Qiymətləndirmə metodları:
Azərbaycan ədəbiyyatı tarixi fənninin tədrisi zamanı
tələbəyönümlüyə xidmət edən müxtəlif qiymətləndirmə
formalarından istifadə edilə bilər. Məsələn:
- yazı işləri
- test tapşırıqları
- müzakirələr
- frontal və fərdi sorğu
- qrup işləri və digər.
Lazım gəldikdə qiymətləndirmə üsul və formaları birləşdirilə,
yeniləri ilə əvəzlənə bilər.
Fənnin tədrisində istifadə olunacaq təlim və öyrənmə
metodları:
Müntəzəm şəkildə həyata keçirilən innovativ öyrənmə
metodları tətbiq edilərək, daim nəzarətdə saxlanılaraq
9
təkmilləşdirilməlidir. Fənnin tədrisi zamanı istifadə etdiyimiz
tədris və öyrənmə metodlarına, təxminən, aşağıdakıları nümunə
göstərmək olar:
-
Praktiki tapşırıqlar (daha çox ist. olunur)
-
Təqdimatlar, müzakirələr (daha çox ist. olunur)
-
Müstəqil iş, araşdırma, esse (daha çox ist. olunur)
-
Qrup yarışmaları
-
Cütlərlə iş
-
Hesabatlar
-
Video və audio seminarlar
-
Stimulyasiyalar
-
Qrup qiymətləndirməsi və s.
Fənnin tədrisi zamanı nəzəri və tətbiqi məsələlər
arasında nisbətin gözlənilməsinə də diqqət yetirilməlidir.
Azərbaycan ədəbiyyatı tarixi
fənninin təsviri:
Azərbaycan ədəbiyyatı tarixi fənni tələbələri Azərbaycan
ədəbiyyatının yaranması, formalaşması, onun inkişaf mərhələləri
haqqında məlumatları mənimsəməyə və bu fənlə bağlı dərin elmi
biliyə malik olmağa yönəldir.
Kursun məzmunu:
Ümumi kurs üzrə 240 saat (22 kredit)
I kurs üzrə 45 saat (4 kredit)
I kurs Azərbaycan ədəbiyyatı tarixi (1)
II semestr
Azərbaycan ədəbiyyatının ilkin ümumtürk qaynaqları,
“Avesta”nın dini, əxlaqi, fəlsəfi, ictimai, ədəbi dəyərlər toplusu
olaraq sonrakı dövr ədəbi- mədəni prosesdə rolu, “Kitabi- Dədə
Qorqud”un yazılı abidə olaraq ədəbi axara verdiyi töhfələr,
ərəbdilli, farsdilli Azərbaycan ədəbiyyatı və onların meydana
gəlməsini şərtləndirən amillər, intibah poeziyasının ortaya
qoyduğu təsəvvür, ədəbi axın və meyllər, ədəbi- nəzəri fikrin
görkəmli nümayəndələırinin yetişməsi və onların yaradıcılığı,
islam mədəniyyətinin, təriqət dünyagörüşünün dərki və təqdimi
kursun ümumi məzmununu təşkil edir.
10
Auditoriya dərslərinin həcmi nəzərə alınaraq semestr
ərzində mövzuların aşağıdakı kimi təqdim edilməsi məqsədəuy-
ğundur.
Dostları ilə paylaş: |