu nəşri gələcəkdə 

baş verə biləcək dəyişikliklərə uyğunlaşdıracaq. Biz inanırıq ki, 

bu kitabça pis rəftarın hər hansı bir formada törədilməsinin 

qarşısını almağa yardım edəcək. 

 

ATƏT-in Bakı ofisi  



Qanunun Aliliyi və İnsan Hüquqları Şöbəsi 

 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

7

 



 

FOREWORD  

   


Dear reader, 

 

The main objective of this booklet is to inform you about the 



most common forms of ill-treatment and to guide you through the 

steps to be followed in case you are subject to ill-treatment. The 

booklet will provide you with information about whom to 

address in case you are subject to ill-treatment, what is the 

procedure to follow, as well as criminal liability for committing 

acts of ill-treatment.  

Ill-treatment is considered as a serious human rights violation 

in Azerbaijan. Fighting it and addressing its consequences in line 

with existing remedies is considered to be one of the main duties 

of the State. In this regard, the Constitution of the Republic of 

Azerbaijan and other domestic laws prohibit any form of ill-

treatment and envisage adequate measures to prevent and address 

its consequences. 

The Azerbaijani Constitution, as adopted on 12 November 

1995, states that the main objective of the State is to provide for 

the full exercise of the rights and liberties of any person and 

citizen (Article 12). The Constitution further envisages in Article 

25 equal rights and liberties for everyone. Article 31 provides for 

the right to life and safety. According to Article 46, the State shall 

protect a dignity of any person. Consequently, nobody shall be 

subject to any form of ill-treatment or punishment which may 

humiliate their dignity. Likewise, medical, scientific and other 

experiments must not be carried out on any person without 

his/her consent. 

The Criminal Code of the Republic of Azerbaijan recognizes 

ill-treatment as a criminal offence and establishes criminal 

responsibility for committing such acts. Moreover, the Criminal 

Procedure Code of the Republic of Azerbaijan in Article 13 



 

8

prohibits any acts or decisions during criminal prosecutions 



which may negatively impact on the honour and dignity or 

threaten the life and health of the participants to the proceedings.   

In recent years, Azerbaijan undertook different measures to 

prevent ill-treatment, by joining a number of international 

conventions: the UN Convention against Torture and other Cruel, 

Inhuman or Degrading Treatment or Punishment and its Optional 

Protocol, the European Convention for the Prevention of Torture 

and Inhuman or Degrading Treatment or Punishment, and the 

European Convention on Human Rights and Fundamental 

Freedoms. Several presidential decrees have been issued to 

support the implementation of these conventions. 

The European Court of Human Rights issued four  judgments 

against Azerbaijan on Article 3 of the European Convention 

(prohibition of torture). In cases of Mammadov (Jalaloglu) v 

Azerbaijan dated 11 April 2007, Hummatov v Azerbaijan dated 

29 November 2007,  Muradova v Azerbaijan dated 2 April 2009 

and Garayev v Azerbaijan dated 10 June 2010, the Court found 

the violation of Article 3 and acknowledged the facts of torture.  

The OSCE commitments with regard to the prohibition of 

torture include the Vienna Document of 1989, by which 

participating States undertook to prohibit and take effective 

measures to prevent and punish torture. The absolute nature of 

the prohibition against torture is further reflected in the 

Copenhagen Document of 1990 where it is stated that no 

exceptional circumstances whatsoever, whether a state of war or 

threat of war, internal political instability or any other public 

emergency, may be invoked as a justification of torture. In the 

Istanbul Charter of 1999, participating States further committed 

themselves to the eradication of torture and other cruel, inhumane 

or degrading treatment or punishment in the OSCE area.  

 

 

 



 

 

9

 



We hope you will find this booklet useful and we welcome 

any questions or comments that you may have in order to 

improve it further. The OSCE Office in Baku will keep it up to 

date in view of any new developments. We believe that by 

releasing this booklet we will also contribute to preventing any 

forms of ill-treatment. 

