245) Hansı anadangəlmə ürək qüsuru ilə doğulan uşaq həyatının birinci ilində operativ müalicə olunmur? A) İri damarların transpozisiyası
B) Fallo tetradası
C) Aortanın koarktasiyası
D) Açıq arterial axacaq
E) Açıq oval pəncərə
Ədəbiyyat: В. В. Лазоришинец «Неотложная помощь при основных
патологических синдромах у грудных детей с врожденными недостатками
сердца» 2001.г.
246) Sistem qurdeşənəyində daha çox hansı diaqnostik əhəmiyyətə malikdir? A) EÇS-in artması
B) Sidikdə dəyişikliklər
C) LE - hüceyrələri
D) İmmunoqlobulinlərin artması
E) Disproteinemiya
Ədəbiyyat: А. И. Бекетов «Фармакотерапия в практике семейного врача»
2006г.
247) Aşağıdakılardan hansı revmatizmin əsas diaqnostik meyarlarından biridir? A) Artralgiya
B) Ümumi halsızlıq
C) Qızdırma
D) Kardit
E) Ocaqlı infeksiya
Ədəbiyyat: Амосова Е.Н. Клиническая кардиология. К.: «Книга плюс».
2002.
248) Qeyri-steroid iltihab əleyhinə dərmanlar hansı halda məsləhət görülmür? A) Verlhof xəstəliyində
B) Revmatizmdə
C) Reaktiv artritdə
D) Revmatoid artritdə
E) Posttravmatik artritdə
Ədəbiyyat: Кардиология детского возраста /Под ред. П.С.Мощица,
В.М.Сидельникова, Киев: Здоровье. – 1986.
249) Qeyri-steroid iltihab əleyhinə dərmanlar qrupuna aid olmayan hansıdır? A) Lornoksikam
B) Prednizolon
C) Asetilsalisil turşusu
D) İndosid
E) Diklofenak
Ədəbiyyat: Бекетов А.И. Фармакотерапия в практике семейного врача.
Симферополь. -2006.
250) Ağciyərlərin ödemi zamanı nə müşahidə olunmur? A) Ağciyərlərdə çox miqdarda yaş xırıltılar
B) Ortopnoe
C) Sidik ifrazının tezləşməsi
D) Sidik ifrazının azalması
E) Təngnəfəslik
Ədəbiyyat: Кардиология детского и подросткового возраста / Под ред.
Казак С.С.- Донецк, 2004.