1
Peyroni xəstəliyi (İndurasiya penis plastika) və onun müalicəsi.
Azərbaycan Tibb Universiteti, Urologiya Kafedrası.
T.e.n İ.S. Əhmədov, Prof. S.B. İmamverdiyev.
Bu xəstəlik 1561-ci ildə Fallopius tərəfindən bilinsə də 1743-cü ildə xəstəlik
haqqında elmi məlumatlar çap etdirən məşhur fransız cərrahı François Gigot de La
Peyroninin adı ilə adlandırılmışdır. Xəstəlik penisin ağlı qişasındakı kollagen
tərkibindəki dəyişikliklər nəticəsində çoxlu miqdarda kollagen tərkibinə malik
fibrotik düyün, penil ağrı, penil əyrilik və penis boyunun qısalması ilə özünü
göstərən bir xəstəlikdir. Həm də xəstələrin 20-54%-də Erektil Disfunksiya əmələ
gəlməsi 77%-də isə psixoloji problem yaranmaqdadır. Xəstəlik əsasən 40-70 yaş
arasında görülür. Almaniyada aparılan çox mərkəzli randomize bir çalışmada bu
xəstəliyin rast gəlinmə tezliyi 3,2% olduğu bildirilir.
Hal-hazırda xəstəliyin dəqiq səbəbləri bilinmir. Buna baxmayaraq bir neçə
faktorun xəstəliyin etiologiyasında rol oynadığı düşünülür. Vitamin E yetərsizliyi,
çoxlu propanolol, metatreksat dərmanlarının qəbulu, sərbəst radikallar (TGB),
(İNOS) və sair hesab olunsa da ən çox önəm verilən, tez-tez təkrarlanan kiçik
zədələrin (vəhşi seks) nəticəsi kimi ortaya çixan dəyişikliklər hesab edilir.
Xəstəlik 2 dövrə bölünür: stabil və qeyri-stabil dövr. Stabil dövr 12-18 ay
davam edə bilər. Bu dövrdə əllənən düyün, ereksiya zamanı ağrı və penisdə əyrilik
kimi əlamətlərin biri və ya bir neçəsi ortaya çıxır. Stabil dövrdə düyün boyları
stabil ölçüdə qalır, ağrı itir. Əyriliklər əsasən penisin dorzal, ventral və lateral
tərəfə əyilməsi ilə özünü göstərir. Ən çox rast gəlinən dorzal kurvaturlardır
(əyriliklər). Bununla yanaşı bəzən kompleks əyriliklərə, yəni penisin qum saatına
ənzər deformasiyası, həm dorzala, həm də laterala əyilməsi hallarına da rast
gəlinməkdədir. Ümumiyyətlə ventral əyriliklər cinsi əlaqə zamanı penisin qadın
vaginasına
girməsini
daha
çox
çətinləşdirir.
Dorzal kurvatur
Ventral kurvatur
Qum saatı deformasiyası
2
Diaqnostikası-fiziki baxış, Beynəlxalq Erektil Funksiya İndeksi (BEFİ),
kombinə olunmuş inyeksiya və stimulyasiya testi (CİS), Rəngli Dopler
Ultrasonografiya ilə təsdiqlənir. Penisin ereksiya zamanı ağrılı olması və müxtəlif
tərəflərə əyilməsi, onun get-gedə qısalması, o cümlədən penis üzərində bərk bir
düyünün əllənməsi diaqnozu təsdiq edən əlamətlər sayılır.
Xəstəliyin konservativ və cərrahi müalicəsi vardır. Konservativ müalicədə
30-50% xəstələrdə müsbət effekt əldə etmək mümkündür. Əsasən qeyri-stabil
dövrdə təyin edilir. Keçmişdə civə suyu, kalsium yodid, bromid, salisilat,
estrogenlər oral və lokal yolla bu xəstəliyin müalicəsində istifadə edilirdi.
Hal-hazırda onun müalicəsində Vitamin E, Potabo, Kolşisin, Procarbozin,
Orgatein, Seldane, Sildeqra, Verapamil, İnterferon, Kortikosteroid, Prostasiklin,
rengenoterapiya, ultrasəs dalğaları ilə müalicədən istifadə edilir.