 

OSCE Office in Baku 



Rule of Law and Human Rights Department 

 

10

 



I.

 

PİS RƏFTAR VƏ  

            ONUN FORMALARI 

 

Pis rəftar işgəncə, döymə, təhqir, məişət və ailədaxili zora-

kılıq, ləyaqəti alçaldan davranış və s. kimi hərəkətlər formasında 

ifadə olunan əməllərdir. Ümumi götürdükdə bu hərəkətlərə, 

demək olar ki, hər yerdə - məişətdə, ailədə, işdə, küçədə, həbs 

yerlərində, cəzaçəkmə müəssisələrində, hərbi hissələrdə  və s. 

kimi yerlərdə rast gəlinə bilər. 

Bu hərəkətlər sırasında “işgəncə” ilə bağlı beynəlxalq 

Konvensiyalarda (beynəlxalq hüquqi aktlarda) bu 

Konvensiyalara qoşulmuş dövlətlərin üzərinə çox ciddi 

öhdəliklər qoyulub. Belə ki, beynəlxalq aktlarda yaşama 

hüququnun məhdudlaşdırılmasının nəzərdə tutulmasına (məsələn, 

müharibə dövründə qarşı  tərəfin döyüşçülərinin öldürülməsi) 

baxmayaraq, işgəncə  və ya pis rəftar istər müharibə, istərsə  də 

sülh dövründə  şərtsiz olaraq qadağan edilib. İnsan hüquqlarının 

və  əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası 



hətta ən çətin şəraitdə, məsələn, terrorçuluqla və mütəşəkkil 

cinayətkarlıqla mübarizə zamanı  işgəncəni, pis və alçaldıcı 

rəftarı  və  cəzanı tamamilə qadağan edir. Buna misal olaraq 

işgəncəyə  həm  şəxsiyyət  əleyhinə cinayətlər, həm də sülh və 

insanlıq  əleyhinə cinayətlər arasında yer verilməsini göstərə 

bilərik. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizam-

naməsində  də  işgəncə  həm insanlığa qarşı cinayət, həm də 

müharibə cinayətləri sırasında göstərilib. 

Eyni zamanda, Azərbaycan Birləşmiş Millətlər Təşkilatının 

(BMT) İşgəncələrə və digər qəddar, pis, yaxud ləyaqəti alçaldan 

rəftar və  cəza növlərinə qarşı Konvensiyaya və  İnsan hüquq-

larının və  əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Kon-

vensiyasına  qoşulub və bu beynəlxalq aktlar da Azərbaycanın 

qanunvericilik sisteminə daxildir. Konvensiyanın tələblərinə görə 

dövlətlər aşağıdakı öhdəlikləri üzərlərinə götürürlər: 


 

11

•  Səlahiyyətli orqanlar işgəncə ehtimalı varsa, bunu 



araşdırmalı və müvafiq tədbirlər görməlidir; 

•  İşgəncəyə  məruz qalan şəxsin  şikayət hüququ vardır və 



həmin şikayət dərhal təmin olunmalıdır; 

•  Şəxs işgəncə nəticəsində ölərsə kompensasiya verilməlidir. 



 

 

 



 

 

 



 

 

İnsanla pis rəftarın qadağan olunması Azərbaycanın milli 



qanunvericilik aktlarında da əks olunmuşdur. Belə ki, cinayət 

qanunvericiliyində zorakılıq, hədələmək,  şantaj, eləcə  də, işgən-

cələrin tətbiq olunmasını cinayət törətmənin vasitələri kimi 

müəyyən edilmişdir. Eyni zamanda Cinayət Prosessual Məcəl-

ləsinin (CPM) 13-cü (Şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi) 

maddəsində göstərilir ki, cinayət təqibi  (cinayət hadisəsinin 



müəyyən edilməsi, cinayət törətmiş  şəxsin ifşa olunması  və ona 

qarşı ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə 

edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual 

məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə  həyata 

keçirilən cinayət-prosessual fəaliyyətdir) gedişində insanın şərəf 

və ləyaqətini alçaldan, təhqir edən, habelə cinayət prosesində 

iştirak edən  şəxslərin həyatı  və  səhhəti üçün təhlükə törədə 

biləcək qərarların qəbul edilməsi və ya hərəkətlərə yol 

verilməsi qadağandır. Bunlarla yanaşı, “Polis haqqında” 