Bundan başqa lazer terapiya da təyin edilməkdədir. Bu müalicələr içərisində ən
çox effektiv konservativ müalicə Kolşisin ilə həyata keçirilir.
A Kadıoğluya görə Kolşisin təyini zamanı ağrının azalması 95%, əyrilikdə
düzəlmə 30% hallarda özünü göstərir.
Cərrahi müalicə əsasən stabil dövrdə aparılmaqla demək olar ki, 90%
hallarda effektiv olur.
Əsasən 2 cür cərrahi əməliyyatdan istifadə edilir:
I Rekonstruktiv cərrahiyyə
A- Ağlı qişanini uzun tərəfini qısaldan proseduralar
B- Ağlı qişanın qısa tərəfinin uzadılması proseduraları
II Penil protez yerləşdirilməsi+penisin yenidən şəkilləndirilməsi (remodelinq)
Ağlı qişanı qısaldan proseduralar düyünün əksi tərəfində aparılır. Bu
əməliyyatlar üçün xüsusi göstərişlər var. Xəstənini yetərli erektil funksiyası və
penis uzunluğu olan, əyriliyin dərəcəsi 60°-dən az olan və gum saatı deformasiyası
olmayan xəsələr daha ideal hesab olunurlar.
İlk cərrahi texnika Nesbit tərəfindən 1965-ci ildə həyata keçirilmişdir. Bu
texnikada mağaralı cismin ağlı qişası əyriliyin əksi istiqamətində, əyriliyin tam
zirvəsində ellipsvari rezeksiya edilir və sonra birincili olaraq tikilir. əgər ventral
əyrilik varsa dərin dorzal vena ayrılır, sinir damar dəstəsi qaldırılaraq ağlı qişaya
yuxarıdakı qaydada korporoplastika edilir. Nesbit prosedurası sonralar Lachea
tərəfindən müdafiə edildi. O ağlı qişadan ellips formada toxuma çıxarılması yerinə
mağaralı cismi boylama kəsir (Heineke-Mickulicz tipində) sonra isə köndələn
olaraq tikir. Beləliklə 79-95% hallarda müsbət effekt əldə edilir.
3
Penisin əyriliyi zamanı ağlı qişa boylama kəsilərək köndələn tikilmə texnikası
Penil plikasiya.
Ilk dəfə Ebbenhoy 1985-ci ildə anadanfəlmə penil kurvaturlarda tətbiq
etmişdir. Bu metodun əsas mahiyyəti əyriliyin əksi istiqamətində ağlı qişa Alış
tutucusu ilə tutularaq onun dişləri izlərinə uyğun bir-birinini içərisindən keçən və
toxuma büzüşməsinini qarşısını almaq məqsədilə 0,5 sm-dən geniş olmayan iki
büzməli tikiş qoyulur. Daha sonra süni ereksiya yaradılaraq əyriliyin dərəcəsi
yoxlanır, ehtiyac olarsa təkrar olaraq paralel tikişlər qoyulur.
Penil plikasiya texnikası
Breza 1989-cu ildə dərin dorzal vena ilə hər iki yanında arteriyalar arasında
3 mm-lik məsafə olduğunu aşkar etdi.
4
Donatucei və Lue bu anatomik tanimlamadan sonra ventral əyriliklər zamanı
sinir-damar dəstəsini disseksiya etmədən həmin məsafəyə plikasiya tikişləri
qoymaqla əyriliyin düzəlməsinə nail olmuşlar. Bəzən paralel plikasiyaların sayı da
çoxalır.
Tom Lue üsulu ilə 16-24 nöqtəli paralel plikasiya texnikası
Bu əməliyyatların ağırlaşmaları penisdə qısalma, erektil disfunksiya, tikiş
granuloması, penisin dərisi altında əllənən düyün ola bilər. Ağırlaşmalar 10%
hallarda görülməkdədir.
Ağlı qişanın qısa tərəfinini uzadılması roseduraları: Bu məqsədlə düyün olan
tərəfdə düyünün tamamilə kəsilib götürülməsi və ya rezeksiyası ilə həmni yerə
auto və ya sinetik materialın yamaması ilə korporoplastika edilir. Əvvəllər daha
çox düyünün kəsilib götürülməsi ilə aparılan əməliyyatlara üstünlük verirdilərsə də
sonradan yüksək faizli Erektil Disfunksiya, yamaq kontrakturası, sonradan əmələ
gələn residivlər səbəbi ilə aradan çıxarılmışdır.
Hal-hazırda yalnız düyünün müxtəlif formada rezeksiyası və həmin yerə
müxtəlif auto və sintetik materialların implantasiyasına üstünlük verilir. Penis tam
dəridən soyulduqdan sonra sinir-damar dəstəsi mikrodisseksiya ilə və optik
böyütmə ilə sərbəstləşdirilir. Sonra düyün H-vari rezeksiya edilir. Həmin rezeksiya
olunmuş yerə ya penisin dərin dorzal venası, penis dərisi, dərialtı piy toxuması,
enli fassiya, nazik bağırsaq submukozası, gizli vena parçası, gorteks, dakron və sair
materiallar tikilməkdədir.
5
Peyroni xəstəliyindən gizli venanın penisin ağlı qişasına implantasiyası. (Öz
müşahidəmiz)
Əməliyyat önü
vəziyyət
İntraoperation
Safen venanın əldə
edilməsi
Venanın H-vari düyün yerinin rezeksiyası ilə
implantasiyası
Post operation
Lakin son illər daha çox gizli vena ilə effektiv nəticələr alınmışdır (A.
Kadıoğlu).
Venanın müsbət nəticələrə səbəb olması aşağıdakılardan asılıdır:
1. Vena endotelində NO sekressiya olunur, o həm də antikogulyasiya
xassəsinə malikdir. Ona görə də yamaq altına gematomanın əmələ gəlməsini
əngəlləşdirir.
2. Vena qalınlığı ağlı qişa qalınlığı ilə demək olar ki eynidir.
3. Venanın əzələ təbəqəsi, elastik lifləri yamağa yaxşı elastiklik verir.
4. Vünanın qalınlığı 1 mm-dən az olduğu üçün qidalanması mağaralı
cismlərin qan dövranı ilə həyata keçirilə bilər.
Adətən yamama texnikasından sonra əyrilik düzəlir. əgər müəyyən dərəcə
əyrilik qalarsa, o plikasiya tikişləri ilə aradan götürülür.
Bəzi hallarda penisin deformasiyası kompleks olur, yaxud gum saatı kimi
deformasiyalar müşahidə edilir. O zaman |--< -vari rezeksiya ilə venanın həmin
yerə implantasiyası əyriliyin tamamilə düzəlməsinə şərait yaradır.
Peyroni xəstəliyində əyriliklə birlikdə ağır ED də müşahidə olunursa
əyriliyin düzəlməsi üçün mağaralı cisimlərə protez implantasiyası həyata
keçirməklə həm əyriliyin düzəlməsi, həm də cinsi fəaliyyəti bərpa etmək
mümkündür ki, buna penisin yenidən şəkilləndirilməsi və ya remodeling deyilir.
6
Peyroni xəstəliyi zamanı əməliyyat zamanı eyni vaxtda kavernoz cisimlərə
silikon protezin qoyulması.(öz təcrübəmiz )
Əməliyyatdan əvvəl
Əməliyyat zamanı
Əməliyyat sonrası
Willson manevrası
Ümumiyyətlə 1999-cu ildən Azərbaycan Tibb Universitetinin Urologiya
Kafedrasından 66 xəstə müraciət etmişdir. Onlardan 18-nə konservativ müalicə
olunmuş, 32 xəstə əməliyyata razılıq verməmiş, 5 xətəyə gizli venanın müxtəlif
üsullarla ağlı qişaya implantasiyası, 1 xəstəyə Wilson manevrası ilə, eyni anda
silikon protez implantasiyası, 4 xəstəyə Nesbit üsulu ilə 6 xəstəyə Yahya üsulu ilə
əməliyyat edilmişdir. BU sahədə calışmalarımız davam etməkdədir, Əməliyyatdan
sonrakı dövrdə ağırlaşmaların demək olar ki, olmaması və kişi-qadın razılığının
yuxarı olması bu əməliyyatların klinikada geniş tətbiqinə ümüdləri artirmaqdadır.
Поделитесь с Вашими друзьями: |