Qanunun 5-ci maddəsində  (“İnsan və  vətəndaş hüquq və 

azadlıqlarının müdafiəsi sahəsində polisin fəaliyyəti”)  polisin 

hər hansı bir şəxslə insan ləyaqətini alçaldan şəkildə  rəftar 

etməsinin yolverilməzliyi  əks olunub. Eyni zamanda Cəzaların 

İcrası Məcəlləsinin 3-cü maddəsində deyilir ki,  cəzaların icrası 



prosesində  məhkumlarla rəftarda işgəncələrə, digər pis 

İnsan hüquqlarının və  əsas azadlıqlarının müdafiəsi haq-

qında Avropa Konvensiyasının “İşgəncələrin qadağan olun-

ması” adlanan 3-cü maddəsində göstərilir ki, heç kəs işgən-

cəyə, pis və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz 

qalmamalıdır. 

 

12

hərəkətlərə  və  şəxsiyyətin alçaldılmasına yol verilməməlidir. 

Həmin Məcəllənin 10-cu maddəsində isə, məhkumların qəddar 

və ya insan ləyaqətini alçaldan rəftara məruz qalmamaları  

və  məhkumların onların həyat və sağlamlıqlarını  təhlükə 

altında qoya bilən tibbi və ya başqa təcrübələrə  məruz qala 

bilməmələri göstərilib. Qeyd edək ki, eyni tələblər digər müvafiq 

qanunlarda da nəzərdə tutulur. 



Pis rəftarın təcrübədə nisbətən çox rast gəlinən formaları 

aşağıdakılardır: 

 

1.  İşgəncə 

Pis rəftarın növlərindən olan işgəncənin hansı  tərkibdən 

ibarət olduğu, anlayışı müxtəlif konvensiya və qanunlarda öz 

əksini tapmışdır. Belə ki, istər Birləşmiş Millətlər Təşkilatının 

(BMT)  İnsan Hüquqları Haqqında Ümumi Bəyannaməsində, 

istərsə  də  İnsan Hüquqlarının və  Əsas Azadlıqların Müdafiəsi 

Haqqında Avropa Konvensiyasında işgəncə qadağan edilir, heç 

kimin işgəncəyə və ya qəddar, pis və ya onun ləyaqətini alçaldan 

münasibətə və cəzaya məruz qalmamalı olduğu bildirilir. 

 İşgəncələrə  və digər qəddar, pis, yaxud ləyaqəti alçaldan 

davranış və cəza növlərinə qarşı Birləşmiş Millətlər Təşkilatının 

(BMT) Konvensiyasında İşgəncəyə  anlayış verilmişdir: 



İşgəncə  hər hansı bir şəxsə ondan və ya başqa şəxsdən 

məlumat almaq, yaxud onun etirafına nail olmaq, onu və 

ya başqa  şəxsi törətdiyi, yaxud törədilməsində 

şübhələnilən hərəkətə görə cəzalandırmaq, həmçinin onu 

və ya başqa  şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud 

dövlətin vəzifəli  şəxsi və ya rəsmi  şəxs kimi çıxış edən 

başqa bir şəxs tərəfindən, yaxud da onların təhriki və ya 

onların bixəbərliyi, yaxud göz yumması ilə  hər hansı 

xarakterli ayrı-seçkiliyə  əsaslanan istənilən səbəbə görə 

qəsdən güclü fiziki, yaxud mənəvi ağrı  və  əzab yetirən 

hərəkətlər deməkdir. 

 

13

Cinayət Məcəlləsinin  “İşgəncə” adlanan 113-cü maddə-



sində tutulmuş  və ya azadlığı başqa cür məhdudlaşdırılmış 

şəxslərə  fiziki ağrılar və ya psixi iztirablar vermə  işgəncə 

hesab edilir və yeddi ildən on ilədək müddətə azadlıqdan 

məhrum etmə ilə cəzalandırılır. 

Həmin Məcəllənin  “İşgəncə vermə” adlanan 133-cü 



maddəsinə görə,  “mütəmadi olaraq döyməklə  və ya sair 

zorakı  hərəkətlərlə güclü fiziki ağrı  və ya psixi iztirablar 

vermə” işgəncə  hesab olunur    üç ilədək müddətə 

azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Bunlarla yanaşı,  Cinayət  Məcəlləsinin 331.3-cü mad-



dəsində (Hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə 

vermə)  hərbi xidmət üzrə  vəzifələrin yerinə yetirilməsi zamanı 

və ya belə  vəzifələrin yerinə yetirilməsi ilə  əlaqədar rəisin öz 

tabeliyində olan şəxsi döyməsi və ya ona işgəncə verməsinə görə 

üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə 

cəzası nəzərdə tutulur. 

İşgəncə vermənin üsullаrındаn biri mütəmаdi  оlаrаq döy-

mədir. Burаdа mütəmаdilik döymənin üç və  dаhа  аrtıq dəfə 

törədilməsini göstərir. Işgəncə vermənin üsulu kimi sаir zоrаkı 

hərəkətlər dedikdə, insanı uzun müddət qidаdаn, sudаn, istilik-

dən, sığınаcаqdаn məhrum etmə və yахud sаğlаmlığı üçün zərərli 

şərаitdə sахlаmа, hаbelə ona dəfələrlə və yа uzun müddət ərzində 

аğrılаr yetirmə (çimdikləmə, kəsib-dоğrаmа, küt və  yа iti bаtıcı 

аlətlə çохlu, lаkin kiçik həcmli хəsаrətlər yetirmə, termiki fаktоr-

lаrlа təsir etmə) və bunа охşаr digər hərəkətlər bаşа düşülməlidir. 

 

 

Nəzərə аlmаq lаzımdır ki, zərərçəkmişə intensiv və dаvаmlı 



təsir göstərən və bu zаmаn güclü fiziki аğrı və yа psiхi izti-

rаblаr verən tək-tək zоrаkı hərəkətlər də (məsələn, dırnаğını 

çəkmə, qızdırılmış metаllа və yа elektrik cərəyаnı ilə yаndır-

mа, sаçını  yоlmа  və s.) işgəncə vermə kimi qiymətləndirilə 

bilər. 

 

14

İşgəncə elə bir hərəkətdir ki, onun  nəticəsində  sаğlаmlığа 



zərər vurmа bаş verə bilər. Məhkəmə-tibb eksperti işgəncəni mü-

əyyən etmir, çünki bu, оnun səlаhiyyətinə  аid deyildir, lаkin  о, 

аşаğıdаkılаrı təyin etməlidir: 


Каталог: files -> documents
documents -> Unlike Dick the Butcher
documents -> AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti
documents -> Coding Rule is effective for event records with an event end date on or after 1 July 2015
documents -> Inferior vena cava syndrome in a patient with giant hepatic hemangiomas
documents -> Quality Standards for Diabetes Care Toolkit
documents -> Independent Investigation Final Report
documents -> Develop a unified information security framework for the federal government
documents -> D plomat k ps xolog ya
documents -> Журнала на языке оригинала (современное название)
documents -> Issn 1025-4471 1 2007 Oficialen bùletin na Sluçbata na ObÏnostta za sortovete rasteniq Boletín Oficial de la Oficina Comunitaria de Variedades Vegetales Úr


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə